Biz özümüzü Türkiyədə azlıq mövqeyində hiss etmirik

 

Seyfəddin Ayaqyay: “Ürəyi yanan, vətən sevgisi daşıyan Azərbaycan mənşəli diaspor təşkilatçılarına ehtiyac var”

 

 Müsahibim Seyfəddin Ayaqyay (İlyasxanoğlu) bütün həyatını Azərbaycan torpaqlarının qoxusu ilə keçirdiyini deyir. Bunun da səbəbi onun Azərbaycan mənşəli olmasıdır. “Hər mahnısını eşidincə ağlayan anamın səsi qulaqlarımdan getmir. Atamın ermənilər tərəfindən Amasya rayonunun Bacığlu kəndində ermənilər tərəfindən Merkte yandırılan ailəsinə dediyi bayatıları unuda bilmirəm”, deyə Vətən həsrətini bu cür ifadə edir. O, 1948-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Atası Muxtarxan İrəvan nəslindəndir. Anası isə Araz Türk Cümhuriyyətinin Müəssislər Məclisinin sədri olmuş göyçəli Hacı Fərhadoğlu Məşhədi Səmədin qızıdır. S.Ayaqyay 1997-ci ildən təqaüdə çıxsa da, Manisada diaspor sahəsində fəallığı ilə fərqlənir. Hazırda Manisa Azərbaycan Mədəniyyət və  Həmrəylik Cəmiyyətinin sədridir.

 

-Atam Muxtarxan 1961-ci ildə Qarsda, anamsa 1992-ci ildə Manisada rəhmətə gediblər. Orta məktəbi Qarsda bitirmişəm. Sonra Eskişehir Universitetinə daxil oldum. İş fəaliyyətinə 1971-ci ildən başlamışam. 1980-ci ildə Vanda, 1981-ci ilndə Manisada, 1994-cü ildə Egey Universiteti Tibb fakültəsində 1997-ci ilə qədər məmurluq vəzifəsini davam etdirdim. Evliyəm, 1 qızım var.

1987-1999 illər arasında ayrıca İdman Klubları Federasiyasına başçılıq etmişəm. Türkiyə Futbol Federasiyası Rəhbərliyi Həvəskar İdmançılar Təşkilatı, Türkiyə Cüdo Federasiyası İdarə Heyəti üzvlüyü, Türkiyə Alpinizm Federasiyası  Rəyasət Heyətinin üzvü olmuşam. Hələ də Alpinizm və Ekstremal İdman Növləri Gənclik Klubuna rəhbərlik edirəm.

 Dövlət məmuru kimi də Azərbaycanın Müstəqilliyinin arxasından erməni hadisələrinin baş qaldırandan sonra Azərbaycana, o cümlədən,  Naxçıvana köməyə hər vaxt canla başla iştirak etmişəm. Təqaüdçü olunca ilk işim Türkiyə -Azərbaycan dostluq cəmiyyətlərini fəallaşdırmaq üçün işlərə başladım, Ankarada qurulmuş bir Azərbaycan dərnəyi var idi. Bəzi şəhərlərdə şöbələri mövcud idi. Lakin siyasi ideologiyaya sahib olan bu dərnək Azərbaycan rəhbərliyinə isti münasibət göstərmirdi. 2002-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla İzmirdə görüşərək Türkiyədə azərbaycanlıların ictimai birliklərdə təşkilatlanmaları haqda söhbət etmişdik.

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin layihələri daxilində Türkiyədə ilk olaraq Manisada 30 avqust 2003-cü il tarixində Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətini yaratdıq. Ardınca İzmirdə Azərbaycan Mədəniyyət Evi açıldı.  Daha sonra isə digər cəmiyyətlər yaradıldı. Bu cəmiyyətlərlə Türkiyədə Azərbaycan Cəmiyyətləri Federasiyasını qurduq. Mən bu federasiyanın sədrinin müavini idim. Bundan başqa, Avropa Azərbaycan Cəmiyyətləri Federasiyasının Rəyasət Heyətinin üzvüyəm. Hazırda Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Cəmiyyətinə rəhbərlik edirəm.

