“Elmi diaspor” donor axtarışında
Natiq Əhmədov: “Hansısa Condansa, zavodda işləyən azərbaycanlı yaxşıdır”
Azərbaycanın
insan resursu daim
dünyanın
diqqət mərkəzində
olub. Təsadüfi
deyil ki, bu
gün dünyanın
müxtəlif
ölkələrində
kifayət qədər
alimlərimiz, elm
adamlarımız
çalışır. Bu insanların
əksəriyyəti
öz qiymətlərini
ala bilmədikləri
Sovet dövründə
və müstəqilliyimizin ilk çağlarında
qürbətə
üz tutanlardır. Bu elm adamlarımız
artıq bir
çox dünya
ölkələrində
geniş fəaliyyətlə
məşğuldur və
öz fəaliyyətləri
ilə çalışdıqları
ölkələrin
ictimaiyyətində böyüyüb, boya
çatdığı vətəni
də təmsil
edirlər. Lakin
hazırda xaricdəki
azərbaycanlı mütəxəssislərin diasporumuzun mühüm
tərkib hissəsi
olan elmi-texniki
diasporla əlaqələri istənilən
səviyyədə
deyil. Alim-tədqiqatçı
soydaşlarımızın
təcrübəsindən
ölkəmizin beynəlxalq
elmi-texniki əməkdaşlığının
inkişafında
istifadə olunması isə
ölkəmiz üçün
böyük
əhəmiyyətə
malikdir. Azərbaycanın
dünya birliyinə
inteqrasiyası üçün
xaricdə müvəqqəti
və ya daimi
yaşayan alimlər, tədqiqatçılar
fəaliyyətindən
istifadə edilməsi
üçün son
illər bir
çox addımlar
atılıb. Məqsədsə
bu elm adamlarını
bir araya gətirmək, koordinasiyalı
şəkildə fəaliyyət
göstərmələrini
təmin etməkdir. Bu istiqamətdə
atılan addımlardan
biri də elmi
diaspor şəbəkəsinin
yaradılmasıdır. Bu layihəni
irəli sürən “Azərbaycandan Kənarda Təhsil
Alan Mütəxəsislər” təşkilatı
elmi diaspor fəaliyyətinin
qurulmasında mühüm
addımlar atıb.
Qeyd edək
ki, AKTAM-ın
üzvləri 1970-1980-ci
illərdə respublikamızdan
kənarda, keçmiş SSRİ-nin
aparıcı ali
məktəblərində
təhsil almış
mütəxəssislərdir.
Təşkilatın
2000-dən artıq
üzvü var. Üzvlərdən 25
nəfəri
elmlər doktoru,
187 nəfəri
elmlər namizədidir. 141 nəfər
Moskva Dövlət
Universitetinin məzunudur.
Təşkilat indiyədək
təhsil, informasiya,
vətəndaş
cəmiyyəti
mövzularında
20-dən artıq
layihələr
həyata keçirib. Üzvlərindən də göründüyü kimi, ölkədən kənarda yaşayan və çalışan elm adamlarını bir arada birləşdirən təşkilatın elmi diasporla bağlı layihəsinin əsas məqsədi isə xaricdə alimlərin, tədqiqatçıların, müasir texnika və
texnologiya sahəsində qabaqcıl mütəxəssislərin informasiya-analitik məlumat bankını
yaratmaq olub. Bu məqsədlə
yaradılan elmidiaspora.internet.az
saytında həmin
soydaşlarımız
haqqında ümumi
məlumatlar, əlaqə
ünvanları, elektron poçt
ünvanları, nəşr
olunmuş elmi əsərlərinin
siyahısı və
sair məlumatlar saytda toplanıb. Azərbaycanın
elmi diasporu haqqında
internet portalı hazırlamaq
məqsədilə
xaricdə yaşayan,
elmi-tədqiqat, innovasiya fəaliyyəti
ilə məşğul
olan alim həmvətənlərimizlə
ölkəmizdə fəaliyyət
göstərən
alimlərin internet
şəbəkəsində
daimi dialoqu da
yaradılıb. Bu həm
də onların
Azərbaycandakı həmkarları
ilə elmi-peşəkar
əlaqələrinin
aktivləşməsinə,
Azərbaycanın
dünya birliyinə
inteqrasiyasının
sürətlənməsinə
hesablanıb. Layihə çərçivəsində
elmi-texniki diasporun ayrı-ayrı nümayəndələri
ilə təmas
qurulması və elektron
ünvanlar bankının
yaradılması işini
internet vasitəsilə
sorğular aparmaqla həyata keçirilib.
