“Xocalı və Qarabağla bağlı aksiyalar daim gündəmdə qalmalıdır”

 

Ramin Həkimov: “Tək Böyük Britaniyada deyil, eləcə də Avropanın digər ölkələrində diaspora və lobbiçilik fəaliyyətimizi davam etdirəcəyik”

 

Ötən həftə Bakıda çox mühüm tədbir baş tutdu. Söhbət avqustun 26-27-si Xaricdə Təhsil alan və Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təşkil etdiyi  “Bakı gənclər diyarı” adlı IX Beynəlxalq Yay Forumundan gedir. Forumda 35-dən çox ölkədən gələn azərbaycanlı gənclərə rast gəlmək olardı. Gənclər təhsil aldıqları ölkələrdə Azərbaycan adına gördükləri işlər barədə forum iştirakçılarını məlumatlandırırdılar. Layihə çərçivəsində xaricdə diaspora sahəsində aktivlik nümayiş etdirən gənclərlə müsahibələri sizə təqdim edəcəyik. Budəfəki müsahibim dövlət proqramı ilə Böyük Britaniyanın York Universitetində Beynəlxalq Əlaqələr və Siyasət fakültəsində bakalavr təhsili alan eləcə də York Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Ramin Həkimovdur.  Forumun işini yüksək qiymətləndirən həmsöhbətim deyir ki, burda məqsəd xaricdə təhsil alan tələbələrimizdən ibarət şəbəkənin qurulması prosesini gücləndirmək, tələbələr arasında əlaqələri genişləndirməkdir.

 

 Qısa arayış

 

Ramin Həkimov 1989-cu ilin sentyabrında Bakıda anadan olub. 2007-ci ildə məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinə daxil olur. 2008-ci ildə London İqtisadiyyat Politologiya Universitetinə sənədlərini göndərir   İngilis dili üzrə Bazis Proqramının əyani şöbəsinə qəbul  olunur. Bununla kifayətlənməyən Ramin Həkimov  2009-cu ildə sənədlərini York Universitetinə göndərir. Bu il həmin universitetin Beynəlxalq Əlaqələr Siyasət fakültəsinin 3 illik bakalavr təhsilinin ikinci kursunu bitirib.   

 -Bu forum artıq neçə illərdir ki, gerçəkləşir. Əldə olunan nəticə isə ondan ibarətdir ki, şəbəkəmiz genişləndikcə fəaliyyət dairəmiz genişlənir. bu da imkan verir ki, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edək. Çünki ən ümdə məqsədimiz daha qlobal səviyyədə Azərbaycanı xaricdə tanıtmaqdır. 

 

Tələbələri bir araya toplamaq üçün buna ehtiyacımız var idi

 

 -York Azərbaycan Cəmiyyəti necə yarandı? Bu bir vətəndaş borcu idi, yoxsa?

-Təbii ki, bu bizim vətəndaş borcumuz idi. Vətənini sevən insan bunu etməlidir. Məncə,  Azərbaycanı xaricdə təmsil etmək hər bir tələbənin əsas işi olmalıdır. ASAİF-in əsas məqsədi bizim cəmiyyət üçün keçərlidir-  xaricdə olan azərbaycanlıları vətənə qaytarmaq, şəbəkə prosesini qurmaq gücləndirmək, reallıqları dünya ictimaiyyətinə çatdırmaq. Bunları etmək üçün vahid birlik halına gəlməyimiz lazım idi. bu kimi cəmiyyətlər- istər dövlət, istərsə qeyri-dövlət olsun- tələbələri bir araya toplayan platformadır. Ona görə düşündüm ki, mənim kimi tələbələri bir araya toplamaq üçün cəmiyyətə ehtiyacımız var. York Azərbaycan Cəmiyyəti 25 yanvar 2009-cu ildə təsis olunub. Mən onun təsisçisi sədriyəm.

-Cəmiyyətinizin neçə üzvü var?

