Hərbi parad ordumuzun qüdrətinin göstəricisidir
Anar Kərimov: Azərbaycanın
Silahlı Qüvvələri
özünün gücü
və qüdrəti baxımından Cənubi Qafqaz regionunda liderdir
Döyüş
qabiliyyətinin artırılması
üçün ölkəmizin
NATO ilə Fərdi Əməkdaşlıq Planına
əsasən ikitərəfli
əlaqələrimizi davam
etdiririk. 2010-cu ildə
Azərbaycanın NATO ilə
Planlaşdırma və
Analiz Planı üzrə qəbul etdiyi 44 Tərəfdaşlıq
Məqsədlərindən 31-i Müdafiə Nazirliyinə,
5-i Dövlət Sərhəd
Xidmətinə, 7-i Daxili
Qoşunlara, 1-isə Fövqəladə
Hallar Nazirliyinə aiddir. Ötən il üçün Fərdi Tərəfdaşlıq
Proqramı çərçivəsində
seçilmiş 227 tədbirdən
116-ı Müdafiə Nazirliyinə
aid olub ki, bu tədbirlərdə Silahlı Qüvvələrin
360-dək nümayəndəsi iştirak edib.
2010-cu ildə Azərbaycanda
NATO-nun 14 mobil təlim
qrupu təlim kursları və ekspert-qərargah görüşləri
keçirilib. Bu, ordunun
döyüş hazırlığına
çox böyük müsbət təsir göstərib. 2011-ci ildə
Azərbaycan Silahlı
Qüvvələrinin hərbi
qulluqçuları NATO ilə
Fərdi Tərəfdaşlıq
Proqramı çərçivəsində
123 tədbirdə iştirakı
nəzərdə tutulub.
Bu tədbirlərdən 11 mobil
təlim qruplarının
kursları və ekspert qərargah görüşləri Azərbaycanda
keçiriləcək. Artıq
Azərbaycan bu cür tədbirlərə
ev sahibliyi edir. Bu bizim üçün çox faydalıdır. Hazırda
beynəlxalq qərargahlarda
da fəaliyyətimiz davam edir. NATO-nun müxtəlif qərargah və idarələrində,
o cümlədən, NATO-nun Beynəlxalq Hərbi Qərargahında 1, qurumun
Standartlaşdırma Agentliyində
1, NATO-nun Brunssum və
Neapal birləşmiş
Qüvvələr Komandanlıqlarında
2, Hərbi Əməkdaşlıq
idarəsində 1 zabit
olmaqla ordumuzun 5 zabiti xidmət edir.
Bu barədə Azərbaycan Silahlı Qüvvələri Hərbi
Akademiyasının Mühəndis
istehkam kafedrasının
rəisi, polkovnik Anar Kərimov yap.org.az saytına verdiyi müsahibəsində
bildirib. Onun sözlərinə görə,
Azərbaycan mütəmadi
olaraq NATO-nun sülhə
dəstək əməliyyatlarında
iştirak edir: Azərbaycan NATO-nun rəhbərliyi
ilə aparılan sülhə dəstək əməliyyatlarına qüvvələr
göndərməklə 1999-cu ildən 2008-ci ilə qədər Kosovada KFOR-un,
2002-ci ildən terrorizmlə
mübarizə çərçivəsində
isə Əfqanıstanda
iştirak üçün
İSAF-a qoşulmaqla Avroatlantik
təhlükəsizliyə əhəmiyyətli töhfəsini
verib. Bu əməliyyatlarda
qazanılan təcrübə
silahlı qüvvələrin
döyüş qabiliyyətinin
artırılmasında mühüm
əhəmiyyət kəsb
edir. 2010-cu ildə
NATO-nun Əfqanıstanda keçirdiyi
Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələri
(İSAF) üzrə əməliyyatlarda
SQ-in 90 nəfərlik sülhməramlı
qüvvələrindən əlavə
2 hərbi həkim, 2 mühəndis istehkam ixtisası üzrə zabitlər də göndərilib.
S.Q-in beynəlxalq əlaqələrindən
danışan A.Kərimov
qeyd edib ki, bu gün
dünyanın 28 ölkəsi
ilə hərbi əlaqələrin normativ-hüquqi
bazasını təşkil
edən saziş və memorandumlar imzalanıb. O cümlədən,
2010-cu ildə ABŞ, Türkiyə,
Çin Xalq Respublikasının və
Tacikistanın müdafiə
qurumları ilə hərbi sahədə sənədlər imzalanıb.
