Üç istedadlı gənc...

 

Rənglərin, musiqinin və poeziyanın qovuşduğu maraqlı aləm

 

 Məlum olduğu kimi  ölkəmizdə “2 Fevral Gənclər Günü” kimi qeyd edilir,  bundan başqa gənclərlə bağlı  festivallar, rəsm, mahnı, rəqs müsabiqələri, idman yarışları  və s.  kimi müxtəlif adda tədbirlər keçirilir.  Bu  cür tədbirlərin  reallaşması gənclərin potensial imkanlarının   üzə çıxarılmasına imkan yaradır.     Gənclər günü” ərəfəsində həmsöhbət olduğum ilk   gənc,  istedadlı  vokalist Eldar Tahirov  oldu.

O, Bakı şəhərində anadan olub: ”Mən Biləcəri qəsəbəsində yerləşən 296 saylı bağçaya gedən zamandan orda keçirilən bayram və digər tədbirlərdə fəal iştirak etmişəm.  Hətta, bağçada keçirilən rəsm müsabiqəsində I yer tutmuşam. Elə o zamandan musiqi ilə də yaxından maraqlanmışam”. Dediyinə görə, musiqiyə körpəlikdən həvəs göstərib: ”Mənim musiqiyə olan marağımı görən valideynlərim musiqi məktəbinə apardılar. 2003-cü ilin sentyabr ayından Fikrət Əmirov adına 6 saylı 11 illik incəsənət məktəbinin hazırlıq sinfinə getmişəm. Orda  olan müəllimlər mənim səsimi dinlədilər və bildirdilər ki,  vokal sinfində dərs almağım yaxşı  olardı. Beləliklə də  vokal dərslərinə başladım”. O,  birinci  sinifdən incəsənət məktəbində vokal dərslərinə başlayıb və  məktəbdə keçirilən bayram tədbirlərində çıxış edərək  ilk dəfə  P.Bülbüloğlunun bəstələdiyi “Şən Azərbaycanmahnısını ifa edib.

E.Tahirov yaşadığı   qəsəbədə  şəhid Qamət Abbasovun adını daşıyan  284 saylı orta məktəbin I sinfinə gedib. Orta məktəbdə də  fəallığı ilə seçilib və  III sinfində oxuyarkən “İlin ən yaxşı şagirdimüsabiqəsinin regional mərhələsində III yeri qazanıb. O,   incəsənətin əsas sahəsi olan kinematoqrafiyada da özünü sınayıb və 2004-cü ilin yayında gənc rejissorların respublika səviyyəsində keçirilən kinofestivalında gənc rejissor Fərid Əhmədovun çəkdiyiBir insanın yaxşılığı” filminin baş qəhrəmanı rolunda iştirak edib: ”Bununla yanaşı, incəsənət məktəbindəki dərslərimlə də   ciddi məşğul olurdum.  Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin fortepianoda müşayiət ifaçılığına baxış” müsabiqəsində iştirak etdim və “Tərifnamə”yə layiq görüldüm. 2007-ci ildə isə  Türkiyədə keçirilən “23 aprel Uşaq Festivalı”nda   ifa etdiyim T.QuliyevinKəndimiz”, ”Bağçamız”, ”Bakı haqqında mahnı” və  Ü.Hacıbəyovun “Çırpınırdı Qara dənizmahnıları ilə türk tamaşaçılarının rəğbətini qazandım”.

  2009-cu ilin may ayının 26-da onun oxuduğu incəsənət məktəbinin vokal sinfiKamera və Orqon musiqi zalı”nda xalq artisti Teymur Göyçəyevin rəhbərliyi ilə təşkil edilmiş konsertdə T.QuliyevinSevgi valsı”, NeopolitanınSanta Luçiya”, F.BədəlbəylininAve Maria”, E.KapnanınOsole Miomahnılarını böyük məharətlə ifa edib: ” Mənim  bu konsertdəki çıxışım haqqındaMədəniyyətqəzetində ətraflı məlumat verildi. Bu uğurları qazanmağımda əvəzsiz rolu olan  müəlliməm Solmaz Qasımovaya  minnətdaram”.

