Moskva Xocalı hadisələrinə ədalətli qiymət verməlidir”

 

Nezavisimaya Qazeta”: “Biz açıq-aydın etiraf etməliyik ki, Moskva bu münaqişədə günahkarlardan biridir

 

 Əvvəlki illərdən fərqli olaraq bu il Xocalı faciəsi rus mətbuatında da geniş əks olunub. “Nezavisimaya Qazetabaş verən soyqırımı tarixdə analoqu olmayan faciə adlandırıb. Müəllifin  fikrincə, bu, ümumilikdə Qarabağ müharibəsinin xarakterinə təsir göstərdi: “Xocalı sadəcə qanlı drama idi. Buna hər hansı bir bəhanəylə haqq qazandırmaq mümkünsüzdür”.

 Qeyd edilir ki, kimsə bunu Sumqayıt hadisələrinə cavab olaraq törədildiyini deyirsə, onun psixologiyasında bəzi problemlər var.  Əvvəla Xocalıdan fərqli olaraq Sumqayıtda hamilə qadının qarnı yırtılıb, yetkinlik yaşına çatmayan qızların zorlanması, 40 günlük körpənin süngüyə keçirilərək parça-parça edilməsi müşahidə olunmayıb. İkincisi, Sumqayıtda baş verənlərə görə cinayət işi açılıb və cinayətkarlar cəzalandırılıb.

Qəzet heç də Xocalının soyqırım statusuna layiq olub, olmadığını araşdırmaq niyyətində olmadığını bildirib. Əsas məsələ uzun illər Dağlıq Qarabağda bir yerdə yaşamış iki xalqın birdən-birə müharibəyə başlamalarını ortaya çıxarmaqdır: ”Buranın tarixən kimə aid olması o qədərmühüm deyil. Sovet hakimiyyəti dağılarkən region Azərbaycanın tərkibində idi. bütün dünya bunu məhz bu cür qəbul edib. Azərbaycan öz ərazisində erməni vətəndaşlarına qarşı niyə qəddarlıq etməliydi? Axı buna hər hansı bir səbəb olmalıdır. İndiyə qədər heç kim bununla bağlı ortaya konkret fakt qoya bilməyib. Münaqişə həm Moskvaya təsir etdiyindən rusların da bu barədə məlumatlı olması çox vacibdir. Biz açıq-aydın etiraf etməliyik ki, Moskva bu münaqişədə günahkarlardan biridir. Uzun illər bir yerdə yaşayan iki xalq bir-birlərinə düşmən kəsilirsə bunun səbəbini mütləq Rusiyada axtarmaq lazımdır. Sovet imperiyasının dağılması Dağlıq Qarabağda da dramatik hadisələrin başlamasına səbəb oldu. Hadisələrin kulminasiya nöqtəsi isə şübhəsiz Xocalı oldu. Burada ermənilərlə bərabər nizami rus ordusunun da iştirakı əslində münaqişənin ümumi xarakteristikasını təsvir etməyə imkan verir. Nəticədə 106 qadın, 63 uşaq 70 yaşı insan, ümumilikdə 613 nəfər vəhşicəsinə t yetirildi”.

Jurnalist soruşur ki, bəs, bütün bunlardan sonra müasir Rusiya ədaləti bərpa etmək üçün edir? Şübhəsiz Moskva bəzi yanlışlıqlara yol verdiyinin fərqindədir. Amma bunları düzəltmək mümkündür. İlk əvvəl Ermənistan və Azərbaycan arasında normal münasibətlər yaratmağa yardımçı olmalıdır. Bunun üçün ilk addım məhz Xocalıdan başlamalıdır. Burada baş verənlərə ədalətli qiymət verilmədiyi təqdirdə mehriban qonşuluq siyasəti heç bir uğur qazanmayacaq. Əksinə yeni Xocalıların baş verməsinə münbit şərait yaranacaq. Hazırda bütün faciələrə baxmayaraq Azərbaycan danışıqlarla ortaq məxrəcə gəlməyə meyl edir. Bu olduqca humanist addımdır. Və bu hökmən qiymətləndirilməlidir. Hazırda Ermənistandan qat-qat güclü olan Bakı sülh istəyirsə, demək yenidən normal əlaqələr qurmaq olar. Rəsmi Bakı erməni icması üçün bərabər imkanlar yaradacağına zəmanət verir. O zaman problem nədir? Bu, artıq Rusiyanın həll etməli olduğu məsələdir.

 Sonda qəzet baş verən faciəyə görə Azərbaycan xalqının ağrılarını bölüşdüyünü bildirib.

 

 

M.TAĞIYEV

 

Paritet.- 2011.- 26-28 fevral.- S.7.