Etnik azlıqların
ana dili dövlət səviyyəsində
qorunur
Nərgiz Eyvazova: “Ölkədə ləzgi dili tədris olunan 94, talış dili
tədris
olunan 248 məktəb fəaliyyət göstərir”
“Azərbaycan dünyada tolerantlığı ilə seçilən
bir dövlətdir.
Bizim ölkədə bütün etnik millətlərin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşılır. Təsadüfi deyil ki, ləzgilərin yaşadığı şimal bölgələrində bu etnik millətin
dilində fəaliyyət
göstərən 94 məktəb
var. Bu məktəblərdə ləzgi dilində 15 min
insan təhsil alır. Talışların yaşadığı cənubda isə talış dilində 248 məktəb
fəaliyyət
göstərir.”
Bu
barədə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Milli İcmaların
Koordinasiya Şurası ilə birgə təşkil etdiyi, fevralın 21-də Rusiya İnformasiya və Mədəniyyət
Mərkəzində “Beynəlxalq Ana
dili Günü”-nə həsr olunmuş konfransda çıxış edən
AGAT-ın nümayəndəsi Nərgiz Eyvazova bildirib. Onun sözlərinə görə, konfransın əsas məqsədi milli kimliyin möhkəmlənməsində ana dilinin rolu, hər bir millətin
tarixində ana dilinin vacibliyini vurğulamaq, xalqların ana dillərinin qorunmasında tolerantlığın
əhəmiyyətini göstərməkdir:
“Bizim əsas məqsədimiz Azərbaycanda fəaliyyət
göstərən milli icmaları bir arada toplamaq, tolerantlığın
inkişafına töhvəmizi verməkdir.
Bu gün Azərbaycanda müxtəlif xalqların
azadlıqları qorunur və onların
mövcudluğunu qoruyub saxlamaqda dövlət
səviyyəsində kömək
edilir. Biz də gənclər
təşkilatı olaraq bu millətlərin icmalarının bir yerdə toplanması, inteqrasiyası üçün
Milli İcmaların Kordinasiya Şurasını yaratmışıq. Ən önəmlisi isə bu icmaları birləşdirən
Şuranın
ortaq dili Azərbaycan dili olmasıdır. Buna heç bir icma etiraz etmir və onlar da yaşadıqları ölkənin dilini öyrənməyə çalışırlar”.
Qeyd edək
ki, Milli İcmaların
Kordinasiya Şurası AGAT-ın
təşəbbüsü ilə Cənubi Qafqazda ilk
dəfə olaraq 16 noyabr, 2009-cu
ildə təsis edilib. Hal-hazırda Şuraya rus,
ukrayna, yəhudi, tatar, yunan, türk və polşa
gənclər
təşkilatları daxildirlər. Şuranın yaradılmasında əsas məqsəd milli icmaların gənclər təşkilatlarının qarşılıqlı əməkdaşlıqlarının təmin olunması,
tolerantlıq, mədəniyyətlərarası və dinlərarası dialoqa töhvə
vermək, onların Azərbaycanın sosiol-mədəni mühitinə inteqrasiyasını
daha da sürətləndirməkdir.
Tədbirdə çıxış edən
Azərbaycandakı Türkiyəli Tələbələr Şurasının
rəhbəri Yunus Altun bütün türk xalqlarının
qədim tarixə malik olduğunu, onların dillərinin eyni kökdən
qaynaqlandığını vurğulayaraq bildirdi ki, millətlərin inteqrasiyası, sülh şəraitində yaşaması üçün
ilk növbədə dillərin yaxınlaşmasına nail olmaqdır: “Azərbaycan cəmiyyəti bu istiqamətdə çox
işlər
görür. Eyni
zamanda heç bir etnik qrupa
öz dilində ünsiyyət
yaratmaqda problemlər yaradılmır”.
“Rus dilinə göstərdiyi münasibətə görə mən
Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”. Rus icmasının nümayəndəsi Lyubov Timatenova bildirdi ki, rus dili təkcə Bakıda yaxud paytaxta yaxın
Sumqayıtda deyil, həmçinin ölkənin bütün
regionlarında da geniş təbliğ edilir: “Təkcə universitetlərdə rus bölməsinin yaradılması bizim dilimizə olan hörmətin
göstəricisidir.
Biz burda öz
evimizdəki kimi yaşayırıq. Bütün
bunlar azərbaycanlıların
bir millət kimi mədəni, tolerant olduğunun sübutudur. Buna görə sizə təşəkkür
edirik”.
Türk dillərinin tarixindən
danışan
tatar icmasının
sədr müavini Nazim Muxtarov isə bildirdi ki, başqa dillərlə yanaşı öz
doğma dilimizi də öyrənməli,
təkmilləşdirməliyik:
“Bu gün
Tatarıstanda olduğu kimi, Azərbaycanda da və başqa türkdilli dövlətlərdə də öz
dilinə laqeyd yanaşma
var. Biz bu neqativ halları da aradan qaldırmalıyıq. Ən
əsas da gənclərimiz arasında doğma
dili təbliğ etməli, onu incəliklərinə qədər öyrətməliyik”.
Qeyd edək ki, MİKŞ
ayda iki dəfə olaraq, həmin icmaların gənclərinin iştirakı ilə keçirilir. N.Eyvazova qeyd etdi ki, adətən
toplantılar yəhudi icmasını mərkəzində keçirilir: “Azərbaycanda mövcud olan milli icmaların
müxtəlif tədbirləri olur. Bu şuranın vasitəsi ilə biz həmin tədbirlərdə bütün icmaların nümayəndələrini toplayırıq. Çox
gözəl
mənzərə yaranır.
İnsanlar müxtəlif dillərdə danışsalar da, bir-birilərini anlayırlar.”
Tədbirdə həmçinin Türkiyə və Polşanın Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edirdilər.
A. NƏRIMANLI
Paritet.- 2011.- 22-23
fevral.- S.4.