-York Universitetində on azərbaycanlı (7 oğlan 3 qız) təhsil alır, hamısı da cəmiyyətimizin üzvüdür. İndi tələbələrimizdən beşi artıq geri qayıdır. Amma bu il gedəcək yeni tələbələrimiz var, onları səbrsizliklə gözləyirik. Böyük Britaniyada müxtəlif cəmiyyətlər var biz qruplar şəklində bir-birimizlə əlaqə saxlayırıq facebook, iftar  sosial şəbəkələr vasitəsilə kontaktları qurub tədbirlərimizi təşkil edirik.

 

Qarabağa azadlıq  Xocalıya ədalət

 

-Bir az cəmiyyətinizin həyata keçirdiyi tədbirlər haqqında məlumat verərdiniz. Azərbaycanı uzaq diyarda necə tanıdırsınız?

-Böyük Britaniyada Azərbaycanı həm akademik heyət, həm tələbələr arasında layiqincə təmsil etməyə çalışırıq. Orda Azərbaycan günlərini, gecələrini, milli şənliklərini  ümumiyyətlə təqvimizdə olan bütün  əlamətdar günləri keçirməyə səy göstəririk. Həmin tədbirlərdə Azərbaycan milli mətbəxindən nümunələr təqdim edilir, milli rəmzlərimiz tanıdılır. Eyni zamanda tədbirlərimizdə iştirak edənlərə ölkəmiz haqda bukletlər, kitablar, disklər, kalendarlar verilir. Orda təkcə ingilislər deyil, bütün ölkələrdən təhsil alan beynəlxalq tələbələr var. Bundan başqa York Universitetində bu ilin 23  fevralında ictimai leksiya keçirdik. Məruzəçimiz  Okford, Leeds, Surrey SOAS London Universitetinin professoru  Tamara Draqadze idi.  Məruzədə Azərbaycan gerçəklikləri- Qarabağ Xocalı, eləcə müstəqillik mübarizəmiz geniş əks olunurdu. Leksiya iştirakçılarına çap olunan elmi-akademik jurnallar, elektron materiallar  da hədiyyə edildi. Hər il Londonda ənənəvi olaraqQarabağa azadlıq  Xocalıya ədalətadlı aksiyalar keçiririk. Bu ilki aksiyada bizi 150-yə yaxın azərbaycanlı tələbəmiz eyni zamanda Cənubi Azərbaycandan gəlmiş dostlarımız, kosovalı, serbiyalı, türkiyəli həmyaşıdlarımız da dəstəklədilər. Aksiya zamanı biz Trafalqar Meydanından Böyük Britaniya Parlamentinə qədər yürüş edərək müxtəlif şüarlar səsləndirdik. Sonra Böyük Britaniya baş nazirinin ofisinin yanına gedib, ona  bütün Azərbaycan cəmiyyətlərinin təhsil alan tələbələrimizin imzasıyla petisiya ünvanladıq. uğurlu cavab da  aldıq. Tədbirlər təkcə Böyük Britaniyada deyil,  bütün Avropa ölkələrində eyni anda həyata keçirildi.

 

 İngilislər erməniləri işğalçı millət kimi tanıyırlar

 

-Ümumiyyətlə, Britaniyada Azərbaycanı necə tanıyırlar?

-Azərbaycanı necə layiqdi elə tanıyırlar. Yəni hər kəs bilir ki, biz təkcə maddi nemətləri, təbii sərvətləri olan ölkə deyil, həm intellektual, düşüncəli, savadlı bir millətik. Biz bunu özümüzü aparmağımızla, mədəniyyətimizlə ümumiyyətlə akademik ildə əldə etdiyimiz göstəricilərimizlə  sübut edirik. Biz sadəcə oxumur eyni zamanda ictimai aktivlik göstəririk. Ona görə azərbaycanlılar daim orda qabiliyyətli, savadlı biri kimi tanınırlar.

