Hər zaman yenilik axtarışında olan modelyer
Modelyer Teymur Səfərov:
”Hər gün yeni bir geyim
eskizi çəkməsəm,
daxilən rahat ola bilmərəm”
Tez-tez eşitdiyimiz bir dəyərli fikir var- “Dünyanı gözəllik xilas edəcək” . Bu gözəllik
anlamına təbiətin özündə,
rəssamın çəkdiyi
tablolarda, bəstəkarın
yazdığı musiqidə gündəlik həyatımızda, qadınların və kişilərin geyimlərində və s. rast gəlmək olur. Məsələn, geyimdə olan gözəllikdən danışsaq
deyə bilər ki, moda, dəb və rənglərin harmoniyası, bir-birinə
uyğun olanda həmin libas çox əsrarəngiz görünür.
Eyni zamanda saç düzümü, ətir, bəzək əşyaları
zövqlə və düzgün istifadə etdildikdə, bu komponentlər geyimi tamamlayaraq estetik gözəllik yaradır ki, bu da modanın yaranmasına gətirib çıxarır.
Hazırladığı geyimlərində qeyd etdiyim moda ünsürlərinə
üstünlük verən hazırda “Ye.S moda evi”ndə
çalışan gənc və istedadlı modelyer Teymur Səfərovla həmsöhbət olduq.
O, ilk olaraq moda evinin əhəmiyyəti haqqında danışdı
və bildirdi ki, moda evi təkcə
elə adda olmalıdır:
-Hər bir “moda
evi”nin özünəməxsusluğu
vacibdir. Yəni moda evi incəsənət və gözəllik məkanı
olmalıdır. İncəsənətə
maraq göstərənlər,
modelyer təxəyyülü,
yaradıcı insanlar moda evində toplaşmayıbsa nə qədər bahalı parçalardan, bəzək
əşyalarından istifadə
olunsa da, sonda hazırlanan geyimdən istənilən
effekt alınmır. Görürsünüz deyirlər
ki, hansı bir “atelyedə” dərzi yaxşı geyim tikir. Bu yaradıcı iş deyil sadəcə dərzinin sifariş əsasında heç bir əlavəsi olmadan tikdiyi, adi bir geyimdi.
Ancaq əsl moda evində çoxlu sayda eskizlər toplanmalı və orda çalışan
modelyer daima yenilik axtarışında olmalıdır.
Eyni zamanda modelyerin öz xətti və yaradıcılıq üslubu
olmalıdır ki, onun hazırladığı geyimlər
başqa geyimlərə
bənzəməməlidir. Bir sözlə, moda evində hər bir şey
incəsənətə qulluq
edərək, onun ətrafında fırlanmalıdır.
Hazırda çalışdığım
“Ye.S moda evi”ndə biz artıq bu qeyd etdiyim
mühiti yaratmışıq.
Hətta otaqların dizaynında incəsənət-təsviri sənət
nümunələrindən istifadə edilib və sərgi salonumuzda bir-birindən fərqli milli və müasir
geyimlərimiz
nümayiş olunur.
Onu da xüsusi
olaraq qeyd edim ki, çalışdığım
moda evinin rəhbəri Yeganə Sadıxova və digər əməkdaşlarımız
qəlbi, ruhu incəsənətə
bağlı və moda aləminə vurğun olan peşəkarlardır. Modelyer
üçün onu başa düşən mühitdə işləmək daha rahatdır. Bu gün mən çalışdığım
bu məkanda belə bir mühitin
olduğu üçün
işimdən zövq
alaraq demək olar ki, hər
gün yeni geyim eskizləri çəkirəm. Artıq
moda evinin fondunda mənim 300 -dən çox geyim eskizlərim toplanıb ki, bizə müraciət edənlərə
təqdim olunur və onlar üçün
də seçim rahat olur. Əgər kimsə modelyerə müraciət
edirsə, deməli o,
qeyri-adi və başqa insanların geyminə bənzəməyən bir
geyim istəyir. Bu səbəbdən də modelyerin təxəyyülünün
nəticəsi olan eskizlər olmalıdı ki, son nəticədə hazırlanan geyim başqa bir geyimə bənzəməsin.
Moda anlamından danışan
modelyer bildirdi ki, bu haqda
saatlarla, günlərlə
danışsan belə
kifayətlənmək olmaz:”
Mənim fikrimcə moda duyğudur, hissdir, müxtəlif rəngli parçaların
bir-biri ilə uyğun olaraq birləşməsi və
məcazi mənada desək danışmasıdır.
Yəni insan hər hansı geyimi geyindikdə özündə bir rahatlıq hiss edirsə və ya özünü
hər hansı bir obrazda görürsə
bu modadır. Hər kəsin özünə yaraşanı zövqlə
geyinməsi modadır.
İnsan müəyyən
mənada özünə,
geyiminə fikir verməyi bacarmalıdır.
Bəzi insanlarla danışanda qeyd edirlər ki, onlar üçün moda rahat olan
və özlərini sərbəst
hiss etdikləri geyimlərdi.
Moda insanın daxili zövqünə uyğun olmalıdır”.
