“Azərbaycan diasporunun Bolqarıstanda qurulmasında da, fəaliyyətində də çətinliklər var

 

 Emil Kərimov: “Ölkəmizə Avropanı öz enerji resursları ilə təmin edə biləcək alternativ enerji mənbəyinin mərkəzi kimi baxılır”

 

Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimov “Azadinform”un suallarını cavablandırıb.

 

-Azərbaycanla Bolqarıstan arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? Mövcud vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- Bildiyiniz kimi, Bolqarıstan ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ulu öndər Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli münasibətlər, möhtərəm prezidentimiz cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində daha da inkişaf etdirilib. İki ölkə arasında indiyənədək müxtəlif sahələr üzrə 35-dən çox hökumətlərarası saziş imzalanıb və hazırda 10 sənəd razılaşdırma mərhələsindədir. Həmçinin iki ölkə arasında ticari-iqtisadielmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya və Parlamentlərarası dostluq qrupu mövcuddur və onların fəaliyyəti də öz növbəsində əlaqələrin inkişafına böyük təsirini göstərməkdədir. Qeyd etmək istərdim ki, hazırda ölkələrimiz arasında əlaqələr yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasında şəxsi və dost münasibətlər, həyata keçirilən birgə tədbirlər, bu sahədə aparılan qarşılıqlı müvafiq işlər nəticəsində günü-gündən inkişaf edirbu sıx əlaqələrin daha da inkişafına hər iki tərəfdən böyük maraq göstərilir.

-İki ölkə arasındakı iqtisadi əlaqələrin potensialından yetərincə istifadə olunurmu?

- Ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Kənd təsərrüfatı, yüngül sənaye, turizm sahələri üzrə ənənəvi təcrübəyə malik olan Bolqarıstan qeyd olunan sahələr üzrə Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük maraq göstərir. Belə ki, cari ilin oktyabr ayının 21-23 tarixlərində Bolqarıstanın iqtisadiyyat, energetikaturizm naziri T.Traykovun başçılıq etdiyi 20-dən artıq bolqar adamından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Səfər çərçivəsində nazir T.Traykovun Azərbaycanlı həmkarları ilə görüşləri və biznes forumun keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, cari ilin noyabr ayında Bakıda Hökumətlərarası Komissiyanın növbəti 4-cü iclasın keçirilməsi nəzərdə tutulur və həmin iclasın zamanı, o cümlədən qeyri-neft sektoru üzrə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirəsi gözlənilir. Həmçinin ölkələrimiz arasında ticarət dövriyyəsinin artması üçün qarşılıqlı tədbirlər həyata keçirilir.

-Ölkələr arasında mədəni və humanitar sahəsindəki  əməkdaşlıq hansı səviyyədədir?

- İki ölkə arasında mədəniyyət və humanitar sahələrdə sıx əlaqələr mövcuddur və bu əlaqələr günü-gündən inkişaf etməkdədir. Qeyd etmək istərdim ki, iki ölkə arasında mədəni əlaqələr xüsusilə inkişaf etməkdədir. Əlaqələrin inkişafı istiqamətində indiyədək mədəniyyət nazirləri səviyyəsində 3 qarşılıqlı səfər baş tutub. Bu səfərlərdən sonuncusu Bolqarıstanın mədəniyyət naziri V.Rəşidovun cari ilin aprel ayında ölkəmizdə keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə səfəri olub və səfər çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Saziş imzalanıb. İmzalanmış bu saziş çərçivəsində birgə tədbirlərin, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulurbu istiqamətdə tərəfimizdən müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Humanitar sahələr (sosial müdafiə, elm, təhsil, səhiyyə, idman) üzrə iki ölkə arasında əlaqələri xüsusilə qeyd edərək bildirmək olardı ki, iki ölkənin müxtəlif təhsil müəssisələri arasında müsbət əlaqələr mövcuddur. Bu əlaqələr çərçivəsində qurum rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilməkdə və qurumlar arasında əməkdaşlıq haqqında sazişlər imzalanmaqdadır. Hazırda tərəfimizdən iki ölkənin elmlər akademiyaları, universitetlər, Sosial Müdafiə və Təhsil nazirlikləri arasında yüksək səviyyəli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparılır və yaxın zamanlarda həmin sahələrdə yüksək səviyyəli qarşılıqlı səfərlərin, birgə tədbirlərin həyata keçirilməsi və səfərlər çərçivəsində əməkdaşlıq haqqında müvafiq sazişlərin imzalanması planlaşdırılır. Bundan əlavə, bildiyiniz kimi, ölkələrimizin Şəki və Qabrovo şəhərləri arasında qardaşlaşmış əlaqələr mövcuddur. Bununla yanaşı, dövlətlərimizin digər şəhərləri arasında da əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparılır. Ölkələrimizin KİV-i arasında sıx əlaqələr mövcuddur. Belə ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi və Bolqarıstan Teleqraf Agentliyi (BTA), habelə Azərbaycan Dövlət Televiziyası və Bolqarıstan Milli Televiziyası arasında möhkəm əlaqələr qurulub.

-Avropada Azərbaycanı böyük enerji resurslarına malik ölkə kimi tanıyırlar. Təmsil olunduğunuz ölkədə Azərbaycan iqtisadiyyatının digər sahələrinə maraq varmı?