-Maraqlıdır, təhsil aldığınız universitetdə ermənilərə münasibət necədir?

-York Universitetində 5-6 erməni oxuyur. Bütün tələbələr Beynəlxalq Tələbələr Assosiasiyasında birləşir. Mən Avropanın 50 ölkəsinin nümayəndə heyətinin sədri olduğuma görə orda lazımi tədbirləri görürəm. Təbii ki, mən leksiyaları keçirməklə artıq siyasət, diplomatiya, beynəlxalq münasibətlər, siyasi-sosial elmlərdə təhsil alan insanları, akademik, tələbə heyətini məlumatlandırmışam. bu işlər professorlar tərəfindən görülüb deyə artıq hər kəs Azərbaycan reallıqlarını bilir  erməniləri işğalçı, soyqırım törədən bir millət kimi tanıyırlar.

-Yəni Qarabağın bizim olduğu gerçəkliyini qəbul edirlər.

-Bəli. Böyük Briyaniyada hər bir insan-orda internet istifadəçilərinin sayının inanılmaz dərəcədə yüksək olduğunu nəzərə alsaq-sadəcə google-da axtarış verib bu gerçəkliyi görə bilər. Yəni ermənilər vaxtsa hansısa arqument irəli sürəndə ingilislər həqiqəti deyə bilirlər.

-Necə fikirləşirsiniz, diaspora sahəsində daha çox hansı istiqamətlərdə fəaliyyət göstərmək lazımdır?

-Xocalı, Qarabağ aksiyaları daim gündəmdə qalmalıdır. Çünki biz sakit elmi, mədəni təbliğatımızla bərabər ictimai aktivliyimizi göstərməliyik. Səsimizi lazım olduğu anda, lazım olduğu ünvanlara çatdırmalıyıq. Təbii ki, yeni yollar -ictimai leksiyalar, Azərbaycan günlərinin daha fərqli formatlarda keçirilməsi ola bilər. Bundan başqa  Azərbaycandan nümayəndə heyətinin getməsi ilə rəsmi görüşlər təşkil oluna bilər. Akademik rəsmi heyətin Azərbaycana gəlişi təşkil oluna bilər. Ondan başqaAzərbaycan dünən, bu gün sabahadlı sərgilər keçirmək olar, hansı ki, bu il artıq York Universitetində səfirliyimizin köməkliyi ilə baş tutması gözlənilir. Bir sözlə, görüləsi işlər çoxdur. ASAİF-in Böyük Britaniyadakı koordinatorluğu davam edəcək. ASAİF- bərabər bir çox forum təşkil etmək istəyirik. Azərbaycan gecələri, sərgilər, ictimai leksiyalar bu kimi əyləncəli tədbirlərlə tək Böyük Britaniyada deyil, eləcə Avropanın digər ölkələrində diaspora lobbiçilik fəaliyyətimizi davam etdirəcəyik.

-Böyük Britaniyada təhsil alan digər tələbələrlə münasibətləriniz hansı səviyyədədir?

-Əlaqələrimiz daim yüksək səviyyədədir. Çünki mən bütün universitetlərdə keçirilən tədbirlərdə həm cəmiyyət təsisçisi olaraq, həm Beynəlxalq Tələbələr Assosiasiyasının komanda heyətinin üzvü olaraq  iştirak edirəm. Həmişə azərbaycanlı dostlarımıza bunu deyirəm- tədbirlərdə iştirak etməliyik ki, biz tədbir keçirəndə onlar  gəlsinlər.

-Artıq sonuncu kursdasınız. Təhsilinizi başa vurub vətənə qayıdacaqsınızmı?

-Hələ ki, təhsilim davam edir. Amma ola bilsin magistr üzrə təhsilimi başqa ölkədə davam etdirim.

 

 

N. ELDARQIZI

 

Paritet.- 2011.- 3-5 sentyabr.- S.10.