“Şəxsən
məni Azərbaycan sevdası yaşadır”
Kərim Urmulu: “Şərqdə insanları din adı altında məhv edirlərsə, Qərbdə bunu demokratiya adı altında edirlər”
Hazırda
dünyanın
müxtəlif
ölkələrində
yaşayan Cənubi
Azərbaycandan olan
soydaşlarımız
heç də öz
istəklərinə
görə vətənlərindən
ayrı düşməyiblər. Onların
demək olar
ki, hamısı
fars rejiminin siyasi
təqibləri
üzündən
öz doğma
diyarlarından uzaqda həyat
yaşayırlar.
Hamısının
da qəlbində
vətən
sevdası odlanır. Birini
dindirsən, sanki
hamısının
dərdini anladacaq.
Həmin qürbətçi
azərbaycanlılardan
biri, hazırda
Danimarkada yaşayan
Kərim Urmulunun həsrət
dolu nidalarını
sizlərə təqdim
edirik. Onu tanıyasınız
deyə, ilk olaraq
özü haqqında
ətraflı
məlumat verməsini
xahiş etdik:
-Cənubi
Azərbaycanın
ikinci böyük
şəhəri Urmuda
doğulmuşam.
İlk və orta
təhsilimi həmin
şəhərdə almışam. Məcburi
əsgəri
xidmətdən
sonra siyasi təqiblər
üzündən
Avropaya köçməli
oldum. 1989-ci ildə
bir il Türkiyədə
yaşadım. Sonra
isə Birləşmiş
Millətlər
Təşkilatı tərəfindən
qaçqın
kimi Danimarkaya göndərildim.
1990-cı ildən
bəri burada
yaşayıram.
İki universitet bitirmişəm. Fəlsəfə
(əsl adı İdeallar
Tarixi İnstitutu) və
Dramaturgiya. Soydaşlarımızın
bir çoxu bazar,
karyer və prestij
naminə peşə seçirsə,
mən bilərəkdən
incəsənət
və fikir tarixi
təhsilini seçməyi
qərar verdim.
Bu sahələrə
marağım həmişə
sönməzdi.
Təhsilim bitsə
belə, indi də
davamlı təhqiqatla məşğulam Həmişə
arzum bu olub
kı, aldığım
təhsil və
qazandığım bacarıqları
Azərbayan uğrunda
istifadə edim. Bundan
böyük
bir zövq
alıram. Ona
görə Azərbaycanı
tanıdacaq, Azərbaycan
adını və
mədəniyyətini
mədh edəcək
hər vəsilədən
və imkandan istifadə
etməyi özümə
bir milli borc
bilirəm. Aldığım
ixtisaslar üzrə iş
tapmaq olduqca çətindir.
Deməli, bu
sahələrdə
iş tapa bilmədiyimdən
başqa sənət
öyrənməyi
qərara aldım. Qrafik
və multimedia öyrəndim.
Təvazökarlıqdan
uzaq olsa da, amma,
həm də
özünü tədris
yoluyla. Bazar da
gərgin rəqabət
gedir, amma nə
edək, artıq
həyata davam
gətirməliyik.
- Cənubi
Azərbaycan İnsan
Haqları Təşkilatı
olaraq, İranda azərbaycanlıların
hüquqlarının
pozulması halları barədə
dünya insan
haqları mərkəzlərinə
lazımınca
məlumat çatdıra
bilirsinizmi?
- Danimarkada Azərbaycan
adına bir
neçə siyası-mədəni
təşkilatlarımız
fəaliyyət
aparır. O
cümlədən
Cənubi Azərbaycan
İnsan Haqları Təşkilatı.
Mənim bu
təşkilatın
tədbir və
kampaniyalarında da
fəaliyyətim
olur. Bu təşkilatın
fəaliyyətlərindən
bəzilərini
qeyd etmək
istəyirəm.
İranda milli
və mədəni
fəallarımıza
qarşı olan təzyiqlərə
və həbslərə imza kampaniyası
şəklində etiraz edirik. Bu xüsusda
Danimarkanın insan
haqları təşkilatlarına, dövlət
xarici işlər
nazirliyinə, parlamentə və
digər orqanlara davamlı müraciətlərimiz
olur.
