Diasporologiya-tarix elmində yeni istiqamətdir
Gülzar Novruzova: “MDB məkanında, Avropa və Amerika qitələrində fəaliyyət göstərən Azərbaycan diasporu haqqında tədqiqatlar aparılır”
Azərbaycan diasporunun elmi olaraq
tədqiq olunması
istiqamətində işlər
Bakı Dövlət
Universitetində də aparılır. Hələ
2001-ci ildə BDU-nun
tarix fakültəsində
bu məsələləri
dərindən
araşdırmaq
məqsədilə
“Azərbaycanşünaslıq” Elmi
Tədqiqat Mərkəzi
yaradılıb
və “Dünya
azərbaycanlıları:
tarixi-demoqrafiya” elmi
bölməsi
həmin mərkəzin
bir strukturu kimi
fəaliyyətə
başlayıb. Elmi-Tədqiqat
laboratoriyasının
elmi işçisi
Gülzar Novruzova
“Paritet”ə bildirdi ki, Azərbaycan
tarixşünaslığında
ilk dəfə
“itirilmiş torpaqlar”problemi,
Azərbaycan ərazilərində
və onun hüdudlarından
kənarda məskunlaşmış
azərbaycanlıların
tarixi-demoqrafik problemləri, onların
diasporda təşkilatlanması, miqrasiyaların, qaçqın
və köçkünlərin
problemləri bölmənin
tədqiqat obyekti
olub. Onun
sözlərinə
görə, “Dünya
azərbaycanlıları:
tarixi-demoqrafiya” elmi
bölməsinin
əsərləri
Azərbaycan diasporunun inkişafı
problemlərinə həsr
olunub.
Qeyd edək
ki, G.Novruzova tərəfindən “Rusiya
Federasiyasında Azərbaycan
diasporu: tarixi-demoqrafiya problemləri
(1989-2002-ci illər)” adlı
tədqiqat aparılıb
və 17 mart 2010 -cu
idə tarix
elmləri üzrə
fəlsəfə
doktoru elmi dərəcəsi
almaq üçün dissertasiya müdafiə olunub.
Vətən
tarixşünaslığında
ilk dəfə
olaraq Azərbaycan
diasporunun nümunəsində
postvoset Rusiyasında
baş verən
tarixi-demoqrafik prosesləri
tədqiq etməyə
cəhd göstərib:
“Həmçinin
ilk dəfə
olaraq konkret mənbələr
əsasında
Azərbaycan diasporunun təşkilati cəhətdən
formalaşmasını
tədqiq etmişəm. Həm
Azərbaycan diasporunun
özünün
fəaliyyəti, həm
də onun Rusiyanın
ictimai-siyasi, iqtisadi,
elmi və mədəni
həyatına
verdiyi töhfə
xarakterizə olunub. Bundan
başqa azərbaycanlıların
Rusiyanın inkişafındakı
rolu da müəyyənləşdirilib.
toxunulmuşdur. Yeniliklərdən
biri də xaricdəki
Azərbaycan diasporu ilə işin
təkmilləşdirilməsinə
dair irəli
sürülmüş
mülahizələrdir”.
Onu da deyək
ki, G.Novruzova Azərbaycan tarixşünaslığında
ilk dəfə
olaraq Rusiyadakı Azərbaycan
diasporunun elitası problemini araşdırıb: “Elita
elmdə qəbul
edilmiş ümumi təsnifata
uyğun olaraq
məhsuldar və
hakimiyyət elitaya
bölünür; ictimai
həyat sahələrinə
görə isə
siyasi və intellektual,
biznes-elita və
bürokratiya kimi
təsnif olunur.
Azərbaycan diasporunun intellektual elitası
müxtəlif
peşələrdə
çalışan insanlarla təmsil olunub.
