Diasporumuz sosial şəbəkələrdən düzgün bəhrələnə
bilirmi?
“Bəzi zamanlar çox gözəl
bəhrələnirik, amma bəzən də bəhrələnmək
o yana qalsın, adamı peşman edirlər...”
Sosial şəbəkələr əsl XXI əsr hadisəsi - internet fenomenidir.
Sosial şəbəkə
- sosial qarşılıqlı
əlaqələr, sosial
obyektlər (insanlar və ya təşkilatlar)
və kommunikasiyalar arasında sosial struktur düyünlərindən
ibarət olan qrupdur. 2010-cu ilin iyun ayı üçün
132 milyon istifadəçi
Facebook.com -a baş çəkmişdir
və 117 milyon portal
Myspace.com-un xidmətlərindən öz xeyrinə istifadə etmişdir. Synovate qlobal tədqiqat şirkəti dünyanın 17 ölkəsindən
13.000 respondent arasında sorğu
aparmışdır. Tədqiqat
ərzində, sosial şəbəkələrin istifadəçilərinin
əsasən kimlər
olduğu, onların maraq dairələri və bu kimi
digər oxşar resurslar haqqında maraqlı məlumatlar əldə olundu.
İnternet cəmiyyəti (birlik)
sosial şəbəkələrin
yaxşı nümunəsidir.
Bu növ sosial şəbəkə XX əsrin
90-cı illərində internetin
inkişaf etdiyi və genişləndiyi bir dövrdə daha da çox
genişləndi. Belə
xidmətin müştərisinə
öz haqqında fotoşəkillərini, özünün
və arzu olunan partnyorun anket sorğusunu doldurmaq təklif edilir, sonra xidmətlə
əlaqə üçün
ad və parol seçilir. Bu növ
internet xidmətinin istifadəçilərinə
oxşar partnyoru tapmaq üçün vacib imkanı verilmişdir.
Azərbaycan həqiqətlərinin təbliğində müasir
informasiya texnologiyalarının
tətbiqi diaspor quruculuğu işinin keyfiyyətcə təkmilləşdirilməsi,
xalqımızın tarixi
və müasir həyatı ilə bağlı məlumatların
dünya ictimaiyyətinə
çatdırılması mexanizmlərinin müasirləşdirilməsi
məqsədlərinə xidmət
edir. İnformasiya-kommunikasiya
texnologiyalarının ictimai
həyata təsir imkanlarının yüksələn
xəttlə inkişafı
diaspor quruculuğu prosesində bu tarixi nailiyyətin daha geniş miqyasda tətbiqini zərurətə çevirir.
Maraqlıdır ki, soydaşlarımız diaspor
siyasətinin həyata
keçirilməsi işində
İKT-dən nə kimi yararlana bilirlər? Azərbaycan İnternet Forumunun sədri Osman Gündüzə görə,
Azərbaycanın təbliği
və tanınması
istiqamətində internetdən
istifadə olunması
daha aktualdır. İnternetin minlərlə
xidməti və imkanları olduğunu deyən O.Gündüzün
fikrincə, diasporumuz Azərbaycanın tanınması
istiqamətində bunlardan
istifadə etməlidir.
Onun sözlərinə
görə,
Diasporla İş
üzrə Dövlət
Komitəsi (DİDK) internetin
daha faydalı istiqamətlərini üzə
çıxarmalıdır: “ Bundan başqa DİDK elektron formada xidmətlər təklif edə bilər”. AİF rəhbəri həmçinin
müxtəlif ölkələrdəki
diaspor qurumlarının
özlərinin də
saytlarının yaradılmasının
vacibliyini qeyd etdi: “Bu saytlar da şəbəkələşməlidir.
Bunların saytlarının
kataloqu olmalıdır
ki, diasporla məşğul olan insanlar üçün ələçatımlı olsun”.
Bildiyimiz kimi hazırda ən fəal virtual təbliğat formalarından
biri də sosial şəbəkələrdir.
Diasporumuz bu metoddan istifadəsinə gəlincə O.Gündüz
bildirdi ki, nəinki diaspor təşkilatlarımız, bütün
dövlət qurumlarımız
sosial şəbəkələrin
imkanlarından səmərəli
istifadə etməlidirlər:
“Ancaq məncə indiki səviyyədə bu qənaətbəxş
deyil. Prezidentin saytının “Twiter”lə
bağlı versiyası
var. Ondan başqa yadıma gəlmir ki, hansısa dövlət qurumu sosial şəbəkələrə
inteqrasiya olunub, ya yox. Ümumi olaraq dövlət qurumlarının öz fəaliyyətlərinin sosial
şəbəkələrə inteqrasiyası ilə bağlı gördükləri
işlər yetərli
deyil”.
