“Ukraynada Azərbaycan dilinə, mədəniyyətinə, milli
mətbəxinə böyük
maraq var”
Bu
gün diaspor quruculuğunda gənclərimizin
də rolu artıb. Belə ki, müxtəlif xarici ölkələrdə
təhsil alan və fəaliyyət göstərən gənclərimiz
öz potensial imkanlarından və şəbəkələrindən
istifadə edərək, dövlətimizin dəstəyi ilə
diaspor təşkilatları yaradırlar. Əsasən azərbaycanlı
gəncləri ətrafında toplayan belə təşkilatlardan
biri də Ukraynadakı Azərbaycanlı Gənclərin
Birliyidir-UAGB. Bu təşkilat
qısa zamanda yaranmasına baxmayaraq, Ukraynada Azərbaycanın
təbliği istiqamətində bir sıra tədbirlər
gerçəkləşdirib. Qurumun baş katibi, Ukraynada siyasi elmlər sahəsində
aspirant dərəcəsi
üzrə təhsil alan
Ayaz Salmanov “Paritet”-ə müsahibəsində görülmüş işlər
və gələcək planları barədə məlumat
verib.
-Ukraynadakı
Azərbaycanlı Gənclər Birliyinin həyata
keçirdiyi layihələr haqqında məlumat verərdiniz.
-İlk
olaraq qeyd edim ki, 2001- ci ildə Ukrayna ilə Azərbaycan
arasında tələbə mübadiləsi başlayıb.
Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə
2001-ci ildə on nəfər tələbə Ukraynaya təhsil
almaq üçün göndərilmişdi.
Orda təhsil alan bu gənclər müəyyən dövrlərdə özlərini fəal göstərdilər.
Amma obyektiv və subyektiv səbəblərdən orda gənclər
sferasında fəaliyyəti formalaşdırmaq mümkün
olmadı. Yəni gənclər sferasındakı fəaliyyət
o qədər də intensiv və
fəal deyildi. Lakin 2010-cu ildə Ukraynada azərbaycanlı gənclərin
fəaliyyəti artdı. Belə ki, ötən il Azərbaycanın
tarixinə qanlı hərflərlə yazılmış 20
Yanvar və “Xocalı
soyqırımı”na həsr edilmiş tədbir təşkil
etdik. Bu tədbirin unikanlığı onda idi ki, mərasiminin aparıcısı
və çıxışçılarından əksəriyyəti ukraynalılar idi. Tarixi faciələrimizlə
yanaşı orda milli bayramlarımızıda qeyd edirik. Belə
ki, ilk dəfə olaraq Ukraynada Novruz bayramını təntənəli
şəkildə qeyd etdik. Bakıdan dəvət olunmuş
musiqiçilərin və tələbələrin konsertini təşkil
etdik. Rəsmi olaraq orda tonqal qalamağa icazə verilmirdi. Ancaq
biz icazə alıb, tonqal qaladıq və bu ukraynalılar tərəfindən
də çox maraqla qarşılandı. Bundan başqa 31 Mart
soyqırımı gününü qeyd etdik. Daha bir
maraqlı tədbir fələstinli uşaqlar
üçün nəzərdə tutulmuş xeyriyyə
məqsədli “Dil festivalı” idi. Bu beynəlxalq festivala Ukrayna təşkilatlarının
dəvəti ilə bizdə qoşulmuşduq. Bir ay ərzində
əcnəbi uşaqlara Azərbaycan
dilini öyrətdik. Dil kursuna gələn uşaqlar
arasından iki nəfər daha böyük həvəslə
Azərbaycan dilini öyrənmişdi və bir çox
sözlər bilirdi.Bundan əlavə orda ötən il
“Dostluq” adlı daha bir beynəlxalq
festivalda baş tutdu. Bu festivalın
təşkil olunmasında məqsəd Ukraynada yaşayan
ayrı-ayrı millətlərin mədəniyyətinin təqdimata
dəstək olmaqdı. Azərbaycanda sözügedən
festivalda çıxış edirdi. Orda azərbaycanlılar
milli rəqsimizi, musiqimizi və mətbəximizi layiqincə təqdim
etdilər.
Bir əsas
məqamı da qeyd edim ki, 2010-cu il aprel 24-də ilk dəfə
olaraq Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət
təşkilatının təşəbbüsü ilə
Dnepropetrovsk şəhərində Ukraynada Azərbaycanlı Gənclərin
1-ci Forumu keçirildi. Ukraynanın 27 vilayət və şəhərlərindən
700-dən çox azərbaycanlı gənc foruma
qatılmışdı. Bu forumun nəticəsi olaraq Ukraynada yaşayan bütün
azərbaycanlı gənclərin əlaqələndirmə
şurası yaradıldı və sədri Anar Tahirov seçildi. Eyni zamanda hər region
üzrə koordinatorlar müəyyənləşdirdi.