Rusiyadakı azərbaycanlıların
ümumi demoqrafik göstəricilərinin
təhlili bu
nəticələrə
gəlməyə
əsas verir: azərbaycanlılar
Rusiya cəmiyyətinin
sosial, təsərrüfat,
iqtisadi, demoqrafik strukturunda müəyyən
yer tuturlar; Rusiyaya gələn
iqtisadi miqrantların
böyük
əksəriyyəti
orta və orta
ixtisas təhsilli
şəxslərdir; azərbaycanlı
əhalinin sosial-iqtisadi göstəricilərinin
təhlili sübut
edir ki, onlar
kifayət qədər
dolanışıq vasitələrinə
malikdirlər; Rusiya
Federasiyasında yaşayan
azərbaycanlılar
rus dilinin daşıyıcısıdırlar;
Rusiya Federasiyasında
Azərbaycanla Rusiya
arasında dövlətlərarası
münasibətlərə,
humanitar əlaqələrin
və iki dövlət
arasında etibarlı
münasibətlərin
inkişafına
təsir göstərmək
iqtidarında olan
Azərbaycan elitası
formalaşıb”.
“Rusiya ərazisində təşəkkül tapmış Azərbaycan diasporu ən gənc diaspordur”
Həmsöhbətimiz
hesab edir ki, Rusiya
dövlətinin
ərazisində
təşəkkül
tapmış Azərbaycan
diasporu ən gənc
diaspordur: “Son illərdə
Rusiyanın bir
çox regionlarında,
ilk növbədə
Moskvada və Sankt-Peterburqda diaspora təşkilatları
yaranmağa başlayıb. Onların
kortəbii inkişafı
dövrün
yeni dövr -
özünütəşkil,
müxtəlif
ictimai, milli-mədəni
birliklər, mərkəzlər, hərəkatlar
şəklində həmyerli
birliklərinin yaradılması
dövrü əvəz
edib. Bu təşkilatlar diasporun çoxtəbəqəli
olduğunu, onun
qruplarının
sosial-mədəni
cəhətdən
yek-cins olmadığını
nümayiş etdirir”.
“Bu
qrupları birləşdirən
obyektiv səbəb
var” deyən
G.Novruzova bunların
ümumi qayğılar
və məqsədlər,
özlərinin milli-mədəni
və dil ehtiyaclarının
ödənilməsi, maraqlarının
və hüquqlarının
qorunması, milli köklərin
və tarixi vətənləri -
Azərbaycanla əlaqələrin
qorunub saxlanması olduğunu
vurğuladı: “Sovet
dövründə
Azərbaycan hüdudlarından
kənarda yaşayan
azərbaycanlıları
birləşdirən
ilk təşkilat
3 oktyabr 1989 -cu ildə
qeydiyyatdan keçmiş
Azərbaycan mədəniyyəti
cəmiyyəti “Ocaq”
olub. “Ocaq” cəmiyyətinin
əsas
məqsədləri
və vəzifələri
Azərbaycan xalqının
milli irsinə yiyələnmək, Moskva
azərbaycanlılarının
mədəni
həyatına
kömək
göstərmək, rusiyalıları
Azərbaycan Respublikasının
nailiyyətləri
ilə
Onun fikrincə, əgər
sovet dövründə
azərbaycanlılar
kortəbii olaraq
həmyerlilər
təşkilatlarında
birləşirdilərsə,
müstəqil
Rusiya dövlətinin
hüquqi bazası
sayəsində yeni
təşkilati strukturda-diasporda birləşdilər: “Rusiya
Federasiyasının
Ədliyyə
Nazirliyi iri Azərbaycan
diaspor təşkilatlarını
qeydə almışdır. Rusiya
azərbaycanlılarının
federal səviyyədə
Ümumrusiya Azərbaycan
Konqresini (ÜAK), Rusiya
Azərbaycanlılarının
Federativ Milli-Mədəni
Muxtariyyəti (RAFMMM),
Rusiya Azərbaycanlılarının
həmyerli təşkilatlarını
təsis etmişlər. Bu
təşkilatlardan hər
birinin öz regional
şöbələri
var. Məsələn,
ÜAK Rusiya Federasiyasının 68
regionunda təmsil
olunub”.
