Ruslan Bayramovun etnodünyası

 

  Artıq beş ildir ki, Kaluqa vilayətində bütün dünya sivilizasiyalarının təmsil olunduğu geniş  etnopark fəaliyyət göstərir. Hər bir xalqın mədəni həyatlarının nümayiş olunduğu bu ərazinin ideya müəllifi və yaradıcısı həmyerlimiz Ruslan Bayramovdur.  O, 1969-cu ilin 7 sentyabrında Gədəbəy rayonun İvanovka kəndində dünyaya göz açıb. Bu kənddə  böyüyən Ruslan hazırda Rusiyada yaşayır. “Mən fəlsəfi konsepsiya və biznes anlayışlarının  bir olduğunu  sübut etmək üçün  bütün həyatım boyu  müvəffəqiyyətli olmalıyam”, Ruslan Bayramov belə deyir. 42 yaşlı “Etnodünya” layihəsinin yaradıcısı, eləcə də “Tramplin” ticarət kompleksinin və “Niyama” şəbəkəsinin sahibi hələ də  köhnə Nokia telefonu ilə gəzir. O başa düşmür niyə yaxta alır, qlamuru xoşlamır və inandırmağa çalışır  ki, həyatdan çox az şey istəyir. Amma Rusiyanın şəhərləri və kənarında Qaqarina, Lomonosova heykəl qoydurur və “Sofiya”, “Mədəniyyətlərin dialoqu” xeyriyyə fondlarına sponsorluq edir. O, tez-tez “enerji” və “ritm” sözlərini təkrar edir və etiraf edir ki, əgər  ideyalarına daha yaxşı konsentrasiya ola bilsəydi,  layihələri çox daha effektli olardı. Dostları deyir ki, Ruslan Bayramov elə təşəbbüskarlardandır ki, əvvəlcə ideyanı daha sonra onun maliyyə tərəfini fikirləşir.   

 

Kitab satışından  başlanan  yol

 

Rusiyanın “Kommersant” qəzeti  soydaşımız haqda hazırladığı yazıda deyilir ki, o,  1992- ci ildə Moskva metrostansiyalarının birinin yanında bir ərazini arendaya götürərək özünün ilk çadırını açıb. Orada pivə, siqaret, şokoladla bərabər qəzet və kitab da satırdı. Moskva Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi Bayramovun biznes haqda düşüncələri idealistcəsinə  idi: “Bir gün mən fəlsəfi aforizmlərlə bağlı  bir kitab tapdım. Fikirləşdim ki, bu kitab iki saata satılar” -o xatırlayır.  Tezliklə çadırların sayı dörd oldu. 1996-cı ildə isə R.Bayramov çadırların yerində şüşə pavilyonlar qurdu,  amma 2003-cü ildə bütün onları dağıdıb, yerində 5 min kvadrat metr ərazini əhatə edən “Tramplin” ticarət kompleksini yaratdı. Obyektin açılışı üçün Bayramova 5 milyon dollar lazım idi, onda isə yalnız 1,5  milyon dollar var idi. O bankdan kredit götürməyə cəhd edir, amma uğurlu alınmır. Pulun 2 milyon dollarını dostları verir. Qalan pulu tapmaq üçün Bayramov maraqlı ideya irəli sürür. İdeyaya görə kompleksdə arendaya verilən obyektlərdən kirayə haqqını bir neçə ay əvvəl alaraq pulun digər qismini tamamlayacaqdı. Onun əvəzində biznesmen söz verdi ki, dörd il ərzində kompleksə böyük kampaniyaları buraxmayacaq. Bəzi kirayəçilər bu qərarla razılaşdı, amma bəziləri yox. Məsələn Mac- Donalds  restorana ayrıca giriş və arenda haqqını daha ucuz istəyirdi. Ona görə də onlarla işləmək mümkün olmadı. Onda Bayramov hamını çaşdıran addım atdı. O kompleksin daxilində “Trampilin” universamı və “Niyama” restoranını açdı. “Niyama” ayrıca layihə oldu və hazırda həmin şəbəkəyə 14 restoran daxildir. “Tramplin”in  açılışından sonra kompleksin işlərinə mane olmamaq üçün R.Bayramov Hindistan və Tibetə getdi. Qayıdandan sonra isə o ideyaları ilə yenə heyrətləndirməyə davam etdi.  2005- ci ildə Bayramov İssik- Kulda vegeterian festivalı keçirən Vladimir Marusivlə tanış olur. Orada olduğu müddətdə  alaçıqda gecələyir. Və Moskvaya qayıdandan sonra incəsənət əsəri kimi alaçığı “Tramplin”in girişinə yerləşdirir. “Bu, Orta Asiya xalqlarını şoka salmışdı”, deyir Bayramov.   Bir ay sonra yurtanı “Trampilin”in damına, yerinə isə rus barakasını yerləşdirdilər. Bu da böyük ajiotaj yaratdı. Bayramov orada hindlilərin, çinlilərin yaşayış mühitini yaratmaq istədi. Amma onun ağlına daha yaxşı bir ideya gəldi: “Mən başa düşdüm ki, torpaq alıb bütün bunları bir yerə toplamaq lazımdır” 