- Ölkəmiz Bolqarıstanda böyük enerji resurslara malik ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizə Bolqarıstanda Avropanı öz enerji resursları ilə təmin edə biləcək alternativ enerji mənbəyinin mərkəzi kimi baxılır. Bu baxımdan, Bolqarıstan digər ölkələr kimi ölkəmizlə energetika sahəsində əlaqələrin inkişafına xüsusi önəm verir və ölkəmizin Avropanın təmin edilməsinə yönəlmiş bütün enerji layihələrində iştirak etməyə çalışır. Bununla yanaşı, Bolqarıstan hökuməti ölkəmizlə yuxarıda qeyd etdiyimiz kənd təsərrüfatı, yüngül sənaye, turizmtikinti sahələri üzrə əlaqələrin genişlənməsinə böyük maraq  göstərir.

-Azərbaycan və Dağlıq Qarabağla bağlı gerçəkliklərin təbliği nə qədər uğurlu aparılır?

- Qeyd etmək istərdim ki, Dağlıq Qarabağla bağlı həqiqətlərin bolqar ictimaiyyətinə çatdırılması və münaqişəyə hüquqi qiymət verilməsi səfirliyimizin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və səfirliyimiz bu istiqamətdə daim müvafiq işlər görməkdədir. Belə ki, səfirliyimiz tərəfindən keçirilən bütün diplomatik görüşlərdə, müxtəlif tədbirlərdə daim münaqişə ilə bağlı ətraflı məlumatlar qarşı tərəfin diqqətinə çatdırılır. Bununla yanaşı, səfirliyimiz tərəfindən mütəmadi olaraq, münaqişə ilə bağlı press-relizlər, kitabjurnallar, broşuralar Bolqarıstanın dövlət və özəl qurumları, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri və beynəlxalq təşkilatlar arasında yayılır. Həmçinin səfirliyimiz hər il Xocalı və 31 mart soyqırımlarına həsr olunmuş tədbirlər keçirir. Keçirilən bu tədbirlər arasında cari ilin fevral ayında səfirlik tərəfindən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbir barəsində qısa məlumat vermək istərdim. Qeyd olunan tədbirdə dövlət və özəl strukturların, diplomatik korpusun və beynəlxalq təşkilatların, KİV-in nümayəndələri iştirak etdilər. Tədbirdə qonaqlara Dağlıq Qarabağ həqiqətləri, tarixi faktları, erməni təcavüzü, təcavüzün ağır nəticələri, Xocalı və 31 mart soyqırımları barədə məlumatlar, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və İKT-nin müvafiq qətnamələri və bu qətnamələrə indiyənədək Ermənistan dövləti tərəfindən əməl edilməməsi barədə ətraflı məlumat verildi və Xocalı faciəsinə, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş videoroliklər nümayiş etdirildi. Bundan əlavə, İslam Konfransı Təşkilatının Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Xocalıya Ədalət rep üslublu video rolikin Bolqarıstanın bir sıra teleradio kanallarında səsləndirilməsinə nail olduq, həmçinin tədbirimiz və Xocalı faciəsi haqqında məlumat bolqar KİV-də yayıldı. Qeyd etdiyimiz bu və digər tədbirlər və görülən işlər Bolqarıstanda yaşayan çoxsaylı (30 mindən artıq)  erməni diasporu tərəfindən böyük narahatçılıq hissiylə qarşılandı. Burada nəşr olunan erməni qəzetində tədbirimiz haqqında məlumat yayıldı. Bundan əlavə, tədbirimizdə iştirak etmiş bəzi ermənipərəst televiziya kanallarının müxbirləri tərəfindən Dağlıq Qarabağla bağlı verilmiş provokasiyalı suallara tərəfimizdən konkret tarixi faktlara əsaslanan ədalətli cavablar verildibu da həmin kanallarda göstərildi.

- Bolqarıstanda Azərbaycan diasporunun  təşkilatlanma səviyyəsi necədir? Səfirliyin diaspor təşkilatları ilə əlaqələri necə qurulur, təşkilatların işinə necə dəstək verilir?

- İki dost xalq arasında qədim tarixə söykənən sıx münasibətlər və birgə mədəniyyətlər mövcud olsa da, təəssüflər olsun ki, Bolqarıstanda çox az sayda həmyerlilərimiz, vətəndaşlarımız yaşayır. Onların əksəriyyətini də tələbələrimiz təşkil edir. Bu baxımdan Azərbaycan diasporunun Bolqarıstanda qurulmasında da, fəaliyyətində də çətinliklər var. Lakin səfirliyimiz hazırda bu istiqamətdə müvafiq işlər aparır və müxtəlif diaspor xarakterli cəmiyyətlərin yaradılmasına çalışır.

-Avropa ölkələrinin bəziləri Azərbaycanla bağlı ikili siyasət yürüdür. Bu nədən qaynaqlanır? Azərbaycanın Avropadakı diplomatik nümayəndələri bu ikili standartlara əsaslanan siyasətə son qoymaq üçün hansı addımlar atıb?

- Avropa İttifaqının üzvü olan Bolqarıstan da Azərbaycanla bağlı bəzi məsələlərdə məcburiyyət qarşısında Avropa İttifaqının ümumi mövqeyindən çıxış edir. Ölkə rəhbərliyi tərəfindən aparılan siyasəti nəticəsində Azərbaycan son zamanlarda dünya ictimaiyyəti arasında və beynəlxalq arenada nüfuzlu dövlətə çevrilibbunun nəticəsi olaraq dünya ölkələri tərəfindən ölkəmizə maraq artıb. Azərbaycanla bağlı həqiqətlərin və dövlətimizə olan marağın artması üçün işlərin aparılması səfirliyimizin fəaliyyətinin əsas və ən vacib olan istiqamətidir.

 

 

Paritet.- 2011.- 4-5 oktyabr.- S. 9.