Atatürk
Mərkəzinin yaradılmasından 10 il ötür
Nizami Cəfərov: “Heydər Əliyev həmişə Atatürkə doğma münasibət bəsləyib”
Atatürk
Türkiyə
üçün mühüm
tarixi şəxsiyyət
olduğu qədər
bütün
türk xalqları
üçün də
bir örnək
mənbəyidir.
Təsadüfi
deyil ki, Azərbaycan
dövləti
bu şəxsiyyətin
adının
əbədiləşdirilməsi
istiqamətində bir
sıra işlər
görüb. Belə
addımlardan biri Atatürk
Mərkəzin
yaradılması oldu.
Martın 10-da mərkəzin
yaradılmasının
artıq 10 ili
tamam olur. Qeyd
edək ki, hələ
2001-ci ildə
Heydər Əliyevin
9 mart tarixli sərəncamı
ilə yaradılan
mərkəz
Atatürkün
adının
əbədiləşdirilməsi işində
mühüm
işlər
görüb. Mərkəzin
keçdiyi tarixi
yola nəzər
salmaq üçün suallarımızı
mərkəzin
direktoru, millət
vəkili, Milli
Məclisin Mədəniyyət
Məsələləri
üzrə daimi komitəsinin
sədri, akademik Nizami Cəfərova
ünvanladıq.
-Mərkəzə
rəhbərlik
etdiyimiz 10 il müddətində
hansı işləri
həyata keçirmisiniz,
bu işlər
daha çox hansı
istiqamətdə olub?
-Atatürk
adına Mərkəz
ulu öndər
Heydər Əliyevin
10 il əvvəl
verdiyi sərəncamla
qurulub. Bu sərəncamın
əsas
məqsədi
tarixi şəxsiyyətin
irsinin Azərbaycanda dərindən
öyrənilməsi, onun
dövlətçilik
prinsiplərindən
bəhrələnmək
və Atatürkü
əbədiləşdirmək
idi. Düz 10
il əvvəl
mən mərkəzin
direktoru təyin
olunanda bu məsələlər
qarşımıza
vəzifə kimi
qoyuldu. Bu vəzifədən
irəli gələn
bütün
məsələləri
yerinə yetirməyə
çalışmışıq
və bu gün
də çalışırıq. Atatürk
irsinin araşdırılmasında,
gənclərə
türkçülüyün, vətənpərvərliyin
aşılanmasında
addımlar atırıq. Ümummilli liderimiz həmişə
Atatürkə həssas,
doğma münasibət
göstərib.
Biz də bu
siyasəti davam
etdiririk. Beynəlxalq
tədbirlərdə
iştirak edirik.
Atatürklə bağlı
bütün
konfranslara qatılır, türk
xalqlarının
yaxınlaşmasında
əlimizdən
gələni
edirik. Geridə qoyduğumuz
10 ildə çox işlər
həyata keçirtmişik. Hazırda
mərkəzimiz
Türkiyədə
fəaliyyət
göstərən
eyni adlı mərkəzlə
və Avropadakı müvafiq
mərkəzlərlə
əməkdaşlıq
edir. Çalışırıq
ki, qarşımıza
qoyulan işləri
layiqincə yerinə yetirək.
- Mərkəzin
Azərbaycanda fəaliyyət
göstərməsinin
məqsədi
nədir və
bu məqsədlərin
hansına nail
olunub?
-Azərbaycan
müstəqil
dövlət
quruculuğu yollarında
inamla addımlayır. Belə
bir vəziyyətdə
məqsədimiz
Atatürkün
dövlət
təcrübəsini
öyrənib, ölkəmizə
tətbiq etməkdir.
Biz ilk növbədə
bu istiqamətdə
çalışırıq. Necə
ki, Azərbaycan
Heydər Əliyevin
əsəridir,
eləcə də
Türkiyə Atatürkün
əsəridir.
Yəni bizim
tariximizdə, taleyimizdə ortaq
dəyərlər
var. Türkiyənin
dövlətçilik
təcrübəsindən
geniş istifadə edirik.
Ona görə
də bu təcrübəni
dərindən
öyrənmək
lazımdır. Eyni
zamanda Azərbaycan
türk dünyasının
tərkib hissəsidir
və türk
dünyasında
baş verən
sosial, mədəni, siyasi
proseslərin öyrənilməsi, türkçülük
tarixinin mənimsənilməsi
Azərbaycanın
türk dünyasına
inteqrasiyası məsələsində
təsəvvürlərin
formalaşdırılması bizim məqsədimizin
tərkib hissəsidir.