“Sosial şəbəkələrdə bizdə prioritet müzakirələr daha çox ictimai-siyasi xarakter daşıyır”
Həmsöhbətimizin fikrincə, xüsusi olaraq, DİDK-nin sosial şəbəkələrə inteqrasiyası
qurulmalıdır: “İkinci
burada təşviqat üçün müxtəlif
qruplar təşkil oluna bilər. Burada müxtəlif müzakirələr, informasiya
mübadiləsi aparmaq
mümkündür”.
Dünyanın ən məşhur və istifadəçisi ən çox olan sosial şəbəkəsi “Facebook”dur deyə burada bu baxımdan müşahidələr apardıq.
Axtarış etdikdə “Diaspora
Biz, diasporumuzun sosial şəbəkələrdən
təbliğat kimi nə dərəcədə
düzgün bəhrələnməsini
öyrənmək üçün
elə “Facebook”da bu məsələni müzakirəyə çıxardıq.
İki həmkarımızı
çıxsaq bununla bağlı başqa heç bir fikir və rəy
bildirən olmadı. Təxminən bir həftə sonra daha təşviqedici sözlərlə diasporumuza
səslənib bu məsələni
müzakirəyə çıxardıq.
Bu dəfə isə təkcə İsveçdə
fəaliyyət göstərən
Vahid Azərbaycan Dərnəyinin sədri Aygün Coşqun səsimizə səs verdi. Onun rəyini
isə olduğu kimi təqdim edirik: “Bəzi zamanlar çox gözəl bəhrələnirik,
amma bəzən də bəhrələnmək
o yana qalsın, adamı peşman edirlər... Sosial şəbəkələrdən insanlar bəzən çox süni şəkildə istifadə
edirlər, sırf öz məqsədləri
üçün, heç
bir şeyi düşünmədən...”
“ArazTv”nin rəhbəri, prodüsser Rahim Sadıqbəyli diasporumuzun
hələ də sosial şəbəkələrdən
tam və lazımınca
faydalana bilməməsindən
təəssüflənir. Ayrı-ayrı
insanlarımızda bir
yaxınlaşma və
canlanmanın hiss olunduğunu
istisna etməyən soydaşımız bunun da məişət səviyyəsindən hələ
də o tərəfə
gedib çıxmadığını
dedi: “Çox maraqlıdır ki, bütün dünyanın
həm tanınmış
və tanınmamış
şirkətləri, biznes
mərkəzləri , həm
də hökumət və qeyri-hökumət təşkilatları bu şəbəkələrdən həddindən artıq çox istifadə edirlər. Bununla onlar ölkələrinin,
şirkətlərinin, eləcə
də təşkilatlarının
həm tanınmasına,
həm də inkişafına çox böyük dəstək olurlar. Yuxarıda da qeyd etdiyim
kimi ayrı-ayrı diaspor nümayəndələri
çox fəaldırlar,
amma bunu sistemli şəkildə demək , çox çətindir”.
“Amerikanın səsi” teleradio şirkətinin əməkdaşı Dilşad
Əliyarlının fikrincə
isə, Azərbaycan diaspor üzvləri də tədricən bu imkandan daha
geniş istifadə edəcəklər: “Bunun çox sadə və obyektiv səbəbləri var. Biz bir-birimizi
tanımaq, bir-birimiz haqda daha çox
məlumat almaq istəyirik”.
Məlumat üçün bildirək
ki, ötən il dünyanın ən böyük sosial şəbəkəsi
olmağa iddialı
“Diaspora” fəaliyyətə başlayıb. “The Next Web” bildirir
ki, “Diaspora” sosial şəbəkəsi sayta
qeydiyyat ərizəsi
yazmış hər kəsə dəvətnamə
yollayıb. Ekspertlərin
fikrincə, “Diaspora” yetərincə
keyfiyyətli olsa da, istifadəçiyə
nə isə unikal imkanlar təqdim etməyən yetərincə səthi məhsuldur.
“Diaspora”nın interfeysi “Facebook” və “Twitter”in qarışığına bənzəyir.
Lakin yeni sosial şəbəkənin
prinsipial fərqi odur ki, istifadəçinin
məlumatları ümumi
yenilənmə lentinə
yerləşdirilmir, “aspekt”lərə
bölünür. “Aspektlər”
isə müxtəlif
qruplardır. Bundan başqa, “Diaspora” istifadəçinin
fərdi informasiyasının
təhlükəsizliyinə təminat verir. “Anti-Facebook” imicinə rəğmən “Diaspora” artıq
“Facebook” və “Twitter”lə inteqrasiya edilib. Xatırladaq ki, “Diaspora” layihəsini Nyu-York Universitetinin bir qrup tələbəsi
yaradıb. Hər halda bu sosial
şəbəkədə sözünü
demək üçün
Azərbaycan diasporu da özünü sınaya bilər.
Hüseyinzadə
Fuad
Paritet.- 2011.- 21-22 iyun.- S.10.