Yayda Xalça Muzeyi öz yeni binasına köçəcək

 

Xalça Muzeyinin direktoru: “Orta məktəblərdə muzey işinin ayrıca fənn kimi tədrisi üçün Təhsil Nazirliyinə müraciət edəcəyik”

 

Dünən  Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində  xalça  sənətinin incəliklərinin öyrənilməsi cəmiyyətimizin bütün təbəqələrinin maraq dairəsinə çevirilməsi  üçün Mədəniyyət Turizm Nazirliyi, YUNESKO-nun  Moskva Bürosu Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi  tərəfindən hazırlanmış  xüsusi təhsil  proqramına uyğun  Azərbaycan xalçaçılıq ənənələri muzey təhsilindəadlı təlim -seminar keçirildi.

 Xalça Muzeyi  Azərbaycan xalçalarının  tarixini tədqiq  edən, yaşadan  gələcək nəsillərə  ötürən məbəddir deyən muzeyin direktoru Röya Tağıyeva bildirdi ki,  bunun üçün   Azərbaycan xalçasının dünyada layiqli surətdə tanıtdırılması  uğurunda uzun illər  gərgin işlər aparılıb indi   davam edir: ”Bugünkü tədbir  Azərbaycan xalça sənətinin qorunub saxlanması   gələcək nəsillərə ötürülməsini əhatə edir.  Bununla əlaqədar Xalça Muzeyi  YUNESKO-nun Moskva bürosunun dəstəyi iləMuzey təhsiliproqramını hazırlayıb. Bugünkü muzeylər mədəni irsi toplayıb qoruyan bir mərkəz olmaqla yanaşı, həm   bilik məbədidir.  Bu biliyi  gələcək nəsillərə çatdırmalıyıq. Xalça Muzeyi  Azərbaycan  xalça  sənətinin qorunub saxlanması inkişaf etdirilməsi ilə əlaqədar    belə bir proqram hazırlayıb. Bu proqram əsasında  bölgələrdə   Bakıda təlimlər keçirilir.  Bu tədbirimizdə Azərbaycanın  bölgələrindəki muzey  direktorları üçün təlimlər keçiririk. Bu müxtəlif təbəqələr üçün hazırlanmış təhsil proqramıdır. Belə ki,  uşaqlar,  ibtidai yuxarı sinif şagirdləri  üçün , yaşlılar üçün, peşələrini dəyişmək istəyənlər üçün(yəni xalçaçı olmaq istəyir) nəzərdə tutulmuş proqramdı.  Bu proqramı bu il bitiririk.

Gələn il isə məktəblərdə  sözügedən proqramın tətbiqinə başlayacaqlarını deyən R.Tağıyeva bildirdi ki,  Təhsil Nazirliyinin proqramlarına muzey təhsilinin  xüsusi bir fənn kimi daxil olması çox yaxşı olardı: ”Çox istərdim ki, uşaqlar tarix, rəsm  s. dərsləri  muzeylərdə keçsinlər qiymətlərini muzeydə alsınlar. Yəni muzey təkcə gəzinti məkanı olmasın, həm bilik məkanı olsun. Hələ ki bu proqramla bağlı təhsil Təhsil Nazirliyinə müraciət etməmişik. May ayından məktəblərdə bu proqramın icrasına başlamaq istəyirik. Proqramımızı Təhsil Nazirliyinə göndərəcəyik ki, onlar   öz təhsil proqramlarına bunu salsınlar”.

2010- cu ilin fevral ayında Azərbaycan Xalçaçıları İctimai Birliyinin (AXİB) yaradıldığını deyən muzey direktoru vurğuladı ki,  birliyin üzvləri   tanınmış rəssamlar xalça ustalarıdır:” Tanınmış rəssam Tahir Salahov da birliyimizin üzvüdür. Ötən ilin dekabrında Moskvada T.Salahovun xalçaçılıqla bağlı sərgisini keçirdik.  Belə ki, AXİB ilə birgə biz mart ayında Özbəkistandan bir sıra  xalça ustalarını Azərbaycana dəvət edəcəyik   onların sərgilərini burda nümayiş etdirəcəyik. Eyni zamanda da Azərbaycan xalça ustalarının sərgisini Özbəkistanda keçirəcəyik. Yanvarın 28-də Azərbaycan Xalça Muzeyində  böyük bir beynəlxalq konfrans keçiriləcək. AXİB, “Mirasbirliyi Xalça Muzeyi yanvarın 28-də “Mədəni irsin qorunub saxlanması   mövzusunda  konfrans keçirəcək. Eyni zamanda bu konfransda mədəni irsi qoruyub saxlayan birliklərində fəaliyyətinə toxunulacaq, AXİB Miras”birliyinin təqdimatı olacaq”. Onun sözlərinə görə, bu ilin yayında  artıq Xalça Muzeyi öz yeni binasına köçəcək.

Xalça Muzeyinin ictimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri Aygün Abasova  isə bildirdi ki,  seminar həmçinin milli mədəniyyət tarixə qarşı hörmətin diqqətin yüksəlməsinə, itirilmiş toxuculuq texnologiyalarının dirçəlməsinə dəstək olacaq: “Layihə tərəfindən Azərbaycanın ənənəvi toxuculuq zonalarında xalçaçılığın inkişafı məqsədiylə Muzey təhsilinə aid məlumat kitabçası tərtib edilib. Həmçinin kitabçanın muzey təlim  müəssisələrində yayılması nəzərdə  tutulub”.  Seminarın sonunda iştirakçıların Xalça Muzeyinə ekskursiyası da təşkil olundu.

Məlumat üçün bildirək ki, seminarda Bakı, Gəncə, Şəki, Xaçmaz, Şabran, Tovuz, Ağcabədi, Göyçay, Zərdab, Lənkəran, Qəbələ, Quba, Füzulidən ev muzeylərinin rəhbərləri iştirak edirdilər.

Tədbirdə qeyd edildi ki,  15-19 noyabr 2010-cu il tarixində  Nayrobi şəhərində (Keniyanın) Azərbaycan xalçaları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması  üzrə Reprezentativ siyahıya daxil edilib.  O da vurğulandı ki, qeyri-maddi irsin saxlanılması sahəsində YUNESKO-da qəbul edilmiş konvensiyalarda (2003 2005-ci illərdə) qeyri-maddi  irs nümunələrinin məhv olunmasının qarşısını almaqdan  ötrü fəal addımlar atılır qəbul olunmuş konvensiyalar bunun canlı sübutudur. Eyni zamanda 2007-2010-cu illərdə konvensiyalara qoşulmuş Azərbaycan mədəni irsin mühafizəsi üzrə YUNESKO-nun  fəaliyyəti üçün  münbit mühitin yaradılmasını təmin edib.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 11-12 yanvar.- S. 12.