“Xocalı
soyqırımı ilə bağlı keçirdiyimiz sərgi
və orada sərgilədiyimiz foto və video materiallar
yaponları çox təsirləndirmişdi”
Yaponiyadakı təbii
fəlakətlər
indi dünya
informasiya məkanını
tutan xəbərlərin
əsas
mövzusunu təşkil
edir. Bu ölkədə
yaşayan soydaşlarımızın
taleyi isə azəri
mediasında çox
diqqət yetirilir.
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin
(AYDC) sədri
Rəhman Şahhüseynli
ilə müsahibəmizin
əsas
hissəsi əslində
bu təbii
fəlakətlərdən
əvvəl
hazırlanmışdı.
Amma son hadisələrdən
sonra çətinliklə də
olsa, Rəhman
bəydən
təkrar xəbər
tutmağa, soydaşlarımızın
taleyi barədə
son məlumatları
öyrənməyə
nail olduq. Əlbəttə
ki, müsahibənin
əsas
hissəsini yenə
də saxlayırıq. Söhbət
Gündoğar
ölkədə yaşayan
azərbaycanlıların
Azərbaycanla bağlılıqlarını
necə qorumasından,
ölkəmizin tanıdılması
işində görə
bildikləri və
görmək
istədikləri
işlərdən
gedir.
-Rəhman
bəy, ilk
olaraq mümkünsə,
haqqınızda
geniş məlumat
verərdiniz.
-Əvvəla, belə
bir gözəl
ideya -xarici ölkələrdə
yaşayan həmvətənlərimiz
və onların
fəaliyyəti
barədə ictimaiyyəti
məlumatlandırmaq
kimi təqdirəlayiq
layihənin müəlliflərini
təbrik edirəm. Bu
ünsiyyət körpüsünə
həm bizim
ehtiyacımız
var, həm
də zənnimcə,
Vətəndəki
həmvətənlərimizin.
Bizim ona görə
ehtiyacımız
var ki, nə
qədər
də yaşadığımız
ölkədə rahat
və təmin
olunmuş tərzdə
yaşasaq da, hər
zaman qəlbən
Vətənlə
yaşayırıq. Bizləri
Vətənə
qırılmaz
və əbədi
bağlar bağlayır.
Şəxsən mən
hər sabahımı
Azərbaycanla bağlı
xəbərləri, gəlişmələri
oxumaqla açıram.
Xoş xəbərlərə
sevinir və həmin
günlərə
yüksək
əhval-ruhiyyə
ilə başlayıram.
Xoşagəlməz xəbərlərdən
isə narahat oluram.
Özüm
haqqında danışmağa
gəlincə, 34 yaşım
olsa da, həyatın
çox üzünü
gördüyümü
desəm yalnış
olmazdı. Belə düşündüyümə
görə məndən
yaşca böyüklərdən
üzr istəyirəm. Amma
belə düşünmək
üçün kifayət
qədər
əsasım
var. Əvvəla
onu deyim ki, Qərbi
Azərbaycanın (indiki
Ermənistan) ən
ucqar bir kəndində
və çox imkansız
bir ailədə
dünyaya gəlmişəm (Sisyan,
Murxuz). Hazırda
isə dünyanın
ən
inkişaf etmiş
ölkəsinin 2-ci
ən
böyük şəhərində
yaşayıb
işləyirəm (Yaponiya,
Osaka).
10 yaşında
anamı itirmişəm. Ondan
sonra, mənimlə
birlikdə 5 uşaq
əlil
atamın himayəsində
çox çətinliklərlə
böyümüşük.
11 yaşıma qədər
doğulduğum
yerdə yaşayıb
ibtidai təhsilimi
orada almışam.
