Sabah Rusiya azərbaycanlılarının
III Qurultayı keçiriləcək
İlqar Hacıyev: “Əsas məqsədimiz
Dumada deputatımızın olmasıdır”
Rusiyada yaşayan həmvətənlərimiz
getdikcə öz layiqli yerlərini tuturlar. Təsadüfi deyil
ki, ən güclü diasporlarımızın biri məhz
burada formalaşıb. Rusiyanın qonşuluqda yerləşməsi, azərbaycanlıların burada kifayət
qədər yaşamasına əsas verən amillərdən
hesab olunur. Həmvətənlərimizin burada nə qədər
güclü. Söz sahibi olmarını noyabrın 25-də
keçiriləcək Rusiyada Yaşayan Azərbaycanlıların
3-cü qurultayı bir daha təsdiq edir. Konqresin nizamnaməsinə əsasən, hər
beş ildən bir Rusiyada yaşayan azərbaycanlıların
qurultayı keçirilir. Qurultayda Azərbaycan və
Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin
də iştirakı gözlənilir. Bundan başqa, Rusiyada
yaşayan tanınmış azərbaycanlı ziyalılar,
alimlər, iş adamları, ictimai xadimlər və kütləvi
informasiya vasitələrinin təmsilçiləri də
qurultaya qonaq qismində dəvət olunub.
ÜAK-nin
III Qurultayında ötən müddət ərzində
görülmüş işlərə dair hesabat veriləcək,
təşkilatın nizamnaməsinə dəyişikliklərlə
bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə,
həmçinin qurumun gələcək fəaliyyət
perspektivləri, qarşıda duran vəzifələr,
ÜAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılacaq.
Diasporla
İş üzrə Dövlət Komitəsindən verilən
məlumata görə, qurultayda bir sıra mühüm sənədlərin
qəbul olunması da gözlənilir. Budəfəki qurultayda
nizamnaməyə bir neçə dəyişiklik də
müzakirə olunacaq, Rusiyada keçiriləcək
seçkilərdən əvvəl bəyanat veriləcək,
fikir bildiriləcək, həmçinin mərkəzi
şuraya seçkilər keçiriləcək, mərkəzi
şuranın, prezidiumun yeni üzvləri və yeni rəhbərliyi
seçiləcək.
Göründüyü
kimi həmvətənlərimiz yaşadıqları ölkədə
demək olar ki, bütün sahələrdə geniş fəaliyyət
göstərirlər. Ümumrusiya Azərbaycanlıları
Konqresinin idarə heyətinin üzvü İlqar Hacıyevin
verdiyi məlumata görə, artıq 10 ildir ki, Rusiyada
Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət
göstərir. Rusiyanın 72 regionunda Konqresin regional bölmələri
yaradılıb və bu iş davam etdirilir. Konqres Rusiyanın
90 faizində təmsil olunur: ”Biz artıq Rusiyada yaşayan azərbaycanlıların
ümumi fəaliyyət proqramı üzərində
çalışırıq. Əgər azərbaycanlılar
bir yerdə olarsa, verilən bəyənatların da
gücü, qüvvəsi olar. Ən vacib işlərimizdən
biri Rusiyada yaşayan azərbaycanlıların imicinin daha da
yüksək olması, Dumada təmsil olunmasıdır.
Hazırda bu istiqamətdə bütün mümkün vasitələrdən
istifadə edirik. Son 10 ildə azərbaycanlıların Dumada
heç bir deputatı olmayıb və fikrimcə bu hər
birimizi narahat etməlidir” (İnterfaks-Azərbaycan).