Ötən
ilin dekabrında
fars rejimi tərəfindən
törədilən
Urmu gölü
faciəsi haqda
konfrans təşkil
etdik. Konfransa Danimarka
parlamentinin türk əsilli millət vəkili Hüseyn
Aracı da dəvət edik. Ondan rica etdik ki, bu məsələni
parlamentində bir qlobal faciə kimi qiymətləndirsin.
Hər il dekabr ayında 21 Azər mərasimi
keçirib azərbaycanlıları bir araya toplamaq bizim ən
əsas işlərimizdən sayılır. Bundan əlavə
21 fevral Beynəlxalq Ana dili günü münasibətilə həmişə
mərasimlərimiz olub. Azərbaycan Respublikasının
İstiqlal, Respublika günü, Konstitusiya və başqa əlamətdar
günlərini təntənə ilə keçirməyə
çalışırıq. Rus və erməni qətliamlarını
dünya ictimaiyyətinə çatdırmaq üçün
20 yanvar, 25-26 fevral və digər soyqırım faciələrimiz həm mediadan yayırıq, həm
də anma gecələri
keçiririk.
-
Beynəlxalq təşkilatların
İrandakı despotizimə və edam hallarına qarşı
münasibətləri Sizi qane edirmi?
-
Mən şəxsən beynəlxalq
“açıqlamalara” və bəyanatlara inanmıram. Amma
təşkilatlarımız tərəfindən nə
münasibət bildirilirsə, dəstək verməyi
özümə borc bilirəm. Məncə, beynəlxalq medialar
(xüsusən Avropa və Amerika) bir sui-qəsd nəzəriyyəsi
şəbəkəsi zənciri içində İran, Əfqanıstan,
İraq və s. məsələləri qaldırırlar.
Onlar üçün İran
diktaturası deyil, öz milli və iqtisadi maraqları əsasdır.
Gələcək başqa bir təcavüzə təmin
yaratmaqdır. Qərb yaxşı bilir ki, İran rejiminə qarşı
ən aktual və potensial oponent Cənubi Azərbaycan milli hərəkatıdır.
Lakin bu gerçəyi qulaq ardı edən Qərb imperalizmi
İran diktaturasını özü devirmək niyyətindədir!!
Hədəf öz rejimini (yeni fars rejimi) hakimiyyətə
gətirməkdir Həqiqətən, Qərbin xoş niyyəti
varsa İran müxalifətinə (Azərbaycan millətinə)
birbaşa dəstək verməlidir, terrorist kürd və ermənilərə
deyil.
-Bu
il İranda edam halları daha da çoxalıb. Beynəlxalq
hüquq təşkilatlarının hesablamalarına görə
hər 8 saatdan bir İranda insan edam edilir. Sizcə İran
bununla dünyaya hansı mesajı vermək istəyir?
-
İranın edam hadisələri heç də təzə
bir şey deyil. Edam epizodları 30 ildir ki, davam edir. Bu məsələnin
dünya (Avropa-Amerika) mediasında əks olunması,
sözsüz ki, gizli bir əməliyyatın tərkib hissəsidir.
İraq və Əfqanıstandan sonra İranı ələ
keçirmək Qərbin ən son Yaxın Şərq
planı olmalıdır. Millətlərin zindanı olan
İran fars rejiminə nə qədər qaşı olsam da,
ona hərbi təcavüzlə razılaşa bilmirəm.
