QDİƏT-dəki
hər bir çıxışımızda dolayı yolla
Dağlıq Qarabağ məsələsinə də toxunuruq”
Milli Məclisin
deputatı Asəf
Hacıyev bu
günlərdə
Qara Dəniz
İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin Kiyevdə
keçirilən
növbədənkənar
Büro iclasında
iştirak edib. Qeyd edək
ki, A.Hacıyev
QDİƏT Parlament Məclisində Azərbaycan
nümayəndə
heyətinin rəhbəridir. Onunla görüşüb
iclasda aparılan
danışıqlar haqqında
məlumat öyrəndik. Söhbət
əsnasında
A.Hacıyevin Milli
Məclisdə üzv
olduğu Elm
və Təhsil
Komitəsində müzakirə
olunan məsələlərə,
eləcə də
onun elmi fəaliyyətinə
toxunduq. Onu da
deyək ki, Azərbaycan
Milli Elmlər
Akademiyasının
müxbir üzvü
olan A.Hacıyev
hazırda AMEA-nın
Kibernetika İnstitutunun laboratoriya rəhbəri
və Bakı Dövlət
Universitetinin ehtimal
nəzəriyyəsi
və riyazi statistika kafedrasının
müdiridir.
-Asəf
müəllim, ilk
öncə
mümkünsə
Kiyev səfərimizin məqsədi
haqqında danışardınız...
-
İyulun 1-2-də Ukraynada QDİƏT-in
Baş Assambleyasının
iclası keçiriləcək. Orada baş katibin,
müavinlərin
seçkiləri
olacaq. Ona görə
də Baş Assambleyanın
iclası üçün ciddi
hazırlıq
gedir. Ukrayna parlamentinin təşkilatçılığı
ilə keçirilən
bu tədbirdə
növbəti
sessiya, təşkilatın
gələcək
əməkdaşlıq
perspektivləri, indiki
vəziyyəti
və digər
mövzular ətrafında
fikir mübadiləsi
aparıldı. Yəni heç
bir qərar
qəbul olunmadı,
ancaq müzakirələr
və fikirlər
dinlənildi.
-
QDİƏT-in
iclaslarında Dağlıq
Qarabağ münaqişəsini
də qabarda bilirsinizmi?
-
Ümumiyyətlə, QDİƏT-in
nizamnaməsinə uyğun
olaraq ancaq iqtisadi məsələlər
müzakirə olunur.
Buna baxmayaraq Azərbaycan nümayəndə
heyəti olaraq
hər bir
çıxışımızda
dolayı yolla Dağlıq
Qarabağ məsələsinə
də toxunuruq. Ermənilərin
azərbaycanlılara
qarşı törətdikləri
vəhşilikləri, insan
haqlarını necə
tapdalamalarını təşkilata
üz ölkələrə
çatdırırıq. Tutaq ki, Qara
dəniz regionunda ekoloji vəziyyət
müzakirə olunur. Biz orada ermənilər
tərəfindən
işğal olunmuş
ərazilərimizdə ekoloji
vəziyətin
bərbad hala
salınması, yanğın
hadisələrini
qabardırıq.
-
Azərbaycanın
Avropaya iqtisadi olaraq
inteqrasiya olunmasında
QDİƏT-lə
əməkdaşlığın
hansı rolu var?
-
QDİƏT yarandığı
dövrdən
bölgənin
digər ölkələrinin
diqqətini cəlb
edir. Bu da
öz növbəsində
təşkilatın
müəyyən
nüfuza malik
olduğunu sübut
edir. Bu təşkilat
1992-ci ildə yaradılıb
və 12 üzvü var.
Hardasa üç il bundan qabaq
bu təşkilatda
qərar qəbul
olundu ki, baş
katibin bir nəfər
də əlavə müavini olsun. O
müavin Avropayla inteqrasiya məsələlərinə
cavabdehdir. Digər
tərəfdən
Avropa Parlamentinin inteqrasiya ilə bağlı
bir neçə qərarları
olub. Ötən
il də biz
Avropa Parlamentində olduq.
