“Bu il
Praqada diasporamızın media mərkəzini və radiomuzu
yaratmaq istəyirik”
Elşən Nəzərov: “Çexləri daha çox Azərbaycan mədəniyyəti, kulinariyası, təbiəti maraqlandırır”
Bu
gün xarici ölkələrdə
mövcud olan bir sıra diaspor təşkilatlarımızın
rəhbərlərinin fəaliyyət
göstərdikləri
ölkələrin ictimai, siyasi həyatında fəallığı və müəyyən
sahələrdə təmsil
olunmağı sevindirici haldır. Çünki
onların əhatə
dairəsi daha
da genişlənir, Azərbaycanla bağlı olaraq
keçirdikləri tədbirlərə çoxlu sayda
həmin ölkələrin rəsmilərini
və siravi
vətəndaşlarını
dəvət
etmək imkanı
əldə edirlər. Bu
da ölkəmizin
geniş əcnəbi
auditoriyasına tanıdılmasına
çox böyük
dəstək
olur. Bu cür ictimai fəallığı
ilə seçilən
təşkilatlardan biri
də Azər
-Çex Cəmiyyətidir
(AÇC) . AÇC
sədri Elşən
Nəzərov
söhbətində ilk olaraq təşkilatın yaranma tarixindən
danışdı və
bildirdi ki, AÇC 28 may 2003-cü
il tarixində Çexiyanın
paytaxtı Praqa şəhərində yaradılıb:
-Qeyd edim ki, bizim təşkilat yaranana qədər
Çexiyada fəaliyyət
göstərən rəsmi
və ya qeyri
-rəsmi diaspora təşkilatı
olmadığı
üçün Azər-Çex
Cəmiyyətinin
yaranma zərurəti ortaya çıxdı. Bu təşkilatın yaranmasının
təşəbbüskarı mən
oldum. Təşkilata
2003-cü ildən
bu günə
qədər sədrlik edirəm. Bu gündə fəaliyyətimizi davam etdiririk. Əsas məqsədimiz Azərbaycanla
Çexiya arasında
əlaqələri daha da
yaxınlaşdırmaq,
eyni zamanda burda ölkəmizin
mətbəxini,
mədəniyyətini,
tarixini, ədəbiyyatını çexlərə
təqdim etməkdir.
Hazırda Praqada “Azərbaycan evi” mövcuddur
-İndi təşkilatımızın binası yoxdur,
ancaq ofisi var.
Onu da vurğulayım
ki, bu
ofis Praqada ilk
və yeganə “Azərbaycan
evi “kimi fəaliyyət
göstərir. Təşkilatımız
bu dörd
otaqdan ibarət olan məkanı
kirayə tutub, artıq 4 ilə
yaxındır, çətin də
olsa fəaliyyətimizi burda davam
etdirməyə çalışırıq. Çexiyada
yaşayan azərbaycanlılarla
çox sıx
əlaqələrimiz
var. Ən azından ayda bir
dəfə “Azərbaycan
evi”ndə toplaşırıq. Eyni
zamanda milli bayramlarımızı,
tariximizin yaddaşına
yazılmış faciələrimizidə
qeyd edən
zaman əcnəbilərlə
yanaşı, orda yaşayan
soydaşlarımızı
da dəvət
edirik.