1988-ci ildə məlum
milli münaqişənin
başlanması ilə
qaçqın
kimi Azərbaycana gəlmişik. Böyük
maddi-mənəvi
sıxıntılar,
yeni mühitə
uyğunlaşma, ətrafımdakı
müxtəlif
insanların və
həmyaşıdlarımın “qaçqın”,
“yeraz” ifadələri, və
bu kimi acılı
gün-güzərana
baxmayaraq, həmişə
yaxşı təhsil
almaq amalım
olub. Qısası,
orta təhsilimi
Sumqayıtda, ali
təhsilimin ilkin
mərhələsini
isə indiki Dövlət
İdarəçilik Akademiyasında
aldıqdan sonra,
1998-ci ildə Türkiyə
dövlətinin
təqaüdü
ilə İzmir (Ege
Universiteti) və Ankara
(Orta Doğu
Texniki Universiteti) şəhərlərində
magistr təhsilimi
davam etdirmişəm.
2002-ci ildə Asiya
İnkişaf Bankının
və Yaponiya hökumətinin
təqaüdünü
ilk azərbaycanlı
olaraq qazanmış və
ikinci magistr təhsilimi
Yaponiyanın Nagoya
Universitetində davam etdirmişəm.
2004-cü ildən
2007-ci ilə qədər
Osaka Universitetində doktorluq elmi dərəcəsi
qazanmışam. Doktorluq təhsilim üçün
isə təqaüdü
Yaponiyanın böyük
şirkətlərindən
biri (“İtoen”) hər
il seçdiyi
20 tələbəyə
verir. Beləcə,
təhsil aldığım
bu uzun illər
boyunca təhsil
haqqı olaraq 1 qara
qəpik belə
xərcləməmişəm, daha
doğrusu, təhsil
haqqı kimi xərcləyəcək 1 qara
qəpiyim belə
olmayıb.
2007-ci ildə
doktorluq dərəcəsini
aldıqdan sonra
Vətənə
qayıtdım. Vətənə
xidmət etmək
arzusu və həvəsilə
gəldiyim Azərbaycanda xəyallarım
puç oldu, daha
doğrusu puç
edildi. Xarici şirkət
və səfirliklərdən
xeyli iş təklifləri
aldım. Amma
bütün
bunları xarici ölkələrdə
də edə biləcəyimi
düşünərək
imtina etdim. Arzum
o idi ki, Azərbaycanımıza, dövlətçiliyimizə,
ümumilikdə isə cəmiyyətimizə
bilik və bacarığımla
xidmət edim.
Amma hələ
ki açıq
söyləməyə
ehtiyat etdiyimiz səbəblərdən
dolayı bu arzum
gerçəkləşmədi.
Sırf
bu səbəbdən
təkrar Yaponiyaya qayıtmalı oldum.
Hazırda Osakada
yerli bələdiyədə
təhsil işləri
üzrə mütəxəsis
kimi işləyirəm. Eyni zamanda iyirmi səkkiz minlik tələbə kontingenti
olan bir universitetdə dərs deyirəm. Bununla yanaşı, 9
il əvvəl yaratdığım Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinə
(AYDC) rəhbərlik edirəm.
Tam
burada yerinə düşdüyü üçün demək
istərdim ki, son vaxtlar cənab Prezidentin yuxarıda bəhs
etdiyim tipdən olan “həmvətən”lərin hələ ki
sadəcə bir qisminə rüşvətxor və korrupsioner
sinfinə qarşı başlatdığı kampaniyanı
biz, xaricdə yaşayanlar qürur hissi ilə
alqışlayırıq və tam dəstəkləyirik.
Geriyə dönüşsüz və qətiyyətli
olmasını arzulayırıq.
-Necə
oldu ki, bu cəmiyyəti yaratmalı oldunuz?