Orada QDİƏT
və Avropa İttifaqı
arasında inteqrasiya və
onun gücləndirilməsi
əsas
məqsəd
daşıyırdı. Yəni Avropa
Parlamenti bu təşkilata
böyük
maraq göstərir. Bilirsiniz ki, Qara
dəniz bölgəsi
tarixən insanları
cəlb edib. Bunun da bir neçə səbəbləri var. Bir tərəfdən təbii sərvətləri, bir tərəfdənsə
coğrafi mövqeyi, digər tərəfdən də burada həmişə
yüksək təhsilli insanlar yaşayıblar. Ona görə
bu üç faktor dünya
üçün həmişə
cəlbedici olub.
Bildiyimiz kimi
Qara dəniz
regionu deyəndə
Xəzər
dənizi də
ora daxildir. Çünki
genişləndirilmiş
mənada
belə adlandırılır. Ona görə
ki, Azərbaycanın
Qara dənizə birbaşa
çıxışı yoxdur. Məsələn, Albaniya,
Serbiyanın da
birbaşa bu
dənizə çıxışı
yoxdur. Genişləndirilmiş
region dedikdə enerji
baxımdan Azərbaycan
həm dünya,
eləcə də
Avropa üçün çox
cəlbedicidir. Ona görə
böyük
sürətlə
Avropa strukturlarına
inteqrasiya gedir. Azərbaycan kiçik
dövlət
olsa da orda
Azərbaycanın
mövqeyi xeyli
güclüdür. Bu da, şübhəsiz,
həm Azərbaycanın
enerji zənginliyindən, həm
sürətlə
gedən demokratik proseslərdən, həm
də nümayəndə
heyətinin orada
fəal iştirakı
ilə bağlıdır.
-
Milli Məclisdə
Əmək Məcəlləsinə
edilən dəyişikliklər
nəticəsində
dövlət
büdcəsindən
maliyyələşən
təşkilatlarda işləyən
yaşı 65-ə çatan insanlar təqaüdə
göndəriləcək. Bu dəyişiklik
elm və təhsil
sahəsində çalışanlar
üçün də
tətbiq olunacaq. Bu sahənin
adamı kimi bu
yeniliyə münasibətiniz
necədir?
-
Hesab edirəm
ki, bu, çox
düzgün
qərardır. Belə bir qərarın
qəbul olunması
çox vacibdir. Son illər
Azərbaycan Prezidenti tərəfindən
elm və təhsilə
xüsusi diqqət
göstərilir. Bu yaxınlarda
dövlət
başçısının
sərəncamı
ilə təhsil
və səhiyyə
işçilərinin
dövlət
qulluğunun xüsusi
növünə
aid edilməsilə
əlaqədar işlər
gedir. Eyni zamanda,
Prezident İlham Əliyev
AMEA-nın illik
ümumi yığıncağında
çıxış edərkən
elm qarşısında
olan vəzifələr
haqqında danışdı,
daha sonra alimlərin
maaşları 20 faiz
artırıldı. Bütün
bunlar isə o
deməkdir ki, dövlət
başçısı elmin
inkişafına
xüsusi diqqət
göstərir. Bu da təsadüfi
deyil. Çünki əvvəllər hər bir ölkənin inkişafı onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya dəyişir, dövlətin gücü yalnız onun təbii sərvətləri ilə deyil, eyni zamanda informasiya texnologiyalarının istehsalı və inkişafı ilə bağlıdır. Bu baxımdan,
Azərbaycanda da bu istiqamətdə
böyük inkişaf var. Hətta onu da qeyd etmək lazımdır ki, cənab Prezident çıxışlarının birində Azərbaycanda
İKT sahəsini neftdən sonra ikinci priortitet sahə elan edib. Eyni zamanda, dövlət
başçısı bəyan
edib ki, biz
neft kapitalını
insan kapitalına
çevirməliyik. Bu o deməkdir
ki, artıq
elm cəmiyyətdə
özünə layiqli
olan yerini tutur. Sözsüz
ki, burada dövlətin
mövqeyi çox
önəmlidir və
bu baxımdan,
Azərbaycan dövləti
elmin inkişafı
üçün böyük
işlər
görür.
-
Amma cəmiyyətdə
bu məsələyə
münasibət
birmənalı deyil.
Əmək Məcəlləsinə
edilən dəyişiklərə
etiraz edənlərin
arqumentləri əsaslıdırmı?
