Türk Xalqlarının Vətəndaş
Cəmiyyəti Forumu yaradılıb
Bakıda fəaliyyət
göstərən 5 qeyri-hökumət
təşkilatı Türk xalqlarının
Vətəndaş Cəmiyyəti Forumunu təsis edib. Bu barədə fevralın 17-də Forumun təqdimatı üçün
keçirilən
mətbuat konfransında TXVCF-nın əlaqələndiricisi Vüsalə Hüseynova bildirib. O sözlərinə görə, Forum
türkdilli xalqların vətəndaş cəmiyyəti institutlarının bir qurumda cəmlənməsi niyyəti ilə yaradılıb. “Forum
bütün
türkdilli dövlətləri və respublikaları əhatə edəcək. Artıq bizə müxtəlif türk respublikalarındakı QHT-lərdən
foruma qoşulmaq məqsədilə 88 müraciət
məktubu daxil olub”.
TXVCF-u
əsas təşkilatçıları isə “Demokratik İslahatçı Gənclər”,
“Sağlam İnkişaf və Maarifləndirmə”, “Bakı Gənclər
Klubu” “Demokratik Azərbaycan Naminə” və “Yeni Həyat”
Humanitar və Sosial Dayaq ictimai birlikləridir.
Yeni qurumun siyasi təşkilat olmadığını deyən
Vüsalə Hüseynova əsas məqsədin
türk dövlətlərindəki müxtəlif problemləri qabartmaq, ortaq türk dili və türk əlifbasının yaradılmasına cəhd göstərmək
və digər məsələlərdən ibarətdir: “Bu
gün dünyanın
siyasi gedişi elə bir nöqtəyə çatıb ki, belə bir vəziyyətdə türklər
yalnız birləşərək
güclü ola bilər. Bütün
türkdilli xalqların kökləri bir mənbədən qaynaqlanır. Həmin xalqlar başqa-başqa dövlətlərin sərhədlərində yaşasalar da eyni atanın, eyni ananın övladlarıdır. Bizim təsis
etdiyimiz yeni forumun da məqsədi qardaş xalqları bir araya gətirmək, düşmənlərimizə qarşı birgə savaşmağı təmin etməkdir. Bunun üçün
biz qərara gəldik ki, ortaq əlifba və dil yaradılsın. Çünki dil əsas amildir. Onsuz da əksər
türkdilli bir-birini gözəl
anlayır, amma ortaq dilin olması bu anlaşmanı daha da möhkəmləndirəcək. Eyni zamanda bu forumda müzakirələr aparılacaq, problemlərin həlli yolları araşdırılacaq.”
Qeyd edək
ki, forum
Qarabağ problemini də xüsusi olaraq gündəmə gətirəcək. V.Hüseynova hesab edir ki, hər hansı bir türk dövlətinin problemi bütün
türk dünyasının problemidir və bu yaranmış problemi aradan qaldırmaq
üçün bütün
türklər
birləşməlidir. “Bu
gün Azərbaycanın
Qarabağ problemi bütün
türk dünyasının problemi, dərdi olmalıdır. Azərbaycana qarşı edilmiş təcavüz
bütün
türklərə qarşı edilmiş sayılmalıdır, eyni zamanda türklərin dərdi Azərbaycanın
dərdidir. Bu
məsələləri nəzərə alaraq bu forumda Qarabağ və türk dünyasının bir çox
problemləri müzakirə ediləcək.”
Tədbirdə çıxış edən
Tatarıstan Respublikasının
Azərbaycandakı daimi nümayəndəsi Nail Zaripov forumun əhəmiyyətini vurğulayaraq bildirdi ki, türk xalqlarının inteqrasiyası məsələsində atılan addımları rəsmi
Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi
İsmayıl
Çalışkan da yeni qurumu dəstəklədiklərini bildirib. Onun sözlərinə görə türk xalqlarının
birləşməsi üçün
Azərbaycan ictimaiyyətinin fəallığı xüsusilə qeyd edilməlidir.
Qeyd edək
ki, Qurum bu il Türk Xalqlarının
Vətəndaş Cəmiyyətlərinin I Bakı Forumunu keçirmək
niyyətindədir.
A.Nərimanlı
Paritet.- 2011.-19-21 fevral.- S.8.