Azərbaycanlı rejissor Estoniyada kukla
muzeyi yaradır
Rauf Avşar: “Bu muzeydə 100-dən
artıq kuklanın nümayiş olunmasını nəzərdə
tutmuşuq”
Diaspor təşkilatlarımız
arasında Azərbaycanın zəngin və qədim mədəni irsini təbliğ edən, fəaliyyətində bu istiqaməti
əsas götürən mədəniyyət təşkilatlarıda var. Milli
teatr ənənələrimizi
ölkədən kənarda layiqincə təmsil edən mədəniyyət
ocaqlarımızdan biri də
Estoniyada fəaliyyət göstərən “Rauf Avşar
adına kukla teatrı”dır. R.Avşar bizimlə söhbətində
ilk olaraq ötən il
işıq üzü görmüş və milli
teatrımıza həsr etdiyi “Orta əsr kukla teatrı Orta və
Yaxın Şərq ölkələrində”adlı kitabı
haqqında danışdı: ”Bu nəşrin hazırlanmasında
tanınmış teatrşünas Aydın Talıbzadənin kitabından istifadə olunub.
Eyni zamanda kitabda kuklalarla bağlı maraqlı şəkillərdə
yer alıb. Bu kitabı eston dilində nəşr
etdirdik ki, estonlar Azərbaycan mədəniyyəti və
teatrı ilə yaxından
Mayda Estoniyada azərbaycanlı rəssamların
sərgisi keçiriləcək
“ 2010-cu ildə daha bir uğurlu mədəni layihə həyata
keçirtdik. Belə ki, bizim təşəbbüsümüzlə
iki azərbaycanlı
rəssamın- İradə və Rza
Avşarların Estoniyada sərgisini
təşkil etdik.”-deyən R.Avşar bildirdi ki, onların əsərlərini
estonlar maraqla qarşılayıblar:
-
Sərgiyə
estonların bu cür maraq və istəyini nəzərə
alaraq 2011-ci ilin may ayında yenidən dövlət səviyyəsində sərgimizi təşkil edəcəyik. Birinci
sərgidə 20-ə qədər rəsm nümayiş
olunurdusa, builki gerçəkləşəcək ikinci sərgidə
isə 50-dən artıq əsər
nümayiş olunması nəzərdə tutulub ki, bu işlərin
10-nu Tallinə həsr ediləcək. O biri əsərlər isə Azərbaycanla
bağlı olacaq. Ümid edirəm ki, bu sərgi Azərbaycanın rəssamlıq
məktəbinin geniş əcnəbi
auditoriyasına təqdim edilməsi üçün
yaxşı bir fürsət olacaq.
Kuklaların iştirakı ilə
hazırlanmış “Məşədi İbad” tamaşası estonlara Azərbaycan dilində təqdim ediləcək
O
bildirdi ki, bu il dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “ O
olmasın, bu olsun”- “Məşədi İbad” əsəri əsasında kuklaların iştirakı ilə səhnələşdirilmiş
tamaşanın son məşqləri aparılır.
-
Çox maraqlı alınan tamaşada gənc rus aktyorları
da iştirak edirlər. Onu da
qeyd edim ki, bu tamaşada xeyli sayda kukla və 4-5 aktyor iştirak
edəcək. Tamaşanın hazırlanmasına bir ildən artıq vaxt sərf olunub. Bu tamaşa üçün kuklaları Bakıda
hazırlatdırmışıq. Lakin kuklalar Bakıda
hazır olub, Estoniyaya gətirildikdən sonra onların müəyyən
hissələrində və
paltarında düzəlişlər
və dəyişikliklər
edirik. Yəni səhnəyə
çıxardığımız kuklaların yerişinə
və hərəkətinə belə diqqət yetirmək
vacibdir. Bu, incə, çətin, məsuliyyətli, eyni
zamanda maraqlı
bir işdir. Bunun üçün də
çox vaxt lazımdır. Teatrımızın heyəti az olduğu
üçün az
işçi ilə çox iş görməyə
çalışırıq.
Bu klassik əsər olduğundan heç bir dəyişiklik
etməmişik,
qeyd edim ki, tamaşa Azərbaycan dilində təqdim olunacaq. Tamaşada milli musiqilərimizdən
istifadə olunub. Ancaq
tamaşa nümayiş olunmamışdan əvvəl,
tamaşaçılara əsər haqqında rus, eston dilində
məlumatların yer aldığı bukletlər təqdim olunacaq.
Həmçinin tamaşa başlamazdan əvvəl əsərin məzmunu ilə bağlı auditoriyaya ətraflı məlumat
veriləcək. Məlumat
üçün bildirim ki, “Məşədi İbad”
tamaşasının fevral və ya mart ayında eston və digər əcnəbi
auditoriyaya təqdim edəcəyik. Bu tamaşa Estoniyanın bir neçə
şəhərində göstəriləcək.
Bundan
başqa bu il Azərbaycan
nağılı olan “Üç keçi” əsasında tamaşa hazırlayacağıq.
Ola bilsin ki, gələcəkdə rejissor kimi bu nağıl-tamaşaya Azərbaycanın
rayonlarının birində quruluş verdim.
