Ürəyi işıqlı dost
Dağ çayları
kimi təmiz, qayalar kimi məğrur, dağlar kimi əyilməz
görmüşəm onu. El deyimində deyildiyi kimi, hər
kəsin yanında alnı açıq, üzü ağ olduğuna görə yerişindən
yer titrəyər, addımlarını ürəklə atar
irəli. Böyükdən kiçiyə, vəzifəsindən
asılı olmayaraq hamı Akif müəllim deyə
müraciət edər ona. Təbii ki, Akif müəllim
müəllim sözünün mənəvi
ağırlığını, sanbalını yaxşı
bildiyindən ixtisasca iqtisadçı, yerquruluşu və
torpaq müfəttişi olmasına baxmayaraq, dostların,
tanışların bu müraciətini hörmət əlaməti
olaraq qəbul edir və bunun müqabilində onların hər
birinə ali mədəniyyətlə
yanaşır.
Təbii ki, bütün bunlar səbəbsiz deyil. Çünki Akif müəllim bu gün Ermənistan
adlanan qədimdən-qədim, Oğuz türklərinin at
oynatdığı, meydan suladığı Dərələyəz
mahalında sayılıb seçilən, hələ gənclik
illərindən ağsaqqallıq titulu qazanmış Xasay
Xıdırovun ailəsində 1958-ci ildə dünyaya göz
açanda və ona Akif adı veriləndə gələcəyinə
böyük ümidlərlə baxmışdılar. Və hər kəs inanmışdı ki, o,
böyüyüb gələcəkdə atası kimi bir elin,
bir obanın sayılıb-seçilmiş, sözün əsl
mənasında kişisi olacaq.
Həmin insanların səhv
etmədiklərini Akif Xasay oğlu Xıdırov elə orta məktəbdə
oxuduğu vaxt bir erməni dığasını özündən
kiçik şagird yoldaşını təhqir edərkən
qanına qəltan etməsi ilə sübut etdi. Əslində,
onun dalaşmaqla arası yox idi, özünün boş
vaxtlarını məktəbin, kəndin kitabxanasında
keçirər, gələcək taleyini düşünər,
bir də ali təhsil alması, savadlı,
ziyalı olması ilə özünü düşmən
hesab etdiyi erməni dığalarına sübut etməyə
çalışardı. 1975-1977-ci illərdə
yaşadığı Kapyut sovxozunda fəhlə işləyərkən
təkcə özünün deyil, doğulduğu mahalın
insanlarının xoşbəxt taleyini görmək
üçün gələcək arzularını
yaşayırdı. Atası Xasay kişi
oğlunun fəhlə olmasını daxilən qəbul etməsə
də Akifin torpaqla ünsiyyətdə olmasını, onun
barmaqlarında yaranmış qabarları zəhmətdən
doğan, yaranan çiçək kimi qəbul edirdi.
Ömür-gün yoldaşı Sura xanımla söhbətlərində
deyərdi:
-
Akifin zəhmətdən doğan bu günkü alın təri
gələcək ömür yolunun işıqlandırılması
üçün nur dənələridir.
Əslində
elə Akif Xıdırovun
özü də
belə düşünürdü.
İşə
bağlanmışdı candan,
ürəkdən,
İş
üstə olardı
sökülməmiş
dan.
Bəzən
düşünərdi
fəhlə
dostları
Doğur
günəş
onun
baxışlarından.
Çünki
təmiz idi xisləti, işi,
Başından
aşsa da,
içdən
yanırdı.
Ömrünün
xoş günlü
gələcəyinə,
İşıqlı günlərə o inanırdı.
Ağırlıq
edirdi
kirpiklərinə,
Yuxu
gözlərində
gecələyirdi.
Kitab
oxumaqla
Akif Xıdırov
Qətran
gecələri
güllələyərdi.