- Cəmiyyətdə
gedən müxtəlif
söz-söhbətlərə
gəlincə, demək
istəyirəm
ki, yaşı 65-ə
çatmış alimlərin
təqaüdə
getməsi heç
bir problem yaratmayacaq.
Çünki dövlətimizin
dəstəyi
ilə minlərlə
gəncimiz xarici
ölkələrin
nüfuzlu elm-təhsil
ocaqlarında təhsil
alırlar. Artıq həmin
gənclərin
bir qismi təhsillərini
başa vurub
ölkəmizə qayıtmaqdadırlar. Mən hesab
edirəm ki, yeni
düşüncənin,
yeni nəfəsin
elm-təhsilə gəlməsi
Azərbaycanda bu
sahələrin
inkişafına
böyük
bir təkan
olacaq. Bununla yanaşı,
elm və təhsil
sahəsində rəhbər
vəzifələrdən
də yeni idarəçilik
üsulları tələb
olunur. Bu baxımdan,
gələn
gənclər
tutduğu vəzifələrdə
aldığı biliklərdən
istifadə edib idarəetmə
üsullarını təkmilləşdirəcəklər. Bu da Azərbaycanda elm və
təhsil sahəsinə
uğurlar gətirəcək. Ona görə
də, hesab edirəm
ki, yaşla
bağlı qanunvericiliyə
edilən dəyişiklik
tam zamanında
olan qərardır.
Təbii
ki, yaşlı
insanların da
təcrübəsindən
istifadə etməliyik. Yaşı 65-ə çatmış alimlərə
saat hesabı yolu
ilə dərs
verilə bilər. Onlar tələbələrin,
magistirlərin yetişdirilməsində
öz dəstəklərini
göstərə
bilərlər. Eyni zamanda, bu
dəyişikliklər
nəticəsində
rektorlar qarşısında
da böyük
imkanlar yaradılır. Bu da seçim
imkanıdır. Yəni aparıcı
alim-müəllimlərlə
müqavilə imzalamaqla onların imkanlarından
istifadə olunacaq. Bu baxımdan
rektorların işi
yüngülləşəcək. Çünki
geniş seçim
imkanı olacaq. Bəzi alimlər
isə təqaüdə
gedəcək. Hansısa insan
ciddi fəaliyyət
göstərmək
iqtidarında deyilsə,
o təqaüdə
getsə yaxşı olar. Dövlət cəmiyyətimizin,
vətəndaşların maraqlarını
həmişə nəzərə
alır. Yəqin
ki, yaşı 65-i
ötmüş alimlərin
də təqaüdləri
normal səviyyədə
olacaq
- Hazırda
Milli Məclisin
Elm və Təhsil
Komitəsində hansı
məsələlər
müzakirə olunur?
-
Bildiyimiz kimi Milli
Məclisdə “Elm
haqqında” yeni
qanun layihəsi
hazırlanır. Hazırda
bu qanunun üzərində
iş gedir. Qanun elmi fəaliyyət
sahəsində dövlət
siyasətinin məqsəd
və prinsiplərini,
elmi fəaliyyətin
subyektlərinin və
iştirakçılarının
hüquq və
vəzifələrini,
elmi fəaliyyətin
təşkilati, hüquqi
əsaslarını
müəyyənləşdirəcək. Qanun həm
də vətəndaşların
əqli
potensialının
reallaşması və
elmi nailiyyətlərdən
istifadə edilməsində
məqsədyönlü
fəaliyyətin
həyata keçirilməsi
üçün hüquqi
zəmin yaradacaq. Layihənin hazırlanması
üçün işçi
qrup yaradılıb. Artıq bilirsiniz ki, Prezident İlham
Əliyev
AMEA-nın illik
iclasında proqram
xarakterli çıxış etdi. “Elm
haqqında” qanunda
cənab Prezidentin bu çıxışından
çıxan nəticələr
öz əksini tapacaq.
-
”Elm haqqında”
qanuna ehtiyac hansı
zərurətdən
irəli gəlir?
