Kamaldan uzaq iddialar
Kamal Kılıçdaroğlu:
“Heç bir şərt
qoyulmadan Ermənistanla
sərhədlərin açılmasını
istəyirik”
Türkiyədə baş tutan parlament seçkilərindən
sonra verilən vədlərə baxmayaraq
xarici siyasətdə Azərbaycanın maraqlarına
cavab verməyən bəzi xoşagəlməz
hadisələrin cərəyan
olunacağı istisna
deyil. Doğrudur, hələ ki, rəsmi
“Hurriyyet Dayly News” qəzetinin verdiyi məlumata görə partiya sədri erməni və amerikalı jurnalistlərlə keçirdiyi
görüşdə fikrində
qəti olduğunu bildirib. Xatırladaq ki, Türkiyədə seçkiqabağı təbliğat
kampaniyalarında Azərbaycan
sevgisindən ən çox danışan partiya məhz CXP idi. Görünür,
bütün bunlar sırf səs toplamaq üçün imiş. Kılıçdaroğlu
indi hesab edir ki, Ankaranın
İrəvana şərt
qoyması düzgün
deyil: “Əgər Ərdoğan,
“İrəvana jest edirəm”
desəydi, daha yaxşı olardı. Amma burada AKP şərtlərlə danışır
və bu qəbuledilməzdir. Biz erməni
partiyaları ilə şətsiz normal dialoqlar
yaratmağa hazırıq.
Əlbəttə, biz heç
bir şərt olmadan sərhədlərin
açılmasında maraqlıyıq.
Və bu işdə AKP-nin tutduğu gərəksiz mövqe ilə razılaşa bilmərik”.
Burada bir daha tarixə kiçik bir ekskursiya etmək pis olmazdı. Türkiyə-Ermənistan arasında
Sürix protokolları
imzalananda CXP-nin keçmiş sədri Dəniz Baykal az qala intihar
etmək dərəcəsinə
gəlmişdi. Yəni
belə bir təəssürat yaratmışdı.
Hətta bunun qarşısını almağı
partiyanın bir dərəcəli vəzifəsi
olduğunu bəyan etmişdi. Əcəba, birdən-birə nə oldu ki, CXP öz
mövqeyini 180 dərəcə
dəyişdirdi? Yəni
buna doğrudanmı bir zərurət var idi?
Səbəbini təbii ki, anlamaq hələ
də mümkün deyil. Çünki İrəvan, onunla qurulacaq əlaqələrin
CXP-yə cüzi də olsa üstünlük
qazandıracağı, ümumiyyətlə,
ehtimal olunmur. Əvvəla, Türkiyədə
azərbaycanlılar ermənilərlə
müqayisədə qat-qat
çoxdur. İkincisi,
CXP İrəvanın qarşısında
mayallaq aşsa belə, Bakıda gördüyü isti münasibətə orda
nail olmayacaq, ən əsası Ermənistan indiyə kimi Türkiyəyə qarşı
olan iddialarından əl çəkməyib.
O zaman Kılıçdaroğlunun
Türkiyə dövlətçiliyinə
xidmət etdiyinə şübhələr yaranır.
Təbii ki, Azərbaycan dəfələrlə
bu kimi axmaq
fikirlərə öz
münasibətini bildirib.
Yəni Ermənistanla
qurulacaq isti münasibətlər Ankaranın
daxili işidir. İkincisi, sərhədlər
açılmasa belə
Ermənistana idxal olunan malların böyük qismini türk şirkətləri
həyata keçirir.
Hətta Dağlıq
Qarabağdakı orta məktəblərdə geyilən
formalar da qardaş ölkədə
istehsal olunur. Bütün bunlar Bakı üçün sirr deyil. Türkiyə
müstəqil dövlət
olduğundan bu kimi addımlarda tam sərbəstdir. Amma səs toplamaq xatirinə vədlər verib, sonradan namərdlik etmək heç bir halda bağışlanmazdır.
Şübhəsiz bütün
bunların sonda yaxşı nəticə verməyəcəyini Ankara da
anlayır. Bu baxımdan
Türkiyənin dövlət
naziri və Avropa İttifaqı ilə danışıqlar
üzrə baş müzakirəçisi Egemen
Bağış, Kamal
Kılıçdaroğlunun bəyanatına cavab verib. O, kimin nə söyləməsindən
asılı olmayaraq
AKP-nin siyasətinin dəyişməz olduğunu
bildirib: ”Türkiyə
Ermənistanla həmişə
normal münasibətlər qurmaqda maraqlı olub. Bunun üçün
əlindən gələni
də edib. Amma Ermənistan bu günə qədər Azərbaycanla
düşmənçilik aparırsa,
ata biləcəyimiz başqa addım da qalmır. İrəvan işğalçılıq
siyasətinə son qoyacağı
gün Ankara ilə
normal münasibətləri qurulacaq. Bunun xaricində hansısa ekspertin, siyasətçinin
mənasız fikirlər
söyləməsinin heç
bir məntiqi əsası yoxdur. AKP olaraq sona qədər
mövqeyimizdə qalacağıq”.
Xatırladaq ki, türk mediasında Kamal Kılıçdaroğlunun
anasının erməni
əsilli olması ilə bağlı məlumatlar gedir, hətta kitab da buraxılıb. Hərçənd o özü
bunu inadla inkar edir. Ata tərəfi isə Tunceli üsyanında iştirak etmiş ələvi zazadır. Nədənsə bəzi azəri nəşrləri
ona çox sevgiylə yanaşır.
Bu da sevginizin qarşılığı..
M. NIYAZIOĞLU
Paritet.- 2011.- 23-24 iyun.- S.6.