Faiq Qürbətov:
“Sərhəd məntəqələrində
turistlər üçün
keçid asanlaşdırılmalıdır”
Regionlarda turizm sahəsində işləyənlər
üçün treninqlər keçiriləcək
Bu il “Turizm ili” elan edilməsiylə
bağlı olaraq bu sahədə bir sıra irəliləyişlərə
nail olunacaq və beynəlxalq aləmdə
ölkəmizin turizm potensialının təbliği istiqamətində
daha böyük işlər görüləcək. Bunun üçün də turizm
sektorunda çalışanlar fəal olmalı, ölkəmizin beynəlxalq və
yerli turizm sərgilərində mütəmadi iştirakı
təmin edilməli və bu
istiqamətdə peşəkarların
çalışmasına üstünlük verilməlidir. Bu və digər məsələlər barədə
suallarımızı BMT-nin İnkişaf Proqramının
Turizmin İnkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov
cavablandırıb.
-Faiq
müəllim “Turizm ili”ndən nələr gözləyirsiniz, bu sahədə hansı irəliləyişlər
olacaq?
-Əvvəla
qeyd edim ki, 2011-ci ili ölkə Prezidentinin “Turizm ili” elan etməsi çox sevindirici və təqdirəlayiqdir.
Eyni zamanda bu həm turizm sahəsinə
verilən qiymətdir və həm
də biz turizm işçiləri
üçün böyük bir məsuliyyətdir. 2011-ci ildə bir sıra tədbirlər planı
hazırlamışıq. Ümumilikdə bu tədbirlər
planlarının yerinə yetirilməsi turizm sahəsində, iqtisadiyyatımıza və Azərbaycanın
dünya cəmiyyətində tanınmasında əhəmiyyətli
rol oynaya bilər. Bizim turizm inkişaf layihəsi 2011-ci ildə bir sıra beynəlxalq sərgilərdə
turizm potensialının marketinqinin aparılması, həmçinin
yerli turizm sahəsində araşdırmaların
aparılmasını nəzərdə tutub. Eyni zamanda nəzərdə
tutmuşuq ki, regionlarda turizm sahəsində işləyən
vətəndaşlarla treninqlər keçirək. Bildiyimə görə, Mədəniyyət
və Turizm Nazirliyinin(MTN) turizm
şöbəsi tərəfindən də böyük tədbirlər
planı hazırlanıb. Həmin
plan çərçivəsində turizmlə bağlı Azərbaycanda və
bir sıra xarici ölkələrdə turizmlə bağlı genişmiqyaslı işlər həyata
keçiriləcək. Əsas məqsəd Azərbaycanı turizm ölkəsi
kimi tanıtmaq və çoxlu sayda əcnəbi turisti ölkəmizə
cəlb etməkdir. Bundan başqa həm də turizm şirkətləri və
hotel biznesi ilə məşğul
olanlarda “Turizm ili”ndən bəhrələnəcəklər və
onlar öz işlərində yenilikləri göstərəcəklər.
Bunun da nəticəsində
yerli turistlərimiz yeni
çeşiddə və yeni keyfiyyətdə
turizm xidmətlərini əldə etmiş olacaqlar.
- “Turizm haqqında” yeni qanun layihəsinin
hazırlanması hansı zərurətdən
irəli gəldi?
-Hər
bir sahədə olduğu kimi turizm sahəsində də yeniliklər baş verir. Bu yeniliklər
üzrə işləmək üçün də hüquqi
bir əsas lazımdır. Hazırda qüvvədə olan qanun
köhnəlmiş hesab olunur.
Prosedurlar və qaydalar indiki müasir səviyyəyə
cavab vermir. Buna görə də nazirliyin turizm şöbəsi turizm
sektorunda çalışan bütün əməkdaşlardan
alınan təkliflər əsasında “Turizm haqqında”
qanunun yeni layihəsi hazırlayıb və adiyyati qurumlara göndərilib. Orda turist
agentlikləri ilə turist operatorlarının fərqi
görünəcək, turist
obyektlərinə yeni imkanlar veriləcək.
