Ordumuzun
tərəqqisi danılmazdır
Silahlı Qüvvələrimiz haqqında danışarkən ölkənin milli maraqları nəzərə alınmalıdır
Ordumuzda baş verən
son olayla əlaqədar
bəzi millət
vəkillərinin,
o cümlədən
kütləvi
informasiya vasitələrinin
şou xarakterli çıxışları
məni istər-istəməz
1990-cı illərin
əvvəllərində
baş verən
hadisələrə
qaytarır. O
vaxtlar çoxları Azərbaycan
ordusunun gələcəyinə
inanmır, bir
qayda olaraq şübhə
ilə yanaşırdılar.
Ancaq ümummilli liderimiz Heydər Əliyevin
ölkə ictimaiyyətinin
təkidi ilə yenidən
hakimiyyətə gəlməsi
və xalqımızın
iradəsi onların
kökündən
yanıldıqlarını sübuta
yetirdi.
Ulu öndərin
sərkərdəlik
istedadı qısa
zaman kəsiyində
öz səmərəli
bəhrəsini
verdi. Xalqı bir
mərkəzdə
- Müdafiə Nazirliyində
birləşməyə
çağıran dövlət
başçısı bütün
qüvvələrin
toparlanmasına və
eyni cəbhədə
mübarizə aparmasına
nail oldu. Ordunun
qanunvericilik bazası
formalaşdırıldı.
Gənclərin
hərbi vətənpərvərlik
tərbiyəsi
sahəsində ciddi
dönüş yaradıldı.
Bir sözlə,
Silahlı Qüvvələrimiz
vahid bir xətt
üzrə daim dinamik
inkişaf edən
Silahlı quruma çevrildi.
O illərin
şahidi kimi, bugünkü
Azərbaycan ordusunu
15-20 il bundan əvvəlki
ordu ilə müqayisə
etmək mənim
üçün çox çətindir.
İstər mənəvi-psixoloji,
istər maddi-texniki
təminat, istərsə
də döyüş
hazırlığı baxımından
bu gün
Azərbaycan ordusu,
sözün
həqiqi mənasında,
çox az orduların
əldə
edə biləcəyi
böyük
nailiyyətlərə
yiyələnib.
Silahlı Qüvvələrimizdə
inkişafın
dinamikliyi, həyatın
qaynar axını
bu uğurların
gələcəkdə
daha böyük
miqyası əhatə edəcəyinə
zəmin yaradır.
Doğrudan
da, dövlət
başçısı, Silahlı
Qüvvələrimizin
Ali Baş Komandanı
İlham Əliyev tərəfindən
ordumuzun daim hərtərəfli
diqqət və
qayğı ilə əhatə
olunması ordu mənsublarında
yüksək
döyüş əhval-ruhiyyəsi
ilə müşaiyət
olunur. Hərbi
qulluqçularımızın
tam böyük
əksəriyyəti
öz mənəvi
və fiziki imkanlarına, o
cümlədən
düşmən
üzərində qələbə
çalacağına, bununla
da, dövlətin
və xalqın
etimadını doğruldacağına
inanır. Bu
inamın arxasında,
heç şübhəsiz,
onlara göstərilən
etimad, diqqət, qayğı
və ən əsası
isə, Azərbaycan
xalqının
milli maraqları dayanır.
Bu gün
Azərbaycan Silahlı
Qüvvələrinin
Cənubi Qafqazda ən
yüksək
döyüş hazırlığına
malik bir hərbi
qurum olduğunu
xarici ölkələrin
ekspertləri də
etiraf edirlər. Bununla
belə dünyanın
bütün
ordularında olduğu
kimi, bizim ordumuz
da etimal olunan
cinayət hadisələrindən
sığortalanmayıb. Axı ordu
müxtəlif
xarakterə və dünyagörüşünə
malik insanların
cəmləşdiyi
məkandır
və bu məkanda
hər hansı
nizamnamədənkənar
hərəkətlərin
qarşısını
tamamilə almaq mümkün
deyil. Bu tip
hadisələr
ABŞ, Türkiyə
və Rusiya kimi
böyük
ölkələrin
Silahlı Qüvvələrində
də qeydə alınır. Bu günlərdə
“N” saylı hərbi
hissəsində baş
verən qanlı
olay hamıdan,
xüsusilə ictimaiyyət
və KİV
nümayəndələrindən
səbr və
obyektivlik tələb
edir. Silahlı Qüvvələrimizdə
baş verən
bu olayla əlaqədar
bir sıra
kütləvi
informasiya vasitələrində
dərc olunan
yazıların
və verilən
şərhlərin həqiqətə
uyğun olmaması
isə təəssüf
doğurur. Hadisə
ilə əlaqədar
ölkə başçısının
göstərişinə
əsasən Müdafiə
Nazirliyinin rəhbərliyi
istintaq qrupu ilə
birgə dərhal
hadisə yerinə yollanıb, intizam
pozuntuları ilə əlaqədar
ilkin tədbirlər
həyata keçirmiş
və obyektiv istintaq işinə başlanılıb. Müdafiə
Nazirliyi mətbuat
xidmətinin yaydığı
məlumatlarda da
bu haqda ətraflı
bəhs olunur
və xüsusi
vurğulanır ki, hadisəyə
hüquqi qiymət
verilmədən
bəzi üzdəniraq
qüvvələrin
ordumuzu nüfuzdan
salmaq məqsədilə
tələm-tələsik
verdiyi bəyanatlar əslində düşmən
dəyirmanına
su tökür.
