Nərgiz Paşayeva:

 

 Yüksək səviyyədə dəstəkləndiyimə görə fəxr edirəm

 

  Xəbər verdiyimiz kimi, iyunun 20-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiyanın yüksək dövlət mükafatını - “Dostluqordenini təqdim etmişdir. Nərgiz xanım bu mükafata xarici dövlətlərin dünyada tanınmış adamları, elm mədəniyyət xadimləri olan vətəndaşları sırasında Rusiya ilə dostluğun əməkdaşlığın möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə layiq görülmüşdür.  RF Prezidentinin Moskva yaxınlığındakıQorkiiqamətgahının Mavi zalında keçirilmiş mərasim Rusiya cəmiyyətində bu ölkənin KİV-lərində böyük maraq doğurmuşdur.

 

 Rusiyanın “Vesti-24” telekanalı Nərgiz Paşayevadan müsahibə götürmüşdür. Nərgiz xanımVestimüxbirinin suallarını cavablandıraraq onun əməyinə verilən yüksək qiymətə hörmətə görə RF Prezidenti Dmitri Medvedevə minnətdarlığını bildirmişdir. O demişdir: “Dostluqordeni ali, dərin mənalı xüsusi əhəmiyyətli bir ordendir. Yüksək səviyyədə dəstəkləndiyimə görə fəxr edirəm”.

N.Paşayeva müsahibəsində Azərbaycan-Rusiya humanitar əlaqələri, elm təhsil sahəsində iki ölkənin əməkdaşlığı haqqında, M.V.Lomonosov adına MDU-nun 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Bakı filialının fəaliyyəti barədə məlumat vermişdir. Rektor bildirmişdir ki, hazırda bu ali məktəbdə 262 tələbə təhsil alır. Burada dörd fakültə - filologiya, riyaziyyat, psixologiya kimya fakültələri fəaliyyət göstərir. Filialın müəllimlərinin 90 faizi Moskva Dövlət Universitetininnövbə rejimindəişləyən dosentləri professorlarıdır. N.Paşayeva demişdir ki, ali məktəbimizin mövcud olduğu üç ildə MDU-nun 350 müəllimi bizdə dərs demişdir. Bu rəqəmlər çox şeydən xəbər verir. MDU-nun müəllimləri bizim ali məktəbin əsas tərkib hissəsidir. Bu cür müəllim heyəti olmasa, keyfiyyətli, yeni təhsili, bu gün ölkəyə lazım olan təhsili təmin etmək qeyri-mümkün olar. Çünki Moskva Dövlət Universiteti bütün dünyada tanınmışdır. Keçmiş Sovet İttifaqından olan 18 nəfər Nobel mükafatı laureatından 11-i məhz M.V.Lomonosov adına MDU-nu bitirənlərdir. Rektor vurğulamışdır: “Belə ali məktəbdə adi, zəif müəllimlər ola bilməz. Onlar xüsusi adamlardır bu adamlar bizə lazımdır. Onlar bizə həm peşəkarlar kimi, həm peşəkar xarakterli biliklərin insan təbiətinə aid biliklərin daşıyıcıları olan şəxsiyyətlər kimi lazımdır”. Ümumiyyətlə, professor N.Paşayevanın fikrincə, MDU-nun Bakı filialının yaradılması respublikanın mədəni, elmi təhsil həyatında böyük hadisə olmuşdur.

Nərgiz xanım rəhbərlik etdiyi ali məktəbin perspektivlərindən söhbət açaraq bildirmişdir ki, gələcəkdə filialı genişləndirmək, daha bir neçə fakültə açmaq planlaşdırılır. N.Paşayeva demişdir: “Mənim fikrimcə, bunlar çox güman ki, geologiya, incəsənət, ola bilsin ki, iqtisadiyyat fizika fakültələri olacaqdır. Əlbəttə, əgər fakültələrimizin sayı daha çox olarsa, biz bundan yalnız qazanarıq. Bu, həm elmin, həm ictimai mədəniyyətlərarası əlaqələrin xeyrinə olar”.

O, əmin olduğunu bildirmişdir ki, MDU-nun Bakı filialının məzunlarının peşəkarlığı dərin bilikləri sayəsində ölkədə onlara tələbat olacaqdır.

Professor N.Paşayeva Azərbaycanda rus dilinə münasibət barədə sualın cavabında qeyd etmişdir ki, ölkəmizdə bu münasibət həmişə yaxşı olmuşdur. Azərbaycanda rus dilinə münasibət əladır bu ənənələr çox möhkəmdir”, - deyən N.Paşayeva vurğulamışdır ki, ölkəmizdə rus dilinə tələbat həmişə yüksək olmuşdur.

Rektor  onu da demişdir ki, Azərbaycan Rusiya ilə dil mədəniyyət əlaqələrini qoruyub saxlaya bilmişdir. Onun sözlərinə görə, ənənələrin epizodik ötəri olmaması üçün bu fəaliyyət xətti davam etdirilməlidir. N.Paşayeva demişdir: “Azərbaycanda rus dilinə böyük sevgi ilə yanaşmışlar ən başlıcası, rus dilini Azərbaycanda həmişə hiss edirlər. Dili bilmək azdır, onu dərindən hiss etmək, başa düşmək lazımdır mən çox şadam ki, bizim filial bu zəngin dilə marağın daha da artmasına kömək edir”.

 

 

Paritet.-2011.- 23-24 iyun.-S.5.