AmerikaMolla Nəsrəddin”i kəşf edir

 

Dünyanın ən sanballı jurnallarından olan “The New Yorker” “Molla Nəsrəddinjurnalı haqda məqalə dərc edib. Məqalə müəllifi Elizabet Minkel  Molla Nəsrəddinjurnallarından ibarət kitabın necə böyük təsir gücünə malik olduğunu göstərmək üçün yazır: “Evimə gələnlərin hamısı kitabın parlaq narıncı cildini görən kimi götürüb baxır təxminən 20 dəqiqəliyinə kitabyoxa çıxırdı”.

Elizabed Minkelin məqaləsi dünyanın ən sanballı jurnallarından olan “The New Yorker”də çap edilib.  Həmin adamların hamısı ev yiyəsindənKitabı oxumaq üçün apara bilərəmmi?” - deyə soruşub.  Məqalə “The magazine that almost changed the world” (“Demək olar dünyanı dəyişmiş jurnaladlanır). MüəllifMolla Nəsrəddinkarikaturalarından ibarət olan ingiliscə buraxılmış kitabı haqda daha sonra yazır: ”Kitabı mənə verəndə bilmədim ki, harasından başlayım. Bu, 200 nəhəng, parıltılı səhifədən ibarət kitabda gözəl, amma mənim üçün tamamilə yad olan, dərhal müəyyənləşdirə bilmədiyim yer dövrün kişi, qadınlarının əks olunduğu illüstrasiyalar vardı”.

E.Minkel yazır ki, kitabla ilk tanışlığı Bakıda - Qız qalasına yaxın bukinistdə başlayıb. Molla Nəsrəddinjurnallarının toplandığı kitab öz ölçüsü, çəkisi, çap keyfiyyəti parlaq rəngləri ilə sovet dövrünün boz kitab yığını arasında seçilirmiş. O, dükançı ElmanlaMolla Nəsrəddin”ə tamaşa edir, kitab da bir təsvirəgəlməz gözəllik olaraq onlarısüzürmüş”.

Molla Nəsrəddin”in 20-ci yüzilliyin ilk 30 ilində çap edilmiş satirik jurnal olduğunu, “Mərakeşdən İrana qədər oxunduğunu”, Mərkəzi Asiyanın müştərək obrazı olan Molla Nəsrəddin obrazının jurnal üçün ümumiləşdirilmiş surətə çevrildiyini yazan müəllif jurnaldakı karikatura məlumatların bölgənin həyatı ənənələri haqda dolğun təsəvvür yaratdığını qeyd edir.    Məqalə müəllifinin fikrincə, “Molla Nəsrəddin”in fəaliyyəti bir sıra mənalarda inqilabi idi. Regionda söz azadlığına xüsusi bir hörmətin nümayiş etdirilmədiyi dövrdə jurnalın yazarları cəsarətlə siyasəti, dini mövzularda satirik yazılar yazır, müstəmləkəçiliyi, cəhaləti, qadın hüquqsuzluğunu hədəfə alırdılar.

(Amma müəllif Azərbaycanda qadınlara səsvermə hüququnun 1919-cu ildə, yəni ABŞ-dan 1 il əvvəl verildiyini qeyd edir).

E.Minkel bölgədə əhalinin çox hissəsinin savadsız olduğu bir dövrdə jurnalın karikatura şəkilaltı sözlərdən istifadə etmək seçiminidiqqətli ağıllı addımadlandırır. Müəllif qeyd edir ki, məqalələr jurnalın ən maraqlı hissələridir. Həmin yazılarrus dilində, yəni müstəmləkəçilərin dilində yox, azəri türkcəsindədir”.

Məqalə xüsusi olaraq qeyd edir ki, jurnal “Slavs and tatarsadlanan beynəlxalq müzakirə qrupunun da diqqətini cəlb edib.

Dünyanın bir sıra media orqanları mədəniyyət qurumlarını əhatə edən həmin diskussiya qrupuMolla Nəsrəddin”i  növbəti müzakirə obyekti olaraq seçib. Artıq Dubaydakı kitab yarmarkasında başqa yerlərdə kitabın təqdimatı keçirilib, onun yazdığı problemlər haqda insanlara məlumat verilib.

“Slavs and tatars” “Berlin divarından şərqdə, Çin səddindən qərbdə Avrasiya arealındamüxtəlif mövzularda diskussiyalar keçirir. Məqsəd bu diskussiyada kiçik xalqların baxış bucağını da dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Satirik baxış müzakirə qrupunun əsas vasitələrindən biridir. Növbəti müzakirələr bu ilin axırınacan Vyanada, Bazeldə, Münhendə, Minskdə 2012-ci ildə Ştutqartda olacaq.

 

 

Sabutay

 

Paritet.- 2011.- 2-3 iyun.-S. 14.