“”Ölsəm,
bağışla” filmi aktrisalıq həyatıma uğur gətirib”
Gülzar Qurbanovanın fikrincə, hazırda tamaşaçının sadə və saf filmlərə ehtiyacı var
Son
dövrlər
Azərbaycan kinematoqrafiyasında
müsbətə doğru
dəyişikliklər baş verir. Bir-birinin
ardınca dövlət
sifarişi ilə
müxtəlif
mövzulu filmlər
çəkilir. Sevindirici haldır ki, artıq
filmlərimiz beynəlxalq
festivallarda təmsil
olunur. Bu
hal da
sənət
adamlarımızın
yaradıcılıq
potensiallarının
və istedadlarının
geniş auditoriyaya çatdırılmasına
imkan yaradır. Müasir
kinomuzun inkişafına
sevinən və bu
sahədə gələcəyə
nikbin baxan aktrisalardan biri də “İmtahan”, “Ölsəm, bağışla”, “Beşmərtəbəli
evin altıncı
mərtəbəsi”,
“İtkin pay”, “Bir addım” və başqa
bir sıra
filmlərdə rol almış,
hazırda YUĞ
teatrında çalışan
istedadlı aktrisa Gülzar
Qurbanovadır.
O, ilk olaraq
kino haqqında
danışaraq bildirdi ki, kino
aktyor və aktrisanı lentin yaddaşına köçürərək illərlə
yaşadan əsas
incəsənət
növüdür: “Yəni
kino insanı başqa
bir aləmə
aparır. Kino
da müəyyən
zaman və vaxt
olur ki, hər
şeyi istədiyin
kimi edirsən, ancaq teatrda isə hər
şey canlıdır. Amma kinonunda
özünəməxsus
çətinlikləri var. Belə ki, kinoya
bir dəfə
çəkildin əbədi
qalır istəsən
də oyununda hər
hansı bir dəyişiklik
edəsən
bu, mümkün
olmur. Bundan başqa
kinoda əvvəldən hadisələrə
keçidləri
elə qurmalısan
ki, ardıcıllıq
pozulmadan, sistemli şəkildə finala gəlib
çıxasan. Ancaq
teatrda tamaşadan
tamaşaya rolunda dəyişiklik etmək
imkanın olur.
Mən eyni
zamanda 21 ildir ki, teatrda
çalışıram. Aktyorlar teatrda yetişir, tamaşalarda
oynaya-oynaya özünü
tanıyır, dərk və sərbəst
idarə edirlər. Eyni zamanda teatr sənət
adamına fikrini, plastikanı
sərbəst
yaratmağa imkan
yaradır. Bunlar da film üçün əsas
meyarlardır”.
“Gülzar
Qurbanova deyəndə
hər kəsin
gözü önündə ilk olaraq
“Ölsəm, bağışla” filmi
canlanır. Necə oldu
ki, o filmə
dəvət
aldınız?” sualını
aktrisa belə cavablandırdı:”
Bu mənim
aktrisa kimi filmdə ilk
çəkildiyim rol
olub. İstər
kinoda və ya
istərsə də teatrda hər
bir sənət
adamının “vizit
kartı” olur. Mənim
də filmdə
vizit kartım görkəmli
sənətkarımız Rasim Ocaqovun rejissorluğu
ilə çəkilmiş “Ölsəm, bağışla
“ filmidir. Mən
institutun 3-cü kursunu
yeni bitirmişdim. Bu illərdə bir tamaşada
oynadım və
R.Ocaqov orda
mənim oynumu
görüb, bu filmdə çəkilməyə
dəvət
etdi. Teatr aktyorun tanınmasında
əsas
rol oynamır. Düzdür, teatrda
hər bir aktrisanın
öz tamaşaçısı
olur. Ancaq
kino aktrisanı daha çox tanıtdırır. Bu
gün “Ölsəm bağışla”nın
adı çəkiləndə orda iştirak
edən aktyorların
oyunu filmdə daha
yaxşı xatırlanır, nəinki
teatrda”.
“Ölsəm, bağışla” filmindəki
baş rollardan birinin
ifaçısı olmuş
Gülzar Qurbanova belə bir
rejissorun filmində çəkildiyi
üçün özünü
kinoda bəxti
gətirən
sənət
adamı hesab edir:
”Bu filmdə çəkilmək mənim
aktrisalıq həyatıma
uğur gətirib.
“Ölsəm, bağışla” 1991-ci ildə
“Ən yaxşı qadın
roluna görə” Aşqabadda
mükafata layiq
görülüb. R.Ocaqov
kinorejissor olmaqla yanaşı,
həmçinin
bir operator kimi
də yaradıcılığında
uğurlar əldə
edib. O sərt
realizmin tərəfdarı
idi. Çəkdiyi filmlərin
qəhrəmanı
uğursuz insanlardır. Onun
filmlərindəki
qəhrəmanlar
bu gündə
dəyişməz
olaraq qalırlar.
Məhz bugünkü
kinomuza da belə
obrazlar lazımdır”.
Aktrisanın
sözlərinə
görə, filmin
çəkilişlərindən
sonra yaradıcılıqla
bağlı böyük
bir fasilə verib:
”Səbəb
o idi ki, R.Ocaqov
bu filmindən
sonra gələcək
işlərimdə ya bu
filmlərdən
yüksək
də olmalı idim,
ya da elə
o zirvədə
qalmalıydım. Bu filmdə
mən hər
hansı bir qəhrəmanı
oynamışam. Artıq
tamaşaçıların
da yaddaşında
o cür
qalmışam və
sevilmişəm. Bunun üçün
də ya
gərək bu obrazdan yüksəyini
yaradasan, ya da
ki, elə
o obrazla tanınasan.