Onun
sözlərinə görə, hər qurultayda olduğu kimi,
bu qurultayda da Azərbaycanın ən ağır problemi olan
Dağlıq Qarabağ məsələsi ciddi müzakirə
olunacaq. Bundan başqa həmvətənlimiz bildirib ki, Rusiyada
yaşayan azərbaycanlıların mərkəzi fəaliyyət
göstərir ki, bu da artıq mədəniyyət mərkəzinə
çevrilib. Dövlətimizin əlamətdar günlərində
burada tədbirlər, konsertlər, proqramlar keçirilir, həmçinin
Azərbaycan filmlərini nümayiş etdirilir: ”ÜAK Rusiyada
yaşayan azərbaycanlıların birləşdirilməsini,
həyat fəaliyyəti üçün münasib, rahat
şəraitin yaradılmasını qarşısına məqsəd
qoyub. Təbii ki, Rusiyada yaşayan bütün azərbaycanlılar
vətənlə əlaqələri qoruyub saxlamağa, Azərbaycanı
layiqincə təmsil etməyə çalışırlar.
ÜAK
artıq on ildir ki, Rusiyada fəaliyyət göstərir,
konqresin Rusiyanın 72 regionunda regional şöbələri
yaradılıb ki, bu da Rusiya ərazisinin 90%-ni əhatə
edir. Biz Rusiya Federasiyasında yaşayan azərbaycanlıların
vahid fəaliyyət proqramı üzərində işləyirik.
Əgər azərbaycanlılar birləşdirilsələr,
bizim müraciətlərimiz də gücə və təsirə
malik olacaqlar. Bizim ən vacib vəzifəmiz Rusiyada yaşayan
azərbaycanlıların nüfuzunun
yaxşılaşdırılması və onların Dövlət
Dumasında təmsil olunmasından ibarətdir”.
Onun
sözlərinə görə, Azərbaycan diasporunun nümayəndələrinin,
hələ ki dekabrın 4-də
Dövlət Dumasına keçiriləcək seçkilərdə
qələbə qazanmaq şansı azdır. Amma növbəti
parlament seçkilərində qələbə qazanmağa
kifayət qədər imkanlar var. Sadəcə çalışmaq.
Təbliğat aparmaq lazımdır. Buna görə də
diasporun güclərinin birləşdirilməsi üzrə
müəyyən işlər həyata keçirilməlidir:
”Ən əsası odur ki, bizi Dövlət Dumasında
görmək istəyirlər. Azərbaycanlılar mütləq
Rusiya Federasiyasının qanunverici orqanında təmsil
olunmalıdırlar. Fikrimcə, buna zərurət yaranıb.
Çünki iki ölkə arasında çox gözəl əlaqələr
mövcuddur. Son illər Azərbaycan öz
iqtisadiyyatını sürətlə inkişaf etdirir və
artıq regional miqyaslı bir neçə iqtisadi layihəni
maliyyələşdirir. Rusiyada da Azərbaycan
investisiyaları var, bu, ölkənin həm iqtisadi, həm də
siyasi sahələrdə hərtərəfli inkişaf etdiyini
göstərir. Təbii ki, bütün bunlar Rusiyada yaşayan
azərbaycanlıların nüfuzunun artmasına təkan
verir”.
İlqar
Hacıyev deyib ki, qarşıda duran digər məsələ
Rusiyanın regionlarında mədəniyyət mərkəzlərinin
açılmasıdır: ”Bu məsələyə Prezident
İlham Əliyevin 2011-ci ilin iyulunda Bakıda
keçirilmiş Dünya Azərbaycanlılarının III
qurultayında müraciətində də toxunulub. Azərbaycanın
dövlət başçısı o zaman diasporu mədəniyyət
mərkəzləri açmağa çağırıb.
Bununla əlaqədar olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan
diasporunun Rusiyanın bütün regionlarında belə mərkəzlər
yaratmaq üçün imkanları var. Bu mərkəzlər
bir yerə toplaşmağa, milli bayramları qeyd etməyə,
Qarabağ müharibəsi, Xocalı soyqırımı
qurbanlarının xatirəsini yad etməyə imkan verəcək.
Doğrudur Azərbaycan diasporunun Moskvada belə mərkəzi
var, bu, “Bakı” kinoteatrıdır, biz burada bir araya gəlirik
və tədbirlər, dəyirmi masalar görüşlər
keçiririk. Hesab edirəm ki, ÜAK-ın
üçüncü qurultayında Rusiyanın digər
regionlarında da bu cür mərkəzlərin
açılması məsələsi qaldırılacaq və
öz həllini tapacaq”.
