“Dünyada bizim gənclər qədər fəal olan çox az gənc var”
“Yeni Azərbaycan
Partiyası gənclərin inkişafı üçün
geniş imkanlar yaradıb”
Yeni Azərbaycan Partiyasının
ölkənin inkişafı, əhalinin sosial rifahının
yaxşılaşdırması istiqamətində və bir
çox məsələlərdə işlər
görür. Təsadüfi deyil ki, partiyanın artıq
yarım milyondan çox üzvü var. Eyni zamanda partiya gənclərin
də inkişafı üçün geniş imkanlar
yaradıb.
Qeyd
edək ki, Dövlət Statistika komitəsinin
yaydığı məlumata görə hal-hazırda ölkə
əhalisinin 34,1 faizini, yəni 2,9 milyon nəfərini gənclər
təşkil edir. Azərbaycanda
gənclik dövrü bütün dünyada qəbul
olunduğu kimi 14-29 yaş arasıdır. Bu qədər gənc
bir millətin gələcəyi, bu gələcəyin
uğurlu olacağından xəbər verir. Ümumiyyətlə
Azərbaycan gəncliyinin inkişafı və gənclər
siyasətinin formalaşması Heydər Əliyevin adı ilə
bağlıdır. Belə ki, 1997-ci ilin 2 fevralından etibarən
Heydər Əliyevin təşəbbüsü ilə ölkədə
Gənclər Günü qeyd edilir. MDB ölkələri ilə
müqayisə də Azərbaycan bu məsələlərdə
çox öndə durur. Gənclərə göstərilən
münasibətin nümunəsi kimi 2007-ci ilin “Gənclər
İli” elan edilməsini də göstərmək olar.
Azərbaycan
gənclər siyasətində normativ hüquqi aktların
hazırlanması, gənclərin cəmiyyətdə
özünü təsdiq etməsi məsələləri MDB
məkanından xüsusilə fərqlənir, bu prosesdə
öndə gedən ölkə kimi özünü sübut
edib. Bu barədə YAP Gənclər Birliyinin sədri Seymur
Orucov yap.org.az saytına açıqlamasında bildirdi. “Azərbaycanda
gənclərə diqqət və qayğı siyasəti ulu
öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib
və bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Təbii ki, əhalinin böyük əksəriyyəti
gənclər olan ölkədə, demoqrafik problemi olmayan bir
ölkədə gənclərə belə bir münasibətin
göstərilməsi biz gənclərin üzərinə
böyük məsuliyyət yükü qoyur. Azərbaycanda gənclər
siyasəti ilə bağlı Prezident İlham Əliyev tərəfindən
xeyli sayda sərəncam imzalanıb. Gənclər və
İdman Nazirliyi müxtəlif gənclər təşkilatları
və digər müvafiq qurumlarla birgə bu siyasətin həyata
keçirilməsi üçün səylə
çalışırlar. Bu baxımdan Azərbaycan gəncliyi
yetərincə peşəkar, öz üzərində
çalışan və əvvəlki dövrlərdən
xeyli fərqlidirlər.”
Qeyd
edək ki, S.Orucov yanvarın
31-də YAP-ın Gənclər Birliyinin Qəbələdə
keçirilən III Qurultayda yeni sədr seçilib.
Sədr
Azərbaycan gəncinin beynəlxalq aləmdə göstərdiyi
uğurlardan, həyata keçirdiyi işlərdən də
danışıb. O deyib ki, bu gün Benilüks ölkələrində,
ABŞ, Türkiyə, Qazaxıstan və digər ölkələrdə
gənclərimiz Azərbaycanı uğurla təmsil edir: “Azərbaycan gənci XXI əsrin tələblərinə
uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi
layiqincə təmsil edir. Azərbaycan gəncləri ölkə
hüdudlarından kənarda da özünü təsdiq edib,
dünyaya Azərbaycan həqiqətlərini
çatdırmağa çalışırlar. Heydər Əliyev
Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın
sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı
fəaliyyət göstərir. Bu təşkilatın
dünyanın böyük dövlətlərində Azərbaycan
həqiqətlərini çatdırmasında rolu xüsusi
vurğulanmalıdır. Digər tərəfdən, gənclər
dövlətin qayğısı nəticəsində bəlkə
də əvvəlki illərdə görülmüş
işlərin cəmi qədər iş görə bilir.