 Dediyinə görə onun uğurlu çıxışlarından biri də 2009-cu ilin dekabr ayında keçirilənBeynəlxalq Rastrapoviç festivalı”ndakı çıxışı olub: ”Dekabr ayının 14-ü festivalın Azərbaycan Dövlət Flarmoniyasında yekun konserti keçirilmişdir. Bu konsertdə  mən dünya şöhrətli dirijor Maksim Venqerevlə bir səhnəni bölüşdüm. Festivalda  bəstəkar Steve Barakatın YUNİSEF üçün bəstələdiyiLay-lay” əsərini ifa etdim. Bu çıxışım böyük incəsənət və dövlət xadimləri tərəfindən gurultulu alqışlarla qarşılandı. Festival mənim  ifamla yekunlaşdı.

 Ötən il isə Azərbaycan Dövlət Filarmoniyasında Teymur Göyçəyevin rəhbərliyi ilə təşkil olunmuş incəsənət məktəbinin yekun konsertində  çıxış edərək KiaranınLa İspaniola”, F.BədəlbəylininAve Maria” əsərlərini ifa etdim”.

Bütün bunlarla yanaşı Eldarın digər bir qeyri-adi bacarığı da var. O, fiqurlarla əsasən cizgi filmlərinin qəhrəmanlarının modelini yaradır.

İkinci həmsöhbətim gənc yazar Teymur  Bayramov- Həbibi Gürcüstanda  Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub.    1989 -cu ildən bəri ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayırlar: ” Mənə bu istedad müxtəlif mövzularda şeirlər yazan anamdan keçib. Yaradıcılığımda daha çox sevgiyə, məhəbbətə yer ayırmışam.    Allaha, anaya vətənə, təbiətə qarşı olan məhəbbətim yazdığım şeirlərimdə aydınca görünür. Hərbi xidmətdə olan zaman da qələmimi yerə qoymadım və orda da  yeni şeirlər yazmağa  davam etdim. “Şahdağ”, “Əsgər”, “Şeir yazmaq istəyirəm”, “Yenə yadıma düşdün sən”, “Ayrılıq  Vətənin keşiyində durarkən yazdığım şeirlərdir”. İlk şeirini məktəbdə oxuyarkən yazmağa başladığını deyən həmsöhbətim  bildirdi ki,  ona Həbibi təxəllüsünü də məktəbdə onunla bərabər şeir yazan digər dostu verib: ”Məktəbdə oxuduğu dövrlərdə şeirlər yazmaqdan əlavə musiqi ilə də məşğul olurdum.

Tələbəlik dövründən şeirlərim mətbuatda yayımlanmağa başladı. “Müxəmməs” və “Namə” adlı şeirləri mətbuatda ilk çap olunmuş şeirlərimdir. Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən ədəbi məclisin fəal üzvlərindən biri olmuşam”.  Onun dediyinə görə həyatda yaşadığı hadisələri şeir kimi qeyd edib və bir çox şeirlərini “Həbibi dünyası” adlı ilk kitabında toplayıb. Hazırda ikinci kitabım üzərində işləyir.

 Rənglər aləminə vurğun olan üçüncü  həmsöhbətim gənc və istedadlı rəssam Lalə Cümşüdlü    Bakı şəhərində anadan olub: ”Hazırda Bakı Avropa Liseyində oxuyuram, uşaq vaxtlarından rəsm çəkməyə həvəsi olub. 10 yaşımdan Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəsm dərnəyinə gedirəm. Orada  sevimli müəllimlərimdən bu sənətin sirlərini öyrənmişəm.  Daha çox natürmot və peysaj  janrında rəsmlər çəkirəm”. Onun dediyinə görə Fransa Mədəniyyət mərkəzində  ilk fərdi sərgisi keçirilib və  sərgiyə 16 rəsm əsəri nümayiş olunub.

 

 

GÜNAY

 

Paritet-2011.- 1-2 fevral.- S. 13.