-
Nəqliyyat yollarında problemlərin olması turizm işinə
öz mənfi təsirini göstərir. Bu il bu istiqamətdə
hansı işləri görəcəksiniz?
-Məndə
olan məlumata görə, bu
ildə yolların bərpası
və yeni yolların salınması davam etdiriləcək. Ümumiyyətlə, turizm digər
strukturlarla sıx bağlıdır. Məsələn,
yolların salınması Nəqliyyat Nazirliyinə aid olan bir işdir, ancaq bu da turizmlə bilavasitə
bağlıdır. Bildiyimə
görə, yeni yollar çəkilərkən tam qaydada nişanlar və göstəricilər
qoyulur. Bundan da əlavə son dövrlər naviqasiya sistemi olan bir neçə şirkət fəaliyyətə
başlayıb. Artıq bir çox avtomobillər bu
naviqasiyadan istifadə edirlər.
-
Azərbaycan turizm potensialının xaricdə
tanıdılması istiqamətində hansı işlər
görülüb?
- Azərbaycanın dövlət
qurumu və yerli turizm şirkətləri
bir çox xarici ölkələrdə keçirilən beynəlxalq
turizm sərgilərində fəal iştirak edirlər. Həmçinin
çoxlu sayda turizm sahəsi üzrə yazan xarici jurnalistlər
Azərbaycana dəvət olunur, eyni zamanda turizm
potensialımızla bağlı videoçarxlar
hazırlanaraq xarici
telekanallarda göstərilir. Səhiyyə,
ekoloji, tarixi abidələrimizin və sairin nümayiş
olunması Azərbaycanda
müxtəlif xidmətlərin
olmasının təklif edilməsinə köməklik edir.
-
Bu gün Azərbaycan turizminin internetdə təbliği necədir
və hansı çap məhsulları nəşr edilir?
-Nazirlik tərəfindən bir neçə dildə 40 adda -
“cib” xəritəsindən başlayaraq bələdçi kitabına qədər
müxtəlif çap məhsulları nəşr edilir. Bunlardan
əlavə dövlətin bir
neçə turizm portalı var, bunlar da bir neçə dildə Azərbaycan turizmini təqdim edirlər. Çox gözəl bir
tendensiyadır ki, yerli şirkətlərimizin hər
birinin internet saytı
var. Bu şirkətlər saytlarında
özlərinin təqdimatı
ilə yanaşı, ümumilikdə Azərbaycanın
təbliğinə də
xidmət edir. Həmçinin internet şəbəkəsi olan
“google” və “vikipediya” da da son dövrlər
Azərbaycan haqqında
məlumatların sayı
artıb.
-
Hazırda turizm sahəsinin əsas problemi kimi peşəkar kadrların
azlığı göstərilir.
-
Ötən il
Turizm İnstitutunun
ilk buraxılışı oldu. Sevindirici haldır ki, ATİ-ni bitirən tələbələr bir
sıra turizm şirkətlərində, hotellərdə
və sözügedən
ali təhsil
ocağının özündə
işə götürülüblər.
Bu yaxınlarda ATİ-də fəaliyyətə
başlayan turizm kursları da bilavasitə turistlərə xidmət göstərən kadr boşluğunun aradan qaldırılmasına xidmət
edir. Həm də regionlarımızda
yerləşən bir
sıra hotellərdə
işləmək üçün
aşpazlar, masa xidmətçiləri, turizm
agentliklərində çalışmaq
üçün işçilər və
s. digər
turizmə aid peşələr
üzrə
kadr hazırlığını həyata
keçirir.
Yaxın zamanlarda regionlarımızda
fəaliyyət göstərən
texniki peşə məktəblərinin bazasında
sırf turizmlə bağlı ixtisas məktəbinin açılması
nəzərdə tutulub.
-
Regionlardan danışdınız,
maraqlıdır orda turizmin inkişafı necədir?
