Finlandiyadakı diasporumuz fəaliyyətini daha
da genişləndirir
Diaspor fəallarımız
Almaniyada “20 il Dağlıq Qarabağ Respublikası” adlı
konsert keçirilməsinə etiraz bəyanatı yayıblar
Finlandiyadakı diasporumuz Almaniyada
“20 il Dağlıq Qarabağ Respublikası” adlı konsert
keçirilməsinə qəti surətdə etiraz edir. Finlandiya
Azərbaycan Assosiasiyasından “Paritet”ə verilən xəbərə
görə, assosiasiyanın sədri Vasif Muradlının
adından Ştuttqart şəhərinin
baş meri Dr. Wolgang Schusterə, Almaniyanın Baden
Vürtemberq əyalətinin Baş naziri Winfried Kretschmana,
Baden Vürtemberq əyalətin dövlət nazirliyinin mətbuat
xidmətinə, Almaniya dövlət rəhbərlərinə,
“20 il Dağlıq Qarabağ Respublikası”adlı konsertin təşkilatçılarına
ünvanlanmış müraciətdə xatırladılır ki, Ermənistan
- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması istiqamətində bütün beynəlxalq
təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa
Şurası, o cümlədən Avropa Parlamentinin qəbul
etdiyi sənədlərdə Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq
olunur.
Xatırladılır
ki, beynəlxalq təşkilatlar, o cümlədən, Avropa
Parlamentin Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyir və
Dağlıq Qarabağ torpaqlarını Azərbaycan ərazisi
hesab edir: ”Biz Finlandiya Azərbaycan Assosiasiyası
AŞPA-nın Hüquqi işlər və insan
hüquqları komitəsinin sədri Kristos Pirquridesin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları barədə fikirlərini Almaniyada keçirilməsi
nəzərdə tutulan “20 il Dağlıq Qarabağ
Respublikası” adlı konsertə
dəstək olan dövlət məmurlarının nəzərinizə
çatdıamaq istəyirik. “Ermənistanın Azərbaycana
təzyiqi, Dağlıq Qarabağı və onun ətrafındakı
7 rayonu işğal altında saxlaması həm yerli, həm də
beynəlxalq qanunların norma və prinsiplərinə ziddir”.
“Sizdən
rica edirik ki, bu adda konsertin keçirilməsinə izn verməyəsiniz.
Əks halda, Avropada fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatları birləşərək Azərbaycanın
ərazi bütövlüyünün qorunması, məqsədi
ilə, dövlətimizə dəstək olaraq bu konsertin təşkilatçılarını
və təşkilatçılara dəstək olan məmurları
beynəlxalq məhkəməyə vermək qərarına gəlmək
məcburiyyətində olacağıq”-deyə bəyanatda
bildirilir.
FAA
bir Azərbaycan diaspor təşkilatı olaraq Almaniya dövlətinin
rəhbərlərindən icra məmurlarından xahiş edir
ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının
20-ci ildönümü ərəfəsində
İşğalçı Ermənistan dövlətini dəstəkləmək
əvəzinə, Almanyada fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarına
Azərbaycan mədəniyyəti, Dağlıq Qarabağ həqiqətləri
adlı tədbirlər keçirməkdə dəstək
olsun.
FAA əlaqələrini
və fəaliyyyət dairəsini də genişləndirir.
Belə ki, FAA Ramazan bayramını Finlandiya Türk dərnəyilə
birgə avqustun 31-də Helsinki şəhərində qeyd
edib. Assosiasiyadan qəzetimizə verilən məlumata görə,
bayramda digər dinlərin nümayəndələri də
iştirak edib. Kiçik yaşlı uşaqlar bayramı daha
da şənləndirib.
Bu
arada isə Flippinin Fillandiyadakı səfirliyinin təşkilatçılığı
ilə “Qadınların Cəmiyyətdə rolu “adlı
seminar keçirilib. Finlandiyada fəaliyyət göstərən
azsaylı xalqların fəaliyyətdə olan diaspor cəmiyyətləri səfirlik tərəfindən bu seminara dəvət
olunublar. FAA nəzdində fəaliyyət göstərən
Qadınlar Cəmiyyətinin sədri
Arzu Oqtay, hüquqşünas Cəmilə Tamayeva və cəmiyyətin digər
üzvləri də bu seminarda iştirak ediblər. Seminarın
keçirilməsində əsas məqsəd qadınların
hüquqları və maraqlarının qorunmasına xidmət
edən normalarla bağlı
Finlandiyada olan icmaların əməkdaşlarının
bilgilərini artırmaq olub. Seminarda çıxış edən
Filippinin Finlandiyadaki səfiri xanım Maria Angelina Miciano Sta
Catalina layihə və seminarın məqsədindən,
qadın hüquqlarından söhbət açıb. Sonra
mövzu ətrafında məruzə
çıxışları edilib və
iştirakçılara qadın hüquqlarının təminatı
sahəsində reallıqlar və problemlər barədə ətraflı
məlumat verilib. Seminar iştirakçıları məruzələr
ətrafında müzakirələr aparıblar və
mövzu ilə bağlı məruzəçilərə
çoxsaylı suallarla müraciət ediblər.Seminarın
sonunda sorğu anketi vasitəsi ilə seminarın işi qiymətləndirilib.
Günay MURADLI
Paritet.- 2011.- 15-16 sentyabr.- S.12.