AnkaraTibb Mərkəzində bir gün

 

Klinika jurnalistlərin pulsuz müayinəsini həyata keçirir

 

Klinika jurnalistlərin pulsuz müayinəsini həyata keçirir. Azərbaycan tarixən tibb elminin inkişafında özünəməxsus yerlərdən tutub. Topçubaşovlar kimi dahilər yetirmiş bu məkan, həkim sarıdan da korluq çəkməyib. Amma Sovet İmperiyasının dağılması, bütün sahələr kimi tibbin durğunluq dövrünə qədəm qoymasına səbəb oldu  başqa sahələrdən olduğu kimi təbabətdən xaricə beyin axını gücləndi. Normal həyat qurmaq arzusunda olan həkimlərimiz yüksək əmək haqqı görülən işin yüksək qiymətləndirildiyi Avropa ölkələrinin təkliflərini məmuniyyətlə qəbul edirdilər. ölkədə əsasən heç bir savadı olmayanhəkimlərqalırdı ki, onlar da tibb sahəsinin tam iflas etməsinə səbəb oldular. Rüşvət asanlıqla xəstəxanalara da ayaq açdı. Az-çox imkanı olan vətəndaşlarımız mümkün olduğu qədər xəstələrini xaricə aparmağa üstünlük verirdilər.

Amma  bu proses uzun müddət davam etmədi. Ölkənin tədricən ağır durumdan çıxıb, özünü toparlamasından sonra, tibb sahəsi dirçəlməyə başladı. İlk növbədə Tibb Universitetində güclü islahatların aparılıb, rüşvətin sıfır səviyyəsinə endirilməsi bu sahəyə dövlət tərəfindən xüsusi diqqət verdildiyini göstərirdi.

Bütün bunlar paytaxtda özəl klinikaların da sayının artmasına səbəb oldu. Burada həm adamlarına yaradılmış münbit şərait böyük rol oynayırdı. Mən heç Azərbaycanda tibbin səviyəsinin ən yüksək səviyyədə olduğunu demək istəməzdim. Əlbəttə, problemlər bu gün aktuallığında qalır. sevindirici haldır ki, bunun aradan qaldırılması üçün müntəzəm tədbirlər həyata keçirilir.

İşdən zəng edib,  AnkaraTibb Mərkəzində bütün KİV nümayəndələrinin pulsuz müayinəsi həyata keçirilir biz bundan yararlanmaq üçün səhər sözügedən məkana getməliyikdeyəndə bir qədər təəccübləndim. Əvvəla, indiyə qədər hər hansı tibb müəssisəsinin jurnalistlər üçün təmənnasız xidmət göstərməsini eşitməmişdim. Bunun sadəcə formal xarakter daşıyacağını düşünüb, deyilən vaxtda sözügedən ünvana yollandım.

Gördüklərimə isə sadəcə təəccübləndim.  Nizami Rayonu, Məhsəti küçəsi 2571 ünvanında mənzillənən “Ankara” klinikasına çatanda artıq mətbuat televiziya nümayəndələri özlərini bura çatdırmışdılar. Klinika rəhbərliyi jurnalistlərin qeydiyyatını aparmaq üçün xüsusi işçi qrupu yaratmışdılar. Hər kəs içəri girəndə, “müxbirlər üçün pulsuz chek-up müayinəsiyazılmış blanklardan birini götürüb, işlədiyi yeri ad-soyadını qeydiyyat aparan xanıma söyləyirdi. Bundan sonra onların getməli olduğu yerlər izah olunurdu. Xatırladım ki, jurnalistlərin pulsuz müayinəsinə bütün qarın boşluğunun USM-i, ürəyin kardioqramı, qanın ümumi müayinəsi (sedimentasiya, protrombin indeksi, qanın laxtalanması), həkim məsləhəti s. kimi müayinələr daxil idi.

