“Ən yaxın
dostum kamançadır”
Elnur Əhmədov:
“Biz musiqiçilər mədəniyyət
əsgərləriyik”
Azərbaycan incəsənət
tarixində
yer almış zəngin musiqi irsi ilə yanaşı,
bu musiqiləri səsləndirərək geniş
auditoriyaya çatdıran əsrlərdən
bəri formalaşaraq
bu günümüzə
gəlib çatmış
bir çox musiqi alətləri mövcuddur. Bu musiqi alətləri içərisində kamança
alətinin də özünəməxsus
yeri var. Azərbaycanlı
musiqiçilər arasında
da çox peşəkar və professional kamança
ifaçıları var. Belə musiqiçilərdən biri
də əməkdar artist Elnur
Əhmədovdur.
E.Əhmədov ilk olaraq
kamança alətinin
onun üçün nə qədər doğma və əziz olması haqqında danışaraq
bildirdi ki, kamançanı
özünə ən
yaxın dost hesab edir:” Belə deyərdim ki, kamança mənim sənətimdir, həyatımdır
və yoldaşımdır.
Ölkə daxilinə və
bir sıra xarici ölkələrə səyahətə
kamança vasitəsilə
getmişik.
Bir dəfə hər kəsin yaxşı tanıdığı
dostum, istedadlı musiqiçi əməkdar
artist Elçin Həşimovla
birgə Fransada küçədə gəzərkən, ona
dedim ki, heç zaman fikirləşməzdim ki,
Avropanın bütün
ölkələrində olacağam.
Ancaq kamança aləti bizi bu ölkələri gəzdirdi.
Ümumiyyətlə, mən özümü
kamançadan ayrı
təsəvvür edə
bilmirəm.
Ancaq ola bilər ki, səhhətimlə bağlı nə zamansa məcbur olaraq kamançadan ayrılaram. Ancaq hələ ki hər şey yaxşıdır və kamançada mənim yaxın dostum olaraq qalır”.
Pedaqoji fəaliyyətlə
məşğul olduğunu
deyən musiqiçi bildirdi ki, hazırda
Dövlət Opera və Balet Teatrında solist, eyni zamanda Milli Konservatoriyada baş müəllim vəzifəsində
çalışır:” Pedaqoji fəaliyyətlə məşğul
olmaqdan zövq alıram. Bu sənəti gənclərə
öyrədirəm və
onlar arasında təbliğ edirəm.
Bu fəaliyyətimlə yanaşı, öz
üzərimdə də
işləyirəm və
çalışıram ki,
sənətimlə kimsədən
geri qalmayım”.
Sənətdə ona kömək edən insanlardan da danışan E.Əhmədov bildirdi ki, onun bu
sənətə gəlməyinə
və bu gün bu sahədə
çalışmağına səbəbkar ustadı əməkdar
artist Elşən Mansurovdur:
“Mən həmişə
ona minnətdaram. Doğrudan da onun mənim bu gün cəmiyyətdə
bir musiqiçi kimi formalaşmağımda,
yer tutmağımda xüsusi rolu var.
Burda bir haşiyə
çıxmaq istərdim,
mənim uşaqlıq
illərim elə də xoş keçməyib.
Musiqi məktəbində birinci
sinifə getdiyim vaxt, atam vəfat
etdi. Onu da qeyd edim
ki, ilk kamança alətini mənə
elə atam almışdı. Atam dünyadan
köçəndə 10 yaşım
vardı, 6
nəfər uşaq, anam evdar qadın,
maddi vəziyyətimiz
ağır idi. Atamın ölmündən sonra məndə belə bir fikir yarandı
ki, artıq kamança aləti ilə vidalaşmalıyam.
Ancaq müəllimim Elşən Mansurov bizə
gəldi və mənimlə görüşdü. Dedi
ki, səni altıncı gün musiqi məktəbində gözləyirəm, vacib işim var. Qardaşımla
birgə musiqi məktəbinə getdik . Mən
utana-utana müəllimimə
dedim ki, bu alınmayacaq, artıq mənim fikirlərim başqadır. Elşən müəllim mənə dedi ki, “həyatdı,
həyat keşmə-keşlidir. Heç
kim bilmir
əvvəli necə olacaq, axırı necə. Amma Elnur sənə
bir müəllim kimi, bir böyük
qardaş kimi məsləhət görürəm
ki, sən kamança sənətini
davam etdirəsən, bu sənətlə öz sözünü deyəsən, öz yerini tutasan”. Müəllimimin bu
sözlərindən sonra ruhlandım.