- Cəmiyyətin hansı fəaliyyət istiqamətləri var? 

- Qeyd etdiyim kimi, cəmiyyəti 2003-cü ildə rəsmi olaraq yaratdıq. Cəmiyyətimizin yaradılmasıyla azərbaycanlılar arasında birlik, bərabərlik və həmrəylik gücləndi.  Qarabağ, Xocalı hadisələri başda olmaq üzrə Azərbaycanın əlamətdar günlərini ictimaiyyətin diqqətinə çatdırırıq. Bunun üçün panel, simpozium, konfrans və qanvermə aksiyaları təşkil edir, lobbiçilik fəaliyyəti icra etməyə çalışırıq və bacardıq deyə bilərik. Milli günlərimiz olan Dünya Azərbaycanlılarının Həmrəylik  günü, Novruz bayramlarını böyük coşqularla qeyd etdik. Həmin günlərdə Azərbaycandan müğənnilər gətirilərək mədəniyyətimizi  təqdim edirik.  Həmçinin, teatr gətirərək mədəniyyət və ənənələrimizlə, incəsənətlə bağlı hadisələri tanıtdıq. 2007-ci ildə Manisa, İzmir və Niğde şəhərlərində İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illiyini keçirdik.  Niğde şəhərində Azərbaycan Heydər Əliyev Parkının yaradılmasını təmin etdik. Hələ də mədəni işlərimiz davam etməkdədir. Mədəniyyət və Turizm naziri hörmətli Əbülfəz Qarayevlə Dünya Azərbaycanlılarının III Qurultayında Bakıda görüşdük. Qərara aldıq ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının oynadığı “Soyqırım abidəsinin dastanı” adlı tamaşasını noyabr ayında Ankara, İstanbul, İğdır, Qars, Muğla, İzmir, Uşak, Denizli və Manisada nümayiş etdirək. Artıq, bütün hazırlıqları edilərək ermənilərin etdikləri soyqırımları sərgiləyəcəyik.

- Manisadakı azərbaycanlıların ora köç tarixi necə olub?

- Azərbaycanlıların Manisaya gəlmələri   Türkiyənin Qurtuluşdöyüşünə qədər  uzanmaqdadır. Azərbaycan mənşəli Manisa Tarzanı deyə xatırlanan Əhməd (Çarlak), sonradan Bədəvi soyadını alanla başlar, İkinci Dünya müharibəsində almanlara əsir düşən Səftər Bakılı ilə davam edər. 1970-ci il illərdə sıx bir şəkildə İqdır və Qarsdan Azərbaycan mənşəlilərin gəlmələriylə davam edər. Mən 01.05.1981-ci ildə Manisaya gəldim və hələ də Manisada yaşamaqdayam.

-  Azərbaycanlılar burada özlərini yad hiss etmirlər ki?

-Ulu Öndər Heydər Əliyevin dediyibir millət, iki dövlətsözü kimi Türkiyəni Ana Vətənimiz görməkdəyik. Türkiyədə 8 milyondan çox Azərbaycan mənşəli insan yaşamaqdadır. Biz buranı  öz vətənimiz saydığımızdan özümüzü azlıq mövqeyində hiss etmirik. Vətən üçün Çanaqqala döyüşündə şəhid olan 500 dən çox Azərbaycan mənşəlilər var.  Kipr müharibəsində indi Cənub-Şərqdə şəhid olan Azərbaycan mənşəli Türkiyə  vətəndaşları var. Bu vətəni özümüz bir kökümüz, bir yaşadığımız torpağımız,  Atatürkün dediyi kimi Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir deyən qardaşlarımızla paylaşırıq. Vətənimizi qəriblik hissi  ola bilməz.

-  Türkiyə Azərbaycan diasporunun birgə fəaliyyəti ilə bağlı hansı problemlər var?