 Əvvəlcə qarın boşluğunun müayinə olunduğu otağa üz tutduq. Burada tibb bacılarından biri gələnləri növbəyə yazıb, siyahı üzrə müxbirləri bir-bir içəri buraxırdı. Amma növbəyə yazılanların kifayət qədər çox olması bir qədər ləngiməyə səbəb olurdu. Çünki jurnalistlərdən başqa, sadə vətəndaşlar da həmin gün klinikaya axışmışdı.  Bu isə şübhəsiz diaqnozun dəqiq qoyulması həkimlərin kifayət qədər professional olduğunu təsdiqləyirdi. Jurnalistlərin qəbulunun uzun çəkəcəyini görən rəhbərlik xanımları başqa otaqda qəbul etməyi qərara aldı. Hər kəsin girib çıxmasına, təxminən 20 dəqiqə vaxt sərf olunurdu. Doğrudur, həmkarlarımızın bəzisi çox gözləməkdən bezib narazılıq edirdilər. Amma tibbi personajın mehribanlığı gülərüzlüyü onların əsəblərinə üstün gəlirdi. Diqqəti çəkən daha maraqlı bir məqam tanışlıqla qabağa keçənlərin olmaması idi. Doğrudur, bəzi yaşlılar ağır xəstələr növbədən kənar içəri keçirirlər. Amma buna jurnalistlərin özləri razılıq verirdilər. Yəni, həkimin vəzifəsindən sui-istifadə etməsi halı ilə rastlaşmadım. İçəri girmək növbəm çatanda belə bir ağır xəstə məni qabaqladı. Amma onun müayinəsi mənim yanımda aparıldığından, həkimin gördüyü işlə daha yaxından tanış olmaq imkanı əldə etdim.

İnsanda olduqca xoş təəssürat yaradan Şəlalə xanım (həkimin adı belə idi) qayğıkeşliklə xəstəyə məsləhətlər verirdi. O, xəstəliklə bağlı üzə çıxan problemləri sürətlə kompüterdə işləyən digər xanıma məlumat verirdi xanım da öz növbəsində bunu qeyd edirdi. Sonra həmin problemlərin həll olunması üçün xəstəyə müəyyən tapşırıqlar verdi. Hərçənd, mənim müayinəm zamanı hər hansı problem üzə çıxmadığından (xoşbəxtlikdən) hər hansı məsləhətə ehtiyac qalmadı. Amma bədən orqanlarının dəqiq müayinə olunması üçün ən müasir texnologiyaların tətbiqi diaqnoz verən həkimin qayğıkeş olması, əlbəttə sevindirici hal idi.

Bundan sonra qan analizi vermək üçün növbəti otağın qarşında növbəyə dayanmalı oldum. Bunu da qeyd edim ki, analizin cavabı təxminən iki saat ərzində məlum olur.  İçəridə gənc xanım şprislə təxminən 20 qram qan götürüb, laboratoriyaya göndərir nəticələr bir baş çıxışdakı kompüterə ötürülür. Xəstələr buradan rahat şəkildə öz analiz cavablarını əldə edə bilirlər. Burada da xoş simalarla qarşılaşdığımdan içəridən xoş təəssüratla çıxdım.

Əvvəla, klinikada qarşılaşdığım həkimlərin, tibb bacılarının hamısı azərbaycanlı idi. onların bacarıqlı, savadlı mehriban olması, fikrimcə hər birimizi sevindirməlidir. İkincisi, burada göstərilən xidmət xarici ölkələrdəkindən heç geri qalmırdı. Üçüncüsü ən əsası isə onların xəstədən hər hansı birtəmənnaummasının şahidi olmadım. Demək, Azərbaycan tibbi heç uçuruma yuvarlanmayıb. Əksinə günü-gündən inkişaf edib, çiçəklənir. Hər haldaAnkaraTibb Mərkəzində buna əmin oldum. Burada müayinə olunan həmkarlarım paytaxt sakinləri yəqin ki, bunu təsdiqləyə bilərlər.

 

 

M. TAĞIYEV

 

Paritet.- 2011.- 18-19 yanvar.- S. 10.