1992-ci ildə “İstedadlılar
axtarırıq” adlı
müsabiqə keçirilirdi. Həmin müsabiqəyə getdim və özümü
sınadım, ancaq orada bəxtim gətirmədi”.
Kamança ifaçısı
qeyd etdi ki,
bundan başqa
bir çox müsabiqələrdə iştirak
edib və birinci yerə layiq görülüb, eyni zamanda görkəmli incəsənət xadimlərinin
xoş sözlərini
eşidib. Bir sıra xarici ölkələrdə
də milli musiqimizi layiqincə
təbliğ edib. E.Əhmədov
qeyd etdi ki, dövlətimiz tərəfindən
milli musiqimizin təbliğinə
xüsusi diqqət göstərilir: ”Müstəqilliyimiz
əldə olunandan sonra ulu öndər
Heydər Əliyev, ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən milli musiqimizə, muğamımıza
dəstək böyükdür.
Bu da əlbəttə, həm
bir musiqiçi kimi və həm
də pedaqoq kimi məni çox sevindirir. Bu gün mədəniyyətimizin
dünyaya inteqrasiya etməsi hər birimiz üçün fərəhləndirici
haldır. Bəli, dəfələrlə xarici qastrol səfərlərində olmuşam
və musiqimizə böyük məhəbbət
görmüşəm. Məsələn,
Ölkəmizdə keçirilən muğam festivalının da əhəmiyyətindən danışan
musiqiçi qeyd etdi ki, bu
cür tədbirlər
musiqimizin beynəlxalq
aləmdə tanınmasına
səbəb olur:” Azərbaycanda
ilk dəfə keçirilən
həm respublika muğam festivalında, həm Beynəlxalq muğam festivalında biz birinci yerə layiq görüldük və Qran-pri mükafatı aldıq. Bu böyük və fərəhləndirici
haldır ki, belə
bir möhtəşəm
mükafat Azərbaycanda
qaldı. Heydər Əliyev Fondu
tərəfindən, şəxsən
Mehriban xanımın təşəbbüsü ilə
gənc xanəndələrin
ifasında muğam dəsgahları və ritmik muğamlar diskinin yazılmasında yaxından iştirak etdim və bununla
fəxr edirəm.
Həm də internet sayt versiyası işıq üzü gördü.
Növbəti illərdə
də çalışacağıq
ki, Azərbaycan musiqisini xaricdə
layiqincə təmsil edək və hər zaman zirvələrdə saxlayaq”.
Sonda isə E.Əhmədov qısaca olaraq özü
haqqında məlumat verdi:
-Zəngilan rayonunda anadan olmuşam. Dünyaya göz açdığım ilk vaxtlardan evdə xalq musiqisinə, milli musiqiyə böyük maraq görmüşəm. Babamın çox gözəl səsi olub. İncəsənətə maraq mənə
gendən keçmədir.
Qardaşım Nəsimi
tar sinfini bitirib və sonra isə Dövlət
İncəsənət Universitetində
təhsilini davam etdirib. Hazırda o da incəsənətlə
məşğul olur.
Mən də gözümü açıb
tar musiqisinin sədalarını
dinlədiyimə görə
daxilimdə musiqiyə
böyük həvəs
yarandı. 6 yaşımdan
qarmon ifa edirdim. Nəsimi evdə tarı dinləndirəndə,
köhnə qrammafonlarda
böyük sənətkar
Habil Əliyevin vallarına qulaq asanda, Əlibaba Məmmədovu, Arif Babayevi dinləyəndə musiqiyə olan sevgim daha
da artırdı və qəlbimdə xalq musiqisinə məhəbbət
kökləri inkişaf
edirdi. Bu da səbəb oldu ki, orta məktəbin üçüncü
sinfini bitirəndən
sonra musiqi məktəbinə, kamança
sinfinə daxil oldum. Bu gün də bu sənətlə
məşğul olduğum
üçün özümü
xoşbəxt hiss edirəm.
GÜNAY
Paritet.- 2011.- 18-19
yanvar.- S.16.