Layihənin
əlaqələndiricisi və ekspert qrupunun
üzvü Natiq Əhmədov
“Paritet”-ə açıqlamasında
bildirib ki, bu
layihə elmi diasporla əməkdaşlıq
üçün stimul
və metodların
hazırlanması işində
xüsusi əhəmiyyətə
malikdir: “Azərbaycanda
çox az sayda
portal var ki, bizim
texnologiya ilə çalışır. Xaricdə yaşayan
alim bizim sayta
müraciət
edir, bundan sonra
ona məlumat
verilir ki, qeydiyyata alınıb. Sonra həmin
alim saytda öz
səhifəsini
açır, özü
barədə məlumatları,
elmi məqalələrinin
adını və
sair informasiyaları orda
yerləşdirir. Burda
bazanı doldurmaq üçün, yəni
500, 1000 nəfər
alim barədə
məlumatların
yerləşdirilməsi
üçün böyük
iş görülüb”.
Layihə çərçivəsində dünyanın
40 ölkəsində - ABŞ, Kanada, Böyük Britaniya, Fransa,
Niderland, Avstraliya, Norveç, Avstriya, İslandiya, Almaniya,
İspaniya, Polşa, İsveç, Belçika, İsrail, BƏƏ,
İsveçrə, Rumıniya, Rusiya, Çexiya, Latviya, Türkiyə,
Çin, Litva, Bolqarıstan, İtaliya, Ukrayna, Danimarka,Yaponiya,
Estoniya, Misir, Yeni Zelandiya, Finlandiya, Tacikstan, Moldjva, Gürcüstan,
Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızstan və
diaspor təşkilatı olmayan, yalnız səfirliklərin fəaliyyət
göstərdiyi 16 ölkədə-İndoneziya, Hindistan,
İordaniya, Koreya, Küveyt, Kuba, Qətər, Liviya, Macarıstan,
Malayziya, Meksika, Mərakeş, Pakistan, Səudiyyə Ərəbistanı,
Yunanıstan və Türkmənistanda yaşayan azərbaycanlı
elm adamlarını bir arada birləşdirmək məqsədi
daşıyır. Görüləcək işlərə gəlincə,
N.Əhmədov bildirib ki, xaricdə yaşayan alim-həmvətənlilərimizin
elmi-tədqiqat işlərinin vahid kataloqları ilə yanaşı,
onların özləri haqda, elmi fəaliyyət sahələri
haqda məlumatların, həmçinin əlaqə ünvanlarının
toplanması çox vacibdir: “Kataloqun doldurulması xaricdə yaşayan
mütəxəssislərin özləri tərəfindən
həyata keçirilməsi daha məqsədəuyğun olardı,
ona görə də bu prosedura maksimum sadə və rahat olmalıdır.
Hər bir alim-tədqiqatçının təxminən 20-250
elmi əsəri ola bilər, bu kataloqda
alimlərin əsərlərinin özlərinin yerləşdirilməsi
çətin problemdir. Daha real, alimlərin nəşr
olunmuş əsərlərinin siyahısının yerləşdirilməsidir.
Bu zaman konkret elmi əsərlə maraqlanan sayt
istifadəçisi bu alimin özünə müraciət edərək
bu əsərin elektron versiyasını alimin özündən
əldə edə biləcək”.
Saytın “Elmi diaspor” hissəsindəki
bazada yerləşən alim-həmvətənlərimizin siyahısı,
onların adı, familiyası, yaşadığı ölkə,
müvafiq fotoşəkillər, alimin özü haqda ətraflı
məlumatlar yerləşdirilib. Eyni zamanda
saytda məlumat yerləşdirən nümayəndələrin
siyahısı, onların yerləşdirdiyi məlumatların
sayı, elmi sahələrin siyahısı və bu sahəyə
aid məlumatların sayı yerləşdirilir. Sosial şəbəkənin qurulası məqsədilə
sonradan portala çevrilən saytın fəaliyyəti isə
layihə müddətinin bitməsi səbəbindən dayanıb.