Hacıyev
bildirib ki, hər qurultayda olduğu kimi, bu qurultayda da Azərbaycanın
ən ağır problemi olan Dağlıq Qarabağ məsələsi
müzakirə olunacaq: “Artıq 10 ildir ki, Rusiyada yaşayan azərbaycanlıların
mərkəzi fəaliyyət göstərir. Bu, artıq bizim
mədəniyyət mərkəzimizə çevrilib. Burada tədbirlərimiz
olur, konsertlər proqramlar keçiririk, Azərbaycan filmlərini
nümayiş etdiririk” (Trend). Xatırladaq ki, əlamətdar tədbirdə
Rusiyanın 72 regionundan seçilmiş 130 nümayəndənin
iştirakı nəzərdə tutulub. Qurultayda həmçinin Azərbaycan və
Rusiyanın yüksək səviyyəli dövlət nümayəndələrinin
də iştirakı gözlənilir. Bundan başqa, Rusiyada
yaşayan tanınmış azərbaycanlı ziyalılar,
alimlər, iş adamları, ictimai xadimlər və kütləvi
informasiya vasitələrinin təmsilçiləri də
qurultaya qonaq qismində dəvət olunub.
O,
Rusiyada yaşayan azərbaycanlı
miqrantlarla bağlı məsələyə də
toxunub:”1993-cü ildən başlayaraq, biz Rusiyada hörmətsizlik
hiss etmirik. Əksinə, Azərbaycanın həyata
keçirdiyi xarici siyasət, həmçinin, Rusiya ilə
bağlı siyasət, bizə özümüzü daha
inamlı hiss etməyə imkan verir. Bütovlükdə,
rusların azərbaycanlılarla bağlı stereotipi dəyişib.
Buna görə də, biz Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən
başlanmış və prezident İlham Əliyevin uğurla
davam etdirdiyi siyasəti dəstəkləyirik. Ruslar azərbaycanlılara
xoş münasibət göstərirlər, biz nə hakimiyyət,
nə də ümumilikdə xalq tərəfindən hər-hansı
diskriminasiya hiss etmirik”.
Qeyd
edilib ki, Diasporla İş üzrə Dövlət Komitəsi
Rusiyadakı azərbaycanlılarla əlaqələrin
saxlanmasına kifayət qədər diqqət ayırır: ”Təcrübə
göstərib ki, Azərbaycanda belə dövlət
strukturunun yaradılması haqqında qərar düzgün
idi. Son illər dövlət komitəsinin nümayəndələri
Rusiyanın regionlarında yaşayan Azərbaycan diasporunun
nümayəndələri ilə fəal şəkildə əlaqələr
saxlayırlar. Biz dövlət komitəsinin sədri Nazim
İbrahimovun diasporun həyatı və problemlərinə
ayırdığı diqqətdən çox razıyıq.
Bu qurum daim bizə hər cür kömək göstərir”.
Qurultayda ötən müddət ərzində
görülmüş işlərə dair hesabat veriləcək,
təşkilatın nizamnaməsinə dəyişikliklərlə
bağlı təkliflər müzakirə olunacaq. Tədbirdə,
həmçinin qurumun gələcək fəaliyyət
perspektivləri, qarşıda duran vəzifələr,
ÜAK-ın fəaliyyətinin daha da təkmilləşdirilməsi
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparılacaq.
Qeyd
edək ki, ÜAK 2000-ci ildə Heydər Əliyevin dəstəyi
ilə təsis olunub. Fəaliyyət göstərdiyi müddət
ərzində ÜAK Rusiyada yaşayan azərbaycanlıların
təşkilatlanması, onların hüquq və
azadlıqlarının müdafiəsi, mədəni irsin təbliği,
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasına xidmət edən bir sıra
uğurlu layihələr həyata keçirib.
Məhəmməd TAĞIYEV
Paritet.-2011.-24-25 noyabr.- S.9.