Akif Xıdırovun içindən gələcəyinə
boylanan işıq təkcə özünün deyil,
bütövlükdə Xasay kişinin ailə üzvlərinin
və onu əhatə edən qohumlarının talelərinə
boylanan işıq idi. 1975-1977-ci illərdə fəhlə kimi
çalışan Akifin adı 1977-1979-cu illərdə “N” hərbi
hissəsindən gəldi. Hərbi xidmətdə Akif
Xıdırov bir az da mətinləşdi,
əslində, demək olar ki, onun dünyaya baxışı
yaxşı mənada başqalaşdı. Çünki həm
də o, bütün bu əmək fəaliyyəti ilə
yanaşı, qiyabi təhsil alaraq ali təhsilli
iqtisadçı kimi həyata vəsiqə aldı. Hərbi xidmətini ləyaqətlə başa vurub
doğma elinə, obasına qayıtdıqdan sonra “Dostluq” sovxozunda
baş iqtisadçı olaraq əmək fəaliyyətinə
başladı.
Akif
Xıdırov təkcə iqtisadçı kimi deyil, həm də
üzdə mələk timsallı, qoyun dərisinə
girmiş faşist xislətli erməni canavarları ilə
açıq müstəvidə döyüşlərə
başladı... Neçə-neçə mənəm deyən
erməni gəncinin dizlərini bükdü...
1981-ci ildə Akif Xasay oğlunu Azərbaycan
Respublikası İsmayıllı rayonunda gülər üzlə,
həm də təcrübəli iqtisadçı kimi
qarşıladılar. Onu
böyük məmnuniyyətlə rayonun Əzizbəyov adına üzümçülük sovxozuna
baş iqtisadçı, baş mühasib vəzifəsinə
irəli çəkdilər. Akif onlarla fəhlələrlə
fəhlə, rəhbərlərlə rəhbər kimi
danışdı, hamı ilə öz səviyyəsində
ünsiyyət qurmağı bacardı.
Akif
Xıdırovla bağlı söhbət düşəndə
uzun illər İsmayıllı rayon təhsil şöbəsinin
müdiri vəzifəsində çalışan tələbə
dostum Valeh Salehovdan eşitmişdim ki, o, az vaxt ərzində
İsmayıllı rayon ziyalıları arasında müstəsna
hörmətlə qarşılandı. Elin
xeyir-şər məclislərində Akif Xıdırovun
iştirakı ağsaqqala olan hörmət kimi qəbul edildi.
Hər hansı bir rəhbərin və yaxud
yaxın dostunun, tanışının ünvanına gizli
daş atmadı. Sözü kişi
kimi üzlərinə dedi. Fəhlə kollektivi
arasında böyük nüfuza malik olduğundan hər kəs
öz dərdini sirdaş bilib Akif müəllimə
açdı.
1991-ci
ildə keçmiş fəhlə, iqtisadçı və
baş mühasib işlədiyi Əzizbəyov adına
üzümçülük sovxozuna direktor vəzifəsinə
irəli çəkiləndə yoldaşları bunu
böyük rəğbətlə qarşıladılar. Onlar Akif müəllimi tanıdıqlarından
yaxşı bilirdilər ki, o, hər bir işçinin yanan
yerini bilən adamdır. Haqqı-nahaqqa
qurban verməz. Əslində adi
qarışqanın təsadüfən ayaqlanmasını
özünə bağışlamağı bacarmayan Akif
Xıdırovu onlar özlərinə təkcə direktor, rəhbər
kimi deyil, el-oba qədri bilən gənc ağsaqqal kimi qəbul
etdilər.
Məhz
elə bunun nəticəsi idi ki, bir çox sahələrdə
geridə qalan Əzizbəyov adına sovxozun
adı təkcə İsmayıllı rayonunda deyil, ölkəmizdə
hörmətlə çəkilməyə başladı. Beləcə, 1995-ci ildə onu bir daha irəli vəzifəyə
çəkdilər. Üzüm
İstehsalı və Emalı Müəssisəsində
Baş direktor kimi fəaliyyətə başlaması ilə
Akif müəllim təsərrüfat bilicisi olduğunu onu istəməyənlərə
belə sübut etdi.
