Qara Qarayevlə bağlı kitabdiskin təqdimat mərasimi keçirilib

 

Dünən    Mədəniyyət və  Turizm Nazirliyi,  Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Heydər Əliyev  Fondu və  M.F.Axundov adına Milli Kitabxanası birgə  Qara Qarayevə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə  Heydər Əliyev Fondu  və Mədəniyyət və  Turizm  Nazirliyinin  dəstəyi ilə çap olunmuşQara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarındakitabının  və Milli  Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Qara Qarayevin əsərlərivə  Qara Qarayev.  Elektron məlumat bazası  disklərinin  təqdimat mərasimi  keçirilib.

 Milli Kitabxananın direktoru Kərim Tahirov musiqimizə ümumdünya şöhrəti gətirən sənətkarlar arasında Qara Qarayevin  xüsusi  yer tutduğunu  qeyd edib. Mədəniyyət və turizm nazirinin  müavini  Sevda Məmmədəliyeva   görkəmli bəstəkarın Azərbaycan klassik musiqisinin inkişafında  əvəzsiz xidmətlərindən, klassik və müasir musiqinin sintezini yaratmasından danışıb. O,  belə  bir kitabın  çap  olunmasında  Heydər  Əliyev Fonduna dəstəyə  görə təşəkkürünü  bildirib.

Kitabın elmi redaktoru,  Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq namizədi Alla Bayramova deyib ki,     muzeyin kolleksiyalarında 50  mindən artıq əşya var. Kolleksiyada Qara Qarayevə və ona yaxın olanların  fotoşəkilləri, not və mətnlərin əlyazmaları, afişalar, proqramlar, təsviri sənət nümunələri, bəstəkarın  şəxsi kitabları və əşyalar qorunur. Nəşr edilən kitabda Q. Qarayevlə bağlı 700 sənət toplanıb.

Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Zemfira Səfərova , Nizami Gəncəvi adına  Milli Azərbaycan  Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynov və başqa bir sıra tanınmış ictimaiyyət və mədəniyyət xadimləri  bəstəkarın yaradıcılığından, onun gözəl müəllim olmasından, neçə-neçə gözəl bəstəkarlar yetişdirməsindən  danışıblar.

 Məlumat üçün bildirək ki,  Qara Qarayevin  əsərlərivə “Qara Qarayev.  Elektron məlumat bazası” adlı diskdə bəstəkarın  həyat və yaradıcılığı, fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin Qarayev haqqında  dediyi fikirlər, bəstəkarın musiqi və nəşr əsərləri, Q.Qarayevə həsr olunmuş musiqi və nəşr əsərləri, dissertasiyalar və fotoqalereya əks olunur.

Tədbirin gedişatında Qara Qarayevin əsərlərindən nümunələr Azərbaycan Dövlət Simli Kvarteti, ŞeksprinHamlettamaşasına yazdığı musiqidən fraqment- Pantomima, fleyta improvizasiyası  Dövlət Akademik Opera və Balet Teatrının solisti  Elnur Qurbanov  tərəfindən ifa olunub.

 Sonda isə tədbir iştirakçıları Q.Qarayevin həyat və yaradıcılığına  həsr olunmuş kitab, dövrü mətbuat materialları, CD disklər, dissertasiyalardan ibarət  sərgi ilə tanış oldular.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 5-7 fevral.- S.16.