Avropanın və xüsusən ABŞ-ın Əfqanıstan
və İraqda vəhşilikləri göz
qabağındadır. Mənim fəlsəfəm budur ki, Səddam
və ya İran fars rejimi kimi qəddar rejimləri öz əhalisi
devirməlidir və devirə bilər də, lakin quldur
ABŞ-ın bu məmləkətlərə təcavüzü
o xalqlara heç nə vəd etmədi, gətirdiyi təhlükə
ölüm və kürd terrorizmi
oldu. Bu təcavüzlərdən ancaq kürdlər və
İsrail bəhrələndilər. Bunu da əlavə edim ki,
ABŞ-dan sonra ən faşist məmləkət
Danimarkadır. Düzü, bəzi qondarma estetistikalara görə
bura dünyanın ən birinci
demokratik ölkəsi sayılır. Bu ölkə, yəni Danimarka,
kiçik Amerika sayılır. Bu yerdə medialar hər
gün Şərq millətlərini, xüsusən müsəlmanları,
təhqir etmək və gizli irqçi siyasət aparmaları
ilə məşhurdur. Başqa Avropa ölkələri, o
cümlədən Avstriya, Fransa, Hollandiya və Belçika
kimi irqçi dövlətlər Danimarkadan nümunə
götürürlər. Çox maraqlıdır ki, burada əcnəbilərin,
xüsusən qarabaşların, üzünə tüpürməzlər,
onlara gözucu baxmazlar, amma KİV-lərdə durmadan hər
gün təhqiramiz mətnlər, proqramlar yağış
kimi yağır. Assimilasiya siyasəti altdan-altdan və incə
metodlarla həyata keçir. Dördünü güc
sayılan medianın gördüyünü nüvə
silahları da görə bilməz. Burada millətlərin
ancaq adı var. İçləri bomboş. Əcnəbi ailələr,
göz görə-görə, uşaqlarını “inteqrasiya”
naminə qurban edirlər. Bir sözlə, burada pambıqla baş
kəsirlər.
Son
dediklərim bəlkə bədbinlikdən irəli gəlir,
amma inanın ki, 20 ildə yaşadığım Avropanı
gördüm və hər şeyi hiss etdim. Düzü, bu illəri
ömrümdən saymıram, amma burada çox şeylər
öyrəndim. Amma, heyf hamısı mənasız. Şərqdə
din adı altında insanları məhv edirlərsə burada
demokratiya adı altında bunu edirlər. Demokratiya bir şirin
zəhəridir. İnkişaf və elm isə bir hiylə.
Şərqdən baxana burası cənnət kimi
görünür. Amma nə yazıq ki, tam tərsinədir.
“Roma klubu”, “Bilderberq klubu” və digər təşkilatlar
dünyanı ələ almağa çalışırlar. Ən
qorxuncu isə budur ki, bizim öz əlimizlə, bunlara inanaraq
öz kökümüzə balta vurduq. İnkişaf, tərəqqi,
demokratiya, yenilik və elm naminə hər nə
doğmadırsa satdıq getdi. Şəxsi
ehtiraslarımız bizi iyrənc duruma saldı. Bir robotdan fərqimiz qalmayıb.
Şəkildə adam, daxildə isə bir sürü heyvana
dönüşmüşük. Şəxsən məni Azərbaycan
sevdası yaşadır. Qurban olum vətənimə. Pisinə
də yaxşısına da. Özü olmayan, amma
başqasına bənzəməyə çalışan və
ya çabalayan bir insan sürüsü yetişir buralarda.
Bizim insanımız nə tez əridi burada. Nə tez
aldandı. Elmin və inkişafın gözü kor olsun.
Kökündən ayrılan nə hallara düşməz ki.
-Sizin
Azərbaycan Mədəniyyət Ocağı - Danimarka təşkilatı
nə vaxtdan fəaliyyət göstərir?
-
Mədəniyyət ocağı
əslində 1986-ildə təsis oldu. Ocağın sədri
cənublu şairimiz İsmail Cəmili cənabları olub.
İndi o, Amerikaya köçüb. Bu təşkilat vaxtilə
bir çox Azərbaycan musiqi konsertlərinə dəstək
olub. Zaman-zaman fasilələr olsa da biz onun adını və
fəaliyyətlərini yaşatmağa
çalışdıq. Adı hər nə olur olsun, bizim
ümdə məqsədimiz odur ki, Azərbaycan diasporunu,
müxtəlif mədəni tədbirlər daxilində bir
araya toplayaq. Ocağın başqa fəaliyyətlərindən
bunları saymaq olar:
-Çərşənbə
gecələri Radio verilişləri.