Qonşu
Qəbələ, Ağsu, Şamaxı rayonlarında Akif
müəllimin iş təcrübəsini nümunə
çəkdilər. Ancaq, sözün əsl mənasında,
Akif Xasay oğlu müdrik ataların “ağac bar verdikcə
başını aşağı əyər” sözünə
sadiq qaldı. O, ünvanına deyilən tərifləri
özünün deyil, rəhbərlik etdiyi kollektivin əməyinə
verilən qiymət kimi dəyərləndirdi.
Bunu
mən etmişəm,
demədi
heç vaxt,
Bunu
biz etmişik,
edirik,
dedi.
“Tək
əldən səs çıxmaz” -
bu müdrik
sözə
Əməl
etməliyik,
edirik,
dedi.
Tək
düşmən üstünə
tək
gedər Akif,
Dostu
yaman gündən
qorusun
deyə.
Vətənin
bir qarış
torpağı
üçün
Gərəksə,
ömrünü
verər
hədiyyə!
Bir
ovuc, bir əlçim
sevinci
olsa,
Səpər
dost-tanışın
başına
ərklə.
Elə
buna görə
Akif Xıdırov
Getdiyi
hər evə
gedər
ürəklə!
Çünki
sinəsində
döyünən
ürək,
Döyünüb,
döyünür
dost-tanış
üçün.
Ən
ali vəzifə
daşısa
belə,
Özünü
kimsədən
saxlamaz
üstün.
Sən
ona bir addım irəli getsən,
O,
sənə on addım,
bil,
yaxın gələr.
Akif
Xıdırovla yaxınlıq etsən,
Bəxtinə
gün doğar,
ruhun
dincələr.
Hiss
məni bu yolla
aldada
bilməz,
Belə tanıyıram onu, mən belə.
Akif
də bu yaşda
dəyişən
deyil,
Min
yol sınasan da, bax,
innən
belə.
Bunu
Akif Xıdırovun keçdiyi həyat yolu da bir daha sübut
edir ki, o, atası Xasay kişinin qanına, dağ
çaylarından, buz bulaqlardan saf, şəffaf və təmiz
olan Sura xanımın halallıqla verdiyi südə
haramlıq qata bilməz. Akif müəllim
üçün əmək, zəhmət insanın
başlıca meyarıdır. İşləməkdən
boyun qaçırmaq sınıq qol kimi kiminsə çiynindən
asılmaq kimidir. Köksüz ağac olmadığı
kimi, əməksiz, zəhmətsiz səadət, xoşbəxtlik
ola bilməz. Zəhmət çəkmək
yüz il yaşamaq məharətinin dəyişməz
şərtlərindən biri olaraq qəbul edilməlidir. İnsan halallıqla, halal zəhməti ilə
yaşaya bilmirsə, deməli o, öz insanlıq ləyaqətini
saxlaya bilməz. Həmişə insan
ağlı, zəkası əyilməz dağları,
keçilməz, əsrarəngiz meşələri,
ucsuz-bucaqsız səhraları özünə tabe edər.
Təsadüfi deyildir ki, böyük ictimai xadim, doktor Nəriman
Nərimanov deyib ki, qabarlı əldə olan hünər, qeyrət
ağ əlcəkli əldə ola bilməz.
Görünür, elə torpağa bağlı
ömür istəyinin nəticəsidir ki, Akif Xıdırov əmək
fəaliyyətinə başladığı ilk günlərdən
öz rahatlığını, övladlarının xoşbəxtliyini
daim torpaqda axtarıb, özünü, ömrünü
torpağa həsr edib. Əgər
belə olmasaydı o, uzun illərdən bəri özünə
başqa sahələrdə iş axtarardı. Bu da təsadüfi
deyil ki, o, Üzüm İstehsalı və Emalı Müəssisəsində
direktor vəzifəsində və İsmayıllı rayon
İcra Hakimiyyəti başçısının Püsən
icra ərazi Birliyi üzrə icra nümayəndəsi vəzifəsində
çalışdıqdan sonra
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin İsmayıllı rayon şöbəsinə müdir
vəzifəsinə irəli çəkiləndə tərəddüd
edirdi.