“Çalışdığım
“Ye.S moda evi”də əsl moda, dəb mühiti var”
Azərbaycanda insanların modelyerlə işləməyə az-az hallarda üstünlük verdiklərini deyən T.Səfərov bildirdi ki, bu da
ondan irəli gəlir ki, bizim ölkədə hələ moda biznesi o qədər də inkişaf etməyib:” Azərbaycanda ilk olaraq moda biznesini inkişaf etdirmək lazımdır. Bu sahədə
təbliğatı artırmalıyıq
və moda evinə peşəkarları
cəlb etməliyik.
Bu zaman bu sahədə inkişaf əldə etmək olar. Sankt-Peterburqda moda üzrə təhsil alıb bir müddət orda çalışandan sonra öz doğma
Vətənimə gələrək
“Ye.S moda evi”ndə fəaliyyətə
başlamışam. Bizim moda evinə geyim sifariş etmək üçün müxtəlif nəslin nümayəndələri gəlir
və köməkliyimizlə öz
bədən ölçülərinə
uyğun geyim forması seçirlər”.
“Rəssamlıq -qrafika üzrə təhsil almışam. Bu zaman da xəyalən müxtəlif obrazları geyindirərək, eskizini hazırlayaraq onları praktikada tətbiq etmişəm. Məsələn,
kraliça, polkovnik, adi qız, gəlin
və s. obrazları geyindirəndə görürsən
ki, istədiyin obrazın alınmasında
70 faiz geyimin də rolu var. Rənglərlə belə
desək, dil tapıb uyğunluq yaradanda və bir-biri ilə barışdırdıqda geyim
gözəl alınır.
İstər-istəməz geyimlə
az da olsa
insan düşüncəsini,
həyat tərzinin necəliyini müəyyənləşdirmək
olur. Bunun üçün də istər qadın, istərsə də kişi hər şeydən əvvəl gərək geyiminə, davranışına,
yerişinə fikir versin. Eyni zamanda rənglərə
də fikir vermək lazımdır. Geyimlə yanaşı, bunlar da bir-birini
tamamlamalıdır”.
Bir modelyer olaraq xüsusi sevib seçdiyi bir rəngin olmadığını
deyən həmsöhbətim
söylədi
ki, o bütün
rəngləri sevir:”Ancaq
mən çalışıram
ki, öz sifarişçilərimə onlara
yaraşan rəngi və geyimi təklif edim. Ancaq sifarişçilərlə aramızda(gülür) “moda müharibəsi” olur. Amma çox zaman fikirlərimiz üst-üstə düşür.
Hər bir qadın incə və zərif görünməyi
istəyir. Bizdə çalışırıq ki,
Yeganə xanımla birgə onları razı salaq”.
“Mən hazırladığım geyimlərdə
daha çox müasirliyə üstünlük
verirəm və avanqard üslubda işləməyi
çox sevirəm” deyən modelyer qeyd etdi ki,
bizi digər millətlərdən fərqləndirən
özümüzə məxsus
milli ornamentli geyimlərimiz var: “Milli geyimlərimizin digər fərqli cəhəti isə müxtəlif təbəqələr
üçün olmasıdır.
O zamanlar subay qızlarla evli qadınların geyimləri
fərqli idi. Məncə, geyimlərimizi
milli ornamentlərlə
müasir standartlara uyğun formada inkişaf etdirib Avropaya inteqrasiya etmək müəyyən
mənada məqsədəuyğun
sayıla bilər. Bunun üçün də geyimlərimdə milli və müasir geyimlərin hansısa mənbəyə
əsaslanaraq, elmi olaraq və təxəyyülümü
ora əlavə edərək kolleksiyamı və eskizlərimi yaradıram. Bundan başqa hicablı xanımlar üçün
də kolleksiyam hazırdı. Bu yaxınlarda
nümayiş olunacaq”.Ancaq
milli və müasir moda aləmində Avropaya inteqrasiyanın da maraqla qarşıladığını
deyən T.Səfərov
qeyd etdi ki, bugünkü gənclərimizin
geyimləri qaneedicidir:”Ancaq
geyimin özü də bir mədəniyyətdir, bunun üçün də gənclərimiz hər zaman bu mədəniyyəti
qoruyub saxlamalıdırlar.
Gənclərimiz daima yaxşını
seçib geyinməlidir.
Çünki gənclik
hər bir xalqın, ölkənin güzgüsüdür. Biz modelyerlərdə
daima yenilik axtarışında olmalıyıq
ki, o güzgüdə hər zaman gözəllik görək. Bu işdə mənə rəssamlıq təhsilimdə
kömək edir. Çox eskizlər çəkirəm və onlar arasından da həm bir
modelyer olaraq mənim üçün və həm də sifarişçilər tərəfindən
seçim etmək rahat olur”.
Bu il
dəbdə olan rənglərdən də danışan modelyer qeyd etdi ki, 2011-ci il dovşan üzrə təhvil
olduğundan boz, qara, ağ və
narıncı rənglər modadır. Onun sözlərinə
görə, moda evlərinin çoxusu qara və ağın
birləşməsindən hazırlanmış geyimlərə
üstünlük verirlər.
GÜNAY
Paritet.-2011.- 13-14 yanvar.-
S. 12.