Bu səbəbdən
özümü tapana
qədər fasilə verdim,
sonrakı illər
bir neçə filmə
çəkildim.
Son
illər yerli filmlərimizlə yanaşı, G.Qurbanova
İran filmində rol
alıb:
-
Hazırda İran kinosu
inkişafdadır. Ancaq bu
gün Azərbaycan kinematoqrafiyasında da inkişaf var və
yeni -yeni filmlər çəkilir, gənclərə
böyük bir şərait yaradırlar. Gənc
rejissorlarımız tərəfindən də çox
maraqlı filmlər çəkilir. Həmçinin artıq hər il çəkilən
üç, dörd, beş film arasından biri seçilərək
beynəlxalq festivala göndərilirsə və orda hər
hansı bir mükafata layiq görülürsə, bu da artıq milli kinomuzun
uğurudur. Bütün bunlar
onu göstərir ki, milli kinomuz durğunluq dövründən
inkişafa doğru gedir. Bu da sənət
adamı və bir aktrisa kimi məni çox sevindirir. Bu
baxımdan inanıram ki, bizimdə
kino sahəmiz yaxın gələcəkdə daha yüksək səviyyədə inkişaf edərək, İran və digər kinonun
inkişaf etdiyi ölkələrlə bir pillədə dayanacaq.
O ki qaldı İran filmində rol
almağıma, bu bir təsadüfün nəticəsində
oldu. İranlı rejissor Həsən Nəcəfi Bakıya gəlmişdi. Onunla
görüşümüz oldu və sənətlə
bağlı ümumi məsələlər ətrafında
fikir mübadiləsi
apardıq. Bir ildən sonra yenidən
Bakıya gələn H.Nəcəfi
bildirdi ki, yeni bir ssenari
yazıb və film çəkəcək. Bu film Azərbaycan
və İran arasında müştərək bir layihə
olacaq. Filmdə həm iranlı, həm də azərbaycanlı
aktrisa və aktyorlar yer alacaq. Mənə
də bu filmdə çəkilməyi təklif etdi. Ssenarini
oxudum və xoşuma gəldi, bundan sonra “İtkin pay” filmində çəkilməyə
razılıq verdim. Bir az həyəcan
keçirirdim, çünki uzun fasilədən sonra filmə
çəkilirdim. Həm də rejissorun yaradıcılıq qabiliyyətinə,
düşüncəsinə
yaxından bələd olduqdan sonra
düşündüm ki, filmdə
çəkilsəm
yaxşı alınar.
Daxilimdə inam yaradaraq, filmə çəkildim. Filmin
çəkilişləri Tehranda və Bakıda aparıldı. Film Bakıda və İranda
geniş tamaşaçı auditoriyasına göstərildi. Bununla yanaşı,
festivala göndərildi və uğurlu bir film layihəsi oldu.
“İtkin
pay” filmində mənimlə yanaşı, bir sıra
istedadlı aktyorlarımızda rol almışdı. Bu filmə çəkilməklə iran kinematoqrafiyası ilə
yaxından tanış olmaq imkanı əldə etdik. İki
ölkə aktyorları bir-birindən sənətlə
bağlı müəyyən məsələləri öyrəndilər
və təcrübələrini
bölüşdülər.
Ümumilikdə həm Azərbaycan və həm də İran üçün
maraqlı bir layihə oldu.
Bundan sonra Günel Nəcəfzadənin,
Fariz Əhmədovun və Nərgiz Bağırzadənin
çəkdikləri “Bir addım”
qısametrajlı filmlərində çəkildim”.
Həmsöhbətim daim
müxtəlif ölkə filmlərini izlədiyini dedi və
bildirdi ki, bu hər bir sənət
adamı üçün vacibdir:” Ümumiyyətlə,
aktyorun filmlərə baxması və mütaliə etməsi çox vacibdir. Hər bir yaxşı və pis filmə baxdıqda və ya ədəbiyyat oxuduqda özün üçün nələrsə
əxz edirsən. Filmdə rol
almış qəhrəmanların
xarakterindən tərbiyəvi
cəhətləri götürməyə
çalışmalısan. Artıq tamaşaçı
kommersiya tipli Amerika filmlərindən
bezib. Hazırda sadə və
saf filmlərə tamaşaçının
ehtiyacı var”.
Kinonun
kollektiv sənət olduğunu deyən G.Qurbanova bildirdi
ki, filmdə hər şeyin
gözəl alınması təkcə
aktyor və aktrisadan asılı deyil. Onun sözlərinə
görə, həm film
üçün yazılan ssenari, həm də rejissor işi güclü
olmalıdır ki, aktyorun daxilində olan istedad üzə çıxarsın
və tamaşaçılara təqdim olunsun.
“Həyat yoldaşınızda
rejissordur. Onunla sənətlə bağlı aranızda hər hansı bir müzakirə və
mübahisələr olurmu?” sualını aktrisa belə
cavablandırdı: ”Məni həyat yoldaşımla daha da
yaxınlaşdıran və bu
uzun illər ərzində birgə addımlamağa sövq edən əsas vasitə incəsənətdir.
Bizim onunla sənətlə-kinoyla bağlı mübahisələrimiz
çox olur(Gülür). Ancaq bu
sənətin, işin
inkişafına təkan
verir və sonda nəticə yaxşı alınır”.
Sonda
bizimlə söhbətində aktrisa bildirdi ki, bir sıra
yeni işlər üzərində işləyir, ancaq bu
haqda əvvəlcədən danışmaq istəmir.
GÜNAY
Paritet.- 2011.- 10-11 fevral.- S. 16.