-2000-ci
ildə Türkiyədə oxuduğum universitetdən qısa
müddətli bir proqramla Yaponiyaya ilk dəfə səfər
etdim. Tokyoda hava limanında sərhədçilər pasportuma
baxıb belə bir dövlətin mövcudluğuna təəccübləndilər
və harada yerləşdiyini soruşdular. Azərbaycanın
coğrafi koordinatlarını izah etməyə cəhd etdim,
amma pasportumu alıb apardılar. Təxminən yarım saatdan
sonra gəlib üzr istədilər və məni ölkəyə
buraxdılar. Azərbaycanı sərhədçilərin
tanımamaları bir gənc vətənpərvər kimi mənə
çox təsir etmişdi. Həmin müddət ərzində
ünsiyyətdə olduğum yapon professor və tələbə
heyətinin də Azərbaycan haqqında məlumatı
olmamasının şahidi oldum.
2002-ci
ildə magistr təhsili üçün uzunmüddətli
Yaponiyaya getdim. Yenə hava limanında bənzər situasiya ilə
qarşılaşdım. Bax, bu
qarşılaşdıqlarım Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətini
yaratmağımın həm səbəbi həm də stimulu
oldu. 2002-ci ilin noyabr ayında cəmiyyəti bir qrup yapon
professor və tələbə ilə təsis etməyə
nail oldum. O vaxtdan bəri xeyli sayda tanıtma layihələri,
anım günləri, şənliklər və Azərbaycanın
təbliğinə yönəlmiş bu kimi tədbirlər,
layihələr həyata keçirməkdəyik.
-Yaponiyada
ölkəmiz haqqında nə bilirlər?
-Çox
az və sadəcə bir qrup yapon. Azərbaycan uzun illər
sovet ölkəsi olub və xarici aləmlə birbaşa
ünsiyyət yarada bilməyib. Dolayısıyla,
özünü dünyaya tanıtma şansı çox az
olub. Bu amil sadəcə Azərbaycan deyil, digər sovet ölkələrinə
də, Rusiyanı çıxmaq şərtilə, şamil
edilə bilər. İkinci səbəbi mən
özümüzdə görürəm. Belə ki, 20 ildir
müstəqil dövlət olsaq da, hələ də Yaponiya
ilə əlaqələrimiz ürəkaçan səviyyədə
deyil. Müqayisə üçün deyim ki, Orta Asiya ölkələrinin
xüsusilə Özbəkistanın Yaponiya ilə əlaqələri
çox yüksək səviyyədədir. Zənnimcə, Azərbaycan
yapon texnologiyasından və investisiyasından daha çox və
daha səmərəli yararlanmalı, bunları ölkəyə
cəlb etməyin yollarını araşdırmalı, əsaslarını
yaratmalıdır. Təbii ki, bunun üçün
Yaponiyanı daha dərindən öyrənmək, yapon dilini və
mədəniyyətini yaxşı bilən mütəxəssislər
yetişdirmək şərtdir. Azərbaycandan dövlət
hesabına Yaponiyaya daha çox tələbə göndərilməlidir.
Yerinə düşdü, deyim, bu gün Azərbaycan dövləti
hesabına Yaponiyada tək bir tələbə oxuyur.
Yaponiyada
tanınmamağımızın üçüncü səbəb
isə həm yapon mədəniyyəti, daha dəqiq desək,
istehlak mədəniyyəti ilə, həm də
özümüzü dünyada tanıdacaq brend məhsulumuzu
hələ ki, yarada bilməməyimizdir. Yaponiyada xeyli sayda
ölkə öz coğrafi koordinatlarından daha çox həmin
ölkənin adı ilə çağrılan brend məhsulu
ilə tanınır. Məsələn, gündəlik tələbat
mağazasında satılan qatıqların (yoğurd)
böyük bir qismi “Bolqar yoğurdu” adı ilə
satılır. Belə brendlərə xeyli misal göstərmək
olar. Qonşularımızın adı ilə birgə
çağrılanları desəm, “İran xalçası”,
“Türk hamamı”, “Rus matruşkaları”, “Rus piroşkisi” və
sairə. Yaponlar hər şeyin orjinalını sevdikləri
üçün, inanın ki, ildə bir neçə min yapon
turist Rusiyaya “piroşki yeməyə”, o qədər sayda yapon
Türkiyəyə “hamama girməyə”, bir o qədəri də
İrana “xalça almağa” gedir. Belə kiçik, əhəmiyyətsiz
saydığımız amillər əslində çox
böyük nəticələrə səbəb olur, həmin
ölkələrin daha geniş tanınmasına,
iqtisadiyyatına və turizminə töhfə vermiş olur.
