Kukla balalar üçün
Kukla Festivalı
“Avropalılar üçün Bakı müasir zamanın qədim nağıllar diyarıdır”
Noyabr ayının 1-də Bakıda Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, UNİMA Beynəlxalq
Kukla Teatrları Assosiasiyası və
TÜRKSOY Beynəlxalq Mədəniyyət
Təşkilatı ilə
birgə Beynəlxalq Kukla Teatrları Festivalı start götürdü.
“Azərbaycan Teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramına
uyğun olaraq Bakıda gerçəkləşən
festival müstəqilliyimizin
bərpasının 20 illiyinə
həsr olunur. Festival çərçivəsində
16 ölkədən 20-dən çox kukla teatrı (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, “Bəbək” Televiziya Teatrı, Böyük Britaniyadan “Kağız kino”, Rumıniyadan “Qonq”, İspaniyadan “Pley Ground”, Türkiyədən
“Pəmbə qurbağa”,
İordaniyadan “Arab Rey”, Avstriyadan
“Fiqur”, Gürcüstandan
“Budruqana” və “Multi-pulti dünyası”, Misirdən “Vel ya Vel”, Başqırdıstandan
“Qursaq”, İrandan “Saina”, Litvadan “Lele”, Tatarıstandan “Ekiyat”, Estoniyadan Rauf Avşar Teatrı, Özbəkistandan
Xorəzm Vilayət Kukla Teatrı, Ukraynadan Poltava Akademik Vilayət Kukla Teatrı, Çuvaşiyadan
Çeboksarı Dövlət
Kukla Teatrı, Həştərxandan Dövlət
Kukla Teatrı, Qazaxıstandan
Petropavlovsk Dövlət Kukla Teatrı) Bakının üç məkanında müxtəlif
kukla tamaşaları ilə çıxış
edir.
Qeyd edək ki,
festival çərçivəsində göstərilən tamaşalara
biletlər oktyabrın
15-dən satışa çıxarılıb.
Xarici dildə olan tamaşaların nümayişindən
öncə onlar haqqında qısa arayış verilir. Onu da bildirək
ki, nümayiş olunan tamaşaların böyük əksəriyyəti
pantomim tamaşalardır.
Artıq
dünəndən başlayaraq
festivalın sonuna kimi Azərbaycan Dövlət Kukla Teatrında Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı
ilə ustad dərsləri də keçirilir.
Festivalın təntənəli açılış
mərasimi Kukla Teatrının önündə
açıq havada baş tutdu. Nəhəng nağıl qəhrəmanlarının
fiqurları teatrı əhatəyə almışdı.
Mərasimdə balaca uşaqların
ifasında mahnılar
oxundu, tamaşalardan parçalar nümayiş
olundu.
Mədəniyyət və turizm
naziri Əbülfəs
Qarayev Azərbaycanda
ilk dəfə gerçəkləşən
festivalın mühüm
əhəmiyyətə malik
olduğunu bildirdi.
Azərbaycanın qədim kukla
teatr ənənələrinə
sahib olduğunu vurğulayan
nazir festivalın bu sahədə yeniliklərə yol açacağı qənaətindədir.
Daha sonra festivalın ilk tamaşası
(Kamran Şahmərdanın
quruluşunda “Ağ və qara” tamaşası)
təqdim olundu. Ötən
gün isə Dövlət
Gənc Tamaşaçılar
Teatrında “Şərq
və Qərbin kukla dünyası: ideya, təşəkkül,
texnika” adlı elmi-simpozium keçirildi. Simpoziumda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri
- UNİMA-nın baş
katibi Jak Trüda (Paris),
UNİMA-nın vitse prezidenti Stanislav Dubrava (Çexiya),
ASSİTEJ-in Prezidenti İvetta
Hardi (Cənubi Afrika), Teatr Tənqidçiləri Beynəlxalq
Assosiasiyasının baş
katibi Mişel Vais (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri
üzrə koordinatoru
İbrahim Asiri (Səudiyyə
Ərəbistanı), Fuceyra
Beynəlxalq Monodram Festivalının direktoru Məhəmməd Seyf-əl Alham (BƏƏ),
İliya Universitetinin rektoru Levan Xetaquri
(Gürcüstan) iştirak
edirdilər. Fürsətdən
istifadə edib ölkəmizdə olan
UNİMA-nın baş
katibi Jak Trüda ilə həmsöhbət
olduq.
“Azərbaycanda hər növ kukla teatr növlərini inkişaf etdirmək üçün kifayət
qədər potensial var”
-Azərbaycana xoş gəlmisiniz. İlkin təəssüratlarınızı
bilmək çox maraqlı olardı.
- İlk dəfədir
ki, Azərbaycana gəlirəm. Çox xoşuma gəldi.
Bakı şəhərini çox
sevdim. Sizin İçərişəhərinizdə
oldum, çox ecazkardır. Olduqca geniş
mədəniyyətə sahibsiniz.
Ən mühümi isə buranın insanlarının
qonaqpərvər, isticanlı
olmasıdır.
-Rəhbəri olduğunuz
UNİMA- neçənci ildə
və hansı məqsədlə yaradıldı?
