Xocalı faciəsi
Bəşər tarixinə öz vəhşiliyinə,
qəddarlığına, amansızlığına
görə ən
qanlı kütləvi terror hadisəsi
kimi düşmüş
Xocalı soyqırımının
törədilməsindən
nə az nə
çox düz 19
il keçir. Bəli, düz 19
il... Bildiyimiz kimi,
bu 1992-ci
ildə fevral ayının
25-dən 26-na
keçən gecə
Ermənistan Silahlı
Qüvvələri
və Rusiyanın
366-cı motoratıcı
alayının
iştirakı ilə
Xocalı şəhərinin
dinc sakinlərinə
qarşı baş vermiş
qanlı bir soyqırımdır. Bu
faciə Dağlıq
Qarabağ münaqişəsi
zamanı baş vermiş
qanlı və dəhşətli
faciələrdən
biridi desək
yanılmarıq.
Gözəl
strateji yerdə olan
Xocalı şəhəri erməniləri
özünə cəlb
etmişdir. Xocalı
Qarabağ dağının
silsiləsində və Ağdam-Şuşa, Əskəran-Xankəndi
yollarının
üstündə yerləşir. Və
qeyd etmək
lazımdır
ki, Qarabağda
yeganə aeroport da
Xocalıda yerləşir. Xocalı
1991-cı ilin oktyabr
ayından blokada
vəziyyətində
idi. Şəhərə
aparan bütün
yollar bağlanmışdır, yeganə
nəqliyyat vasitəsi
isə vertolyot idi.
Lakin 1992-ci ildə
Şuşa səmasında
vertolyotun vurulması və
təqribən 40
nəfərin
həlak olması
ilə əlaqədar Xocalı
ilə hava əlaqəsi də kəsilmişdir.
Yanvar ayının
ilk günlərindən
etibarən artıq
Xocalıya elektrik enerjisi də
verilmirdi. Dinc əhalinin
ümüdü hər
yerdən kəsilmişdir.
Və güvən
və ümüd
hissi yalnız
özlərində qalmışdı.
Xocalılar yalnız
öz qəhrəmanlığına
və mərdliyinə
görə yaşayıb
qorunurdular. Şəhəri müdafiə
edən cəsuslar
əsasən
avtomat, soyuq silah
və ov tüfəngləri
ilə özlərini
və torpaqlarını
qoruyurdular. Artıq
fevral ayının
ortalarından etibarən
erməni qoşunları
şəhəri mühasirəyə
alaraq, ardı-arası
kəsilməyən
ağır texnikalardan atəş açır
və əhalini məhv
etməyə başlamışdı.
Artıq 25 fevraldan Xocalıya 366-cı
alayın döyüş
mövqelərinə
çıxması ilə hücum başlamışdı.
Şəhərə hücum
toplardan, tanklardan olmuşdu. Fevral
ayının
26-da Xocalı şəhərinin
bir çox kəndi,
(Naxçevanik, Əsgəran)
yanaraq külə
döndərilmişdi. Bir
şox insan qaçaraq
meşədə gizlənməyə
çalışmışdı,
lakin şaxtalı fevral
günləri
və aclıq
buna imkan verməmişdi. Əhalinin 30% meşədə
gizlənərək
həlak olmuşdu.
Çoxusu erməni
vəhşilərinin
əlinə
düşməməsi
üçün özü öz
həyatına
qəsd etmişdi. Ancaq erməni
vəhşilərinin
girovuna düşənlərdə
oldu. Onlar çox
dəhşətli
əzablarla
öldürülürdülər. Bəli, nə
qədər
erməni vəhşiləri
bunu təkzib
etsələrdə
bu bir fakt
olaraq qalacaq! Fevral
ayının
28-i bir qrup
yerli jurnalistlər 2 vertalyot vasitəsi ilə azərbaycanlıların
həlak olduğu
yerə çata bildilər. Gördükləri
mənzərəyə
heç özləri
inana bilmədilər-yer
cəsədlərlə
dolu idi. Bu
vertolyotlar ermənilər
tərəfindən
əhatəyə
alındıqlarına
görə onlar
yalnız 4 meyidi
götürəbildilər. Mart
ayının
əvvəllərində
artıq bir
qrup yerli və
xarici jurnalistlər
hadissə yerinə vertolyotla
çata bildilər. Bu
dəfə gördükləri
onları daha da
dəhşətə
gətirdi. Meyidlər
dərisinin soyulması,
burun, qulaq və
digər orqanlarının
kəsilməsi, onların
yandırılması
və bir sıra
başqa vəhşilikləri
aşkar etmişdilər. Bu
cür vəhşilikləri
etmək üçün
nə qədər
dəhşətli
insan olmaq lazımdır. Bu
qırğın
nəticəsində
613 nəfər
həlak olmuşdu, onlardan: uşaqlar-63
nəfər; qadınlar-106
nəfər; qocalar-70
nəfər; 8
nəfər
tamamilə məhv
olmuşdur; 130 uşaq
valideyinlərindən
birini itirmiş; 24 uşaq
hər iki
tərəfdən
itirmiş. 487 nəfər
yaralanmışdır, onlardan
76 nəfər -uşaqlar
olmuşdur.
1275 nəfər
əsir
götürülmüşdür,
150 itkin düşmüşdür. 56 nəfər
isə xüsüsi
amansızlıqla
qətlə yetirilmişdir.
