Kiyevdə
Xocalı qurbanlarının xatirəsi Qolodomor abidəsinə
yürüşlə yad edilib
İslam Konfransı
Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyası
çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyev şəhərində Qolodomor abidə kompleksinin ziyarət edilməsi ilə start verilib.
Əllərində
“Xocalıya Ədalət!”,
“Erməni terroruna son qoyulsun!” şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından Qolodomor abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Milli Gənclər Hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər - 613 qara şar buraxmaqla dünya
birliyini və beynəlxalq
təşkilatları 19 il
öncə ermənilərin
Xocalı şəhərində
törətdiyi
soyqırıma
siyasi-hüquqi qiymət
verməyə səsləyiblər.
Diasporla İş üzrə
Dövlət
Komitəsindən
aldığımız
məlumata görə,
anım mərasimində
Ukrayna Azərbaycanlı
Gənclər
Birliyinin sədri
Anar Tahirov və
birliyin sədr
müavini Cavid
Hüseynzadə çıxış
edərək
İslam Konfransı Gənclər
Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş
koordinatoru Leyla Əliyevanın
təşəbbüsü
ilə dünyanın
müxtəlif
ölkələrində
həyata keçirilən “Xocalıya
Ədalət” kampaniyasına
Ukraynada yaşayan
azərbaycanlı gənclərlə
yanaşı, ukraynalı gənclərin
də qatılmasını
dünyada haqqın
və ədalətin
öz yerini tutması
istiqamətində irəliyə
atılmış addım
kimi dəyərləndiriblər.
1932-33-cü
illərdə Ukrayna
xalqının
da soyqırıma
məruz qaldığını
bildirən Ukrayna
Milli Gənclər
Hərəkatının
Kiyev şəhər
təşkilatının
sədri Aleksey
Zaxarçenko isə
ermənilərin
19 il əvvəl
Xocalıda dinc
əhaliyə
qarşı həyata
keçirdikləri
soyqırıma beynəlxalq təşkilatların
və dünya
birliyinin siyasi-hüquqi
qiymət verməməsini
tarixi ədalətsizlik
kimi səciyyələndirib:
“Vaxt olacaq,
dünya birliyi
belə bir bəşəri
cinayətə göz
yumduğuna görə
utanacaq. Biz, Ukrayna
gəncləri, Azərbaycan
xalqının
başına gətirilən
faciələrə
ədalətli münasibət
bildirməklə tarix
qarşısında
borcumuzdan çıxırıq”.
Xocalıya
ədalət
kompaniyası çərçivəsində
Ukraynada keçirilən
silsilə tədbirlər BMT-in
və ATƏT-in
Ukraynadakı nümayəndəliklərinin
qarşısında etiraz yürüşü
və adı çəkilən qurumlara ukrayna
və azərbaycanlı
gənclərin
hazırladığı qətnamənin təqdim
olunması ilə başa
çatacaq.
İSMAYIL
Paritet.- 2011.- 24-25
fevral.- S. 7.