““Avroviziya-2012”-nin Azərbaycanda keçirilməsi turizmin inkişafına çox böyük təkan verəcək

 

Nahid Bağırov: “Turizmdə xidmət səviyyəsini yüksəltmək beynəlxalq standartlara çatdırmaq üçün ilk növbədə təlim-tədrisin keyfiyyətinə diqqət yetirmək lazımdır

 

Azərbaycan Turizm Assosiasiyası 2009-cu ilin yanvarında MədəniyyətTurizm Nazirliyinin dəstəyi ilə yaradılıb. Ötən ilsə Hotellər Assosiasiyası ilə birləşib. Assosiasiya Azərbaycanda turizmin inkişafı üçün tədbirlər görür, yerli turizm şirkətləri arasında əlaqənin inkişafına şərait yaradır. Assosiasiyanın əsas fəaliyyət istiqamətləri bunlardır: turizm şirkətlərinin maraqlarının qorunması; qanun layihələrinin, tövsiyələrin və qaydaların işlənməsi; milli turizm şirkətlərinin yaradılmasına kömək; bazar iştirakçıları üçün təlim və seminarların keçirilməsi planlarının hazırlanması; illik beynəlxalq sərgilərdə Azərbaycan turizminin potensial reklamı və təbliğatı üçün şərait yaradılması; daxili turizmin inkişafıdünya bazarında turizm məhsullarının təqdimatı. Həmçinin bu strukturun vəzifələrinə konqres turizminin inkişafı və tətbiqi; idarəetmə və xidmət sahəsində peşəkar kadrların hazırlanmasına kömək; turizm sahəsində adekvat vergiqoyma normativ tənzimləmənin yaradılması; standartlaşmanın, sertifikatlaşmanın və lisenziyalaşdırmanın inkişafına kömək; beynəlxalq turizm şirkətləri ilə səmərəli əməkdaşlıq; rəsmi mətbu orqanın yaradılması; hüquq məsləhətləşmələri sahəsində xidmətlərin hazırlanması; normativ-hüquqi bazanın inkişafı çərçivəsində turizm şirkətlərinin hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıq da daxildir. Buya digər işlərin  nə dərəcədə həyata keçirilməsi ilə bağlı Azərbaycan Turizm Assosiasiyasının (AZTA) İdarə Heyətinin sədri Nahid BağırovParitet” qəzetinə müsahibəsində məlumat verdi.

 

-Prezident tərəfindən “2002-2005-ci illərdə turizmin inkişafı üzrə dövlət proqramı “2010-2014-cü illərdə turizmin inkişafı üzrə dövlət proqramıbizlərin qarşısında böyük mühüm məsələlər qoyur. Bu məsələləri həll etmək üçün ilk növbədə biz vahid bir qurum kimi birgə çalışmalıyıq. Bizim əsas məqsədimiz - turizm sektorunun inkişafına dəstək olaraq, bu sektorda fəaliyyət göstərənlərlə sıx əlaqələr yaratmaq, yardım etmək, xoşagəlməz problemləri aradan qaldırmaq, turizmlə bağlı layihələrin üzərində çalışmaq, onları reallaşdırmaq, turizmlə əlaqəli konfransların, seminarların, forumların təşkili və keçirilməsi, digər turistik qurumlarla əlaqələrin yaradılması, beynəlxalq turizm aləmində uğurlu layihələrin reallaşmasıdır.

- Bu birləşdirilmənin müsbət nəticələrini görə bilirsinizmi?

-Ümumilikdə birləşmə barədə qərar artıq öz bəhrəsini verməyə başlayıb. Əvvəllər turizm bazarının iştirakçıları tərəfdaşlıq münasibətlərini qura bilmirdilər fikir ayrılıqları var idi. Lakin turizm şirkətləri və hotellər üçün ciddi irəliləyiş olan birləşmədən sonra onlar arasında gərginlik tamamilə aradan qaldırıldı.

- Hazırda AZTA-ya üzv olan turizm şirkəti və hotellərin sayı barədə məlumat verərdiniz...

- Hazırda AZTA-ya 60-a yaxın turizm şirkəti 40-a yaxın hotel üzvdür. Qeyd etmək istərdim ki, bunlar respublikanın aparıcı turizm şirkətləri hotelləridir. AZTA-nın fəaliyyəti yeniləşir, regionlarda nümayəndələri açılandan sonra üzvlərin sayı daha da artırmaqdır.

- Sizcə, Azərbaycan hotelləriAvroviziya-2012” mahnı müsabiqəsində ölkəmizə gələcək turistləri qəbul etməyə hazırdırmı?

- Mədəniyyət Turizm Nazirliyi AZTA-nın ekspert mütəxəssislərinin iştirakı ilə qonaqların qəbulu, xidməti üzrə bölmə yaradılmalı, nöqsanlar aradan qaldırılmalıdır, hotel personalı ilə işlər aparılmalı, konkret təkliflər irəli sürülməlidir. AZTA-nın bu tədbirə hazırlıq barədə öz proqramı var biz əminik ki, Azərbaycan müsabiqənin iştirakçılarını qonaqlarını millətimizə məxsus yüksək səviyyədə qəbul etməyə hazırdır.