- Son illər elmdə aparılan islahatlar
müsbət nəticələr verir. Azərbaycan
alimlərinin dünyanın aparıcı jurnallarında dərc
olunan məqalələrinin, onların beynəlxalq toplantılarda
təmsilçiliyinin sayı artır. Azərbaycan
alimlərinin dünyanın aparıcı ölkələrinə
dəvət olunması göstərir ki, ölkəmizdə
elm inkişaf edir. Ona görə də “Elm
haqqında” qanuna ehtiyac vardır. Bu ehtiyac
alimlərin sosial vəziyyəti, qrant sistemi ilə bağlıdır.
Hər sahədə olduğu kimi, burada da qanun
olmalıdır. Qanun layihəsində elmi
işçinin hüquq və vəzifələri,
attestasiyası, işə qəbul qaydası, elmi dərəcə
və adların verilməsi, elmi işçilərin sosial
müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq
elmi əməkdaşlıq və digər məsələlər
öz əksini tapacaq.
- Siz həm də alimsiniz. Bu
baxımdan elmi fəaliyyətinizdə hansı yeniliklər
var?
- Mənim həmişə əsas iş
yerim Azərbaycan Milli Elmlər Akademiaysı olub. Elmi fəaliyyət məqalələr, kitablarla
bağldır. Nailiyyətlərdən bir odur ki, bu il dünyada “Şplinger” nəşriyyatında
ehtimal nəzəriyyəsi və riyazi statistika üzrə
beynəlxalq ensiklopediya nəşr olunacaq. Orada
müxtəlif müəlliflərə müraciət olunub.
O məqalələrdən birinin müəllifi də mənəm.
Kitab bəlkədə hazırdır, mənim xəbərim
yoxdur. Bundan əvvəl
biz böyük bir işə nail olduq. Keçən il Azərbaycan dilində “Ehtimal nəzəriyyəsi
və riyazi statistika” ensiklopediyasını nəşr
etdik. Hesab edirəm ki, bu, son illərdə ən
böyük nailiyyətlərimizdən biridir. Bundan başqa kadr
hazırlığını da davam etdiririk. Düzdü, bu elm azərbaycanlılar
üçün qismən gənc elmdir. Amma
çox istedadlı gənclərimiz var. Mən özüm 8
elmlər namizədi, 4 elmlər doktoru hazırlamışam.
Hesab edirəm ki, bu az iş deyil.
- Bu gün gənclərin bu sahəyə
marağı hansı səviyyədədir?
- Ümumiyyətlə, son illər
dünyada gənclər tərəfindən elmə maraq
azalır. Amma buna faciə kimi baxmaq lazım
deyil. Çünki artıq elm elə bir
anlayışdır ki, bu, kütləvi xarakter
daşımamalıdır. SSRİ-də
belə bir tendensiya var idi ki, hamı elmlə məşğul
olmağa
çalışırdı. Hazırda
elmə yanaşma dəyişib. Artıq
elmə elə insanlar gəlməlidir ki, onlar doğurdan da
hansısa nailiyyətlər əldə edəcəklər.
Bu gün alimləri dissertasiya, diplomlarla yox, nəticələri
ilə tanıyırlar və bu nəticəyə
də vəsait ayırırlar. Bəli,
dövlət də bunu edir və tələb edir ki, elm sahəsində
islahatlar olsun. Çünki, qabarıq
formada elə insanlar elmə gəlməlidir ki,
onların doğurdan da nəticələri fayda verəcək.
- Eşitdiyimizə görə, siz də
elmi fəaliyyətinizdə yeni uğurlar qazanırsınız.
Çin universitetlərinin biri sizi fəxri professor
seçib...
- Bəli, Kiyevdə səfərdə olarkən
bu xoş xəbəri eşitdim. Çində
Siçuan vilayətinin Çinq Du şəhərində
Siçuan Universiteti fəaliyyət göstərir. Bu universitet Çində böyük nüfuza
malikdir. Bir ay əvvəl bu universitetin dəvəti
ilə mən bu təhsil ocağında mühazirələr
oxumuşdum. İndi Siçuan Universiteti məni
özünün “Fəxri professoru” seçib. İyunun 10-da bu elmi titulun təqdimetmə mərasim
olacaq və mən bu məqsədlə Sin Xalq Respublikasına
səfər edəcəm.
Fuad
Paritet.-
2011.- 26-27 may.- S. 5.