Ukrayna
Azərbaycanlıları Konqresi və bizim təşəbbüsümüzlə
azərbaycanlı gənclər arasında səkkiz komandadan
ibarət futbol turneri keçirdik. Ötən ilin may ayında
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş gənclər arasında
şahmat, dama yarışı təşkil etdik. Ən böyük tədbirimiz 29
may tarixində “Avroviziya”nın final mərhələsi ilə
bağlı keçirdiyimiz tədbir oldu. Bu tədbirin
möhtəşəmliyi onda idi ki, 300 nəfər gənc
iştirak edirdi, bunlarında 170 nəfəri azərbaycanlı,
qalanları isə ukraynalılar idi. Bütün gənclər
toplu halında Azərbaycana azarkeşlik edirdilər. İyun ayında bir
sıra regionlarda yaşayan azərbaycanlı gənclərin
toplantısı keçirildi.
Bu
cür intensiv tədbirlərin nəticəsi olaraq Ukraynadakı Azərbaycanlı Gənclərin Birliyini-UAGB yaratdıq. Artıq
birliyimiz bir ildir ki, rəsmi olaraq fəaliyyət göstərir.Təşkilatın
strukturuna görə minimum 14 region təmsil olunması nəzərdə
tutulsa da, biz çalışırıq ki, bütün
Ukraynanı əhatə edək. Demək olar ki, Ukraynanın
şərq hissəsində olan şəhərləri əhatə
edirik. Qarşımızda
duran əsas məqsədlərdən biri Ukraynanın qərb
regionlarında iş prinsipimizi aktivləşdirərək,
şəbəkəmizi genişləndirməkdir. Bu
yaxınlarda Azərbaycanlı Gənclərin Ümumrusiya Təşkilatının-AMOR
nümayəndəsi Ukraynada idi. Ukraynadakı səfirliyimizin
dəstəyi ilə AMOR-nun
nümayəndələri ilə görüşümüz
oldu. Bu görüşün nəticəsi olaraq belə qərara
gəldik ki, Ukraynadakı və Azərbaycandakı azərbaycanlı
gənclər arasında əlaqələrimizi genişləndirmək,
eyni zamanda təşkilatımızla AMOR arasında fəaliyyətimizi
formalaşdırmaq və
inkişaf etdirmək üçün birgə layihələr
həyata keçirək. Artıq
birgə bir möhtəşəm
layihə həyata keçirməyi nəzərdə
tutmuşuq. Əminik ki, razılıq olsa, 3-4 aya bu layihə
reallaşacaq. Bu il “Xocalı soyqırımı” ilə də
bağlı tədbirlər planımız hazırdır, bu
istiqamətdə mərasimlərimiz olacaq.
-Təşkilatınızın
üzvləri haqqında nə deyə bilərsiniz?
-
Ukraynadakı Azərbaycanlı Gənclərin Birliyinin fəaliyyətinin əsas məqsədi
Ukraynadakı azərbaycanlıları ictimai baxımdan aktivləşdirməkdir. Ukrayna vətəndaşı olan azərbaycanlıların Ukrayna cəmiyyətində
tanınmasına çalışırıq. Bundan
başqa fəal, müəyyən
rəsmi qurumlarda çalışan ukraynalı gənclərlə
və bir sıra təşkilatlarla da əlaqələrimiz
var. Bu da gələcəkdə Azərbaycanın
lobbiçilik fəaliyyətinin formalaşdırılması
işində bizə yardımçı ola bilər. Bu səbəbdən
də bizim təşkilatlarımızın üzvləri
arasında azərbaycanlı tələbələr, Ukrayna vətəndaşı
olan azərbaycanlılar, həmçinin ukraynalı və digər
əcnəbi gənclərdə var. Artıq ümumilikdə
təşkilatımızın 1200 üzvü var.
-Bu
gün Azərbaycan Ukraynada necə
tanınır?
-
İlk olaraq məlumat üçün bildirim ki, ümumilikdə
Ukraynadakı azərbaycanlıların rəsmi statistikaya
görə sayı beş
yüz mindir.
Ukrayna
Azərbaycan münasibətləri hər zaman dərin olub.
Hökumətlər və xalqlararası münasibətlər
çox gözəldir. Ukraynalılar Azərbaycanı,
Bakını sevirlər. Biz
çalışırıq ki, milli adət-ənənələrimizi
orda geniş auditoriya arasında təbliğ edək və bu
istiqamətdə də tədbirlər keçiririk. Bununla
yanaşı, tədbirlərimizdən sonra milli mətbəximizin gözəl
nümunələrindən onların dadmasına
çalışırıq. Ukraynalılar bizim milli mətbəximizdən
dolmanı, şəkərbura və paxlavanı çox sevirlər.
-Ukraynadakı
azərbaycanlı gənclər daha çox hansı sahələrdə
çalışırlar və
qarşılaşdıqları problemlər hansılardır?