- Bu müsabiqənin Azərbaycanın turizm sektorunun inkişafına kimi köməyi olacaq?

- “Avroviziya-2012”-nin Azərbaycanda keçirilməsi turizmin inkişafına çox böyük təkan verəcək, yeni hotellərin inkişafını sürətləndirəcək, infrastrukturu təkmilləşdirəcək, turizm sektoru üçün kadrların hazırlanmasını və xidmət keyfiyyətini yaxşılaşdıracaq. Ən başlıcası Azərbaycanın turistlər üçün necə bir cəlbedici və qonaqpərvər ölkə olmasını dünyaya tanıtdıracaq.

- Xidmət səviyyəsi Azərbaycan turizminin ən başlıca problemlərindəndir. Bu problemin aradan qaldırılması istiqamətində hansı işlər görürsünüz?

- Turizmdə xidmət səviyyəsini yüksəltmək beynəlxalq standartlara çatdırmaq üçün ilk növbədə təlim-tədrisin keyfiyyətinə diqqət yetirmək lazımdır. Bu formal xarakter daşımamalıdır. Bu ciddi işə tələbkarlıqla yanaşmaq lazımdır. Azərbaycanda fəaliyyət göstərən xarici mütəxəssislərin, həm də yerli mütəxəssislərin qarşısında təlim-tədris üzrə konkret tələblər qoyulmalırbunun nəticəsi görünməlidir.

- Dövlət başçısı tərəfindən bu il ölkəmizdəTurizm İlielan olunub. Bu baxımdan AZTA tərəfindən hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub?

- Biz daima Azərbaycan dövləti tərəfindən özümüzə dəstəyi hiss etmişik. Bu dəstəyin nəticəsidir ki, ölkə turizmi artıq yüksək inkişaf mərhələsinə qədəm qoyub. 2011-ci ilinTurizm ilielan olunması bizə yeni bir stimul verdi. Azərbaycanın turizm imkanlarının həm ölkə daxilində, həm xaricdə tanınması üçün əlimizdən gələni etməyə çalışacağıq. “Turizm İliilə əlaqədar AZTA bir çox tədbirlər planları, proqramları hazırlayıb bunlardan bir sırası həyata keçmək üzrədir. AZTA, Azərbaycan Turizm İnstitutu ilə birlikdə turizmin müxtəlif peşə ixtisasları üzrə kursları həyata keçirir bu proqram üzrə regionlarda səyyar, təlim-tədrisi keçirilməsini təşkil edir. İkincisi AZTA-nın iştirakı iləTurizm” hotel restoran jurnalının təqdimatı hazırlanır bu gözəl, rəngli, nəfis şəkildə nəşr olunan jurnalda turizmin bütün sahələri təbliğ olunacaq. Azərbaycanın turizm əhəmiyyətli regionlarında AZTA-nın nümayəndəliyi açılır ki, bu da turizm hotel biznesinin inkişafına yardım edəcək.AZTA Mədəniyyət Turizm Naziriyi ilə turizm obyektlərində monitorinqlər keçirərək bir sıra problemlərin aradan qaldırılmasına kömək edəcək. Nazirliklə əməkdaşlıq çərçivəsində AZTA-nın üzvü olan 4 5 ulduzlu hotellərin baş menecerləri aparıcı turizm təsnifatlarının rəhbərləri tələblər üçün mühazirələrin keçirilməsini təşkil edir.

-  Bəs, turizmlə bağlı hansısa sərginin keçirilməsi nəzərdə tutulubmu?

- Əlbəttə, “Turizm iliçərçivəsində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək. Sərgi assosiasiyanın təşkilatçılığı ilə baş tutacaq. Sərginin 27 sentyabr Turizm Günündə keçirilməsi nəzərdə tutulur. Bu günü seçməyimizin səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü qeyd edir, həm yay mövsümünün yekunları, həm qarşıdan gələn payız-qış mövsümündə görüləcək işlər müzakirə edilir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti böyük olacaq. 3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq. Biz  sərgiyə ciddi hazırlaşırıq bu sərgidə Azərbaycanın turizm potensialını tam şəkildə göstərməyə çalışacağıq.

- “Turizm iliçərçivəsində hotellərdə turistlərə qiymət baxımından güzəştlər olaqmı?

- Bəli. Hələ ilin əvvəlindəTurizm iliilə əlaqədar AZTA Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə hotellərə turistlərə təklif edilən qiymətlərdə endirim etmək barədə tövsiyələr verib. Artıq bu tövsiyələrin real nəticələri özünü göstərir. Belə ki, ölkəmizdə fəaliyyət göstərən əksər hotellər, xüsusilə regionlarda yerləşən turizm obyektləri turistlərə 20-30 faizli güzəştli paketlər təqdim edirlər. Bunu da yaxşı nəticə hesab etmək olar.

 

 

FUAD

 

Paritet.-2011.- 14-17 iyun.- S.5.