-Yaponiyada
soydaşlarımızın sayı nə qədərdir?
-Bu
ölkədə daimi yaşayan, işləyən və təhsil
alan Azərbaycan vətəndaşlarının sayı 50 nəfərdən
çox deyildir. Cənublu və İran vətəndaşı
olan soydaşlarımız daha çoxdur. Amma İrandan olan
soydaşlarımızı diaspor işinə cəlb
olunması yönündə bəzi problemlər var. Ən
başlıca problem isə onların əksəriyyətinin
burda qeyri-leqal yaşaması və ucuz işçi qüvvəsi
kimi zavod və fabriklərdə işləməsidir. Bu qəbildən
olan iranlı soydaşlarımız daha çox maddi problemlərlə,
gündəlik məişət qayğıları ilə məşğul
olmağa meyllidirlər.
Sayca
az olmağımızın obyektiv səbəbləri var. Birincisi, yenə də
hamımızın bildiyi, uzaq məsafədir. Aradakı məsafə
hava xətti ilə desək, təxminən on min kilometr və
yaxud 10-12 saatlıq təyyarə yoludur. Bununla yanaşı,
Yaponiya bahalı bir ölkədir. Amma səmimi deyirəm, son
vaxtlar artıq Bakıdakı qiymətlər Yaponiyadakı
qiymətlərdən fərqlənmir. Bundan başqa,
sıravi bir Azərbaycan vətəndaşının
Yaponiyaya gəlməsi heç də asan deyil. Miqrasiya
qanunları hədsiz dərəcədə sərt və tələbkardır.
Qısamüddətli gəlmək üçün belə
mütləq bir qarantora ehtiyac var. Bütün bunlara dil
faktorunu da əlavə etsək nə qədər çətin
bir durum ortaya çıxdığını görərik.
Yaponiyada əhalinin 99%-i yapondur və ölkədə
yalnız yapon dili istifadə olunur.
-Cəmiyyət
olaraq hansı tədbirləri həyata keçirmisiniz?
-
Gördüyümüz işlərin bir qismi İnternet səhifəmizdə
yerləşdirilib. Çox asanlıqla görülən
işlərin mahiyyəti ilə tanış olmaq olar. Linklər
də yadda qalandır. (www. azeri-diaspora. com və yaxud www. aydc.
tk)
Az
öncə qeyd etdiyim kimi, Yaponiya təcrübəsinin öyrənilməsi
Azərbaycanımızın gələcəyi
üçün çox vacibdir. Son 2 ildə bu istiqamətdə
gördüyümüz işlər, Azərbaycanla Yaponiya
arasında tələbə-müəllim mübadiləsi, həmçinin
gənc həmvətənlərimizin gəlib buradakı
universitetlərdə təhsil alıb geri qayıtması
üçün yaxşı zəmin yaradıb. Bu istiqamətində
artıq müəyyən müsbət nəticələr də
əldə olunub. Misal üçün, 2009-cu ilin mart
ayında Xəzər universiteti təsisçisi, çox
hörmət etdiyim müəllimim Hamlet İsaxanlının
Yaponiyaya səfərini təşkil edib 10-a yaxın ən
prestijli universitetdə görüşlər keçirdik, əməkdaşlıq
haqqında memarandumlar imzalandı.
