II Respublika Muğam Müsabiqəsinə
start verilib
Dünən Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Mədəniyyət və
Turizm Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı
ilə keçirilən II Respublika Muğam Müsabiqəsinə start verildi. Müsabiqənin və seçimin çox məsuliyyətli bir iş olduğunu deyən xalq artisti, professor Arif Babayev bildirdi ki, bu gün həm də musiqi bayramıdır: ”Belə ki, respublika üzrə müsabiqələr
keçirilib və ordan istedadlı gənclər seçilib.
Artıq hazırda Beynəlxalq Muğam Müsabiqəsində iştirak
etmək üçün
gəncləri seçirik.
Bunlar hamısı bizim muğam sənətimizin inkişafına və təbliğinə xidmət
edir. Yəni, bu cür istedadlı gənclərimiz
formalaşdıqca üzə
çıxdıqca muğamlarımız uzun illər, əsrlər yaşayacaq”. Azərbaycanda Beynəlxalq
Muğam Müsabiqəsinin
keçirilməsinin böyük
hadisə olduğunu deyən xalq artisti qeyd etdi
ki, bu onu
göstərir ki, artıq Azərbaycan muğamı ilə dünya maraqlanır:” Belə olan bir zamanda bu seçimdə
də kim yaxşıdırsa, layiqlidirsə,
istedadlıdırsa o seçiləcək”.
Milli Konservatoriyanın direktoru Siyavuş Kərimi isə bildirdi ki, müsabiqəyə qatılmaq
üçün 40 ərizə ilə müraciət olunub:” Ərizələrin sayı
çox idi, ancaq bizim şərtlərə uyğun
olan 40 oldu. Bunların arasından da münsiflər heyəti 18 nəfəri seçib. Müsabiqənin şərtlərinə
görə,
18 – 35 yaşa kimi
xanəndələr müsabiqədə
iştirak edə bilərlər. Birinci və ikinci turlarda müəyyən edilmiş proqramları ifa edəndən sonra, gənclər arasından üç nəfər qalib müəyyənləşəcək. Beləliklə
də Beynəlxalq Muğam Müsabiqəsində iştirak
hüququ qazanacaq. Ümid edirəm ki, bizim müəyyən etdiyimiz qaliblər Azərbaycanın bayrağını həmişə
yüksəklərdə saxlayacaqlar.”.
Müsabiqədə qaliblərə
mükafat veriləcəyini
deyən S.Kərimi qeyd etdi ki, I yer beş min manat, II yer üç min manat, III yer min manat pul mükafatı ilə mükafatlandırılacaq.
Artıq ikinci
ildir ki, bu müsabiqənin
keçirildiyini deyən
Təhsil Nazirinin müavini Elmar Qasımov xatırlatdı ki, I Respublika Muğam Müsabiqəsi
2009-cu ildə keçirilib:
”Bu cür festivallar böyük Şərqin mədəniyyət incisi muğam sənətinin Şərq və Qərbin qovuşuğunda,
Böyük İpək
yolunun üstündə
yerləşən Azərbaycanda
hansı səviyyədə inkişaf
etdiyini, ona göstərilən
dövlət
qayğısının mahiyyətini göstərməklə Azərbaycan muğamının bu sənətin ən yüksək zirvəsi olduğunu da nümayiş etdirir. “İndi də II müsabiqənin
açılışını edirik. Bu müsabiqənin keçirilməsində
məqsəd
musiqi müəssisələrində,
konservatoriyada
təhsil alan tələbələrin yəni,
ümumilikdə
muğam sənəti
ilə məşğul
olan gənclərin istedadlarını üzə
çıxarmaq və gələcək
üçün
muğam sənəti
yaşadan ifaçıları
seçməkdən ibarətdir”.
E.Qasımov bildirdi ki, bu festivalın
əsas üstünlüyü ondan
ibarətdir ki, burda münsiflər heyətində ölkəmizin mötəbər sənətkarları
təmsil olunurlar: ”Əminliklə deyə bilərəm ki, bu heyətdə obyektiv olaraq layiqliləri seçəcək.
Müsabiqə 3 gün
olacaq, seçim bitdikdən sonra 24 fevralda bağlanış olacaq. Yüksək yerləri əldə etmiş(I, II,
III) qaliblər mart ayında keçiriləcək
Beynəlxalq Muğam Festivalında iştirak edəcəklər.
Ümid edirəm ki, bu müsabiqədə birincilik əldə etmiş qaliblər, beynəlxalq müsabiqədə yenidən I yeri tutmaqla sübut edəcəklər ki, muğam sənətinin Vətəni
Azərbaycandır və
bizim ifaçılar dünya səviyyəli sənətkarlardır”.
Qeyd edək ki, sözügedən
müsabiqədə münsiflər
heyətində xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Əlibaba Məmmədov, Nəzakət
Teymurova və Aygün Bayramova, istedadlı xanəndə Zabit Nəbizadə, Milli Konservatoriyanın direktoru Siyavuş Kərimi və digər tanınmış,
görkəmli musiqiçilər
təmsil olunurlar.
Məlumat üçün
bildirək ki, 2009-cu ilin mart ayında ölkə Prezidenti İlham Əliyev, Heydər Əliyev fondunun rəhbəri,
YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Azərbaycan mədəniyyətinin
dostları cəmiyyətinin
sədri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə, eləcə də Mədəniyyət və
Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının
təşkilati dəstəyi
ilə Bakıda Beynəlxalq Muğam Festivalı keçirilib. Festivalda çıxış edən azərbaycanlı ifaçılar
öz məharətli və
professional səviyyəli çıxışları ilə dinləyicilərin
yaddaşında gözəl təəssüratlarla
qalıblar. Qran-prinin məhz Azərbaycanlı ifaçıya verilməsi təsadüfi deyildi. Həmin festivalda Özbəkistanlı
muğam ifaçısı
Yulduz Turdiyeva birinci, İran musiqiçisi Məhəmməd
Motamedi ikinci, Misir musiqiçisi Mustafa Səid üçüncü
yerə layiq görülmüş,
festivalın Qran -pri mükafatı isə Azərbaycan Milli Konservatoriyasının tələbəsi
Təyyar Bayramova təqdim edilmişdi. Festivalın möhtəşəm bağlanış
konsertində Azərbaycan
musiqisinin şah əsərləri olan “Şur simfonik muğamı”, “Leyli və Məcnun”, “Aşıq Qərib” və “Şah İsmayıl” operalarından
səhnələr, folklor musiqi janrlarının təqdimi musiqi mədəniyyətimizin təbliğində
xüsusi rol oynadı.
GÜNAY
Paritet.- 2011.- 22-23 fevral.- S. 16.