“Rauf
Avşar adına kukla teatrı”nın kollektivi 15 illiyini qeyd edəcək
Teatrın rəhbəri bildirdi ki,
bu il Estoniyada “Kukla muzeyi” yaradacaqlar:
-Bu
mədəniyyət ocağı bizim teatrın muzeyi olacaq. Yəni tamaşalarımızda iştirak edən
kuklalar orda nümayiş olunacaq. Artıq bizim yüzdən
artıq kuklamız var. İstəyirik ki, yaradacağımız muzeydə
bu kuklalar yer alsın. Belə bir ideyamız var ki, tamaşaya
baxmağa gələn tamaşaçıları ilk olaraq bu
muzeylə
Ötən il bizim yadda qalan qastrol səfərlərimizdən
biri də Norveç səfərimiz oldu. Bu səfərdə biz “Qız qalası” əfsanəsi əsasında
hazırladığımız pantomim tamaşanı norveçlilərə və orada yaşayan azərbaycanlılara
təqdim etdik. Pantomim olduğundan bu səfərdə
dil problemimiz olmadı və proqramımız norveçlilər tərəfindən
çox maraqla qarşılandı.
Həmsöhbətim bildirdi ki,
Norveç və Estoniyadakı azərbaycanlı
diasporlarının təşəbbüsü ilə
gerçəkləşən bu səfərdə məqsədləri
Azərbaycanın zəngin, qədim mədəniyyətini
başqa ölkələrə, əcnəbi tamaşaçılara ətraflı təqdim və
təbliğ etməkdir:
-Kuklalarla
işləmək daha asandır, nəinki insanlarla. Çünki kuklalar arasında intriqa yoxdur, onlar nə
danışır, nə etiraz edir, nə də bir-birlərinə
paxıllıq duyurlar. Kuklaları
çamadanda gizlədib, lazım olanda götürmək olur.
Baxmayaraq ki kuklalar hərdən “xəstələnir”
və bərpa tələb edir. İnsanlarla
işləmək maraqlı olsa da, olduqca çətindir.
Rejissor
bildirdi ki,
tamaşaları
üçün kuklaları Azərbaycanda
hazırlayırlar:
-Bu həm maddi tərəfdən əlverişlidir, həm də Azərbaycan rəssamlarının
yüksək sənət bacarığını estonlara göstərmək
üçün yaxşı bir üsuldur. Məlumat
üçün bildirim ki, ətrafımızda teatra maraq göstərən
istedadlı gənclər də çoxdur. Məsələn, Oleq Polozov adlı bir gənc var. Fəxr
hissiylə deyə bilərəm ki, teatra, sənətə
sadiq tələbələrimdəndir. Yadımdadır, o elə
balacaboy idi ki, əvvəlcə onu qəbul etmək istəmədik.
Ancaq onda olan həvəs, inadkarlıq məni
heyran etdi. İndi maşallah,
teatrımızın gənc aparıcı kuklaçılarından
biri sayılır.
Ümumiyyətlə, Estoniyada teatra çox yüksək dəyər
verirlər. Dövlət
teatrından başqa 10
özəl kukla
teatrı mövcuddur. Bu teatrların
hər biri ilə yaxın münasibətlərimiz var. Onlarla tez-tez görüşürük və müəyyən məsələlər
ətrafında fikir mübadiləsi aparırıq. Orda kukla teatrı formasıda
geniş yayılıb və hazırda çox yüksək səviyyədə
inkişaf edir.
Estoniya dövləti bütün janrlarda
göstərilən tamaşalara maraq göstərir və
maddi cəhətdən köməklik
edir. Eston dövləti
büdcəsindən mədəniyyətə
ayırdığı puldan bizi
də nəzərə alır. Bundan başqa maliyyə vəasiti ayrıldıqdan sonra dövlət işimizlə
maraqlanır və tamaşalar hazır olanda baxırlar. Ayda
bir tamaşa göstəririk və bizim teatrın öz
tamaşaçısı var.
Sonda
isə Rauf Avşar özü haqqında qısaca məlumat verdi:
-Mən Gəncə
şəhərində dünyaya göz açmışam. Mərhum
atam,istedadlı aktyor Muxtar Avşarov onun yolunu davam etdirməyimi istəmirdi. Ancaq tale elə gətirdi
ki, teatrla bağlı oldum.
Azərbaycan Dövlət
Pedaqoji Universitetinin bədii qrafika bölməsini bitirmişəm. Estoniyanın Tallin şəhərində
gimnaziyada müəllim kimi işləmişəm. 26 ildir Estoniyada yaşayıram. 1996-cı ildən
yaratdığım “Rauf Avşar adına kukla teatrı”na rəhbərlik
etməklə yanaşı, rejissor, ssenarist və
kuklaların yaradıcısı kimi də fəaliyyət
göstərirəm. Rejissorluğu, kuklaçı sənətini
mənə
Estoniyanın canlı klassiki Ferdinand Vəykeyə öyrədib. Bəzən
düşünürəm ki, o olmasaydı, bu sənətdə
uğur qazanmazdım. Təbii ki, sənətə
olan həvəs, məhəbbət də rol oynayır. Əlbəttə, hər yerdə olduğu kimi,
Estoniyada da teatr sənətiylə dolanmaq çox çətindir.
Nəzərə alın ki, teatrım həm
özəldir, həm də ilk növbədə uşaqlara,
daha sonra isə böyüklərə ünvanlanıb. Maliyyə baxımından çətinliklər
olur. Ancaq buna baxmayaraq, mənim və teatrımızın
kollektivinin qəlbində olan teatr sevgisi hər şeyə
üstün gələrək
bizi yeni-yeni tamaşalar hazırlamağa həvəsləndirir.
Günay ƏLİYEVA
Paritet.- 2011.- 5-7 fevral.-
S.11.