Şəkərli diabet Azərbaycanda sürətlə artır

 

Diabetlilər üçün dövlət büdcəsindən 12,7 milyon manat vəsait ayrılıb

 

 Milyonlarla insanın həyatını xilas edən adam

 

14 noyabr 1891 -ci ildə kanadalı fermerin ailəsində bir oğlan dünyaya gəlir. Bu gələcəyin tədqiqatçı alimi, Nobel mükafatına layiq görülən Frederik Bantinq idi.  O, 1916- ci ildə Toronto Universitetinin tibb fakültəsini bitirib əsgər gedib.   Müharibədən qayıtdıqdan sonra V kurs tələbəsi Çarlz Bestlə birgə laboratoriyada elmi işlə məşğul olur. Onun məqsədi milyonlarla insanın həyatını xilas edə biləcək insulin preparatını əldə etmək idi. Çünki o uşaqkən iki  ən yaxın dostunu, məhz birinci tip diabet xəstəliyinə görə itirib. F.Bantinq Ç.Best tərəfindən 1921-ci ildə it üzərində eksprerimental şəraitdə əldə edilən insulin, 1922- ci ilin yanvarında əvvəl öz üzərlərində , sonra isə 14 yaşlı şəkərli diabetlə xəstə olan Leonard Tompsonun üzərində tətbiq edirlər. Əldə edilən böyük kəşfə görə 1923- ildə F.Bantinq professor adını alır. Elə həmin il professor C.Makleodla  birgə fiziologiya səhiyyə üzrə Nobel mükafatına layiq görülür. Lakin haqsızlıqla razılaşmayan F.Bantinq mükafatı köməkçisi əməkdaşı Ç.Bestlə bölüşür. Milyonlarla insanın həyatını xilas edən, insulin preparatını kəşf edən tədqiqatçı alim, Nobel mükafatına layiq görülən Frederik Bantinqin xatirəsini əbədiləşdirmək, eləcə bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Diabet Federasiyasının (BDF) tövsiyələrinə görə 14 noyabr tarixi Ümumdünya Diabet Günü (ÜDG) kimi qeyd edilir.  2007-ci ildən isə 14 noyabr Birləşmiş Millətlər Təşkilatının günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Ümumdünya Diabet Gününün emblemi olan mavi dairə şəkərli diabet (ŞD) ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”. 2009-2013-cü illər üçün ÜDG-nün 5 illik kampaniyasının mövzusu: “Diabetin təlimi qarşısının alınması”-dır.

Azərbaycan Diabet Liqasının (ADL) sədri Yeganə Sultanova deyir ki, liqa rəsmi fəaliyyətə başladığı dövrdən (2000-ci ildən) Azərbaycanda da 14 noyabr- ÜDG xüsusi qeyd edilir. “ADL 1999- cu ildə yaranıb amma 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Missiyamız şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyat keyfiyyətini yüksəlmək, hüquqlarını müdafiə etmək əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir. Təşkilat yarandığı gündən üç proqram daxilində fəaliyyət göstərir. Birinci istiqamət tibbi proqramdır, ikinci hüquqi, sosial, humanitar yardım proqramları üçüncü fiziki, psixoloji yardım proqramlarıdır. Bu proqramlar çərçivəsində 30-dan çox müxtəlif layihələr, tədbirlər , aksiyalar həyata keçirilib. Qeyd edim, liqa dövlət struklarının fəaliyyətini təkrarlamadan onların gördüyü işlərə dəstək olur. Tibbi proqram çərçivəsində bu vaxta qədər şəkərli diabetlə bağlı müxtəlif elmi- praktik konfranslar, seminarlar təşkil edilib, şəkərli diabet xəstəliyinin terapevtik təlimi proqramı hazırlanıb tətbiq edilib, müxtəlif tibbi- maarifləndirici nəşrlər dərc edilib, əhali arasında maarifləndirmə işi aparılıb, yoxsul, kimsəsizlərə pulsuz tibbi xidmətlər təşkil edilib”.  