-
Hazırda Ukraynada azərbaycanlı tələbələr üstünlük təşkil
edir. Gənclərimiz oranın
vətəndaşı olmadığı üçün
onlar yüksək strukturlarda təmsil olunmular. Amma bununla
yanaşı, Nikolayev şəhərində
strukturumuz var. Dnepropetrovsk və
Nikolayev şəhərlərində Ukrayna vətəndaşı
olan fəal azərbaycanlı gənclərimiz siyasi
partiyalarda, parlamentdə və
başqa bir sıra dövlət qurumlarında
çalışırlar. Problemlərə gəldikdə isə
qeyd edim ki, işsizliklə və dillə bağlı problemləri
var. Qeyd edim ki, Azərbaycanın dil problemlərini aradan
qaldırmaq üçün artıq
təşkilatımızın ofisində ukrayn, rus və
ingilis dilləri kursları yanvar ayından fəaliyyətə
başlayacaq. Həmçinin Azərbaycan dili kurslarıda,
olacaq, o, çünki
ukraynalılardan dilimizi öyrənmək istəyənlər
çoxdur.
-Ukraynada Azərbaycan
diaspor mediası varmı?
- Ukrayna Azərbaycanlı Konqresinin ”Azərbaycanın səsi”
adlı qəzeti çıxır.
Bizim təşkilatda yavaş-yavaş
formalaşır, artıq
internet saytımız hazırlıq
mərhələsindədir. İstəyirik ki, bu böyük
bir internet resursu olsun və ondan
bütün region istifadə
edə bilsin. Saytımız yaxın bir
ay ərzində istifadəyə
veriləcək. Saytımız üç dildə olacaq. Ancaq ilk mərhələdə bir dildə-rus dilində olacaq. Bundan başqa kütləvi
informasiya vasitələri
ilə bağlı layihə formalaşdırmaq
istəyirik. Bu layihə
Ukraynada fəaliyyət
göstərən azərbaycanlı və bir neçə ukraynalı jurnalisti əhatə edəcək.
Bundan sonra daha
bir internet resursumuz fəaliyyətə başlayacaq.
-Orda ”Bazar günü” məktəbləri varmı?
- Son dövrdə
yəni, 2010-cu ilin noyabr ayında
Bundan başqa Dnepropetrovskidə
Həmrəylik Günü
ilə bağlı böyük tədbirlərimiz
oldu. Bu tədbirdə
iştirak edən Dnepropetrovski şəhərinin
meri bu cür
təntənəli tədbirin
keçirilməsini bəyənib
və bu şəhərdə Azərbaycan
“Bazar günü” məktəbinin yaradılması
ilə bağlı işləri öz üzərinə götürüb.
Və bu ilin yaz
aylarında istifadəyə
veriləcək.
- Bu gün Ukrayna kitabxanalarında Azərbaycanla
bağlı kitablar varmı?
- Təəssüf ki, nəinki Ukraynada digər xarici ölkələrin də milli kitabxanalarında Azərbaycanla
bağlı kitablar azdır. Ötən ilin yay aylarında bizim təşəbbüsümüzlə
Ukraynada bir sıra kitabxanalara Azərbaycan tarixi ilə
bağlı kitablar verdik. Ukraynanın milli kitabxanasına, parlament və bir sıra
universitetlərin
kitabxanalarına payladıq. Bundan əlavə cənab
Prezidentimiz İlham Əliyevin iqtisadi və siyasi fəaliyyətini əks etdirən, rus dilində olan kitabları kitabxanalara verdik. Bu kitabı əldə etməyə ukraynalılar özləri
maraq göstərirdilər
ki, Azərbaycanın
son dövrdə inkişafı
ilə yaxından
-Diasporla İş üzrə Dövlət
Komitəsi ilə münasibətləriniz necədir?
- Daima fəaliyyətimizin başlanğıcı
və nəticəsi,
yəni etdiklərimiz,
edəcəklərimiz işlər
haqqında Komitəyə
məlumat veririk.
-Bu il keçiriləcək
Dünya Azərbaycanlılarının III Qurultayından
nələr gözləyirsiniz?
- Bütün tədbirlərin
keçirilməsinin əsas
məqsədi dünyada
yaşayan azərbaycanlıları
bir yerə toplamaqdır. Digər tərəfdən isə
bu cür toplantılarda bir sıra problemlər qaldırılır
və təkliflər
verilir. Bu da
diasporların fəaliyyətində
əsasdır. Bizimdə iştirakımız
bu qurultayda təmin olunsa, çalışacayıq ki,
müəyyən bir təkliflər irəli sürək.
Əsas gözləntimiz odur ki, bu
toplantıda irəli sürülən təkliflər
gələcəkdə reallaşdırılacaq
və diasporanın fəaliyyətinə və
inkişafına dəstək
olacaq.
-Ukraynada
erməni diasporunun fəaliyyəti hansı səviyyədədir?
- Onlar müəyyən məqamlarda
bizə problemlər yaradırlar. Orda ermənilər
Qarabağın şəhərlərinin adı altında
kiçik tirajla məhsullar istehsallar
etmişdilər. Hər birimizin daxilində Azərbaycan- Vətən,
Qarabağ sevgisi var. Bu məsələyə
də diaspora və gənclər səviyyəsində
reaksiyamızı göstərirdik, Ukraynada rəsmi qurumlara
müraciət etdik.
Günay ƏLİYEVA
Paritet.- 2011.- 15-17 yanvar.- S. 8.