Bu günlərdə
Azərbaycanda müdafiə
və təhlükəsizlik,
hərbi vətənpərvərlik,
əlil və veteranlarla iş sahəsində
fəaliyyət
göstərən
bir qrup qeyri-hökumət
təşkilatlarının
hadisə ilə bağlı
ölkə ictimaiyyətinə
və media nümayəndələrinə ünvanladığı müraciətdə
də bu haqda
ətraflı
danışılır. “Hadisədən
dərhal sonra
ən
yüksək
səviyyədə
atılan addımlar,
dövlət
başçısı, ali
komandanımız
tərəfindən
görülən
təxirəsalınmaz
tədbirlər
bir daha sübut
edir ki, ordu
quruculuğu, Silahlı
Qüvvələrin
inkişafı və
möhkəmləndirilməsi
Azərbaycan Prezidentinin diqqət yetirdiyi ən
vacib məsələdir.
Biz vətəndaşlarımızı,
ölkə ictimaiyyətini
diqqətli olmağa, cəmiyyətdə
xüsusi rola
malik media qurumlarını,
KİV təmsilçilərini
Azərbaycanın
dövlət
mənafeyini, milli
maraqlarını daha
ciddi şəkildə nəzərə
alaraq fəaliyyət
göstərməyə
dəvət
edirik”.
Hərbi
ekspertlər də
“N” saylı
hərbi hissəsində
baş verən
insidenti şişirtməyin
əleyhinədirlər. Hərbi
ekspert İldırım
Məmmədzadə Azərbaycan
qanunvericiliyini əsas
götürərək
bildirdi ki, ordu,
silahlı qüvvələr
siyasətdən
kənar institutlardır: “Bundan
kiminsə öz siyasi
məqsədləri
üçün istifadə
etməsi təsadüf
olunan hallardandır. Hesab
edirəm ki, bu, düzgün
münasibət
deyil. Çünki
bizim əsgərlərimiz
soyuqda, çətin bir
şəraitdə öz borclarını
yerinə yetirərək, vətənimizin
keşiyində dayanırlar.
Bu günlərdə
bir nəfər
əsgərin
hansısa səbəbdən, yaxud
səriştəsizlik
üzündən
öz silahını
yoldaşlarına
tuşlamasına
qarşı belə bir
münasibət
göstərmək
isə bütün
hərbçilərimizin
çəkdiyi əziyyəti
yerə vurmaqdır. Bu cür
hadisələrdən
heç bir ordu
sığortalanmayıb. Lakin bu, heç
bir halda, siyasi
məqsədlər
üçün istifadəyə
əsas vermir. Ən
azı ona görə
ki, Azərbaycan
Silahlı Qüvvələri
region ölkələri
içərisində liderdir və istənilən
vaxt torpaqlarımızı
işğaldan azad
etməyə qadirdir.
“Tərxis
Olunmuş Hərbçiləri
Gəncləri maarifləndirmə”
ictimai birliyinin sədri
Emin Həsənlinin
fikrincə, Azərbaycan
ordusunun güclənməsi
Azərbaycanı istəməyən
bütün
qüvvələri
narahat edir. Bir
məqamı hamı
anlamalıdır
ki, ordu nə
iqtidarın, nə
də müxalifətindir.
Ordu bütövlükdə
ölkəmizin, cəmiyyətimizindir.
Ordu mövzusuna
münasibət
həssas olmalıdır. Biz toparlanmalı,
bir yumruq kimi
birləşməli, dövlətimizin
ordu üçün gördüyü
işləri
qiymətləndirməliyik”.
Məsələyə
münasibət
bildirən Azərbaycan
Vətən
Müharibəsi
Veteranları Birliyinin sədri
Füzuli Rzaquliyevin isə qeyd etdi
ki, hər
hansı bir hərbi
hissədə baş
verən qanunsuzluğu, tələfatı
ümumi ordunun adına
yazmaq olmaz. “Bizim Fərid
kimi, Mübariz
kimi yüzlərlə
oğullarımız
var. Son
hadisədə günahkarlar məhz yerlərdəki
komandirlərdir ki, onlar
da öz layiqli
cəzalarını
aldılar. Sağ
olsun cənab
Prezidentimiz ki, bu
məsələyə
dərhal reaksiya verdi və
lazım olan
tədbiri gördü.