Qeyd edək ki,  liqa  ötən həftəsonu  “Park Bulvaralışveriş mərkəzindəDiabet onun yaranma səbəblərinə qarşı xəbərdarlıqadlı tədbir həyata keçirdi. Y.Sultanova bizimlə söhbətində bildirdi ki,  tədbirin məqsədi əhali arasında diabet xəstəliyinin, qlükozayatolerantlıq vəziyyətinin  erkən aşkarlanması, xəstəliyin qarşısını almaq üçün görülə biləcək tədbirlərin təbliği diabet haqqında maarifləndirmə işinin aparılmasıdır: “Tədbir zamanı hər kəs özündə diabet riskinin dərəcədə ola biləcəyini bu riski necə azalda biləcəyini öyrənmək imkanı qazandı. REM-in mütəxəssis tibb işçiləri insanları test üsulundan, antropometrik ölçülərdən qlükometr vasitəsilə müayinədən sonra dərəcədə risk qrupuna daxil olduqlarını müəyyən etdilər. Bunun davamı olaraq yüksək risk qrupundan olanlara isə daha dərin müayinə məqsədi ilə REM- pulsuz müayinəyə göndəriş verildi. Hər bir müayinə olunan şəxs Roche firmasının Accu-chek Active qlükometrləri digər hədiyyələr udmaq şansı da qazandılar. Bu tədbirdə iştirak edən insanlar diabeti necə xəbərdar etmək olar, necə qidalanmaq lazımdır, diabet nədir, xəstəlikdən necə qorunmalı, xəstələndikdə etməli, diabet haqqında digər  maraqlı məlumatlar əldə etdilər”.

 

RegiondaDiabet məktəbiaçıldı

 

Dünən Respublika Endokrinoloji Mərkəz ADL-in birgə təşəbbüsü ilə Salyan rayonundaDiabet məktəbi”nin açılışı oldu.  Liqa sədrinin sözlərinə görə, “Diabet məktəbi diabetli pasientlərin həyat tərzinin yaxşılaşdırılması, diabetin fəsadlarının qarşısının alınmasına doğru yönəlmiş ən effektiv iqtisadi əlverişli tədbirdir. “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010 - il 26 noyabr 222 nömrəli qərarı ilə “2011 -2015 -ci illər üçün Şəkərli Diabet  üzrə Tədbirlər Proqramı”nın həyata keçirilməsi barədə əmr verilib. Bu əmrdə deyilir ki, “Şəkərli diabetin fəsadlarının profilaktikası məqsədilə ilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsi genişlənsin”.  Məsul icraçı Respublika Endokrinoloji Mərkəzi, tərəfdaş qurumlar isə ADL Diabet Cəmiyyəti göstərilir. Ona görə biz bu məktəblərin çoxalmasına çalışırıq. Həyata keçirilən tədbirlərin hər birinin ardınca böyük layihələr gəlir”.

 

ÜST  şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirib

 

Yeganə xanımın fikrincə,  şəkərli diabet xəstəliyini təhlükəli problemli edən onun müxtəlif yaş həddini əhatə etməsi , əhali arasında geniş yayılmasını, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. “Xəstəliyin xoş gedişatı üçün , yəni onun həyat tərzinə çevrilməsi düzgün tibbi xidmətə, sosial -iqtisadi qayğıya, normal psixoloji duruma bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var. Birləşmiş Millətlər Təşkilatının qətnaməsində deyilir ki, şəkərli diabet xroniki,  üzücü böyük xərclər tələb edən , ağır xroniki fəsadlarla müşayət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir”.  Liqa sədri bildirdi ki, hal-  hazırda dünyada 300 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Azərbaycanda da bu xəstəlik sürətlə artmaqdadır.Məsələn, 1994-cü ildə 45 000 insan rəsmi qeydiyyata alındığı halda, bu ilin əvvəli artıq 134 339 nəfər ( onlardan 23 659 nəfər birinci tip, 110 740 nəfər isə ikinci tip) diabetə xəstə olub. Ona görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəstəliyi qeyri- infeksion epidemiya kimi dəyərləndirib”.