Ötən
il Açıq Cəmiyyət İnstitutu tərəfindən
maliyyələşən layihə müddəti başa
çatdıqdan sonra fəaliyyətin davam etdirilməsi üçün QHT-lərə
Dəstək Şurasına müraciət edilsə də maliyyə
yardımı ayrılmadığından sayt öz işini
dayandırıb. Bu barədə qəzetimizə açıqlamasında
N.Əhmədov bildirib: “Layihə demək olar ki, dayanıb. Biz ilkin olaraq Açıq Cəmiyyət İnstitundan
kiçik qrant almışdıq. Bu layihə
çərçivəsində elmi diasporadan bəhs edən,
müasir texnologiyaya uyğun portal hazırladıq. Bu portala xaricdə yaşayan Azərbaycanın elm
adamlarını cəlb etdik. Nəzərdə
tuturduq ki, bu sosial şəbəkə kimi qurulsun. Layihəyə maraq da çox idi. Sonradan isə bu işi davam etdirmək
üçün layihəni QHT-lərə Dəstək Şurasına
təqdim etdik. Amma dəstək verən
olmadı”. Onun sözlərinə görə portalın
dayandırılmasına digər səbəb isə xaricdən
gələn məktublar olub: “İşin dayanmasına digər
səbəb xaricdən gələn məktublar da oldu. Belə ki, xarici ölkələrdə fəaliyyət
göstərən elm adamlarımız bizə müraciət
edərək bildirdi ki, elmi diaspor adlı portalda sənədlərin,
materialların ingilis dilində olması daha məqsədəuyğundur.
Mən həmin soydaşlarımızı da qınamıram.
Çünki onlar uzun zamandır ölkədən
uzaqda yaşayır və bütün fəaliyyətlərini
ingilis dilində aparırlar. Artıq
ingilis dili onlar üçün işçi dilidir. Təbii ki, portalın ingilis dilində fəaliyyət
göstərməsi üçün kadr və maliyyə yardımı
lazımdır”.
Qeyd edək ki, portal fəaliyyət göstərdiyi zaman Türkiyə və Böyük
Britaniya üzrə nümayəndəliyi də yaradılıb. Belə ki, Türkiyə üzrə nümayəndə
elmlər doktoru Ürfət Nuriyev, Böyük Britaniya üzrə
nümayəndə isə Dünya Azərbaycanlıları Konqresinin
fəxri prezidenti Qulamrza Təbrizi olub. Hər
iki nümayəndənin əsas vəzifəsi orda yaşayan
və işləyən azərbaycanlı alimləri məlumatlandırmaq
və saytda qeydiyyatdan keçməsinə yardım etmək
olub.
N.Əhmədovun
bildirib ki, artıq portalda Türkiyədən yaşayan 14 azərbaycanlı
alim qeydiyyatdan keçib. Onun sözlərinə
görə, portalın məziyyətlərindən biri də
istənilən şəxsin icazə əsasında portalda
qeydiyyatdan keçərək, özü haqqında məlumat
verə, öz elmi işlərini yerləşdirə bilməsidir.
Əlaqələndirici şəxs hər ölkədə nümayəndəliyin
açılmasını planlaşdırdıqlarını deyib:
“Həmin nümayəndələr fəaliyyət göstərdiyi
ölkələrdə Azərbaycanı təbliği, həmçinin
orda yaşayan azərbaycanlı elm adamlarını bir
koordinasiyada birləşdirməsində mühüm rol oynaya
bilər. Bizim birinci məqsədimiz xaricdə yaşayan
azərbaycanlı alimləri Azərbaycana tanıtmaq idi. İkinci məqsədimiz
isə bu alimlər vasitəsilə tək elmi yox, Azərbaycanın
ən ağrılı yeri olan Qarabağ, Xocalı və digər
problemlərimizi dünyaya
tanıtmaq, informasiya müharibəsində güclü tərəf
olmaq idi. Yəni bu insanlar öz elmi fəaliyyəti
ilə məşğul olarkən öz çevrələrinə
Azərbaycanla bağlı məlumatları, o cümlədən
erməni barəsində əsl həqiqətləri çatdırsın”.
Onun sözlərinə görə, portalın daha geniş
sferada yayılması üçün bütün səfirliklərə,
xarici diaspor təşkilatlarına məktub ünvanlasalar da, heç
bir yerdən dəstək verilməyib. N.Əhmədov nə qədər ağrılı olsa
da, ermənilərin bu məsələlərdə bizdən
öndə olduğunu vurğulayıb: ”Ermənilər
bu sahədə işlərini 10 ildir həyat keçirsələr
də, bizim layihəmiz nə qədər effektli olsa belə cəmi
üç ay fəaliyyət göstərdi. Bu
gün ermənilərin çoxlu sayda belə işləri
var. Onların 40 min alimi bir şəbəkədə birləşib.
Bizdə isə heç qırx nəfər alimi bir araya gətirmək olmur.
Çünki, bu sahədə
imkanlarımız
məhduddur. Ermənilər 10
ildir bu fəaliyyətlə
məşğul olurlar. Bizim layihə isə
cəmi üç ay
fəaliyyət
göstərdi. Amma bu layihənin
Azərbaycan üçün
əhəmiyyəti
çox böyükdür. Bu gün
xaricdə elə alimlərimiz
var ki, onu
ölkə ictimaiyyəti
tanımır. Əsas
işimiz məhz
bu insanların, onların
elmi fəaliyyətinin
Azərbaycanda tanıdılması,
həmin elm
adamlarının
bir-birini tanıması
və Azərbaycanla bağlı həqiqətlərin
onların vasitəsi
ilə dünyaya
çatdırmaq idi.