İsmayıllı rayonunda sayılıb-seçilən
ağsaqqallar 2000-2006-cı illər ərzində torpaq
şöbəsinin müdiri vəzifəsində
çalışan Akif Xıdırovun fəaliyyətini
yüksək qiymətləndirdilər. Belə ki, Akif müəllimin
İsmayıllı rayon İcra Hakimiyyəti
başçısının birinci müavini vəzifəsində
işlədiyi 2006-2008-ci illərdə də özünü
hər kəsə sevdirməyi bacardı. Rayonun
abadlıq işlərində, yeni-yeni park,
ictimai iaşə və yaşayış binalarının
inşa edilməsinə yaxından köməklik etdi. “Tikdim ki, izim qala” prinsipi ilə yaşadı.
Akif
Xıdırova “Torpaq sizin üçün nə deməkdir?”
- deyə verdiyim suala o, Məhəmməd
Peyğəmbərin (ə.s.) sözlərini əsas gətirərək
dedi: “Ölü və xam torpağı dirildən, daha
doğrusu, torpağı becərən, öz əməyinin
haqqını o yerdən alar”. Torpaq bəşəriyyətin
çörək ağacı olmaqla yanaşı,
bütün canlı aləmin yaşayışının
ibtidasını təşkil edir. Hər
şey torpağın üstündə bitir. Məhz elə bu mənada bütün canlı aləmdə
torpaqdan kənar təbiət anlayışı yoxdur. Ana kənar düşən övladı
üçün fəryad etdiyi kimi, torpaq da insanlar ondan uzaq
düşəndə, əkilib becərilməyəndə fəryad
edir. Ana övladının həsrəti
ilə xəstələndiyi kimi, torpaq da xəstələnir,
şoranlaşır, şorakətləşir, gələcəkdə
bar vermir, ölür, ölüləşir. Heç kəsə sirr deyil ki, məhz elə buna
görə də insanlar ana torpaq, torpağın üstündə
bərqərar olan vətənə ana Vətən deyirlər.
Azərbaycan torpağı, sözün əsl mənasında,
barlı-bərəkətli, ecazkar olduğu üçün
min illər boyu yadellilər tərəfindən qamarlanmağa
məruz qalır. Böyük
şairimiz Məmməd Araz vətən torpağının
qayasında adicə mamır olmağı özü
üçün ali xoşbəxtlik
sanır. Bu mənada hər birimizin
anamızın anası olan torpağımızın hər
qarışının qədrini bilməyi özümüzə
təkcə vəzifə deyil, övlad borcu bilməliyik.
Övlad
demişkən, Akif müəllim “Neçə övladınız
var?” sualını belə cavablandırdı:
-
Dörd övladım var. Ayaz, Qafar hüquqşünasdır.
Anar Dövlət Sosial Müdafiə Fondunda
çalışır. Sonbeşiyimiz olan
Pərviz tələbədir.
2008-ci
ildən Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsində torpaq
bazarının təşkili sektorunda baş məsləhətçi
vəzifəsində çalışan, səmimiyyətini,
insanlara isti münasibətini, dövlətə və dövlətçiliyə
daim sadiqliyini sözdə deyil, işdə sübut edən
Akif Xıdırovdan nümunə götürmək
üçün onunla dost, yoldaş olanlar, bizim qənaətimizə
görə, həyatda çox şey qazana bilər.
O
qazanc dalınca
qaçmadı
heç vaxt,
Yaratmaq
eşqiylə
yaşadı
hər an.
Qazandı
həmişə
dost məhəbbəti,
Mehribanlıq
gördü dostdan,
tanışdan.
Gəzdirdi
həmişə içində işıq,
İşıqlı arzular dalınca qaçdı.
Harda
rast gəldisə dosta,
tanışa,
Akif
müəllim -
deyə
hamı qol açdı.
Yolun
açıq olsun Akif Xıdırov,
Gedəsən
ürəklə
üzü
Günəşə!
Alnın
açıq olsun,
üzün
ağ olsun,
Bu
günkündən artıq,
ay
dost, həmişə!
Eldar SADIQ
Paritet.- 2011.- 10-11
fevral.- S.11.