Şeyx
Məhəmməd Xiyabani hərəkatı Azərbaycan
tarixşünaslığında
Qeyd
etmək lazımdır
ki, Pəhləvilər
hakimiyyəti illərində
(1925-1979-cu illər) Cənubi
Azərbaycanda milli
hərəkat
və bu hərəkata
başçılıq
edən şəxsiyyətlər
haqqında yazmaq
rəsmən
yasaq edilmişdi. Bu cəhətdən
Ş.M.Xiyabani şəxsiyyəti
və başçılıq
etdiyi hərəkat
haqqında İran
tarixşünaslığında
böyük
başlıq
var idi. Doğrudur, 1960-cı
illərdə görkəmli
tarixçi Əli
Azərinin “Təbrizdə
Şeyx Məhəmməd
Xiyabani üsyanı” adlı
fundamental əsəri
yazılıb
oxuculara təqdim
edilmişdir. 512 səhifədən
ibarət olan
bu dəyərli
kitab redimi şurasından
kənarda çap
edilmişdir. Mərhum
alimin bu kitabı
Xiyabani və onun
başçılıq
etdiyi həkərat
haqqında ən
müfəssəl
mənbə hesab
olunur, 3 iri fəsildən
ibarət olan
kitabda böyük
mütəfəkkir
və din xadimi
olan Xiyabaninin həyatı
və keçdiyi
mübarizə yolu
geniş səpgidə
əks olunmuşdur.
Ə.Azərin kitabında diqqəti çəkən mühüm cəhətlərdən biri odur ki, həmin dövrün sosial-siyasi və mədəni durumu şərh edilir, Xiyabaninin silahdaşlarının fəaliyyəti, Azərbaycan Milli hakimiyyətinin 5 ay ərzində icra etdiyi tədbirlər və nəhayət, Xiyabaninin nitqlərinin bir hissəsi
kitabda verilir. Ümumiyyətlə
Ə.Azərin Cənubi
Azərbaycan tarixşünaslığında
Xiyabani və onun başçılıq
etdiyi hərəkat
haqqında dəyərli
salnamə yazan müəllif
kimi çox qiymətlidir.
Ə.Azərin xiyabanişünaslıqda
açdığı cığır
Xiyabani haqqında
sonralar yazmış müəlliflər
üçün zəngin
və etibarlı mənbə
olmuşdur.
1979-cu il
İran inqilabından
sonra Xiyabani irsinə
müraciət
edənlər
sırasında
tarixçi-alim
Səməd
Sərdariniya, Zəhra
Vəfalı, Hüseyn
Düzgün, Salamulla Cavid, və başqalarının
adlarını qeyd
etmək olar.
S.Sərdariniya
“Azərbaycan məşhurları”
adlı kitabının
II cildində Xiyabaniyə onun
silahdaşlarından
olan Hacı Məmmədəli
Badamçıya, Hacı
Mirzəli Gəncəviyə
və başqalarına
xüsusi yer
vermişdir. Sərdariniyanın
əsərində
Xiyabani Cənubi
Azərbaycan xalq
hərəkatının qorxmaz və
dönməz
zəkalı xadimi
kimi təqdim
olunur. Kitabın
41-52 səhifələri
bilavasitə Xiyabaniyə həsr
edilib. Oşerkvari
yazılmış bu
yazıda oxucu
Xiyabani şəxsiyyətinin
böyüklüyünü
onun geniş elmi,
fəlsəfi
və dini dünyagörüşünün
müxtəlif
çalarlarını görür.
İnqilabdan sonra
Xiyabani haqqında
yazan müəlliflərdən
Z.Vəfalı özünün
çap etdirdiyi “Azərbaycana
şöhrət gətirənlər” kitabında
Azərbaycanın
görkəmli
şəxsiyyətləri
sırasında
Xiyabaniyə xüsusi
yer ayırmışdır. O
öz kitabında Vüsuqqudövlnin ingilislərlə
bağladığı əsarət
gətirici gizli
müqavilənin
ifşa olunmasında
Şeyxin yorulmaz mübarizəsini
faktlarla sübut
etmişdi.