Daha 28 ölkə ilə analoji saziş layihələrinin
imzalanması müzakirə
edilir: 2010-cu il ərzində ABŞ, Rusiya
və İranın müdafiə nazirlərinin,
Polkovnik
ötən il SQ-in 128
hərbi qulluqçusunun
xarici dil və ixtisas kurslarında iştirak etmək üçün xarici dövlətlərə
ezam olunduğunu da diqqətə çatdırıb: Müdafiə
Nazirliyinin rəhbərliyi
mütəmadi olaraq xarici ölkələrə
səfər edir və beynəlxalq tədbirlərdə iştirak
edirlər. Bundan başqa bir sıra xarici dövlətlərin və
NATO-nun yüksək səviyyəli
nümayəndə heyətləri
Azərbaycana səfər
edirlər. 2010-cu ildə
SQ-in 128 hərbi qulluqçusu
xarici dil və ixtisas kurslarında iştirak etmək üçün xarici dövlətlərə
ezam olunublar. Eyni zamanda, SQ-in Təlim və Tədris Mərkəzində
təşkil edilən
ingilis dili kurslarına 100-ə yaxın
hərbi qulluqçu cəlb edilib. Bütün bu tədbirlər ümumilikdə
tədrisin uğurlu inkişafına böyük
təsir göstərir.
Təmsil
etdiyi Akademiyanının
tədris proqramına
toxunan kafedra rəisi ordumuzun döyüş qabiliyyətinin
digər amillərlə
yanaşı, həm də təhsillə bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, orduda
təhsil, tədris sahəsində islahatların
aparılması eyni zamanda nəticə olaraq savadlı zabit heyətinin yetişməsinə və
digər tərəfdən
də döyüş
qabiliyyətinin gücləndirilməsinə
gətirib çıxaran
bir amildir: Azərbaycan NATO ilə birgə təlim və təhsilə fəaliyyət planına müvafiq olaraq Silahlı Qüvvələrin
tədris proqramlarının
təkmilləşdirilməsi üçün Hərbi Akademiyada, ali hərbi məktəblərimizdə,
hərbi liseylərimizdə
müəyyən işlər
görülüb. Bu da
nəticə etibarilə
inkişafa səbəb
olub. Bu gün Akademiyada təhsil yüksək səviyyədədir.
Akademiyada strateji tədqiqatlar və dövlət müdafiəsi,
idarəetmə akademik
kursları fəaliyyət
göstərir. Həmçinin,
hərbi diplomatiya təkmilləşdirmə kursları
da var ki,
bu da hərbi
attaşelərin hazırlanması
üçün nəzərdə
tutulub. Bununla yanaşı, hərbi hissələrimizdə döyüş
hazırlığı məsələsi
ilə bağlı hər zaman tədbirlər həyata keçirilir. Akademiyada simulyasiya mərkəzi fəaliyyət göstərir.
İllik proqramlarda nəzərdə tutulduğuna
müvafiq olaraq komanda-qərargah təlimlərinin
və ya taktiki təlimlərin birbaşa döyüş
poliqonlarında keçirilməsi
planlaşdırılır və aparılır. Xarici dilin öyrənilməsi
üçün bizim
akademiyada dərslər
proqramlaşdırılıb. Bizim xarici dili
bilən zabitlərimiz
dünyanın bir sıra ölkələrində
tədbirlərdə iştirak
edirlər.
Qeyd edək ki, Hərbi
Akademiya 1999-cu ilin 22 fevralında Heydər Əliyevin fərmanı ilə yaradılıb. Akademiya yaradılmasında
məqsəd isə ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi elmi mütəxəssislərin
hazırlanmasıdır.
A.Kərimov hərbiçilərin sosial şəraitinin yaradılmasına toxunaraq
bildirib ki, son illər MN-nin 43 hərbi şəhərciyində
tikinti, yenidənqurma ilə bağlı addımlar atılıb. Polkovnik hesab edir ki, ölkəmizin
iqtisadi potensialı gücləndikcə, ordumuz
da güclənir: ASQ
özünün gücü
və qüdrəti baxımından Cənubi Qafqaz regionunda liderdir. Azərbaycan ordusu Ermənistanın ordusu ilə müqayisəyə gəlməyəcək
dərəcədə güclüdür.
Azərbaycanın iqtisadi
potensialı Ermənistandan
qat-qat güclü olduğu üçün
bu fərq özünü orduların
vəziyyətində də
göstərir. Ermənistan
təcavüzkar siyasətilə
qazandığından çox
itirib. Amma biz hərbçi olaraq hər bir an torpaqlarımızın azadlığı
istiqamətində hazırlığımızı
davam etdiririk. Və hər bir an döyüşə
hazırıq, torpaqlarımızı
da azad etməyə
hazırıq.
Asif
Paritet.- 2011.- 25-29 iyun. -S. 4.