Amma bu fikirlər təsadüfi  yaranmırdı. Belə ki, Ruslan Bayramovun 5 yaşı olanda, atası oğlunun yatağının yanında dünya xəritəsini asıbmış. 11 yaşı olanda Ruslan bütün dünya dövlətlərinin adlarını, paytaxtlarını əzbər bilirdi. Bayramovun  atası azərbaycanlı, anası rus idi. Özü isə Azərbaycanın kəndlərindən birində  böyümüşdü. Bu kənddə bir neçə  xalq məskunlaşdığından Ruslan daxilində  daim ixtilaf  gedirdi. O, özünün hansına daha yaxın olduğunu aydınlaşdırana qədər çox uzun zaman keçdi. “Mənə elə gəlirdi ki, mən seçim etməliyəm”,  deyən biznesmen  30 yaşında artıq seçimini etdi. O,  hər iki xalqı seçdi: “Mən həm azərbaycanlıyam, həm də rusam”.  O,  bütün dünya ilə vəhdət olmağın gücündən zövq almağa başladı. Bayramov fikirlərini belə izah edir: “Avropanın hər hansı bir küçəsində oturursan, şəhərin ritmini hiss edirsən, insanların gözünə baxırsan və başa düşürsən ki, sən burda tək deyilsən. Əgər 36 gün heç nə yeməsən və ancaq su içsən, öz hücrəndən çıxandan sonra bütün insanların “fikirlərini” eşidəcəksən”, deyən biznesmen 1999 -cu ildə bu aclıq təcrübəsini sınaqdan çıxardığını deyir. Elə bu hisslərlə də Bayramov yeni biznesini qurmağı qərara aldı.  

 

“Etnodünya”da  sivilizasiyalar birləşir

 

2005-ci ildə Ruslan “Etnodünya” üçün 100 hektar sahə axtarışına çıxanda Moskvanı, Ryazanı, Tveri ələk-vələk elədi. Moskvada ərazilər çox baha, Ryazanda paylanmış olduğu halda,  Tverdə o  yerli hakimiyyətlə anlaşa bilmədi. Biznesmən Borovska çatanda havada uçan 3 qartal görür və hissləri ona “Etnodünya” üçün vazgeçilməz ərazi tapdığını pıçıldayır. 

Bayramov Kaluqadan torpağın 1 sotunun qiymətini  600 dollardan 200 dollara qədər endirə bildi.  O inandırdı ki, “Etnodünya”nın yaranması ilə ətraf ərazidəki torpaqların da qiyməti qalxacaq. Sonra Bayramov Borovsk rayonunun administratoru ilə danışıqlar apardı. Və söhbətin sonucunda böyük ərazinin statusu  dəyişildi. Ərazilər kənd təsərrüfatlı ərazidən rekreativ zona statusu aldı. Və beləliklə, 2006-cı ildə “Etnodünya”nın təməli qoyulmağa başladı. 

Artıq neçə illərdir ki, Bayramov Kaluqada unikal etnoqrafik park - “Etnodünya” ilə yaşayır. Əvvəlcə bu, sosial mədəni layihə kimi düşünülürdü. İndi biznesmen ondan gəlir əldə etməyin yollarını tapır. Onun 93 hektar ərazisində 52 etnohəyətlər -müxtəlif xalqların milli yaşayış ənənələrinin sərgiləndiyi açıq hava altında muzey - olacaq. Bayramovun sözlərinə görə, o arasıkəsilmədən layihəyə enerji və pul xərcləyir. Artıq etnoparka 500 milyon rubl. pul xərcləyib, layihənin bütün qiyməti isə 500 milyon dollar həcmində qiymətləndirilir.