V.Putin “... biz Rusiyadakı azərbaycanlı
icmasını dövlətlərimiz
arasında münasibətlərin
möhkəmləndirilməsinin
mühüm
amili hesab edirik”
Elmi işçinin
sözlərinə
görə, Azərbaycan
diasporunun fəaliyyətinini
əsas
istiqaməti Rusiya
Federasiyasının
ictimai-siyasi, sosial-iqtisadi və mədəni
həyatında
iştirak etməkdir:
“Rusiya Federasiyasının
tam hüquqlu
vətəndaşları
olan azərbaycanlılar
ölkənin ictimai-siyasi
həyatında
iştirak edirlər. Rusiya
Federasiyası prezidentinin seçkiləri, Dövlət
Dumasına və
yerli idarə orqanlarına
seçkilərdə
bu, Azərbaycan
diasporunun ictimai fəallığının
heç də tam
olmayan dairəsidir”.
G.Novruzova söhbətində
2004-cü ilin oktyabrında
ÜAK-ın II
qurultayında çıxış
edən Rusiya
Federasiyasının
Prezidenti V.Putin
fikirlərini də
xatırlatdı: “V.Putin
qeyd edirdi:”... biz
Rusiyadakı Azərbaycan
icmasını dövlətlərimiz
arasında münasibətlərin
möhkəmləndirilməsinin
mühüm
amili hesab edirik.
Onun təşəbbüsləri
bizim siyasi və
əməli əməkdaşlığımıza
xeyir gətirir....
Əminəm ki, Rusiya
azərbaycanlıları,
ölkəmizin digər
vətəndaşları
kimi, gələcəkdə
və onun beynəlxalq
nüfuzunun və
statusunun möhkəmlənməsinə kömək
göstərəcəklər”. Nəzərə
çatdırım
ki, ”Milli-mədəni
muxtariyyətlər
haqqında” Federal
qanuna əsasən
Rusiyanın Azərbaycan
diasporunun kütləvi
informasiya vasitələri
yaradılıb. Rusiya
azərbaycanlılarının
FMMM-nın mətbu
orqanı olan “Rusiya
azərbaycanlıları
- AZERROS” qəzeti;
ÜAK-ın orqanı
- “Azərbaycan Konqresi”;
“Azərbaycan XXI
əsr”,
“Vətən”,
“İrs-Nasledie”, “Bakı”
kimi beynəlxalq
jurnallar nəşr
olunur. RF-nın
regionlarında da
qəzetlər
nəşr olunur”.
O, yaranmış diaspor
təşkilatlarının
gənc Azərbaycan
diasporu üçün vahid
Ümumrusiya etno-mədəni
məkanın
yaradılması missiyasını
öz üzərlərinə
götürdüklərini
də qeyd etdi.
“Onlar öz işlərini
azərbaycanlıların
və Azərbaycandan
çıxmış şəxslərin
vətəndaşlıq
hüquqlarının
müdafiəsi
və bu hüquqların
həyata keçirilməsi, Rusiya
ilə Azərbaycan arasında
dostluğun və
əməkdaşlığın
möhkəmləndirilməsi, Dağlıq
Qarabağ münaqişəsi
haqqında tarixi
həqiqətlərin
yayılması istiqamətinə
yönəldirlər”, deyə
elmi işçi
əlavə
etdi.
