DiasporumuzXocalı harayıedir

 

AvstraliyadakıGeliboluməscidində Xocalı faciəsi qurbanlarının ruhuna dualar oxunacaq

 

 Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə bu il diasporumuz tərəfindən silsilə tədbirlər keçirilib. Belə ki,  Xocalıya ədalətkampaniyası çərçivəsində Böyük Britaniyanın Lordlar Palatasında Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib (APA). Lordlar Palatasının üzvləri, britaniyalı jurnalistlər ictimai xadimlərin iştirak etdiyi konfransda kanadalı ekspert, Xocalı faciəsini tədqiq etmiş Skot Teylor Lord Layard əsas məruzəçilər kimi çıxış ediblər.

Xocalıya Ədalətkampaniyası çərçivəsində Çexiyada da tədbirlər keçirilib.

Toplantıda çıxış edən Brno Texnoloji Universitetinin professoru cənab Oldrik Saşinka XX əsrin ən dəhşətli faciəsi olan Xocalı Soyqırımının tarixi, mahiyyəti, erməni vandalizmi torpaqlarımızın işğal edilməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Sonra Xocalı Soyqırımı haqqında ingilis dilində sənədli film nümayiş etdirilib. Bu kampaniya çərçivəsində tədbirlər Praqa Vyana şəhərlərində davam etdiriləcək.

Moskvada daXocalı soyqırımı: Qarabağ hadisələri haqqında dəhşətli həqiqətmövzusunda tədbir keçirilib. Tədbir Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Mirəşrəf Fətiyev tərəfindən təşkil olunub. Əvvəlcə Milli Qəhrəman Çingiz Mustafayevin Xocalıda çəkdiyi videogörüntülər, sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin hərbi komendantı olmuş general-mayor Aleksandr Voloxun videomüraciəti nümayiş olunub. A.Volox bildirib ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımına laqeyd, hətta abırsızcasına yanaşır.

İslam Konfransı Gənclər Forumunun, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü Azərbaycan səfirliyinin dəstəyi ilə Kiyev “ART Qalereyasərgi salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarətXocalı harayıadlı rəsm sərgisinin açılışı olub.

Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi, eləcə Türkiyənin nüfuzlu fikir qurumlarından biri olan Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə TÜRKSAM-da Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə geniş tərkibli anım tədbiri həyata keçirilib.

Azərbaycanın Ankaradakı səfirliyindən APA-ya bildirdilər ki, tədbirdə, Xocalı soyqırımı ilə əlaqədar çox saylı tədbirlərdə iştirak etmək məqsədilə Türkiyədə səfərdə olan DAK nümayəndələri, Türkiyənin millət vəkilləri, səfirliyimizin nümayəndələri, Türkiyənin müxtəlif fikir quruluşlarının nümayəndələri, diaspor nümayəndələri, tələbələr, Ankara ictimaiyyətinin nümayəndələri KİV nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə Türkiyə Odalar Borsalar Birliyi Universitetində (TOBB) Xocalı Soyqırımının 19-cu ildönümü münasibətilə sözügedən universitetin professor müəllim heyətinin, eləcə çox saylı tələbələrin iştirakı ilə geniş tərkibli anım tədbiri həyata keçirilib.

Xocalı faciəsi ilə əlaqədar, Azərbaycan-Amerika Şurasının  Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının  birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov (Javid Huseynov) tədbir iştirakçılarına Xocalı soyqırımının dəhşətləri barədə məlumat vermiş bu faciəni digər kütləvi qırğınlarla müqayisə edib.

Bu günsə Stokholmda Xocalı soyqırımının ildönümü münasibəti ilə aksiya keçiriləcək. Aksiya Stokholmun mərkəzi meydanı Sergels Torg-da baş tutacaq. İsveçdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Qarabağ Komitəsinin təşkilatçılığı ilə keçiriləcək aksiyaya bu ölkədə yaşayan Azərbaycan, Türk digər icmaların nümayəndələri qatılacaq.

Eyni zamanda Avstraliyanın Sidney şəhərində ölkənin ən böyük məscidi olanGelibolu”da Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyəti Türk Quruluşları Federasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anım mərasimi keçiriləcək. Məsciddə 3500-dək insanın iştirak edəcəyi cümə namazından öncə Avstraliya-Azərbaycan-Türk Dostluq Cəmiyyətinin prezidenti İmadəddin Qasımov toplaşanlara Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat verəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.

Fevralın 26-da Türk Dayanışma Dərnəyində “Turkish House”-da Azərbaycan, Türkiyə, Uyqur, Turkmən digər türk toplumlarının, yerli ictimaiyyətin nümayəndələrinin   iştirakı ilə daha bir anım mərasimi təşkil olunacaq. Onu da qeyd edək ki, Sidneydə 1993-cü ildən bəriAzərbaycanın səsiradiosu efirə çıxır. Son bir neçə həftə ərzində radio Xocalı soyqırımı ilə bağlı proqramlar yayımlayır.

 

 

F.HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 26-28 fevral.- S.5.