Dünya
mətbuatı Xocalı barədə yazır
Tomas de Vall: “Bu soyqırım təkzibolunmaz faktlarla sübut olunub”
Xocalı
soyqırımının
19-cu
il dönümünə
sayılı günlər
qalıb. Azərbaycan
tərəfi
tarixin ən amansız
faciələrindən
olan Xocalını
dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq
üçün əlindən
gələni
edir. Erməni
vandaliziminin bariz nümunəsi
olan bu soyqırıma
artıq dünya
dövlətləri
də reaksiya verirlər. Tanınmış
qafqazşünas Tomas
de Vaal ABŞ-nın “The
National İnterest” qəzetində
“Qafqazda daha böyük
müharibə” adlı
yazısında
Xocalı soyqırımına
geniş yer ayırıb.
Yazıya
girişdə o, azərbaycanlılarla
bərabər, ermənilərin
də çoxsaylı müraciətlərinin
olduğunu qeyd
edib. Belə ki, ermənilər
1988-ci ilin fevral
ayında Sumqayıtda
qətl olunduqlarını
iddia ediblər. Və
baş verən
hadisələrə
obyektiv qiymət
verilməsini xahiş
ediblər. Jurnalistin sözlərinə
görə, onun
Sumqayıt hadisələri
ilə bağlı
geniş bilgisi olmasa
da, Xocalıda
baş verənləri
çox yaxşı bilir.
Hətta doğrudan
da azərbaycanlılar
soyqırımdan
əvvəl
erməniləri
öldürübsə
də, bu, Xocalıda
baş verən
vəhşiliklərə
haqq qazandıra
bilməz.
Bu il
əvvəlkilərdən
fərqli olaraq
dünyanın
bir çox yerində
Azərbaycanın
Xocalı qurbanlarının
xatirəsini daha
geniş qeyd etməyə
hazırlaşması
da, onların
haqlı olduğunu
təsdiqləyir.
Etiraf edilir ki, Xocalı
Qarabağ müharibəsi
ərzində
baş verən
ən
dəhşətli
hadisə idi. Bunun
baş vermədiyini
inkar etmək
faktiki olaraq mümkünsüzdür.
Çünki əldə həm
foto, həm
video, həm
də canlı şahidlər
var. Bundan başqa
Rus insan hüquqları
qrupu, “Human Rights
Watch” təşkilatı,
çoxsaylı xarici jurnalistlər
həmin ərəfədə
hadisə yerində olub,
baş verənləri
bütün
dünyaya çatdırıblar.
İndi bütün
bunları necə inkar
etmək olar?
Xarici jurnalistlərin
yazılarına
əsaslansaq,
məlum olur
ki, erməni
silahlı qruplaşmaları
əvvəlcədən
elan etdikləri “dəhlizdən” qaçıb
canını qurtarmaq istəyən
dinc insanları dəstə-dəstə
məhv ediblər. Və
burada insanlığa
zidd hadisələr
baş verib.
İrəvan
isə hazırda
belə bir şeyin
olduğunu inkar
edir. Ermənilər əsasən
Azərbaycanın
sabiq
prezidenti Ayaz
Mütəllibova
aid olunan açıqlamaya
istinad edirlər. Xocalıda
baş verənlərin
səhəri
günü dövlət
başçısı belə
bir şeyin olmadığını
demişdi. Amma
birinci şəxsin hadisələrdən
informasiyasız olması
və ya xalqın
qəzəbindən
qorxaraq faciəni
gizlətməsinin
indi heç bir
əhəmiyyəti
yoxdur. Ermənilərin
buna əsaslanması isə gülüncdür. Ortada
danılmaz faktlar var.
Vurğulanır
ki, ilk növbədə burada günahkarlar Ermənistanı
hazırda idarə edən şəxslərdir. Ermənistan
Silahlı Qüvvələrində yüksək vəzifə
tutan Monte Melikonyan burada şəxsən iştirak edib. Video
kadrlarda bu açıq-aşkar sübut olunur. Hazırda
dövlət başçısı olan Serj Sərkisyan
planı cızan əsas simalardan biri olub. O, xarici mətbuata verdiyi
müsahibələrdə bunu şəxsən təsdiq edib.
Həmin müsahibə de Vaalın “Qara Bağ” (
Bu
gün Azərbaycan xalqının Xocalını dünya
miqyasında təbliğ etməsi tam ədalətlidir. Amma jurnalistin fikrincə bu kimi hadisələr
artıq bir neçə dəfə baş verib. Odur ki,
Xocalını digər soyqırımlarla birlikdə qeyd etmək
lazımdır. Tomas de Vaal bu nifrət hissinin gələcək
nəsillərə də yol tapacağı qənaətindədir.
MƏHƏMMƏD
Paritet.- 2011.- 12-14 fevral.- S. 6.