www.diaspora.gov.az saytında diasporumuzun fəaliyyəti hərtərəfli öz əksini tapır

 

Diasporla İş üzrə Dövlət Komitəsinin www.diaspora.gov.az saytı 19 bölmədən ibarətdir. Saytın əsas səhifəsində Diasporla İş üzrə Dövlət Komitəsinin  fəaliyyəti ilə bağlı ən son xəbər və yeniliklər yerləşdirilib.

 Baş səhifədə hazırlanmış xüsusi menyü vasitəsilə Prezident İlham Əliyevin,  Heydər Əliyev Fondunun və dövlət orqanlarının rəsmi internet səhifələrinə daxil olmaq mümkündür. Bunlardan əlavə Fond tərəfindən yaradılmış “azerbaijan.azportalına keçməklə istifadəçi respublikamız haqqında ətraflı məlumat ala bilər. Hətta Azərbaycan şəhərlərinin telefon kodları, bayram günləri, ən qədim zamanlardan islam dininin qəbuluna qədərki dövrdə memarlığın inkişafı ilə də tanış ola bilərlər.  Bu bölmədə, eyni zamanda, Qarabağın tarixi, münaqişənin başlanması, təcavüzün nəticələri, Xocalı soyqırımı haqqında müfəssəl, elmi əsaslandırılmış məlumatlar da yerləşdirilib.

Burada olan Azərbaycan mədəniyyəti banerinin “Ədəbiyyatbölümündə Azərbaycan ədəbiyyatının klassikləri, çağdaş cənub ədəbiyyatı, folklor, qədim ədəbiyyat, orta əsrlər ədəbiyyatı, sovet dövrü ədəbiyyatı, XIX-XX əsr ədəbiyyatı və müstəqil dövründəki  ədəbiyyat haqqında ətraflı məlumat almaq mümkündür. “Musiqibölümündə Azərbaycan musiqiləri,  muğamı, musiqi sənətinin inkişafı tarixi və görkəmli musiqi xadimləri haqqında geniş məlumat yerləşdirilib. “Memarlıqbölümündə ən qədim zamanlardan islam dininin qəbuluna qədərki dövrdə memarlığın inkişafı, orta əsrlərdə memarlığın inkişafı, XİX əsrdəki memarlıq  və XX əsrə aid memarlıq nümunələri haqqında müfəssəl məlumat yeləşdirilib. “Kinobölümündə kino sənətinin yaranma tarixi, 1935-1988-ci illərdə Azərbaycan kinosu, müstəqillik  dövründə ölkəmizdə milli kinonun inkişafı haqqında məlumat verilir. “Teatrbölməsində ölkəmizdə teatr sənətinin yaranması və inkişafı, sovet və müstəqillik dövrlərində teatr sənətinin inkişafını əks etdirən məlumatlar yerləşdirilib. “Təsviri incəsənətbölməsində Azərbaycan ərazisində qədim dövrlərdə və orta əsrlərdə təsviri sənətin inkişafı haqqında məlumat almaq mümkündür. “Adət və ənənələrimizbölməsindən isə toy-büsat mərasimlərimiz, Novruz mərasimləri və digər adət və ənənələrimiz haqqında məlumatlar öz ifadəsini tapıb. Baş səhifədə olanMuğam radiobaneri vasitəsilə saytdan istifadə edən hər bir şəxs Azərbaycan muğamlarını dinləmək imkanı əldə etmiş olur. Bununla yanaşı, baş səhifədəki axtarış xidməti vasitəsilə ötən günlərin (ay və illərin) müvafiq xəbərləri və imzalanmış sənədləri əldə etmək olar.

SaytınAzərbaycanbölməsində dövlət quruluşu, rəmzləri, mədəniyyəti, Azərbaycanın tarixi-coğrafi mövqeyi, əhalinin sayı və yaş qrupları üzrə bölgüsü, dövlət dili və din haqqında məlumat yerləşdirilib. Eyni zamanda buradan Azərbaycanın fiziki xəritəsi,  təhsil sistemi, iqtisadiyyatı, mətbəxi və s. haqqında da məlumatlarla tanış olmaq olar.

Azərbaycan diasporubölməsindən isə Azərbaycan diasporunun formalaşması tarixi, diasporumuzun məskunlaşma  coğrafiyası və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən  diaspor qurumları haqqında məlumatlar yerləşdirilib.

Qanunvericilikbölməsində Konstitusiya, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında Azərbaycan Respublikasının qanunu və digər hüquqi sənədlər yerləşdirilib. İstifadəçi həmin bu sənədlərlə tanış olmaqla yanaşı onların elektron variantını da götürə bilər.