- Bizim assosiasiya 1922 - cu ildə Praqada yaradılıb. Məqsədimiz dünyada fəaliyyət
göstərən kukla
teatrlarına dəstək
olmaqdır. Hazırda
assosiasiyaya 75 üzv dövlət var. Azərbaycan
da bizə yeni qoşulub. İnanıram ki, gələcəkdə
daha böyük uğurlara imza atacağıq.
-Sizcə, Kukla Teatrları Festivalının
əhəmiyyəti nədən
ibarətdir?
- Dünyada 250 -dən artıq Kukla Teatrları Festivalı keçirilib. Məsələn, İndoneziya
ilə Braziliyanı müqayisə etmək olmaz, çünki hər birinin öz adət-ənənəsi
var. Ümumiyyətlə, kukla
teatrları festivalı
hər bir ölkənin kukla teatrına böyük təsir edir, ən azından onu müasirliyə aparır və bu da onların
fəaliyyətində çox
sürətli inkişaf
müşahidə olunur.
Hazırda bütün
sahələrdə müasir
texnologiyalar inkişaf
edir. Bunu kukla teatrı
sahəsində də
görmək olar.
Texnologiyada olan inkişaf
kukla teatrına da çox müsbət
təsir edir. Eyni zamanda videolardan
və digər müasir
texnologiyalardan da istifadə olunur. Sonuncu dəfə özüm Braziliyada keçirilən beynəlxalq festivala
başçılıq etmişəm.
Ümumiyyətlə, bu
festivalların əsasını
müxtəlif növ
incəsənət sahələrinin
sərhədlərini kəşf
etmək təşkil
edir. Mühüm olan bax budur. Baxmayaraq ki, bu Azərbaycanın
Kukla Teatrı sahəsində keçirdiyi
ilk festivaldır, amma Mədəniyyət və
Turizm Nazirliyi bunu çox yüksək səviyyədə
təşkil edib.
Bu festivalı da digər festivallardan
elə bu fərqləndirir. Birinci dəfə
üçün belə
təşkilatçılıq olduqca gözəldir.
Sizə onu da deyim
ki, Fransanın Şarl- Midye şəhərində dünyanın
ən böyük kukla festivalı keçiriləcək. Azərbaycan da
həmin festivalda iştirak edəcək.
- Siz daha çox
mimik yoxsa sözlü kukla tamaşalarına üstünlük
verirsiniz? Sizcə, müasir dövrdə
hansı tamaşa forması daha praktikdir?
- 20 ildir bu sahədə
çalışan insan
kimi deyə bilərim ki, nəhəng kuklalarla oyun qurmağı, onları səhnələşdirməyi
çox sevirəm. Çünki bu zaman iştirakçı böyük kuklaların içində özü də oynayır.
Mən qeyd etdiyim kukla
teatrı növü əslində sözlə
ifa olunur. Yəni biz həmin tamaşalarda sountreklerlə, müxtəlif
musiqi parşalarına
müraciət edirik.
Onu da bildirim
ki, bu tamaşalar
eyni zamanda görüntülüdür .
-Sizcə, Azərbaycan Kukla Teatrının dünyada özəlliyi, spesifik xüsusiyyəti
nədən ibarədir?
-
Açığını deyim ki, bu vaxta qədər sizin
tamaşaları görməmişdim. Açılış mərasimində
izlədiyim tamaşa izlədiyim
ilk Azərbaycan tamaşası idi. Festival boyu daha
çox tamaşalara baxmaq imkanım olacaq. Baxdıqdan sonra
daha dəqiq fikir söyləyə bilərəm. Ümumiyyətlə isə kukla teatrının müxtəlif
növləri var. Azərbaycanda hər növ kukla teatr
növlərini inkişaf etdirmək üçün kifayət
qədər potensial var.
Azərbaycan
Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasına
üzv olacaq
UNİMA-nın vitse prezidenti Stanislav
Dubrava isə bizimlə söhbətində bildirdi ki,
UNİMA-nın ilk dəfə Çexiyada yaradılması
onun üçün xüsusi əhəmiyyət kəsb edir.
“Mən bununla fəxr edirəm. Məncə, belə
festivalların keçirilməsi çox vacibdir.
Çünki bunun vasitəsilə dünya dövlətlərinin
mədəniyyətləri bir- birindən məlumatlı olur,
yeni, maraqlı sintezlər
yaranır. Azərbaycan gəlincə, ilk dəfədir ki, bu
torpaqlardayam. Mərkəzi Avropa ölkələrini təmsil
edən bir adam kimi deyə bilərəm ki, biz həmişə
dünyanın bu hissəsini qədim klassikanın mənbəyi
hesab edirik. Mərkəzi Avropalılar üçün
Bakı müasir zamanın qədim nağıllar
diyarıdır”.
Teatr
Tənqidçiləri Beynəlxalq Assosiasiyasının
baş katibi Mişel Vais isə artıq ikinci dəfədir
ki, Azərbaycandadır. “Yenə Azərbaycana gəlməyimdən
çox məmnunam. Tənqidçilər Assosiasiyası
olaraq azərbaycanlı teatr tənqidçiləri ilə
yaxından tanış olmaq üçün burda dəyirmi
masa keçirəcəyik. Azərbaycan da bizim assosiasiyaya
üzv olacaq”.
Nərmin MURADOVA
Paritet.-2011.-3-4 noyabr.-S.16.