“Azərbaycan turizm obyekti kimi də çexlərin marağındadır”
Çexiyada ümumilikdə
500 nəfərə
yaxın azərbaycanlının yaşadığını
deyən cəmiyyət
sədri bildirdi ki, həmvətənlərimizlə
sıx əməkdaşlıq
edirlər və
onların hər
hansı bir problemi olarsa dəstək
göstərirlər:
-Çalışırıq
ki, çexlərlə azərbaycanlılar
arasında yaxşı bir
şəbəkə quraq. Çexlərdə
də ümumilikdə Azərbaycan
sevgi var. Onları daha çox Azərbaycan mədəniyyəti, kulinariyası,
təbiəti
maraqlandırır. Ancaq onu da
qeyd edim ki,
çex biznesmenlərini
və siyasətçilərini Azərbaycanla bağlı digər dəyərlər
maraqlandırır. Eyni
zamanda gözəl
və rəngarəng
təbiətə malik olan
Azərbaycana Çexiyada turizm obyekti kimi də maraq çox
böyükdür. Ancaq
bu maraqda çexlər
arasında kütləvi
xarakter daşımır. Ona
görə ki, ölkəmizdə
turizm sektoru
üçün yetərincə
infrastruktur yoxdur və
qiymətlər
bahadır. Yəni hotel və
qida xərcləri
Çexiyadakından çoxdur. Ancaq inanıram
ki, 2011-ci il ölkə Prezidentinin “Turizm ili”
elan etməsi Azərbaycanda bu sahədə
inkişafa səbəb
olacaq. Həmçinin Çexiya və
Azərbaycan arasında
da turizm sektoru
üzrə əlaqələrin
inkişafına
səbəb
olacaq.
AÇC-nin
nəzdində Azərbaycan
dili kurslarının
tədris olunmadığını
deyən həmsöhbətim
qeyd etdi ki, buna səbəb
maddi vəsaitlərinin
olmamasıdır:
- Çexiyada yaşayan
azərbaycanlıların
qarşılaşdığı
problemlərə gəlincə
isə qeyd edim
ki, hazırda çex dilini heç və
ya yaxşı bilməmələri, qanunlara yaxından bələd
olmamaları və
çex mətbəxinə alışmamaq
kimi problemlər
mövcuddur. Amma qeyd
edim ki, hazırda Çexiyada təhsil
alan tələbələrimizi diaspora fəaliyyətinə
cəlb etməyə
çalışırıq. Çünki bu
gün bir sıra
xarici ölkələrdə intellektli, savadlı
və potensiallı gənclərimiz var. Bu cür
gənclərimizin diaspor işinə
cəlb edilməsi
çox vacibdir. Buna görə
də Çexiya
Tələbə
və Gənclər
Təşkilatı yaratdıq. Bu təşkilatında
öz iş prinsipi var.
Çalışmışıq
ki, bu tələbə
təşkilatının
ətrafında
ordakı gənclərimizi
toplayaq və ictimai
fəaliyyətə
cəlb edək.
Azərbaycan və Çexiya
arasında əlaqələrdən
danışan E.Nəzərov
söylədi
ki, iki ölkə arasında
əlaqələr
daha çox turizm sahəsində inkişaf
edib:” Bundan başqa Azərbaycan
və Çexiya arasında təhsil
və iqtisadi əlaqələrdə inkişaf
edib.
Ümumilikdə götürdükdə bir çox
sahələr
üzrə əlaqələr
mövcuddur. Əminəm
ki, gələcəkdə
iki ölkə arasında
əlaqələrin
daha da sıx
olması
üçün bizdə
bir sıra
layihələr
icra edəcəyik. Bu gün
ümumilikdə Çexiyada Azərbaycan
diaspor mediasının olmadığını
deyən E.Nəzərov
qeyd etdi ki, AÇC-nin
sadəcə bu
funksiyanı yerinə
yetirən saytı var: “Yəni
cəmiyyətimizin
nəşri orqanı
olmasa da ancaq artıq
yeddi ildir ki, fəaliyyət göstərən
saytı (www.diaspora.cz) var.
Saytımızda keçirdiyimiz tədbirlər, AÇC-i, Azərbaycan
və Çexiya haqqında və başqa
bir sıra
məsələlərlə
bağlı ətraflı məlumatlar yerləşdirilib”.
AÇC-də türk uşaqları
üçün “Bazar günü” məktəbi fəaliyyət göstərir
-Bundan başqa
qeyd edim ki, bu
gün AÇC
Çexiyada fəaliyyət
göstərən
xarici diaspora təşkilatlarının
siyahısında
ön cərgədə dayanır , eyni
zamanda qeyri-hökumət
təşkilatları sırasında
da qabaqcıl
təşkilatlardan biri
sayılır. Bizim təşkilatın
əlaqələri
və əhatə dairəsi
də genişdir.