Bu işlərin məntiqi davamı olaraq, bu
yaxınlarda, 2010-cu ilin dekabrında Xəzər universitetinin
köməyi ilə burdan bir universitet rəhbərliyinin Azərbaycana
səfərini təşkil etdim.
Təhsil naziri cənab Misir Mərdanov başda olmaqla, Azərbaycanın
öndə gedən bütün ali təhsil ocaqlarının
rəhbərlikləri ilə - Xəzər , Bakı Dövlət,
Dillər, Qafqaz universitetlərinin, eləcə də Diplomatik
Akademiya və Turizm İnstitutunun rəhbərləri ilə səmərəli
görüşlərimiz oldu.
Bununla bərabər, tələbə müsabiqəsi
keçirdik və artıq ilk tələbə heyəti- 4 nəfər
sentyabr ayında Yaponiyanın Doşişa Universitetində
oxumaq üçün buraya gələcəklər.
-Yaponiyada
Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar
hansı səviyyədədir və bu münaqişəyə
münasibət necədir?
-Ümumiyyətlə,
Yaponiyada siyasət və yaxud beynəlxalq miqyaslı problemlər
çox nadir hallarda danışıq mövzusu olur. Amma bu o demək deyil ki, biz bu məsələ
ilə bağlı heç nə edə
bilmərik. Elə bir tədbir olmasın ki, orada biz
Qarabağdan söhbət açmayaq. Bütün tədbirlərimizdə,
istər şənlik olsun, istər anım günləri, bu məsələni
həmişə qabarıq şəkildə yaponlara
çatdırmağa çalışırıq.
Torpaqlarımızım
işğalı, qaçqınlarımızın
acınacaqlı vəziyyəti, beynəlxalq aləmdəki
ikili standart və haqsızlıqlar hər dəfə təkrar-təkrar
bəyan edirik. Yenə misal çəkim ki, Xocalı
soyqırımı ilə bağlı keçirdiyimiz sərgi
və orada sərgilədiyimiz foto və video materiallar
yaponları çox təsirləndirmişdi. Həmin sərgidə
minə yaxın imza toplayıb Yaponiyanın baş nazirinə
və parlamentin hər iki palatasına göndərərək
erməni vəhşiliyinin pislənməsini və bu
faktın soyqırım kimi tanınmasını xahiş
etmişdik.
-Diasporla
İş üzrə Dövlət komitəsi ilə əlaqələriniz
necədir?
-Komitə
qurulan vaxtdan bəri mütəmadi əlaqələrimiz
mövcuddur. Bir qayda olaraq, tədbirlərimiz haqqında məlumat
göndəririk və Komitənin tədbirlərində
iştirak edirik. Dünya Azərbaycanlılarının
II Qurultayında 2 nəfər yapon üzvümüzlə
iştirak etmişdik. Bunlardan biri Azərbaycanda çox sevilən
Yaponiyanın keçmiş səfiri Toşiyuki Fujivara, digəri
isə siyasi elmlər üzrə tədqiqatçı və
hazırda Yaponiyanın Xarici İşlər Nazirliyində
çalışan Tomoaki Murakam idi. Hər ikisi Yaponiyaya
döndükdən sonra Azərbaycan haqqında geniş məqalələr
çap etdirərək Azərbaycan haqqında ictimaiyyəti
məlumatlandırmışdılar.
-Baş
vermiş zəlzələlər və ondan sonra meydana
çıxan sunamidən zərər çəkən
soydaşlarımız varmı?
-Yaponiyadakı
soydaşlarımız əsasən Tokio və Osakoda
yaşayır. Bu şəhərlər nə sunamidən, nə
də zəlzələdən ciddi ziyan çəkməyiblər.
Amma ciddi rabitə və nəqliyyat
problemləri var. Bir-birimizlə və vətənlə əlaqə
saxlamağa çətinlik çəkirik.
Murad BAXŞƏLIYEV
Paritet.- 2011.- 17-18 mart.-S.10.