SaytınKomitə haqqındabölməsində komitənin tarixi, vəzifə və funksiyaları, struktur, əsasnaməsi və s. haqqında ətraflı məlumat almaq mümkündür. Bu bölmədə, həmçinin komitə sədrinin tərcümeyi-halı ilə də yaxından tanış olmaq mümkündür. Hətta burada Komitədə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydaları da yerləşdirilib ki, bu da komitə əməkdaşlarına ictimai nəzarətin yaradılması istiqamətində şəffaf mühitin yaradılmasına xidmət edən amillərdən biridir. Eyni zamanda gələcəkdə bu sahədə işləmək arzusunda olan şəxs əməkdaşlar qarşısında qoyulmuş tələblərlə bağlı ətraflı məlumat ilə də tanış ola bilər.

 Hesabatlarbölməsində Komitənin müvafiq qanunvericilik aktlarına uyğun olaraq illər üzrə xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi vətənlə əlaqələrinin genişləndirilməsi, eyni zamanda diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər haqqında müfəssəl məlumatlar öz əksini tapıb.  Bu da Komitənin fəaliyyətinin ictimaiyyətə çatdırılması istiqamətində şəffaf mühitin yaradılmasına xidmət edən amillərdən biridir. Eyni zamanda istənilən şəxs bu bölməyə daxil olmaqla bu statistik hesabatlarla üçüncü şəxsə müraciət etmədən tanış ola bilər və komitənin işində diasporların təşkilatlanması işinin təkmilləşdirilməsinin aparıcı xətt olmasının şahidi ola bilər.

SaytınHüquqi məsləhətlərbölməsində “İnsan hüquqları və milli azlıqların hüquqlarına dair beynəlxalq hüquqi aktlar”, “Xaricdə yaşayan azərbaycanlıların hüquqlarına dair   qanunvericilik aktları” öz ifadəsini tapıb. Eyni zamanda buradaXarici ölkələrə gedən azərbaycanlılar nələri bilməlidirbaşlığı altında digər qanunvericilik aktları yerləşdirilib. Bütün bunlar maarifləndirmə məqsədi daşıyır ki, bu da istənilən vətəndaşımıza bu bölməyə daxil olmaqla üçüncü şəxsə müraciət etmədən, eyni zamanda vaxt itkisinə yol vermədən lazımi məlumat əldə etməsinə imkan verir.

SaytınNəşrlərvə “Filmlərbölməsində komitənin dəstəyi ilə çap edilmiş və hazırlanmış filmlər haqqında və onun müəllifləri barəsində müfəssəl məlumat var.  Bu da istifadəçiyə bu materiallarla da tanış olmağa imkan verir.

Baş səhifədə olan “Press- relizlər”, “KİV-də diaspor mövzusu” və “Xəbərlər” bölmələrində isə xəbərlər, müsahibələr və s. vardır. Burada eyni zamanda dövrü mətbuatda komitə haqqında gündəlik dərc edilmiş yazıların elektron variantı bu səhifədə yerləşdirilir ki, bu da istənilən vaxt həmin dövrü mətbu orqanı əldə etmədən bu materiallarla tanış olmağa imkan verir.

“Fotoqalereya”  bölməsində isə komitənin keçirdiyi dövlət əhəmiyyətli tədbirlərdən hazırlanmış fotolar, eyni zamanda Xocalı soyqırımı və 20 yanvar faciəsi ilə bağlı fotoları görmək mümkündür.

“Qan yaddaşımız” bölməsində isə “31 mart Azərbaycanlıların soyqırımı”, Xocalı soyqırımı, 20 yanvar faciəsi, işğal edilmiş torpaqlarımız haqqında geniş və ətraflı məlumatlar yerləşdirilib. Bütün bunlar isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış addımlardandır.

Ümumiyyətlə, sayt  ciddi  materiallarla zəngin olsa da, lakin bəzi yeniliklərin əlavə edilməsi saytın effektivliyini daha da artıra bilər. Saytda nazirliyin özünə aid büdcə ilə bağlı informasiyaların yerləşdirilməsi, işə qəbul qaydalarının ayrıca bir bənddə verilməsi, ştat cədvəlləri haqqında məlumatların yerləşdirilməsi,  şikayət, təklif və sorğuların icmalının əlçatımlı olması saytı daha sanballı edə bilər. Digər tərəfdən isə saytın bir neçə dildə, o cümlədən ingilis dilində versiyası olsa  əcnəbi vətəndaşlara da komitənin işi ilə yaxından tanış olmağa və ən əsası isə bədnam qonşularımız tərəfindən tarixən başımıza gətirilmiş müsibətlərlə də bir daha yaxından tanışlıq imkanı verə bilər.

 

 

Murad BAXŞƏLIYEV

 

Paritet.- 2011.-15-16 fevral.- S. 11.