Belə ki, Çexiyada fəaliyyət
göstərən
türklərlə
və digər
diaspor təşkilatlarımız
ilə əlaqələrimiz var. Bir-birimizlə
sıx əməkdaşlığımız
qurulub və qarşılıqlı
olaraq tədbirlərimizdə
iştirak edirik. Onu da
qeyd edim ki, hətta Çexiyada türk
diasporunun yaranmasında
da Azər-Çex
Cəmiyyəti yaxından köməklik
göstərib. Həmçinin bizim cəmiyyətin
ofisində türk
uşaqları üçün “Bazar günü” məktəbi
fəaliyyət
göstərir.
Bu gün
dünyada fəaliyyət
göstərən diaspor təşkilatlarımızın
fəaliyyətindən
və təşkilatlanmasından
razı qaldığını bildirən
E.Nəzərov söylədi
ki, sadəcə
təşkilatlarımızın
fəaliyyətlərinin
daha da konstruktiv və effektli olmasını istərdi:
- Diasporla İş üzrə
Dövlət Komitəsi ilə əlaqə
və əmakdaşlığımız yaxşı səviyyədədir. Bu il
Bakıda keçiriləcək
Dünya Azərbaycanlılarının
III Qurultayından
bir sıra
gözləntilərim
var. Qarşıdan
gələn
qurultaydan gözlədiklərimiz
odur ki, dünya
miqyasında fəaliyyət
göstərən
diaspor təşkilatlarımıza impuls verəcək, kəmiyyətinə
və keyfiyyətinə
görə digər
qurultaylardan fərqlənəcək
. Mən
III Qurultayda cənab
prezidentimiz İlham Əliyevin çıxışını səbrsizliklə
gözləyirəm.
Bu il Praqada Sül meydanında “Xocalı soyqırımı” ilə bağlı tədbir keçiriləcək
AÇC-nin
ötən il keçirdiyi tədbirlərdən
danışan E.Nəzərov
qeyd etdi ki, ötən
il ondan
çox tədbir
keçiriblər:
- Bu tədbirlərdən əhatə dairəsinin
genişliyi və böyüklüyü ilə seçilən
tədbirlərimiz Azərbaycan
xalqının tarixinə
qanlı hərflə yazılmış 20 Yanvar
və “Xocalı soyqırımı”na həsr edilmiş “Xocalıya
işıq” adlı tədbirlər idi. Bu tədbirlər
zamanı iştirakçılara faciə ilə bağlı ətraflı
məlumat veririk və maarifləndirici bukletlər
paylayırıq. Bundan
başqa zəngin kökləri
olan mədəni irsimizi və
adət-ənənələrimizin də təbliği istiqamətində bir sıra tədbirlər həyata
keçiririk. Belə ki, milli
bayramımız olan və
YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil olan Novruz bayramı, muğamla bağlı mədəni mərasimlər
keçirmişik və “Xəzər axşamı” kimi tədbirlərini
də reallaşdırmağa
nail olmuşuq. Məlumat üçün bildirim ki, bu ildə “Xocalı soyqırımı” ilə
bağlı böyük bir
tədbir keçirməyi planlaşdırırıq. Çexiyanın Lidçe
şəhərində
Xocalı küçəsinin açılması
haqqında uğura nail
olmuşuq. Bu il isə Praqanın
mərkəzi Sül
meydanında 600 nəfərlik
aksiya keçirməyi planlaşdırırıq
və hazırda bunun
üçün hazırlıq işləri aparılır.
2011-ci ildə
bir sıra
yenilikləri olduğunu
qeyd edən müsahibim
bunları dedi:
- Praqada diasporumuzun media
mərkəzini və radiosunu yaratmaqla bağlı,
artıq iki
ildir ki, Diasporla İş üzrə Dövlət
Komitəsinə müraciət
etmişik. Ümid edirəm
ki, bu il sözügedən
layihəni uğurla icra edərək
başa çatdıracayıq.
Günay ƏLİYEVA
Paritet.- 2011.- 1-2 fevral.- S. 8.