Xiyabani Cənubi
Azərbaycan tarixşünaslığında
yeri haqqında
danışarkən
Azərbaycan Milli
Hökumətinin
rəhbəri
Şeyid Cəfər
Pişəvərinin “Gülüstan”
bağında nitqini
xüsusi qeyd
etməliyik. Pişəvəri
1946-cı il oktyabrın 2-də
Xiyabani büstünün açılışı ilə
əlaqədar söylədiyi
tarixi nitqində demişdir:
“Rəşidlik zirvəsinə
baxsaq Səttar
xan qəhrəman
imiş. O, düşmən
qabağında təslim
olmamışdır. Amma fikir, elm
və məlumat
nöqteyi-nəzərindən
baxsaq Şeyxin məqamı
fövqəladə
böyükdür. Sərdar rəşid
imiş, Şeyx o
xasiyyətlərə
malik halda, bir
də onun alimlik
məqamı var
idi”.
Azərbaycan
Milli Hökumətinin
mövcud olduğu
bir il ərzində
Xiyabaniyə büst
qoymaqla yanaşı, Xiyabani adına məktəb
də verilir. Xiyabani ailəsi
üçün Azərbaycan
Milli Hökumətinin
qərarı ilə
xüsusi təqaüd
də verilmişdir.
Cənubi
Azərbaycanın
görkəmli
siyasi xadimi, yazıçı
doktor Salamulla Cavid
“Xatirə dəftərindən” adlı
kitabında Xiyabani
şəxsiyyətinə və
onun başçılıq
etdiyi hərəkata
xüsusi yer
vermişdi. S.Cavid
öz yazısında
təkcə Xiyabaninin yox, onun silahdaşlarını
da yad etməklə
bərabər,
“İnqilabiyyun” və “Tənqidiyyun”
cinahlarının
mövqelərindəki
fərqli cəhətləri
açıqlamış, Xiyabaniyə
tərəfdar
olan “İnqilabiyyun” cinahını
xüsusi rəğbətlə
oxucuya təqdim
etmişdi.
Cənubi
Azərbaycanın
müasir alimlərindən
olan Hüseyn
Düzgün
həm də
bir şair kimi
tanınır. O
özünün
Xiyabaninin həyat
və mübarizəsinə
həsr etdirdiyi poemasını, 1990-cı
ildə (1379) “Şeyx Məhəmməd
Xiyabani həmmaməsi” kitabında
dolğun lövhələrdə
əks etdirir.
Cənubi
Azərbaycanın
görkəmli
ədəbi
simalarından olan
Həmid Nitqi,
Xiyabani haqqında
olduqca gözəl
şeir nümunəsində
Xiyabani hərəkatını,
onun böyük
şəxsiyyət olduğunu
qeyd edir.
Cənubi
Azərbaycan tarixşünaslığında
Xiyabani şəxsiyyəti
və onun başçılıq
etdiyi hərəkat
haqqında yazan
müəllifdən
biri də Xiyabani məfkurəsinə
düşmən
olan Əhməd
Kəsrəvi
olmuşdur. Ə.Kəsrəvini
Azərbaycan xalqının
milli kimliyi, mədəniyyəti
və tarixi haqqında
fars şovinist mövqeyindən
yazılmış əsərləri
bizə məlumdur.
Kəsrəvi
Xiyabani hərəkatının
əvvəlində
hərəkata
qoşulub özünü
Xiyabaniyə yaxın
adam kimi
göstərməyə
çalışmışdı.
O, Xiyabaninin milli
ruhuna və hərəkatın
milli yön
aldığını gördükdə
hərəkatdan
uzaqlaşmış, sonra
isə “Tənqidiyyun”
dəstəsinə
başçılıq
edərək, Xiyabaniyə
və onun başçılıq
etdiyi hərəkata
düşmən
mövqeyi bəsləmişdi. Buna
baxmayaraq Kəsrəvi
sonralar “Xiyabani qiyamı”
adlı kitabının
bir çox yerində
Xiyabani şəxsiyyətinin
böyüklüyünü,onun savadlı olmasını,
alovlu nitqləri
ilə kütləvi
hədəfə
dönmədən
qabiliyyətin etiraf
etməyə məcbur
olmuşdur. Onun
170 səhifədən
ibarət olan
kitabının
son fəslində
(VI fəsil)
Kəsrəvi
“İşin başa
çatması və Xiyabaninin
öldürülməsi” adlı
bölməsində
bir sıra
həqiqətləri
ortalığa gətirmiş
və Xiyabani şəxsiyyətinin
böyüklüyünü
yazmaq məcburiyyətində
qalmışdır.