-
Bazar günləri, hər dəfə 3 saat müddətincə,
“Azərbaycan Mədəniyyət Axşamları” tədbiri
altında anadili dərsləri təşkil etmişik. Həm
uşaqlar, həm də böyüklər üçün
(ümumən güneylilər üçün) dil kursları
keçiririk. Tədbirdə həmçinin “Açıq təhsil”
adıyla həftəlik maarifləndirici seminarlar təşkil
etməyi planlaşdırırıq. Məqsəd, diasporumuzu
yeni elmi və texniki tapıntılarla təmin etmək, elmin və
maarifin Azərbaycan uğrunda necə istifadəsindən bəhs
etməkdir.
Bizim ocağın xüsusiyyəti
ondadır ki, diasporumuzun (Danimarkada) bacara bilmədiyini və ya
bəzi səbəblər üzündən çəkindiyi
fəaliyyətləri biz öhdəmizə
götürürük. Məsələn, başqa doğma cəmiyyət
və təşkilatlarımız şimal-cənub deyib dururkən,
biz heç fərq qoymadan Azərbaycanla əlaqədar hər
nə varsa, imkan daxilində, deməyə və tanıtmağa
çalışırıq. Ümumazərbaycan (şimal-cənub)
maraqları və problemləri bizim başlıca hədəfimizdir.
Bundan başqa, digər türk təşkilatlarla da, o cümlədən
Skandinaviya Türk Federasiyası (Mərkəzi Danimarka) sıx
əlaqələrimiz var.
-
Mümkünsə, radionuzun
yaranma tarixi və hazırkı fəaliyyəti haqda məlumat
verərdiniz.
-
1996-ildən bəri Danimarkanın ikinci böyük şəhəri
Arhus və ətraf şəhərlərdə könüllü
olaraq həftədə iki saat, canlı Azərbaycan dilində
yayımlanan “BizimRadio” adında radio verilişləri aparıram.
Danimarka hökuməti ancaq texnikanı verir və iş yeri
açmır. Ona görə başqa xərcləri redaksiya
özü ödəməlidir. 1999-cu ildə isə, Azərbaycan dilində və
altyazıları danimarkaca bir il müddətinə, həftədə
5 dəqiqəlik televiziya yayımları hazırlayıb yaydım..
Bizə, ancaq bu qədər vaxt ayrılmışdı. Radio
və televiziya yayımlarımızın əsas məqsədi
Azərbaycan həqiqətlərini tanıtmaqdan ibarətdir.
Radio
verilişlərimizdə mədəniyyət və siyasət
fərqi qoymadan hər cür aktual xəbərləri
yayımlayırıq. İki və bəzən üç
dildə gedir. Partiyaların siyasətlərinə
qatılmırıq, lakin Azərbaycanın ümumi problemlərini
tanıtmağa cəhd edirik.
-Ümumiyyətlə,
Avropada Azərbaycan diasporunun çap və elektron mətbuatının
fəaliyyətini necə şərh edərdiniz?
-
Get-gedə həm sayca və həm də keyfiyyətcə
artdığının şahidi oluram. Buna sevinirəm ki,
internet saytlarımız günbəgün həm məzmunca və
həm də formaca dolğun
olur. Amma yenə də hələ çox şeylər
çatışmır. O cümlədən, aktual, qərəzsiz
və maarifləndirici saytların yeri hələ boşdur. Azərbaycan
mədəniyyətini keyfiyyətcə tanıdan saytların
sayı çox azdır.
-
Sizcə, diasporumuzun media fəaliyyətini aktivləşdirmək
üçün hansı işlər görülməlidir?
-
Diaspor, öz vətənindən kənarda yaşayan, bir millətin
övladları və onun təşkilatları mənasında
işlənirsə, məsələ aydındır. Diaspor gərək
ayrı-seçkilik aparmadan, şimal-cənub demədən,
traybalizmə və qruplaşmalara çəkmədən,
siyasi və ya mədəni fərqlər etmədən, əlində
olan imkanlardan istifadə edib Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırsın. Azərbaycanı,
onun problemlərini, eləcə də mədəniyyətini tanıtmaq diasporun əsas vəzifəsi
olmalıdır. Qlobal məsələlər bizi də
maraqlandırır, lakin hər şeydən əvvəl bizim
öz millətimizin qayğıları və maraqları
öndə olmalıdır.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-8-9 fevral.- S.9.