Xocalı faciəsini törədənlərin əsas məqsədi “Böyük Ermənistanolub

 

Flora Qasımova: “19 il əvvəl törədilən bu faciədə Ermənistanın indiki prezidenti Serj Sərkisyanın əli var

 

 Xocalı qətliamının təşkilatçılarından və fəal iştirakçılarından biri Ermənistan dövlətinin başçısı Serj Sərkisyandır. O, bu hadisəyə münasibət bildirərkən utanmadan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar güman edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi sındırmağa nail olduq”.

“Bu sözləri özlərini dünyaya məzlum xalq kimi tanıtmağa çalışan, türklər tərəfindən soyqırıma məruz qaldıqlarını iddia edən bir millətin nümayəndəsinin, dövlət başçısının azərbaycanlılara qarşı törədilən qətliamda əli olduğunu sübut etmirmi? Belə bir ideologiyası olan dövlət başçısı ilə aparılan sülh danışıqlarının dalana dirənməsi təbiidir. Çünki o əli azərbaycanlıların qanına batmış onun kimiləri törətdikləri cinayətin cəzasından yaxa qurtarmayacaqlarını bilirlər”. Bu sözləri millət vəkili Flora Qasımova yap.org.az saytına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının, işğalçı sovet ordusunun köməyi ilə 250 min azərbaycanlını Ermənistandan, 15 mindən çox azərbaycanlını Xankəndindən böyük işgəncələrlə öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldığını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər. Bu siyasətin kökündəBöyük Ermənistanxülyasının durduğunu deyən F.Qasımova hesab edir ki, öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq: “Əlbəttə ki, burada ermənilərin tarix boyu həyata keçirmək istədiyi məqsədlər dayanırdı. “Böyük Ermənistanxülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Bu faciə tarixə qara həriflərlə yazıldı. Qətliam nəticəsində 613 nəfər həlak olub ki, onlardan 63-ü uşaq, 106 nəfəri qadın, 70 nəfəri qocalar idi. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdürMillət vəkili bildirib ki, azərbaycanlıların başına gətirilən müsübətlər tarix boyu olub, lakin fevral hadisələri heç vaxt yaddan çıxmayacaq: “Tarixin elə səhifəsi yoxdur ki, azərbaycanlıların başına bəlalar, məşəqqətlər açılmasın. Lakin fevral ayındakı faciələrimiz heç vaxt yaddan çıxmayacaq. Çünki bunlar bizim qan yaddaşımıza yazılıb, xalqın taleyində acı izlər qoyub. Bu tarixlərə diqqət yetirsək fikrimi açıq şəkildə ifadə etmiş olaram. 10 fevral 1828-ci ildə Azərbaycan torpaqlarını param-parça edildiyi Türkmənçay müqaviləsi, 10-11 fevral 1992-ci ildə Malibəyli Quşçular kəndlərinin işğal olunması, 17 fevralda Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı insanların qətliamı nəhayət 26 fevralda 20-ci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımın törədilməsi”. Qeyd edək ki, 1992-ci ilin fevralın 25-dən 26-na Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilib. Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdülər, təhqirlərə məruz qoydular. Hər dəfə seçicilərlə görüşəndə “Biz vaxt öz torpaqlarımıza qayıdacağıq?” sualı ilə qarşılaşdığını deyən F.Qasımova bütün bu məhrumiyyətləri görən insanları həyatda yaşadan dədə-baba yurdlarına, öz tarixi torpaqlarına qayıtmaq ümidi olduğunu bildirib: “16 ildir ki, cəbhə xəttində atəşkəsdir, əgər buna atəşkəs demək olarsa. Bu müddətdə cəbhə xəttində qədər əsgərimiz erməni snayperinə tuş gəlib. Demək olar ki, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi AŞPA-nın 1416 saylı qətnaməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini təsdiq edir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma nəticə yoxdur. Son sözləri bu olur ki, bu münaqişənin həlli Ermənistan Azərbaycandan asılıdır. Azərbaycan yenilənmiş Madrid prinsiplərini qəbul edib. Ermənistan isə hələ buna öz münasibətini bildirməyib, sülh danışıqlarını hər vasitə ilə uzatmağa çalışır. İşğalçı dövlət bununla da Azərbaycanı müharibəyə cəlb etməyə təhrik edir”.  Lakin xanım deputat bildirib ki, biz müharibənin tərəfdarı deyilik, çünki müharibə qandır, itkidir, dağıntıdır: “Azərbaycan regionda iqtisadi cəhətdən inkişaf etmiş daim tərəqqi edən bir dövlətdir. Əlbəttə, Azərbaycanın inkişafını istəməyən, yaxud da buna qısqanclıqla yanaşanlar da vardır. Lakin biz torpaqlarımızın bir qarışını da heç kəsə vermək niyyətimiz yoxdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münaqişənin həlli istiqamətində apardığı qətiyyətli, ardıcıl siyasəti dəstəkləməklə biz bir daha dünya birliyinə müraciət edirik: “Münaqişəyə ikili standartla yanaşmaqdan qurtulun, Ermənistanın işğalçı siyasətinə qarşı çıxın, Azərbaycanın torpaqlarının azad edilməsinə dəstək verin       Qeyd edək ki, hər il Xocalı faciəsinin ildönümü həm ölkə daxilində, həm xaricdə geniş miqyasda qeyd edilir. Bu istiqamətdə dövlətlə yanaşı diaspora təşkilatları da müxtəlif işlər həyata keçirir. Bunlardan ən önəmlisi geniş miqyaslısıXocalıya Ədalətkampaniyasıdır. F.Qasımova  Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, “Xocalıya ədalətkampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevaya  Xocalı faciəsinin bütün dünyada siyasi qiymətini alması üçün aparılan işlərdə əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib.

Qeyd edək ki, millət vəkili Flora Qasımova Azərbaycanın ermənilər tərəfindən işğal edilən Xankəndi rayonundan seçilib.

 

 

A.NƏRİMANLI

 

Paritet.- 2011.-24-25 fevral.- S. 4.