Londonda “Baku”
jurnalının ingilisdilli
versiyasının təqdimatı keçirilib
Rusiyada
çıxan populyar “Baku”
jurnalı yayım coğrafiyasını genişləndirir.
Oktyabrın 4-də Londonda “Baku” jurnalının ingilisdilli
versiyasının ilk nömrəsinin təqdimatının
keçirilməsi bunun əyani təsdiqidir.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku”
jurnalının baş redaktoru
Leyla Əliyeva iştirak
edib. Londonun mərkəzində, tarixi
Pikadilli meydanı
yaxınlığında yerləşən möhtəşəm
zalda keçirilmiş
təqdimat mərasimində şəhərin
tanınmış ictimai-siyasi xadimləri
iştirak etmişlər. Monitorlar vasitəsilə
Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, həmçinin
məşhur fotoqraflar Tom
Kreyq və Gaylz
Praysın çəkdikləri fotolar tədbir
iştirakçıları tərəfindən böyük maraqla
qarşılanıb.
“Baku”
jurnalının ingilisdilli versiyası Azərbaycanı Avropada
daha yaxından tanıtmaq baxımından mühüm əhəmiyyətə
malikdir. Jurnal bu
dəfə avropalı oxucuları qədim Odlar
Yurdunun zəngin tarixi,
mədəniyyəti, incəsənəti, gözəl ənənələr
və mətbəxi ilə məhz ingilis
dilində tanış edəcək. Bundan başqa,
jurnalda Azərbaycanın müasir
inkişafı və beynəlxalq aləmdə tutduğu
nüfuzlu yeri, ölkəmizdə
həyata keçirilən mühüm
layihələr, geniş turizm
potensialı və azərbaycanlıların müasir
həyat tərzi, xalqımızın gözəl xüsusiyyətləri
də ingilisdilli oxuculara
çatdırılacaq.
“Baku” jurnalının ingilisdilli versiyası dünyada məşhur “Konde Nast” nəşriyyat evində çap olunur. Jurnal təkcə Böyük Britaniyada deyil, eyni zamanda, ABŞ, Fransa, İtaliya və digər ölkələrdə də yayılacaqdır. Bu isə Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək etmək baxımından əhəmiyyətli rol oynayır. Rus dilində nəşr edilən jurnalın uğurları ümid etməyə əsas verir ki, ingilisdilli versiya da oxucuların böyük marağına səbəb olacaq. Təqdimat mərasimində çıxış edən “Konde Nast” nəşriyyat evinin direktoru Nikolas Koleric “Baku” jurnalının ingilisdilli versiyasının çox uğurlu layihə olduğunu vurğulayıb. N.Korelic bu dərginin Azərbaycanı Avropada daha da geniş təbliğ etmək baxımından mühüm əhəmiyyətindən danışıb.
Sonra
Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının
baş redaktoru Leyla Əliyeva çıxış edib. Mərasimə
toplaşan qonaqları salamlayan Leyla Əliyeva bildirdi ki,
dörd il əvvəl Moskvada rus dilində işıq
üzü görən jurnalın beynəlxalq
versiyasının yaradılması arzusu artıq
reallıqdır.
Jurnalın
baş redaktoru bu gündən nəşrin London, Paris,
Nyu-York, Berlin, Roma və dünyanın daha bir neçə
böyük şəhərlərində satışa
çıxarılacağını dedi.
Xəzərin
sahilində yerləşən qədim tarixi olan Bakının
dünyanın sürətlə inkişaf edən şəhərlərindən
biri olduğunu qeyd edən Heydər Əliyev Fondunun
vitse-prezidenti paytaxtımızın görməli və sevilən
guşələrdən, onun daha da gözəlləşməsi
istiqamətində aparılan işlərdən danışıb.
Bu
gün Bakının yeni inkişaf dövrünü
yaşadığını vurğulayan Leyla Əliyeva bildirib
ki, bütün bu müsbət dəyişikliklər “Baku”
jurnalında da öz əksini tapır: “Düşünürəm
ki, bu jurnal bizə köhnə ilə yeninin, Qərb ilə
Şərqin görüşdüyü məkan olan şəhərimizin
gözəlliyini, zəngin mədəni ənənələrini
göstərməyə yaxşı imkan yaradır. Jurnalın
səhifələrində siz incəsənət,
tarix, musiqi, dəb,
memarlığa aid məqalələr və
ən əsası heyranedici xalq haqqında hekayələr oxuya
bilərsiniz. Burada, həmçinin məşhur fotoqrfların çəkdikləri
şəkillər də yer alır və
bu axşam mən
onların bəzilərini burada görməyimə
çox şadam.
İnanıram ki, “Baku”
jurnalı dünyanın hər bir yerində
oxucular arasında öz
yerini tapacaq.
Xüsusən də burada - dünyanın
ən heyranedici şəhərlərindən
biri olan Londonda”.
“Eurovision”
mahnı müsabiqəsinin gələn il Bakıda
keçiriləcəyini xatırladan “Baku” jurnalının
baş redaktoru bunun paytaxtımız ilə daha yaxından
tanış olmaq və Bakının sehrini kəşf etmək
üçün gözəl fürsət olduğunu
vurğulayıb.
Leyla
Əliyeva jurnal üzərində işləyən hər kəsə
minnətdarlığını bildirib.
Mərasimdə
iştirak edən qonaqlar “Baku” jurnalının ingilisdilli
versiyasının çox böyük maraqla
qarşılanacağını vurğulayaraq nəşrə
olan tələbat və marağın günbəgün
artacağına ümidvar olduqlarını demişlər.
“Bugünkü tədbir heyranedicidir. Əminəm ki,
bu jurnalın ingilisdilli
versiyasının oxucuları Azərbaycan ilə daha yaxşı tanış etmək üçün çox böyük rolu
olacaqdır. Jurnal Azərbaycanın
özünəməxsus gözəlliyə malik
olduğunu hər kəsə sübut edəcəkdir. Onu
da bilirəm ki, Azərbaycan
çox zəngin mədəniyyətə,
təbii sərvətlərə və böyük
nüfuza malik olan bir ölkədir. Bu jurnal sayəsində
Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələr
daha da möhkəmlənəcəkdir”,
- deyə Böyük Britaniyanın ticarət
əlaqələri üzrə səfiri Leydi
Barbara vurğulayıb.
“Baku”
jurnalının ingilisdilli versiyası Azərbaycanın və
Bakının bütün dünyada keyfiyyətcə yeni səviyyədə
tanınmasına kömək edəcək. Jurnalın rübdə
bir dəfə nəşr edilməsi nəzərdə tutulub.
Bu dərgi həm də dünyada trendlər aləmində bələdçi
olacaqdır. Burada incəsənət
haqqında maraqlı materiallar toplanacaq, “Baku”nın səhifələrini bədii
foto sahəsində tanınmış
ustaların işləri bəzəyəcək. Bu isə heş
şübhəsiz ki, jurnala
olan marağı daha da artıracaq.
Paritet.-2011.-8-10 oktyabr.-S.5.