- Türkiyə diaspor fəaliyyətlərində əslində Heydər Əliyevin ideologiyası daxilində cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının  III Qurultayında söylədikləri istiqamətində fəaliyyət göstərsələr heç bir problem olmayacaq olamaz da. Gəl gör ki, hər almanın çürüyü çıxdığı kimi, diaspor təşkilatçılarında da çürük almalar var. Bunlara mən əmzikli diaspor təşkilatları deyirəm. Bunlar öz mənfəətlərini dövlətin mənfəətlərindən üstün tutaraq  çalışanlardır. Əmzik aldıqlarında ortaya çıxar, başqa zaman səsləri çıxmayanlardır. Acı da olsa,  gerçək budur. Ürəyi yanan, vətən sevgisi daşıyan Azərbaycan mənşəli diaspor təşkilatçılarına ehtiyac var. Əks təqdirdə, Azərbaycan mənşəli olmayan iqtisadi mənafeyə  söykəyərək davam etdirilən fəaliyyətlər Günəş işığında şam yandıranların fəaliyyətləridir.

- Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?

-Digər diaspor cəmiyyətləriylə hər vaxt əməkdaşlıq edirik. Teatrın Türkiyədə nümayişinə diqqət yetirsəniz adı keçən İqdır, Qars, Ankara, İstanbul, Muğla   Manisa kimi şəhərlərdəki cəmiyyətlərlə  davamlı əməkdaşlıq edirik.  Hər birinin tək-tək fəaliyyətlərinin yanında ortaq fəaliyyətlərdə panel, simpozium, konfrans mitinqlər keçirirlər.

-  Erməni yalanlarının ifşa olunması istiqamətində hansı işlər görürsünüz?

- Tarix boyu türklərə qarşı ermənilər tərəfindən törədilən soyqırımlar heç vaxt unudulmayacaq. Ermənilər əsrlərdir genetik strukturlarındakı vampirlikləri ilə körpə uşaq qatilliklərini bu gün dünyanın gözünün içinə baxaraq davam etdirməkdədirlər..! Heydər Əliyevin İzmirdə söylədiyi kimi,  hər bir qarış Azərbaycan torpağı bizləri əmizdirən analarımızın köynəyidir, namusumuzdur, onu azad etmək boyumuzun borcudur. Hər Azərbaycan türkü yaşadığı ölkədə ermənilərin yalanlarını ifşa etməli. Hər Azərbaycan türkü yatanları oyandırmaq üçün qışqırmalıdır. Ya diasporda dünya güc birliyini yaratmalıyıq, ya da üzərimizə tökülən ölü torpağıyla qucaqlaşaraq yatmalıyıq. Biz erməni yalanlarının ifşa edilməsi üçün mətbuatda, televiziyalarda ictimai rəy yaratmaq üçün müxtəlif fəaliyyətlər göstəririk. Ermənilərin Xocalının, Qarabağın, Kəlbəcərin, Şuşanın, Ağdamın, hətta Türkiyədə 1915-1920-ci illərdə törətdikləri soyqırım zülmləri hər il  xatırlayır, mitinq, panel konfranslarla xalqa izah etməyə çalışmaqdayıq. Elmi araşdırmalarla ermənilərin bu gün yaşadıqları torpaqların biz türklərin, azərbaycanlıların qədim Ana yurdu olduğunu hətta, İrəvanı 29 may 1918-ci ildə 100 illiyinə kirayəyə götürdüklərini sərgiləməyə çalışırıq. bu istiqamətdə işlərimiz davam edəcək.

-  Perspektivdə hansı tədbirləri keçirməyi nəzərdə tutubsunuz?

- Biz illik proqramlar tərtib edirik. Bu ilin son ayında yuxarıda bildirdiyim kimi İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyənin bir neçə şəhərində tamaşasını göstərəcəyik. 31 dekabr 2011-ci il tarixində isə Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramını təntənəli şəkildə qeyd edəcəyik. Sonda işlərinizdə müvəffəqiyyətlər diləyir, hər bir azərbaycanlının yurduna milli məsələlərinə sahib çıxmalarını arzu edirəm. Salam olsun Azərbaycanın Türkiyənin işıqlı gələcəyinə deyir, sayğılarımı çatdırıram.

 

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 17-19 sentyabr.- S. 10.