Dövlətin
və əhalinin əmlakına
01.04.1992-ci il tarixinə
olan qiymətlərlə
5 mld.rub. dəyərində
ziyan vurmuşdular.
Azərbaycan
xalqı və onun
dövləti
Xocalı soyqırımını
heç vaxt unutmur,
unutmayacaqdır və
Azərbaycan xalqının
layiqli övladları bu
faciədə həlak
olmuş insanların
qanını yerdə
qoymayacaqlar!!!
Məndə
bir tələbə
olaraq özümə
borc bilib bir
Xocalı ailəsi
ilə yaxından
tanış olub, öz
başlarına
gəlmiş hadisələri
mənimlə bölüşməsini
xahiş etdim. Bu
Zeynalovlar ailəsi
idi. Çəkiliş qrupu
ilə onlara üz
tutdum. Çox isti
və mehriban ailə
olduqlarını bizə
öz doğma
balaları kimi qarşılamağından
hiss etdim. Tanışlıqdan
sonra öz ilk
sualım ilə
onlara müraciət
etdim:
-Öz ata-baba
yurdunuz, Xocalını
necə xatırlayırsınız?
-”Xocalını çox pis
xatırlayıram... Çox pis... O dəhşətli
günü heç unuda bilmirəm. Bu faciədən sonra hər
gün yuxumda Xocalımı görürəm. Azərbaycanın
hər bir bölgəsi,
bucağı bizim hər
birimiz üçün doğmadır, əzizdir, lakin
özü doğulub boya-başa çatdığı yer
daha əziz və doğma olur.
Bax bu hissləri mən Xocalıma duyuram. Qışı,
fevral ayını məhz bu qanlı günə, bu soyqırıma görə
heç sevmirəm. Hər dəfə fevral ayı gələndə
bir anlıq bu dəhşət, bu vəhşilik
gözümün önündən keçir. Bu hadisədən
bir neçə gün qabaq nəsə olacağını
hiss edirdik. Elektrik enerjisinin kəsilməsi, şəhərin
blokadaya alınması bu yaxınlarda hansısa dəhşətin
baş verəcəyindən xəbər verirdi. Və belədə
oldu. Fevral ayının 25-i axşam saat 21:00-da erməni
qoşunları topla, tanklarla Xocalıya daxil olub,
günahsız insanlara divan tutaraq böyük vəhşiliyə
bir imza atdılar! Xocalının adı çəkiləndə
qəlbim yerindən oynayır.
Neçə şəhid verdi Xocalı... Mənim
bacımın üç oğlunu gözü önündə
qətlə yetirdilər. Bir oğlunu isə xüsüsi qəddarlıqla
qətlə yetirdilər”. -deyə göz yaşlarına
tutuldu Bəsti xanım Əliyeva.
Söhbətimizi qızı Səadət xanım
Zeynalova davam et dirdi: ”Xalamın bir oğlu 24 erməni öldürdüyü
üçün onun barmaqlarını kəsdilər,
gözünü çıxartdılar-bu vəhşiliyin
hamısı xalamın gözünün önündə
oldu. Ölümündən sonra ona Milli qəhrəman adı
verildi bu Aqil Əliyev idi. Bu dəhşətlər Xocalıda
sayılmaz bir həddə çatmışdır. Mən
özüm qardaşımla meşəyə qaçdım.
Xocalını iki yerə bölən bir çay var Qar-Qar
çayı. Elə bilirdikki yenidən qayıdacağıq və
heç bir tərəddüd etmədən ayaqqabılı
çayı keçdik ,birdə ayıldıqki, ayaq, ayaqqabı su,
corab su-tamamilə islanmışdıq. Güclü şaxta nəticəsində
mən qardaşımla Bakıda ayaq donması diaqnozu ilə 2
həftə xəstəxanada qalmışıq. Bir gün
meşədə oturub Xocalının yanmağına
baxdıq. Evlərin biri alışanda elə işıq saçırdıkı sanki səhər
açılıb. Belə 3 ev sonra-7 ev-sonra 9 ev və sonrada
bütün şəhər
alışdı. Artıq sağ qalıb qaçan əhali
bizə dediki geri dönüş yoxdu ermənilər evimizi viran edib
və beləcə gözümü arxamda qoyaraq Ağdama
keçdik. Ürəyim Xocalıda qaldı. Elə darıxmışamki
Xocalım üçün. ”Vallah bu vəhşətə nə
ad verim, necə qiymətləndirim? Bu sualın
qabağında mənim təfəkkürüm acizdir. Mən
qiyabi də olsa bu bu gecəni yaşadım və
inandırımki bu mənim yadımdan heç bir zaman
çıxmayacaq. Bir gənc olaraq bu söhbəti Azərbaycan
gəncliyinə çatdırmağı özümə borc
bildim. Güman edirəm hamımız 26 fevral günü Xətai
rayon İH-in qarşısına gedərək, oradakı
Xocalı soyqırımına həsr olunmuş abidəni
ziyarət edib. Bu vəhşəti törədənlərə
Allahdan eyni hissləri yaşatması diləyəcəyik. Bu
qan yerdə qalmaz!!!
Rəna ELÇINQIZI
Paritet.- 2011.- 26-28 fevral.- S.10.