-Qeyd etdiyim kimi,
regionlarımıza yeni
yollar çəkilib və bu istiqamətdə
də işlər aparılır, qazlaşdırma
prosesi aparılır.
Bunlar hamısı infrastrukturun yaxşılaşması regionlarımızda
təkcə yay fəslində deyil, il boyu turizm xidmətinin göstərilməsinə səbəb
olur. Və ora gedən
turistlərin sayı artdığından və
tələb olunduğu
üçün regionlarda
hotellərində sayı
çoxalır. Hotellərin sayı
artdıqca qiymət siyasətində də fərq görünür.
Belə ki, ötən illərlə nisbətdə qiymət
aşağı olur və paralel olaraq xidmətin səviyyəsi
artır. Bu səbəbdən
də artıq qış ayında da regionlarımızda istirahət üçün
isti otaqlar mövcuddur və əlavə xidmətlər
var.
Ümid edirəm ki, ilin sonuna qədər “Şahdağ” yay-qış
turizminin kompleksinin də bir hissəsi təhvil veriləcək.
Bu kompleksin tikildiyi regionun iqlimi və
təbiəti imkan verir ki, qış
aylarında orda xizək turizmi inkişaf etsin. Bu gözəl layihə olduğundan inanıram ki, ora qış aylarında çoxlu sayda yerli və
xarici turistlər gələcəklər.
- Əcnəbi turistlərin
marağı hansı
səviyyədədir və
onları daha çox nə maraqlandırır?
-İngiltərə, Almaniya,
qonşu ölkələrdən
isə Rusiya, İran ,
Gürcüstandan ölkəmizə
turistlər
gəlirlər. Hər
bir ölkədən gəlmiş turistin özünə uyğun marağı var. Məsələn,
fransızlar mətbəximiz,
amerikalılar macəra
turizmi almaniyalılar ekoturizm, iranlılar Novruz bayramı zamanı təşkil edilən əyləncəli proqramlar,
rusiyalılar isə yay turizmi ilə
maraqlanırlar. Elə
də turistlər var ki, onlar
ancaq müalicə
turizmi ilə maraqlanırlar. Azərbaycanın
zəngin və
qədim tarixi abidələrinə maraq göstərilir. Əsas amillərdən biri
isə Azərbaycan xalqının qonaqpərvər
olmasıdır. Bir çox
xarici ölkələrdə
qeyd etdiyim bu amillər olmadığından onlara
Azərbaycan çox maraqlı məkan kimi görünür.
-
Sərgilərin təşkili turizm sahəsində hansı irəliləyişlərə
səbəb olub?
-Ötən ilin aprelində keçirilən
beynəlxalq turizm sərgisi və bundan başqa ilk dəfə ölkəmizdə keçirilən
daxili turizm sərgisi də böyük rezonas doğurdu. Bütün bölgələrimizin təmsil
olunduğu daxili turizm sərgisi həm bizim üçün, həm də xaricilər üçün maraqlı
oldu və bir sıra dəyərli
məlumatlar əldə
etdilər.
Beynəlxalq turizm
sərgisində iştirak
edən xarici şirkətlərin əməkdaşları
da bölgələrimizin
turizm potensialı ilə
-
Faiq müəllim, bu
il hansı problemin həll olunmasını istərdiniz?
-
Turizm infrastrukturunun inkişafı və yüksək səviyyədə
formalaşması yalnız
turizm işçilərindən asılı deyil. Mən istərdim
ki, “Turizm ili”ndə Azərbaycana gələn turistlərin sərhəd keçid məntəqələrində
keçidi asanlaşdırılsın, bundan başqa ölkəmizdə
çeşidli hotellərin sayı
artsın, regionlar turizmə
daha çox cəlb edilsin və bu sahədən gəlir əldə
etməyi bacarsınlar, kəndlərdə də turizm
sektoru formalaşsın və s.
Günay
Paritet.- 2011.- 1-2 fevral.- S. 10.