Qazaxıstanın
bütün dövlət strukturlarında
azərbaycanlılar təmsil olunurlar
Nursultan Nazarbayev: “Bizim azərbaycanlı
vətəndaşlarımız Qazaxıstan
iqtisadiyyatının inkişafında, onun mədəni, siyasi
həyatında iştirak edirlər”
Qazaxıstanda azərbaycanlıların formalaşdırdığı
diaspor bu ölkədə sayılıb seçilənlərdəndir.
Orta Asiyanın aparıcı dövlətlərindən olan
Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri
ta türk dillərinin yarandığı antik dövrlərəcən
uzanır. Qazaxıstan azərbaycanlılarının bu
ölkədə diaspor formalaşdırması XX əsrin
60-cı illərindən sonrakı dövrə təsadüf
edir. 1920-ci illərdə Sovet İttifaqında başlanan siyasi repressiyaların ən
ağır zərbəsi Azərbaycana dəydi. Bunun nəticəsində
azərbaycanlıların çox hissəsi Vətəndən
didərgin düşənlər Orta Asiya, Sibir kimi yerlərə
sürgün edilirdilər. Belə azərbaycanlıların
müəyyən hissəsi, təqribən 120 minə qədəri
Qazaxıstana sürgün olunublar. İlk sürgün edilən
soydaşlarımız Canbul, Çimkənd və Almatı
vilayətində məskunlaşdırılmışdılar.
Bu
prosesdən sonra 40-50-ci illərdə davam edən repressiya
prosesində azərbaycanlıların bura
köçürülməsi ilə nəticələnmişdi.
Əsasən onlar Gürcüstan və Azərbaycanın
müxtəlif bölgələrindən olan
köçkünlər idilər. 1956-60-cı illərdə
isə on beş minə yaxın azərbaycanlı
Qazaxıstanın xam torpağının münbitləşdirilməsinə
kömək üçün buraya köçüldülər.
1960-80 və 1991-ci ildən sonra baş verən mühacirət
prosesi nəticəsində soydaşlarımızın
Qazaxıstanda yayılma coğrafiyası
aşağıdakı kimi müəyyənləşdirilib: Akmola vilayəti 7.000 nəfər,
Aktyuba vilayəti 1.000 nəfər, Almatı vilayəti 9.000 nəfər,
Astana vilayəti 9.000 nəfər, Cənubi Qazaxıstan vilayəti
25.000 nəfər, Şimali Qazaxıstan vilayəti 15.000 nəfər,
Lavlovar vilayəti 2.000 nəfər, Manqışlaq vilayəti 3.500 nəfər, Qızılarda vilayəti
200 nəfər, Kostonay vilayəti 4.000 nəfər, Qərbi
Qazaxıstan vilayəti 900 nəfər, Karaqanda vilayəti
4.000 nəfər, Cambul vilayəti 10.500 nəfər, Şərqi
Qazaxıstan 1.500 nəfər, Atrau vilayəti 500 nəfər
(“Z.Əliyev. “Dünya diasporları” kitabı. Bakı 2005.
130-131).
Qazaxıstanda
aparılan statistik göstəricilərə görə, Azərbaycan
diasporu digər diasporlardan mühacirətə az meylli
olmağı ilə seçilir. Hüquq, iqtisadiyyat, ictimai
işlər, texniki, elmi və digər sahələrdə
çalışan soydaşlarımızın müəyyən
hissəsi öz peşəsi
üzrə xeyli qabağa gedərək, mühüm
postları tutublar. Onlar yerli əhali və rus, özbək,
türkmən, qırğızlarla isti əlaqələr
quraraq, bir-birlərinin mədəni tədbirlərində fəal
iştirak edirlər. Qazaxıstan azərbaycanlılarının
çox hissəsi Vətənə gələrək burada ailə
həyatı qurmağa üstünlük verirlər. Qazax və
ruslarla qarışıq nikaha girən bəzi
soydaşlarımız isə ailələrində azərbaycanlı
ənənələrini təbliğ edirlər.
Qazaxıstanın
Azərbaycandakı keçmiş səfiri Andar Şukputov
2009-cu ildə KİV-ə müsahibəsində
soydaşlarımızın Qazaxıstandakı fəaliyyətini
çox yüksək qiymətləndirmişdi. Onun sözlərinə
görə, bu ölkədəki Azərbaycan diasporu hər
iki xalqı birləşdirən özünəməxsus
“etnik körpü” rolunu oynayır: “Bu da təəccüblü
deyil, çünki azərbaycanlılar və qazaxlar qardaş
xalqlar olub, ümumi tarixi köklərə malikdirlər. Bizim
dillərimiz çox yaxındır. Biz ümumi mədəni
irsə malikik”.