Dövlətimiz
bu sahədə
bütün
əziyyətləri
çəkir, ona görə
də bu hadisə
ordumuzun adına
yazılmamalıdır”.
Qarabağ Müharibəsi
Əlilləri, Veteranları
və Şəhid Ailələri
İctimai Birliyinin sədri,
ehtiyatda olan polkovnik Mehdi Mehdiyev də həmkarlarının fikirləri
ilə şərikdir. O
bildirdi ki, bu
gün Azərbaycan
ordusunun istər
texniki təchizatı,
istərsə də
şəxsi heyətin
döyüş hazırlığı
yüksək
səviyyədədir.
“Bunu gözü
götürməyənlər
də var. “N” saylı hərbi
hissəsində baş
vermiş qanun pozuntusu,
təbii ki, bizim
hamımızı
kədərləndirir. Amma bunu
əlində
bayraq edib, düşmənin
xeyrinə fikir bildirənlər
də az deyil.
Elə Ermənistanın
özü də bu
barədə müxtəlif
şayiələr
yayır ki,
öz ordusunun xeyrinə
bizim ordunu gözdən
salsın. Amma əslində hansısa
bir cinayətin
baş verməsi
orduya ləkə
yaxmaq üçün şərait
yaratmamalıdır. Hər
şeyi unudub bircə
faktdan yapışmaq
lazım deyil.
Ən azı ona
görə ki, ordumuzun döyüş hazırlığı
yüksək
səviyyədədir,
şəxsi heyətdə
ruh yüksəkliyi
vardır”.
Doğrudan
da, orduda baş
verən hər
hansı neqativ hadisə
Silahlı Qüvvələrimizin
indiyədək
qazandığı uğurlara xələl
gətirilmədən, tam
obyektivlik prinsipi əsasında,
xalqın milli
maraqlarına söykənilərək
şərh olunmalı, analiz
edilməlidir. Təəssüf
ki, bəzi üzdəniraq qüvvələr bu mühüm və
əhəmiyyətli məqamı bəzən qəsdən
unudur, öz şəxsi maraqlarına xidmət edən məqamlara
üstünlük verirlər. Belələri indiyədək
Azarbaycan Prezidentinin rəhbərliyi altında Müdafiə
Nazirliyi rəsmilərinin həyata keçirdiyi strateji əhəmiyyətli
tədbirləri,
gördüyü mühüm işləri sanki tamamilə
unudur, bir xalqın gələcəyini təhlükə altına atmaqdan
belə çəkinmirlər. Bizə bunu deməyə
ağına-bozuna baxılmadan kütləvi informasiya vasitələrinə
ötürülən və heç bir fakta söykənməyən,
yəni hüquqi bazası olmayan arqumentlər əsas verir. Nə
qədər xudbin və dar düşüncəli olmalısan
ki, orduda baş verən faciəni şəxsi
ambisiyalarını həyata keçirməkdən
ötrü bir vasitəyə, tranplinə çevirəsən. İndiyədək əldə
olunmuş müqaisəyə gəlməyəcək dərəcədə
böyük uğurların üstündən vicdan əzabı
hiss etmədən xətt
çəkəsən. Son olay bəzi üzdəniraq qüvvələrin
sanki pusquda dayandığını, ən adi hadisədən
belə öz məqsədləri üçün bəhrələnməyə
çalışdığını bir daha sübuta yetirdi. “N” saylı hərbi hissəsində
baş verən hadisəni şişirtməklə
bütün ordunu xalqın gözündən salmağa
çalışanların bu hərəkətini başqa necə
qiymətləndirmək olar!
Onlar bu hərəkətlərlə gecə-gündüz
döyüş növbəsi çəkən fədakar Azərbaycan
əsgərinin Vətən qarşısındakı xidmətlərini
aşağılayır, bununla da, istər-istəməz
düşmənlə bir cəbhədə birləşmiş olurlar. Ancaq bu
kimi hallar ölkənin Silahlı Qüvvələrini o
cümlədən xalqımızı nəinki ruhdan
salmır, əksinə, təcavüzkar Ermənistan ordusu ilə
mübarizədə hərbi qulluqçuların
ayıq-sayıqlığını, mübarizə əzmini
daha da artırır.
Sonda bir
daha qeyd
edirik ki, ordu
quruculuğu sahəsində
əldə olunan uğurlar,
həyatımızın
dinamik inkişafı
fonunda kifayət
qədər
böyük
ümidlərə əsas
verir. Bu mənada Silahlı Qüvvələrimizə
münasibətdə hər bir kəs səbr, təmkin və
obyektivlik nümayiş etdirməlidir. Unutmaq olmaz ki, ölkənin
ən böyük Silahlı qurumu olan Azərbaycan ordusu
dövlətin və xalqın inam və güvənc yeridir.
Bu
inam sarsılmaz və əbədidir.
İbrahim RÜSTƏMOV
Əməkdar jurnalist
Paritet.- 2011.- 26-28 fevral.- S. 9.