Tarixşünaslıqda
Xiyabani və Xiyabani hərəkatı
haqqında bəhs
etdiyimiz bu bölmədə
“Azərbaycan” qəzeti
tərəfindən
nəşr edilmiş
“Şeyx Məhəmməd
Xiyabani. Azərbaycan
və Azərbaycan
demokratik qüvvələri” kitabçası
üzərində dayanmaq lazımdır. Mərhum alimimiz Qafar Kəndlinin
dəyərli
müqəddiməsi
ilə oxucuya təqdim
olunan bu kitabda
Xiyabaninin bir sıra
məqalələri
və nitqləri
verilmişdir. Kitabçanın “qorxu
və cəsarət” adlanan
bölməsi
hər bir
vətənpərvər
insanımız
üçün dəyərli
nəsihət
və örnəkdir. Kitabçada Xiyabani qorxunu xalqların
qul olmasının
başlıca
səbəblərindən
sayır. “Qorxmamalıyam,
buna görə
də nə qorxuram,
nə də qorxmaq
istəyirəm”. Xiyabaniyə görə,
mübariz insanın
qərarı belə
olmalıdır.
Xiyabani
şəxsiyyəti və
onun başçılıq
etdiyi hərəkat
haqqında İranda
və Cənubi
Azərbaycanda çıxan
bir sıra
çox dəyərli
qəzet və
dərgilərdə
xüsusi yer
verilmişdir. “Nəvide-
Azərbaycan”, “Şəmse-Təbriz”,
“Azərbaycanın
səsi”, “Əxtər” kimi
qəzetlər, “Varlıq”,
“Tribun”, “Azərbaycan
günəşi”,
“Yol” və s. dərgilərdə
Xiyabani haqqında
çoxsaylı yazılarla
rastlaşmaq mümkündür.
Bütün
deyilənlərdən
belə nəticəyə
gəlmək
olar ki, Azərbaycan
xalqının
böyük
mütəfəkkir
oğlu Xiyabani və onun başçılıq
etdiyi hərəkat
o taylı bu
taylı Azərbaycan
tarixşünaslığında
müəyyən
yer tutur. Lakin bunu qənaətləndirici
hesab etmək
olmaz. Bu böyük
şəxsiyyətin hərtərəfli
tədqiq və
təhlili tədqiqatçıların
gündəmində
duran məsələ
olmalıdır. Xiyabani XX əsr
tariximizin bir nöqtəsidir. Onu
hərtərəfli
öyrənmək
yeni və gələcək
nəsillərə
çatdırmaq hər
bir Xiyabanişünasın
vətəndaşlıq
borcudur
Ədəbiyyat
siyahısı:
Taqieva Ş.A. Naşionalno-osvoboditelnoe dvijenie v
İranskom Azerbaydjane v
1917-1920 q.q.
Tağıyeva
Ş.Ə. 1920-ci il Təbriz
üsyanı. Bakı, Elm,
1990, 148 s.
Vüqar
Əhməd. Şeyx
Məhəmməd
Xiyabani (həyatı,
mühiti və
ədəbi fəaliyyətı). Bakı,
Mütəllim,
2010, 140 s.
Məmmədli
Qulam. Xiyabani (Azərbaycan
xalqının
milli azadlıq
mübarizəsi
tarixindən). Bakı,
Azərnəşr,
1949, 160 s.
İbrahimov Mirzə.
“Cənubi Azərbaycanda milli demokratik hərəkat
haqqında” // İnqilab
və mədəniyyət
jurnalı, Bakı, 1947, No
4.
Qiyame
Şeyx Mühammed
Xiyabani. Ba muqeddeme ve haşi
ve verayişe
Dr. Mühəmmədəli
Homayun Katuzyan.
Ali Azeri.
Azadistan devleti
ve Şeyh Muhammed Hiyabani (1918-1920).
Makulu P. Xiyabani
(roman). Bakı, Yazıçı,
1979
“Ədəbiyyat
və incəsənət” qəzeti,
1976-cı il, 27 noyabr.
Nitqi Həmid. Seçilmiş əsərləri.
Bakı, “Avrasya press”, 2005.
Sübhan Talıblı
Paritet.- 2011.- 3-4 fevral.-S. 15.