Hazırda “Etnodünya”nın ərazisində bir restoran, kafe, bir neçə suvenir maqazini və dörd etnohəyət - rus sobası formasında ikimərtəbəli rus muzeyi, ukraynalı və belarus, eləcə də bir neçə yurtalardan ibarət sibir xalqlarının həyətləri  var. Bu etnohəyətlərdə  həmin mədəniyyətin daşıyıcıları yaşayır. 2011- ci ilin iyulunda açılan Nepal həyətində hələ tam yaşayış yoxdu, amma yaxınlığında hind və Şri-Lankanın fundamenti qoyulur.   R.Bayramovun təxminlərinə görə, “Etnodünya” 2 milyard dollar gəlir gətirməlidir.  “Etnodünya”nın mərkəzi restoranının divarlarından  heyvan dəriləri asılıb. Ruslan deyir ki, anturaja görə buna dözmək lazım gəlir. Qeyd edək ki, Bayramov artıq 15 ildir ki,  ət yemir. O əsl vegeteriandır. Fikirləşir ki, beləcə o öz iş qabiliyyətini daha da artırır, belə ki, günün 12-14 saatını işləyir.

 

Gəlin, bu dünya ilə tanış olaq

 

“Etnodünya”da “Dünya küçəsi” deyilən yer var. O üç hissədən-  restoran- süvenir, Şərq və Qərb- ibarətdir. Sonuncu iki hissə  çox da böyük olmayan 43  pavilyondan ibarətdir ki, onların da hər biri hansısa bir  ölkəyə aiddir. Həftəsonları pavilyonlarda həyat qaynayır. Burda hər xalqın mədəniyyətinə uyğun master-klasslar keçirilir. Amma ara günlərdə “Dünya küçəsi” ziyarətçi sarıdan seyrək olur. 

Bu dünyanın maraqlı bir qismi etnohəyətlərdir. Burada hər bi xalq özünə məxsus milli mədəniyyətin təmsilçisi kimi çıxış edir. Amma buradakı pavilyonlar təxmini səfirlik rolunu oynamalıdır. Onun fikrincə hər bir səfirlik “Etnodünya”da olan ərazilərini özləri maliyyələşdirməlidirlər. Əvəzində isə onlar restoran və mehmanxalarda süvenir satışı ilə məşğul ola bilərlər. Bu aspektdən hələlik yalnız bir layihə (Nepal) reallaşıb. Nepalın 20 nümayəndəsi etnohəyət üçün 1,5 milyon dollar xərcləyib.  Bayramov fikirləşir ki, park 6-7 ilə alınacaq. Buna görə, günə  min ziyərətçi olmalıdır. Belə göstəricilərə isə Bayramov iki ildən sonra nail olmaq istəyir. İndi bu qədər adam ancaq həftəsonları gəlir. Ziyərətçilər geniş ziyarətlər zamanı daha çox olur. Sonuncu belə bir tədbirlərin birində 7,5 min adam gəlmişdi. Nəzərə alsaq ki, biletin biri 150- 300 rubldur. Park bundan 2 milyon rubl qazandı. Bir ayda “Etnodünya”da bir- iki belə böyük tədbirlər olur. Parkın ümumi illik gəlirini Bayramov açıqlamır, təxmini  hesablamalara görə isə bu rəqəm 1-2 milyon dollar həcmindədir. 

 Digər gəlirlər isə mehmanxanalardan gəlir. Hər etnohəyətin ərazisində mehmanxana fəaliyyət göstərir ki, bunlar hər xalqın milli üslublarına uyğun yaradılır   5-30 otaqdan ibarət olur. Mehmanxananın bir günü ziyarətçilərə 2 - 8,8 min rubl arası başa gəlir. Hələlik mehmanxanalar festival günlərini çıxmaq şərtilə 15-20 faiz dolur. Çünki o günlərdə hətta çadırlar da dolu olur. Bayramov onunla təskinlik tapır ki, hələ layihənin reklamı ilə tam məşğul olmayıb.  Hələ ki, “Etnodünya”nın ticarət ofisində beş  nəfər çalışır. Amma Bayramov deyir ki, belə layihələrdə 100 menecer satışla məşğul olmalıdır.

Bayramov tez-tez bura xarici nümayəndəlikləri dəvət edir. Gələcək planlarda hökumət tərəfdaşlığı da önəmli rol oynayacaq.  Fəlsəfəni bizneslə barışdırmağın ən sərfəli yolu daşınmaz əmlakı satmaqdır.  Bayramov “Etnodünya”nın Avropa hissəsində 600 min kvadrat metr ərazidə 300 min nəfər üçün ekoevlər tikmək istəyir.

 

“Etnodünya”da  Azərbaycan

 

Azərbaycan da bu “etnodünya”da təmsil olunur.  Azərbaycan etnohəyətində ölkəmizin mədəni həyatı, yaşayış tərzi ziyarətçilərə təqdim olunur.  Ümumilikdə isə “Etnodünya  mədəniyyətin dialoqu ideyası üzərində qurulub. Bu layihə bütün dünyada yaşayan  xalqları birləşdirir və bir- biri ilə tanışdırır. 

 

 

Nərmin MURADOVA

 

Paritet.-2011.-13-14 oktyabr.-S.10.