Bu mənada
Atatürk Mərkəzinin
fəaliyyəti
göstərir
ki, hər
halda qarşımıza
qoyulan vəzifələri
yerinə yetirməyə
çalışmışıq. Amma
görüləcək
işlər
də çoxdur. Yeni
yaranan mərkəzlərlə,
elmi, siyasi, ideoloji qurumlarla əlaqələri
daha da genişləndirmək
lazımdır. Digər
türk respublikaları
ilə əməkdaşlığımız
istənilən
səviyyədə
deyil. Bu,
ümumiyyətlə yox
demək deyil.
Məsələn, Qırğızıstanla
müəyyən
əməkdaşlığımız
var, amma bu
əməkdaşlıq
sferasını genişləndirmək
lazımdır.
- Digər
türk dövlətləri
ilə əməkdaşlığın
zəif olmasının
səbəbləri
nədir?
-Türk
dövlətləri
müstəqillik
əldə
etdikdən sonra
müəyyən
bir mərhələ
keçir. Həmin
dövr ərzində
bu dövlətlərin
müstəqilliyini bir növ
təcrid olunma
kimi də başa
düşmək
olar. Beynəlxalq
münasibətlərin
qurulmasında iştirak
edirlər, amma
türk dünyasının
inteqrasiyası məsələsində
problemlər ortaya
çıxır. Amma,
mən güman
edirəm ki, bu
problemlər tezliklə
aradan qaldırılacaq.
Bu istiqamətdə
artıq addımlar
atılır. Türk
dövlət
başçılarının
zirvə toplantılarının
keçirilməsi
və digər
addımları nümunə
göstərmək
olar. Amma Türkdilli
Dövlətlərin
Parlament Assambleyasının
yaranması müsbət
hal olsa da
bir sıra
türk dövlətləri
bu assambleyada istənilən
səviyyədə
iştirak etmir.
Buna mane olan
bir sıra
siyasi səbəblər, hansısa
dövrdə buraxılmış
səhvlər
imkan vermir. İnanıram
ki, bunlar tədricən
aradan qaldırılacaq
və dünyada
gedən qlobal
inteqrasiya prosesləri
türk dövlətlərinə
də təsir
edəcək.
- Bu
gün Atatürkə
münasibət
Türkiyədə
birmənalı deyil.
Belə bir münasibətin
olması rəhbərlik
etdiyiniz mərkəzin
gələcək
perspektivlərinə necə
təsir göstərə
bilər?
-Bütün
böyük
siyasi xadimlər, dövlət
qurucuları müəyyən
dövrdən
sonra müzakirə
edilir. Çünki inkişaf gedir, siyasi dəyişiklər
baş verir, düşüncələr müxtəlifləşir,
ideyalar köhnəlir və hər şeyə yenidən baxmaq
zərurəti yaranır. Bu mənada Atatürkə müəyyən
qədər tənqidi yanaşmanın olması, normal
haldır. Təhlil olunan, analitik nəticələrə
gələn münasibət obyektivdir. Amma bu, təhqir demək deyil. Bəzən
də Atatürkə qarşı kəskin, əsası olmayan
ideoloji fikirlər də səslənir. Amma Atatürkü tənqid
edən hər bir kəs bilməlidir ki, bu şəxs
böyük bir dövlətin yaradıcısıdır. Məsələn,
Leninlə Atatürk eyni vaxtda dövlət qurublar. Lenin qurduğu dövlət imperiya
idi və dağıldı, Atatürkün qurduğu dövlət
isə yeni bir inkişaf impulsu qazandı. Belə məsələlər
nəzərə alınmalıdır. Yəni tarixi şəxsiyyət
təhlil olunsa da, təhqir olunmamalıdır. Biz də
Atatürk adına Mərkəz olaraq, Atatürkə
qarşı qeyri-obyektiv münasibətə qarşı dəfələrlə
etirazımızı bildirmişik. Hesab edirəm ki, Atatürkə
qarşı qeyri-obyektiv münasibətlərin olması onun
adını daşıyan mərkəzin fəaliyyətində
hər-hansı dəyişikliyin olmasına səbəb
olmamalıdır. O cümlədən bizim mərkəz də
öz fəaliyyətini olduğu kimi, ulu öndər Heydər
Əliyevin hələ sağlığında
qarşımıza qoyduğu istiqamətlər çərçivəsində
aparacaq.
- Mərkəz
qarşıda fəaliyyətini
necə qurmağı planlaşdırır?
-Atatürklə bağlı yeni
kitablar nəşr etməyi, müvafiq konfransların
keçirilməsini nəzərdə tuturuq. Türk
dünyasında əlifba inteqrasiyası ilə bağlı,
ümumi mədəniyyət unversallıqlarının müəyyənləşdirilməsi
və türk xalqlarının
yaxınlaşdırılmasında mətbuatın rolu və
digər məsələlərlə bağlı fəaliyyət
planlarımız var. Bizim üçün bu məsələlər
hələlik ən aktual mövzulardır.
A.
NƏRİMANLI
Paritet.-2011.-10-11 mart.-S.5.