Onun qənaətincə,
Rusiya azərbaycanlıları
Rusiya gerçəkliyinin ayrılmaz və
tərkib hissəsidir:
“Onlar ölkə qarşısında
öz peşə və
vətəndaşlıq
borcunu yerinə yetirən
yaradıcı insanlardır. Azərbaycanlılar
Rusiyanın ictimai-siyasi,
sosial-iqtisadi, elmi
və mədəni
həyatında
fəal iştirak
edirlər. Azərbaycanlıların
yeni Rusiya cəmiyyətinə
layiqli inteqrasiyası onlara
təşkil olunmaq,
Rusiya azərbaycanlılarının
Milli-Mədəni
Muxtariyyəti, Ümumrusiya Azərbaycan Konqresi,
Moskva “Ocaq” cəmiyyəti, Rusiya
azərbaycanlıların
həmyerlilər
birliyi və s. kimi
xeyli sayda milli
birliklər yaratmaq imkanı verib”.
G.Novruzova dedi
ki, Azərbaycan
diasporu mürəkkəb
siyasi, iqtisadi, sosial,
mədəni
və psixoloji şəraitdə
yaşamaq və
öz gələcək
taleyini müəyyənləşdirmək
məcburiyyətindədir:
“Odur ki, ona
həm yaşadığı
ölkənin dövləti, həm
də tarixi Vətəni
tərəfindən
yardım göstərilməsinə
ehtiyac var. Rusiyanın
Azərbaycan diasporu bütövlükdə
və onun hər
bir üzvü ayrı-ayrılıqda,
milli mənsubiyyətindən
asılı olmayaraq,
diasporun işində
fəal iştirak
edir, dövlətlərarası
münasibətlərə
yardımçı olur,
yaşadıqları
ölkədə öz
vətəndaşlıq
və iqtisadi mövqelərini
qüvvətləndirir,
Azərbaycan-Rusiya
münasibətlərinə
siyasi və iqtisadi vasitəçi rolunu
oynayırlar və
s.”.
Həmsöhbətimiz
bildirdi ki, Rusiyanın
Azərbaycan diasporunun potensialı Rusiyanın
Azərbaycandakı və
Azərbaycanın
Rusiyadakı iqtisadi maraqlarının
həyata keçirilməsinə
dəstək
olmaq iqtidarındadır. “Azərbaycan
diasporunun nümayəndələri
Rusiya Federasiyasının
oliqarxları sırasına
daxildir və Rusiya-Azərbaycan
münasibətlərində
ölkənin siyasi
strategiyasına təsir
göstərə
bilərlər”, deyə
o əlavə etdi.
Müasir Azərbaycan diasporologiyasının qarşısında hansı vəzifələr durur?
Diasporologiyanın
tarix elmində yeni
istiqamət olduğunu
deyən G.Novruzova fikrincə, müasir
Azərbaycan diasporologiyasının
qarşısında
duran vəzifələrdən
biri xaricdə yaşayan
azərbaycanlıların
coğrafi məskunlaşmasının
və demoqrafik göstəricilərin
öyrənilməsidir:
“Azərbaycan diasporunun təşəkkül
tapmasının
və inkişafının
tədqiqi, diasporun Azərbaycanla və
azərbaycanlıların
yaşadıqları
ölkələrdə
əlaqələrinin
möhkəmləndirilməsindəki
rolu da araşdırılmalıdır. Eyni
zamanda bu ölkələrin
ictimai-siyasi həyatında
azərbaycanlıların
iştirakını
müəyyənləşdirilməsi, Azərbaycan
diasporunun tarixi Vətəni
ilə əlaqələrinin
gücləndirilməsinin
öyrənilməsi, xaricdəki
Azərbaycan lobbisinin siyasi və iqtisadi potensialının
və ondan istifadə
imkanlarının
müəyyən
edilməsi və
s. qarşıda
duran vəzifələrdir”.
Elmi laboratoriyada hazırda
elmi araşdırılmaları davam etdirildiyini deyən
G.Novruzovanın sözlərinə görə, burada MDB məkanında, Avropa və
Amerika qitələrində fəaliyyət göstərən
Azərbaycan diasporu haqqında tədqiqatlar aparılır.
Fuad
Hüseynzadə
Paritet.-
2011.- 24-25 may.- S. 11.