Milli Dram Teatrı dünya teatrları ilə əməkdaşlığı gücləndirir

 

Teatrın səhnəsində italiyalı rejissor tamaşa qoyacaq

 

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı(AMDT)  beynəlxalq əlaqələrin, dünya teatrları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Cari ildə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə  AMDT-da bir sıra beynəlxalq layihələr gerçəkləşəcək.

Sözügedən teatrın mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, 12-14 fevral tarixlərində  Azdramanın direktoru İsrafil İsrafilovun K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının baş müdiri Yekaterina Mazmişvilinin dəvəti ilə Gürcüstanın Tiflis şəhərinə işgüzar səfəri başlayıb.  Səfərdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Yaxın zamanlarda Marcanişvili adına teatrın bədii rəhbəri Levan Çuladzenin Akademik Milli Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır. Görüşdə bu məsələnin detalları ilə bağlı müzakirələr keçiriləcək.

 Tiflisdən  qayıtdıqdan sonra İ.İsrafilovun  İtaliyanın Milan şəhərinə işgüzar səfəri planlaşdırılır. Sözügedən səfər 20-28 fevral tarixlərində reallaşacaq.  Azdramanın direktoru MilanaPikkoloteatrının rəhbəri Luka Ronkoni ilə görüşmək qarşılıqlı əməkdaşlıqla bağlı bəzi məsələləri müzakirə etmək məqsədi ilə yollanır. 2012-ci ildə Luka Ronkoninin Azdramanın   səhnəsində Covanni VerqanınDişi canavarəsəri əsasında tamaşa hazırlaması planlaşdırılır. Bu barədə danışıqlar onun yeni tamaşaları ilə tanışlıq İ.İsrafilovun Milan səfərinin əsas məqsədidir.

Məlumat üçün bildirək ki, MilanınPikkoloTeatrı 1947-ci ilin may ayında P.Qrassi C.Strellerin rəhbərliyi ilə yaranıb tezliklə İtaliyanın, həmçinin dünyanın aparıcı teatrlarından birinə çevrilib. Teatr rus yazıçısı M.QorkininHəyatın dibindəpyesi əsasında hazırlanmış ilk tamaşasını via Rovelloda oynayıb. PikkoloTeatrı yarandığı zamandan zəngin repertuara malik olmuşdur. Teatrın repertuarında dünya İtaliya klassikasının müasir dramaturgiyasının nümunələri yer alır. Teatrın uğuru şöhrəti daha çox teatrın banisi dünyaşöhrətli rejissor Corc Strellerin adı ilə bağlıdır.

HazırdaPikkoloTeatrı Avropa Teatrları İttifaqının üzvüdür. Bu, titul dünya teatr məkanında çox böyük əhəmiyyət kəsb edir. Onu da qeyd etmək lazımdır ki, dünyada bu cəmiyyətin üzvü olan cəmi 21 teatr mövcuddur. (Avropa Teatrları İttifaqı 1991-ci ildə Sors Strellerin təşəbbüsu Fransanın sabiq mədəniyyət naziri Cek Lənqin dəstəyi ilə yaradılıb. Avropanın ən nüfuzlu teatr təşkilatı hesab edilir).

1 yanvar 1999-cu ildən etibarən Pikkolo Teatrına Luka Ronkoni (1933) başçılıq edir. L.Ronkoni hələ Pikkolo Teatrının bədii rəhbəri vəzifəsində çalışana qədər uzun müddət teatr fəaliyyəti ilə məşğul olub. Bir çox teatrlarda maraqlı tamaşalara quruluş verib.

 

 

GÜNAY

 

Paritet.-2011.-15-16 fevral.-S.16