Bir sıra müsabiqələr
qalibi olan gənc rəssam
Sevindirici
haldır ki, artıq
gənclərimizdə təsviri
sənətin müxtəlif
sahələrinə meyl
artıb. Onlar öz daxili aləmini, duyğu və hisslərini rənglər
vasitəsiylə
çəkdikləri rəsmlərdə ifadə
etməyi bacarırlar.
Eyni zamanda Azərbaycanı
yerli və beynəlxalq sərgilərdə layiqincə təmsil edirlər. Rəssamlığa meyl edən belə istedadlı gənclərdən
biri də Kəmalə Əfəndiyevadır.
Uşaqlıqda rəsm çəkməyə
bir həvəskar kimi meyl göstərən K.Əfəndiyeva
bildirdi ki, daxilində bu sənətə böyük həvəs gördüyü
üçün 2002-ci ildə
Bakıda yerləşən
Milli Konservatoriya tərkibində Respublika İncəsənət Gimnaziyasının
“Təsviri və Tətbiqi sənət” şöbəsinə daxil
olub və orda rəssamlığın sirlərini
öyrənib. Onun dediyinə görə, ixtisas müəllimi Azərbaycan
Rəssamlar İttifaqının
üzvü İlqar Əkbərovdan
bu sənətlə
bağlı çox şeylər öyrənib.
O, təhsil aldığı
müddətdə bir
sıra müsabiqələrdə
iştirak edib və diplomlarla tətlif edilib. Belə ki, 2004-ci ildə “Yurdumuza Bahar gəlir” uşaq bədii yaradıcılıq müsabiqə-sərgisində
həvəsləndirici diplomla
təltif edilib; 2005-ci
ildə “Gül bayramı” müsabiqə-sərgisində
fəxri fərmanla; “Yaponiya Gündoğar ölkə” uşaq yaradıcılıq müsabiqə-sərgisinin
iştirakçısı diplomu
ilə; “Yurdumuza bahar gəlir” uşaq bədii yaradıcılıq müsabiqə-sərgisinin
qalibi; ”Azərbaycan Rəssamlar İttifaqı”
müsabiqə-sərgisində uğurlu çıxışına
görə diplom;”Xocalı faciəsi” mövzusunda uşaq rəsimləri müsabiqə
sərgisinin qalibi olaraq, üçüncü
yerə layiq görülüb. Bundan başqa o, 2006-cı
ildə “Azərbaycan Rəssamlar İttifaqının
yaradılmasının 65 illiyinə
həsr olunmuş uşaq rəsmləri sərgi-müsabiqəsinin, “Xoş
gəlibdir bahar bizə” uşaq bədii yaradıcılıq
müsabiqə-sərgisinin, Andersının 200 illiyinə
həsr olunmuş “Mənim nağıl dünyam” uşaq rəsmləri müsabiqə-sərgisinin
iştirakçısı olub
və diplom ilə təltif olunub. Eyni zamanda K.Əfəndiyeva
fərdi sərgisinə
və Azərbaycan Rəssamlar İttifaqı
uşaq yaradıcılığı
müsabiqə-sərgisində uğurlu çıxışına
görə diploma layiq
görülüb, həmçinin
“Mənim ailəm” adlı uşaq sərgi-müsabiqəsində “təsviri sənət” nominasiya üzrə qalib gəldiyinə görə fəxri fərmanla təltif edilib, “Xocalı faciəsi” uşaq rəsm müsabiqəsinin qalibi olub, 2007-ci ildə “Gül bayramı” müsabiqə-sərgisində və “Yurdumuza bahar gəlir” uşaq bədii yaradıcılıq
müsabiqə-sərgisinin iştirakçısı diplomu ilə təltif edilib.
Onu da qeyd edək
ki, gənc rəssam 2007-ci ildən
bədii-modelləşdirmə ilə məşğul olur. Onun
sözlərinə görə,
bu sahə üzrə ixtisas müəllimi Rəna Tağızadədir. Gənc rəssam Azərbaycanın adət-ənənələri, milli bayramları
ilə yanaşı, Bakının simvolu olan qədim İçərişəhərin də mənzərəsini rəsmlərində təsvir edib. “İçərişəhər
uşaqlarının gözü ilə” rəsm sərgi-müsabiqəsinin qalibi olub. Həmçinin,
1 dekabr Ümümdünya AİDS Gününə həsr olunmuş “Gənclərlə AİDS-siz gələcəyə doğru” şüarı altında Respublika İncəsənət Gimnaziyasının
şagirdləri arasında
Respublika QİÇS-lə
Mübarizə Mərkəzi
və Təhsil Nazirliyinin birgə keçirdiyi rəsm müsabiqəsində xüsusi
fəal iştirakına
görə diplomla təltif edilib. Uşaq yaradıcılığı
müsabiqə-sərgilərində
və Milli Konservatoriyanın tərkibində
Respublika İncəsənət
Gimnaziyası sərgisində
iştirak etdiyinə görə diplomlarla təltif edilib. Həmçinin “Yaradıcılıq Sərgisi Kataloqu ilə təltif olunub. Hazırda yaradıcılıq fəaliyyətini
davam etdirir.
GÜNAY
Paritet.- 2011.- 8-10 yanvar.- S. 16.