2009-2010-cu ildə gənclərlə bağlı böyük
beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin
Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq
miqyasda nüfuzunun göstəricisidir.”
Qeyd edək ki, gənclər təşkilatlarımız Avropa Gənclər Forumunun
üzvüdür, eyni zamanda İslam Konfransı Təşkilatının
gənclər strukturunun fəal
iştirakçılarındadır. S.Orucov hesab edir ki, Azərbaycan
gənci qədər fəal olan çox az ölkənin gənci
var. O, YAP-ın gənclərlə bağlı fəaliyyət
istiqamətlərinin üstünlüklərindən də
danışıb:
“Partiyamızın gənclər siyasətində
prioritet istiqamətlər mövcuddur. Bununla bağlı
üç əsas istiqaməti qeyd etmək istəyirəm: təşkilatlanma,
beynəlxalq qurumlarda özünütəsdiq və cəmiyyətdə
mütəxəssis qismində təmsil olunmasıdır.
YAP-ın gənclərlə bağlı siyasətinin
uğurla davam etdirilməsi gənclərin ictimai-siyasi fəallığını
da ildən ilə artırır. Seçki prosesində gənclərin
iştirakına, parlament və bələdiyyələrdə
təmsil olunmaları buna misaldır. Hazırda dövlət gənclər
siyasətinin bəhrəsi olan, bilik və bacarıqları ilə
özünə etimad qazanmış yetərincə gənc
millət vəkilimiz var.”
O, digər ölkələrlə
müqayisədə bu rəqəmin
yüksək olduğunu deyir. “2009-cu ilin dekabr ayında
keçirilən bələdiyyə seçkilərində də
xeyli sayda gənc namizədlər var idi. Azərbaycan həqiqətləri ilə
bağlı dünyada ədalətsiz məqamlara rast gələndə
istər interforumlardakı aksiyalarda, istər beynəlxalq tədbirlərə
qatılmaq nöqteyi-nəzərdən bütün proseslərdə
gənclər çoxluq təşkil edir. Bu da cəmiyyətdə
gənclərin fəallığından irəli gəlir. Elə
dövlət və qeyri-hökumət strukturu yoxdur ki, orda gənc
təmsil olunmasın”.
Gənclərlə bağlı təşkilatları üç
istiqamətə bölən S.Orucov onları fəaliyyətinə
görə aktiv, qismən aktiv
və yeni yaranan təşkilatlar qrupuna ayırıb. Belə
ki, yeni yaranan gənclər təşkilatları digərlərinin
inkişafında kadr potensialının güclənməsi,
sağlam rəqabətin yaradılması baxımından
müsbət rol oynayır. Qismən aktiv təşkilatlar
öz üzərində işləyərək maraqlı layihələrin
həyata keçirilməsinin axtarışında
olanlardır. Aktiv qurumlar isə öz ətrafında artıq
təsdiqlənmiş, müəyyən zaman kəsiyində
ortaq fikirdə olan gəncləri öz ətrafına birləşdirə
bilmiş və gələcəkdə mütəxəssislərin
cəmiyyətə ixrac edilməsinə xidmət edən strukturlardır.
“Yəni bu sahədə birmənalı şəkildə təşkilatlanma
var. Burada elm-təhsil, ekologiya, iqtisadiyyat, din, hərbi vətənpərvərlik
istiqamətində təşkilatlar var. Yeri gələndə
onlar birləşərək birgə fəaliyyət göstərirlər.
Bütün bunlar bizim demokratik cəmiyyətimizin
mühüm göstəricilərindəndir. Gənclər hərəkatında
idmançılarımızda böyük əksəriyyət
təşkil edir. Və hər bir gənclik bilikli və
bacarıqlı mütəxəssis olmaqla yanaşı, həm
də sağlam olmalıdır. Bu hərəkatın da lideri
olan Prezident İlham Əliyev idman yarışlarında
ölkəmizi dəstəkləyərək idmançılarımızı
ruhlandırması idmanımızın inkişafında gənclərimizi
ruhlandırır. Peşəkar idmançılar
bayrağımızı yüksəldərək Azərbaycanı
bir idman ölkəsi kimi tanıtması üçün əlindən
gələni edirlər.”
Paritet.-2011.- 3-4 fevral.-S. 5.