 

Xüsusilə regionlarda vəziyyət qənaətbəxş deyil

 

Azərbaycanda şəkərli diabetlə bağlı görülən işlərə gəlincə, o bildirdi ki, bu istiqamətdə bir sıra dövlət proqramları imzalanıb. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaqanunun tətbiqi barədə  Prezidentin 2004 - il 12 fevral tarixli fərmanına uyğun olaraq dövlət proqramı təsdiq edilib.  “2011- 2015 -ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramıtəsdiq edilib. Bundan başqa dərman təchizatı özünənəzarət vasitələri ilə təminat yaxşılaşdırılıb. Endokroloji xidmətin yaxşılaşdırılması məqsədilə REM genişlədilib. Lakin bütün bunlara baxmayaraq görüləsi işlər kifayət qədər çoxdur.  Xüsusilə regionlarda vəziyyət qənaətbəxş deyil”.

Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminat Ömərova isə söyləyib ki, hazırda dünyada hər 8 saniyədə 1 nəfər şəkərli diabet xəstəliyindən dünyasını dəyişir”. Onun sözlərinə əsasən, dünyada 245 mln.-dan çox insan şəkərli diabetdən əziyyət çəkir. M.Ömərova bildirib ki, Azərbaycanda şəkərli diabet problemi ilə məşğul olan 3 ictimai təşkilat var. Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə insulinin təminatı üçün diferensial qiymət sistemi tətbiq edilir. “Bizdə isə səmərəsiz bölüşdürmə sistemi və dərmanlar üçün yetərincə ictimai vəsait çatışmazlığı kimi problemlər var ki, onları aradan qaldırmalıyıq”(Azadinform) .

Şəkərli diabet xəstələri üçün dövlət büdcəsindən 12,7 milyon manat vəsait ayrılıb. Səhiyyə Nazirliyinin Baş endikrinoloqu Rafiq Məmmədhəsənovun sözlərinə əsasən, bu rəqəm ötən illə müqayisədə 4,5 dəfə çoxdur:  ”Şəkərli diabetlə mübarizə ilə bağlı Dövlət Proqramına əsasən, şəkərli diabet xəstələrinə pulsuz şəkər həblərinin verilməsi, şəkər ölçən aparatların paylanması və s. işlər aparılır. Şəkərli diabet xəstələrinə dövlət xüsusi qayğı göstərir. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycanda şəkərli diabetlərin sayı sürətlə artır”.

R.Məmmədhəsənov bildirib ki, hərəkətə meylli olmamaq, orqanizmdə stress faktorunun yüksək olması, kökəlməyə meyllilik şəkərli diabet xəstəliyinə aparan yollardandır.  Onun sözlərinə görə, respublikada 140 min vətəndaş şəkərli diabet xəstəsi kimi qeydiyyatdan keçib. “şəkərli diabetin profilaktikasına onun müalicəsindən daha çox önəm vermək lazımdır. Çünki profilaktikaya çəkilən xərclər müalicəyə sərf olunan xərclərdən daha azdır”,-deyə o qeyd edib.

Dünən BMT baş katibi Pan Gi Mun da Ümumdünya Diabet Günü münasibətilə müraciətlə çıxış edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən  verilən xəbərə görə, müraciətdə deyilir ki, builki Ümumdünya Diabet Günü diabet və digər qeyri-yoluxucu xəstəliklərə qarşı beynəlxalq mübarizənin getdiyi bir vaxta təsadüf edir.

Baş katibin sözlərinə görə, Ümumdünya Diabet Günü bu sahədə məlumatlılığın artırılması və diabetlə yaşayan insanlara beynəlxalq ictimaiyyətin diabetə qarşı mübarizədə onlara dəstək verdiyini göstərmək üçün bir imkandır: “Bu, inkişaf etməkdə olan ölkələrdə diabetlə yaşayan 277 milyon insan üçün xüsusi əhəmiyyət daşıyır. Əksər hallarda bu xəstəlik yoxsul insanlara xüsusi təsir edir və ürək xəstəlikləri, insult, korluq, ətrafların amputasiyası, böyrək çatışmazlığı və vaxtsız ölümlərə səbəb olur”.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-15-16 noyabr.-S.13.