A.Şukputov
Azərbaycan diasporunun nümayəndələrinin
Qazaxıstan Respublikasının ictimai-mədəni həyatında
fəal iştirak etdiklərini deyib: “Onların arasında
ölkəmizin elm və təhsilinin inkişafına qiymətli
töhfə vermiş görkəmli elm xadimləri var. Bizdə
filologiya elmləri namizədi, Qazaxıstanın əməkdar
müəllimi Asılı (Əsli) Osmanovaya çox
böyük hörmətlə yanaşırlar. O,
10-cildlik “Qazax dilinin izahlı
lüğəti” fundamental əsərinin müəlliflərindən
biridir. Qeyd edim ki, Almatı vilayət
parlamentinin qəbul etdiyi qərarına
əsasən, “Qobustan” Azərbaycan mədəniyyət mərkəzinin
həmçinin sədri olan Asılı xanım “Almatı əyalətinin
fəxri vətəndaşı” adı ilə təltif olunub.
Almatı, Pavlodar, Taldıkorqan, Taraz və Çimkent şəhərlərində
Azərbaycan dili, adət-ənənələri, musiqi və rəqslərinin
öyrənilməsi üzrə kurslar fəaliyyət göstərir.
1992-ci ildən etibarən qazax radiosunda gündəlik “Azəri”
verilişi yayımlanır” (dem.az)
“Azərbaycanlılar
qazax xalqı ilə əl-ələ verib ölkəni
inkişaf etdirdilər”
Qazaxıstandakı
Azərbaycan diasporunun rolu və fəaliyyəti ilə
bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev də fikir
bildirib. Bildiyimiz kimi, oktyabrın 21-də Almatıda
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının iclası keçirildi. İclas ərəfəsində
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin şərəfinə
rəsmi nahar verilib. N.Nazarbayev rəsmi nahardakı nitqdə Azərbaycan
ilə Qazaxıstan arasında mehriban qonşuluq əlaqələrinə
toxunaraq deyib ki, tarixi köklərə malik olan ölkələrimizi
nadir təbii sərvətli Xəzər dənizi birləşdirir.
O, Stalin repressiyası illərində Azərbaycan əhalisinin
bir hissəsinin də Qazaxıstana köçürülməyə
məruz qaldığını xatırladıb: “1937-ci ilin
may ayının təkcə bir günü ərzində
Qazaxıstanın Taldı-Kurqan vilayətinə konvoy
altında 600 azərbaycanlı ailə gətirildi.
Xalqımız bu qanunsuzluğun bütün günahsız
qurbanlarının dərdinə şərik oldu, onlarla
ev-eşiyini, bir parça çörəyini
bölüşdü. Azərbaycanlılar qazax xalqı ilə
əl-ələ verib Qazaxıstanda yeni müəssisələr
tikdilər, ölkəni inkişaf etdirdilər. Onların bir
çoxu burada qalıb yaşadı və artıq dediyim kimi,
bizdə 130 minlik Azərbaycan diasporu var. Onlar Qazaxıstan vətəndaşlarıdır,
ölkəmizin rəngarəng palitrasının ən parlaq
hissələrindən biridir”.
“Biz türk dünyasına mənsubuq”
deyən N.Nazarbayev “Bizim Azərbaycan
millətindən olan vətəndaşlarımız
Qazaxıstan iqtisadiyyatının inkişafında, onun mədəni,
siyasi həyatında iştirak edirlər” fikrini xüsusi
vurğulayıb (president. az).
“Qazaxıstanda
çoxlu sayda azərbaycanlı yaşayır. Onlar
respublikadakı həyat səviyyəsindən
razıdırlar, ölkənin səadəti uğrunda
çalışaraq sülh və əminamanlıq şəraitində
yaşıyırlar” - deyə Azərbaycan prezidenti İlham Əliyev
“Kazİnform”a müsahibəsində bildirib.
Prezidentin
sözlərinə görə, Qazaxıstan Nursultan Nazarbayevin
siyasəti və çoxmillətli xalqın
tolerantlığı sayəsində həmvətənlərimizin
həyat şəraitinin yaxşılaşdırılması
istiqamətində böyük nailiyyətlər
nümayiş etdirir. “Qeyd etmək istərdim ki, heç də
hər ölkə bununla fəxr edə bilməz, buna görə
də siz fəxr etməlisiniz ki, ölkənizdə
bütün millətlər bir ailə kimi yaşayır” - deyə
Əliyev bildirib.
Prezident
qeyd edib ki, güclü diaspor təşkilatları ölkənin
milli maraqlarını müdafiə etməyə kömək
edir. “Hazırda biz bütün Azərbaycan diaspor təşkilatlarının
strukturizasiyasını başa çatdırmışıq,
iki dəfə dünya azərbaycanlılarının
qurultayını keçirmişik. Dünyada 50 mln.-dan
çox azərbaycanlı yaşayır və əlbəttə
ki, güclü Azərbaycan dövləti bütün həmvətənlərimiz
üçün dayaq olmalıdır” - deyə dövlət
başçısı bildirib.
Qazaxıstanda insanların milli, dini, irqi zəmində
heç bir problemi yoxdur. Bu ölkədə
bacarığı sayəsində
yüksək pillədə
qərar tutmuş çoxlu azərbaycanlılar,
beş nəfər
vilayət, üç
nəfər şəhər
deputatımız var. Çu
şəhərinin meri
də azərbaycanlı
Nizami Məmmədovdur.