Biz buna müəyyən
qədər
nail olduq, müəyyən
işlər
görüldü.
Lakin hələ
ki bu fəaliyyət
dayanıb”.
Layihəni
davam etdirmək, portalın
ingilis versiyasını
yaratmaq və təbliğat
aparmaq üçün imkanlar axtardıqlarını
deyən N.Əhmədov
bildirib ki, növbəti
dəfə Şuraya
yenə müraciət
edəcəklər: “O
zaman onlardan soruşacağıq
ki, Azərbaycan
üçün çox əhəmiyyətli
bir layihə nəyə
görə dəstəklənmir.
Əgər doğrudan
da bu layihə
vacib deyilsə, desinlər
bilək. Bu layihəni
birbaşa Diasporla
İş üzrə Dövlət
Komitəsi dəstəkləmişdi. Bizim dərdimiz
qrant almaq deyil. Digər
layihələrdən
təkcə keçən
il dörd
dəfə qrant
almışıq. Bu layihə isə
dövlət
və millətlə
bağlı bir
məsələdir. Sadəcə olaraq
belə bir layihənin
başqa donorlar tərəfindən
maliyyələşməsinin
özü gülüncdür. Ermənilərə
baxın. Onların bütün
bu tipli layihələrini
özləri maliyyələşdirir. Azərbaycan hökuməti
belə məsələlərə
kifayət qədər
vəsait ayırıb. Bunun üçün fond
yaradıb. Orda qəbul
edilən layihələrin
hamısı Azərbaycan
üçün aktualdır. Amma belə çıxır
ki, bu layihə
aktual deyil? Onu da bildirim ki, Təhsil
Nazirliyi və bir
çox dövlət
qurumları bu layihənin
əhəmiyyəti
barəsində bizə
məktublar göndərib. Həmin məktubları
portalda da yerləşdirmişik”.
Layihənin
əlaqələndiricisi qeyd edib
ki, virtual məkanda
azərbaycanlıların
bir-birini tanıması,
haqsızlıqlarla
birgə mübarizə
aparması üçün
xaricdəki bütün
soydaşlarımızla
əlaqələr
yaradılmalıdır: “Biz
çalışırıq
ki, bu virtual
məkanda azərbaycanlılar
bir-birini tanısınlar,
yaxınlaşsınlar.
Təkcə elm
adamları deyil, digər
insanlarla da əlaqələr
yaradılmalıdır. Əgər
hansısa azərbaycanlı
xarici ölkədə
hər hansı
zavodda işləyirsə,
bu insanın
da xeyri böyükdür. Misal üçün, həmin
insan işlədiyi
zavoddakı yeniliyi, texniki
irəliləyişləri
gətirə bilər. Biri var bu
yenilikləri öyrənmək
üçün küllü
miqdarda pul verib
hansısa Conu
gətirək, hələ
bir minnətinə
də dözək. Biri də var
ki, xaricdəki
azərbaycanlını
gətirib onun
bildiyi yeniliklərdən
öyrənək. Hər halda
hansısa Condan
azərbaycanlı qat-qat
yaxşıdır. Belə məsələləri
diqqətdən
qaçırtmaq olmaz”.
Onun
sözlərinə
görə, Vətəndən
uzaqda yaşayan
elm adamlarımızı,
qabaqcıl ziyalılarımızı
bir araya gətirərək, onların
bacarığından istifadə
etməyin gənclərə
də xeyri böyükdür. Belə ki, xaricdə
təhsil alan gənc tələblərimizi istiqamətləndirməkdə
bu insanlardan istifadə etmək məqsədəuyğun
olardı: “Dünyanın müxtəlif ölkələrində
təhsil alan tələbələrimiz diaspor fəaliyyətində
fəal iştirak edirlər. Amma onların təcrübəsi
istənilən qədər deyil. Ona görə də bəzən
hansısa işlərdə səhvlərə də yol
verilir. Bu səhvlərin olmaması üçünsə gənc
nəslin önündə gedən ziyalı lazımdır. Məncə,
həmin misiyanı xaricdəki elm adamlarımızdan çox
yaxşı yerinə yetirə bilər. Bunun üçün gərək əvvəlcə
onları bir araya toplamaq lazımdır”.
Asif NƏRİMANLI
Paritet.- 2011.- 12-14 mart.-
S. 10.