Azərbaycan
183 dövlət arasında milli gəlirin səviyyəsinə
görə 35 pillə irəliləyib
Mərkəzi Bankda bank sektoru və biznes
icmasının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib
Mərkəzi Bankın
sədri Elman Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının
və Azərbaycan Sahibkarlar Konfederasiyasının, bank
sektorunun və biznes icmasının nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib. Tədbirdə həmçinin Mərkəzi Bankın
yanında olan Azərbaycan
İpoteka Fondu və Maliyyə Monitorinq Xidməti, habelə Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyi də iştirak edib.
Müşavirəni giriş sözü ilə açan
Elman Rüstəmov qeyd edib ki,
ölkə
rəhbərliyinin həyata keçirdiyi müasirləşmə və inkişaf strategiyası nəticəsində milli iqtisadiyyatın
sıçrayışlı yüksəlişinə nail olunub. Son
7 ildə ümumi daxili məhsulun həcmi
3 dəfə artıb, nəticədə ölkənin sosial-iqtisadi və mədəni siması dəyişib,
müasir sosial-iqtisadi infrastruktur yaradılıb, regionlarda iqtisadi çiçəkləmə və intibah baş verib. Ölkədə dayanıqlı makroiqtisadi sabitlik hökm sürüb.
Azərbaycan 183 dövlət
arasında milli gəlirin səviyyəsinə görə 35 pillə irəliləyərək
81-ci yerə qalxıb. Kasıblıq səviyyəsi
40%-dən 9%-ə
düşüb. Dünya İqtisadi Forumunun Beynəlxalq Rəqabətlilik
İndeksində ölkə 2005-ci illə müqayisədə 12 pillə irəliləyərək
139 dövlət
arasında 57-ci sıraya yüksəlib.
Azərbaycan
keçid dövrünü uğurla qət
edərək
dinamik inkişaf edən bazar iqtisadiyyatına malik dövlət
kimi bütün
dünyada tanınıb. Milli iqtisadiyyatın
yüksək
beynəlxalq investisiya reytinqi formalaşıb və bu proses qlobal böhran dövründə də davam edib. Dünya Bankı qlobal böhranın
getdiyi bir şəraitdə Azərbaycanı bazar islahatlarının dərinliyinə dünyada lider dövlət
kimi qiymətləndirib. Həyata keçirilən
ardıcıl
iqtisadi siyasət nəticəsində milli iqtisadiyyat qlobal böhranın
təsirlərindən etibarlı qorunub. Makroiqtisadi
dayanıqlıq
göstəricisinə görə ölkə Beynəlxalq Rəqabətlilik Hesabatında
13-cü yer tutur.
Bank sektorunun əsas
göstəriciləri son on ildə 15 dəfə artıb
Konfransda bildirilib ki, ölkə iqtisadiyyatının
sıçrayışlı yüksəlişində bank sektoru
xüsusi rol oynayıb.
Bankların maliyyə vasitəçiliyi
funksiyasının dərinləşməsi
qeyri-neft iqtisadiyyatının,
özəl sahibkarlığın
inkişafına və
hökumətin şaxələnməsini
siyasətinin həyata
keçirilməsinə dəstək
verib.
Bank
sektorunun əsas göstəriciləri son on ildə
15 dəfə artıb.
Ölkənin maliyyə xidmətlərinə
çıxış və
bank sektorunun sabitlik üzrə beynəlxalq reytinqləri yaxşılaşıb.
Cəmiyyətin böyük bir
hissəsi, yəni 4 milyona yaxın insan bank-maliyyə xidmətləri ilə əhatə olunub. Ölkədə biznesə və
əhaliyə maliyyə
xidmətləri göstərən
bank və elektron ödəniş infrastrukturu
yaradılıb.
E.Rüstəmov bildirib ki, Nazirlər
Kabinetinin 2010-cu ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi
və şaxələndirilməsi,
biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması
və sağlamlaşdırılması,
kiçik və orta sahibkarlığın
rolunun artırılması
ilə əlaqədar
ciddi göstərişlər
verilib və yeni strateji təşəbbüslər
irəli sürülüb.
Bu strategiyanın realizasiyası istiqamətində
Mərkəzi Bank və
bank sektoru qarşısında
da ciddi vəzifələr durur.
Bildirilib
ki, banklar sosial məsuliyyətlərini
artırmalı, biznes
icmasında və cəmiyyətdə maliyyə
mədəniyyətinin və
şəffaflığının yüksəldilməsinə çalışmalıdırlar.
Bu istiqamətdə xüsusi ədəbiyyatlar,
televiziya verilişləri
və digər kommunikasiya alətləri vasitəsilə təbliğat
kampaniyaları həyata
keçirilməlidir.
Qarşıya qoyulmuş mühüm vəzifələrdən
biri də iqtisadiyyatda nağdsız ödənişlərin genişləndirilməsidir. Mərkəzi Bank, banklar
və aidiyyətı
iqtisadi qurumlar birlikdə iqtisadi subyektlərin yaradılmış
ödəniş infrastrukturundan
aktiv istifadə etmələri üçün
fəal iş aparmalıdırlar. Bu, büdcənin vergi bazasını genişləndirəcək,
eyni zamanda bank sektorunun yığım və investisiya potensialı əhəmiyyətli
artıracaq. Əhali isə
ödənişləri rahat
və təhlükəsiz
xidmət vasitəsi ilə həyata keçirəcəkdir.
Banklar nağdsız ödənişlər
üzrə stimullaşdırıcı
fəaliyyətə başlamalı,
əqdlərin daha sərfəli qiymətlə
aparılmasına çalışmalı,
müştərilərə təklif edilən texnoloji infrastrukturu daha da genişləndirməli
və təkmilləşdirməlidirlər.
İpoteka kreditlərinə
böyük tələbat
var
Bildirilib ki, təhlil göstərir ki, ipoteka kreditlərinə böyük tələbat
var və bu mexanizm genişlənməlidir. Bunun üçün daxili bazarın maliyyə imkanlarından istifadə edilməlidir.
Kreditlərin verilməsi zamanı
vətəndaşların müraciətlərinə
vaxtında baxılmalı,
izafi bürokratiya aradan qaldırılmalıdır.
Kreditlərin verilməsi prosesində
vaxt və çəkilən xərclər
minimallaşdırılmalıdır.
Bunun üçün elektron ipoteka sisteminin yaradılması üzrə
başlanan işlər
tamamlanmalı, insan faktorunun rolu aşağı salınmalıdır.
Biznes mühitinin sağlamlaşdırılması
istiqamətində Mərkəzi
Bankın yanında fəaliyyət göstərən
Maliyyə Monitorinq Xidməti də mühüm rol oynayacaqdır.
Xidmətin aidiyyətı orqanlarla
birgə fəaliyyətinin
effektivliyi artırılmalıdır.
Banklar çirkli pul vəsaitlərinin bank sektoru
vasitəsilə leqallaşdırılmasının
qarşısının alınması
üçün daxili
sistemlərini və nəzarəti gücləndirməlidirlər.
Konfransın sonunda, Banklar Assosiasiyası və Sahibkarlar Konfederasiyası ilə birlikdə müzakirə edilən məsələlər üzrə
müvafiq işçi
qrupların yaradılması
qərara alınıb.
ƏLIMƏRDAN
Paritet.- 2011.- 12-14
fevral.- S.11.