Ümumiyyətlə, dövlət strukturlarının
hamısında azərbaycanlılar
təmsil olunurlar.
Vəkillər, alimlər arasında
da xeyli soydaşlarımız var. Dövlət
Dumasında hüquq müfəttişliyinin rəhbəri
də azərbaycanlıdır-professor
Mirbəşir Əliyev.
Daxili İşlər Nazirliyi sistemində, hərbi sahədə, vergi orqanlarında yüksək
rütbə daşıyan
çoxlu həmvətənlərimiz
fəaliyyət göstərirlər.
Qazaxıstanın iki orta məktəbində Azərbaycan şöbəsi
açılıb
Bununla yanaşı, həmvətənlərimiz
Qazaxıstan qanunlarına
uyğun olaraq özlərinin bir neçə milli-mədəniyyət
təşkilatlarını yaradıblar. 1990-cı illərdən
Aktuba vilayətində “Birlik”, Karaqanda vilayətində “Kamus”, Kostonay vilayətlərində “Heydər”,
Povladar vilayətində,
“Vətən”, “Azəri” və s. şəhərlərdə Azərbaycan
mədəniyyət mərkəzləri
fəaliyyətə başlayaraq
öz işlərini hazırda davam etdirirlər. Bununla yanaşı, 2003-cü ildə Astanada “Dünya azərbaycanlılarının
Mədəniyyət Mərkəzi”
ictimai təşkilatının
nümayəndəliyi açılıb
ki, bu da
Qazaxıstandakı bütün
Azərbaycan milli-mədəniyyət
mərkəzlərini özündə
birləşdirir. Son dövrlər Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə Qazaxıstanın Taldıkurqan
şəhərində “Naxçıvan”
təsis edilib. Həmçinin 25 sentyabr
2006-cı il tarixində
Qazaxıstanın Cambul
vilayətinin Çu rayonunda 5 mindən artıq soydaşımızın
yaşadığı Yeni
yol- ”Novıy put” kəndində
“Nəsimi” Azərbaycan
Mədəniyyət Mərkəzi
yaradılıb. Mərkəzin sədri Qazaxıstanda tanınmış həmvətənlimiz
Tarıverdi Mirzəyev
seçilib.
Qazaxıstan azərbaycanlılarının iqtisadi
və siyasi cəhətdən ən böyük təşkilatı
“Turan” Mədəniyyət
Mərkəzidir ki,
1997-ci ildən fəaliyyətə
başlayıb. 1993-cü ilin
may ayında Qazaxıstan
Ədliyyə Nazirliyində
qeydiyyatdan keçən
“Turan” öz fəaliyyətini əsasən
soydaşlarımızın milli-mədəni dəyərlərinin
qorunub saxlanılmasına,
Azərbaycan Respublikasının
ictimai-siyasi və mədəni həyatı
ilə əlaqələrin
möhkəmlənməsinə yönəldib. Xüsusən Azərbaycanın erməni təcavüzünə
qarşı apardığı
ağır müharibə
şəraitində Mərkəzin
yaxından iştirakı
və rəhbərliyi
ilə Qazaxıstanda yaşayan soydaşlarımız
respublikaya maddi kömək göstərirlər.
Almatı, Çu və
Cambul şəhərlərindən
Qarabağa xeyli maddi yardım göndərilib.
“Turan” Mədəniyyət
Mərkəzi öz əsas vəzifələrindən
birini soydaşlarımızın
öz ana dilini unutmamasına kömək etməkdə
görür. Bu məqsədlə
iki orta məktəbdə Azərbaycan
şöbəsi açılıb.
Qazaxıstan Pedaqoji İnstitutunda
Qazax-Azərbaycan şöbəsi
yaradılıb. Mərkəz öz əsas vəzifələrindən birini
də xarici ölkələrdə yaranan
azərbaycanlılarla əlaqə
yaratmaqda görür.
Mərkəzin rəhbərliyilə Almatıda “Ozan” Mədəniyyət Cəmiyyəti
təsis olunub və bunun ardınca
digər vilayətlərdə
proses davam edib. Türk xalqlarının birliyi, mədəni tədbirlər,
Qazaxıstan-Azərbaycan ikitərəfli
əlaqələrinin inkişaf
etməsi və s. istiqamətlərdə fəal
iş aparan “Turan” Mədəniyyət Mərkəzinin analoqu olan Qazaxıstan, Qırğızıstan və
Özbəkistandakı Azərbaycan
ictimai mədəni cəmiyyətlərinin konqresi
“Turan”-nın missiyası daha geniş və fəaliyyəti
böyükdür. Konqresin orqanı
olan “Vətən” qəzeti qeydiyyatdan keçib. Qəzet Azərbaycan, qazax və rus dillərində
çap olunur.
Fuad HÜSEYNZADƏ
Paritet.-2011.-3-4 noyabr.-S.10.